20 Ağustos 2017 Pazar

Bayramov Ramiz Nəriman oğlu — Polkovnik leytinant.

Ramiz Bayramov 20 avqust 1963-cü il Bakı şəhəri Zabrat qəsəbəsində ziyalı ailədə anadan olub. O,Azərbaycanın tanınmış neftcisi keçmiş sosialist qəhrəmanı Musa Bayramov nəvəsidir.1967-ci ildə Zabrat qəsəbəsi 33 saylı məktəbə daxil olub və 1976-cı ildə məktəbi bitirib. Elə həmin ildə 1976-ci ildə Azərbaycan Texniki Universiteti mühəndis ixtisası üzrə təhsilin davam edib.
1979-cu ildə Almaniyanın Ştutqart vilayətində əsgərlik müddəti keçib. Əsgərliyini bitirdikdən sonra Ramiz yenidən Bakıya qayıdır və o 1982-ci ildə Zabrat maşın qayırma zavodunda baş mühəndis işləyir. 1984-cü ildə 1992-ci ilə qədər Müdafiə Nazirliyində çalışıb. Ailəsinin təkidi və öz istəyi ilə Ramiz 1990-cı il aprelin 18-i öz sevdiyi xanımla ailə qurur. Lakin bütün bunlara baxmayaraq Ramiz cəbhədə olanlara biganə qala bilmir və özü istəyi ilə təyinatını döyüş bölgəsinə alır. Ramiz artıq ən qızğın döyüş bölgələrində döyüşür qısa müddətdə bütün döyüş yoldaşlarının hörmətin qazanır. 777-i hərbi hissəsinin tabeliyində Ramiz piyada əleyhinə tankın komandiri olur.
1992-ci il mayın 7-8 nə keçən gecə Şuşada çox gərgin müharibə gedir və Ramiz ermənilərin pusqusu nəticəsində idarə etdiyi tank mühasirəyə düşür. Mayın 7-də Ramiz və yanında olan 3 döyüş yoldaşlarının taleyi haqqında məlumat alınmır. Mayın 8-i Ramiz ermənilər tərəfindən faciəvi şəkildə şəhid olur və cəsədi ermənilərdə qalır.
1997-ci il dekabrın 21-i Ümumilli Lider Heydər Əliyev Bayramov Ramizi ölümündən sonra Polkovnik Leytinant rütbəsi ilə təltif edir.
2015-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev Ramizin adını əbədiləşdirmək üçün Binəqədi rayonunda yaşadığı ünvana onun adı və barirefin qoyulması ilə bağlı Binəqədi Rayon İcra Hakimiyətinə sərəncam verir.
Ailəli idi və bir övladı var.