8 Aralık 2019 Pazar

Rusif Ağayev

Rusif İbrahim oğlu Ağayev  (d. 16 aprel 1987LənkəranAzərbaycan - ö. 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Rusif Ağayev 1987-ci ilin 16 aprel günündə Lənkəran şəhərinin Hirkan kəndində anadan olub.
Rusif Ağayev məktəbi bitirdikdən sonra, sənədlərin Ali Hərbi Akademiyaya verdi. Lakin lazım olan balı yığa bilmədi və 2005-ci ildə hərbi xidmətə yola düşdü. Azərbaycan Hərbi Dəniz Donanmasında xidmətə başladı. 6 ay hərbi xidmət keçdikdən sonra özünü nümunəvi əsgər kimi tanıtdı. Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev Rusif Ağayevin xidmət etdiyi hərbi hissəyə gəlir və əsgərlərin təlim tərbiyəsi, gün güzəranı ilə maraqlanır. Bu zaman Rusif Ağayev hərbi təzim edərək , nazirə xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət etmək istədiyini bildirdi. Nazirin adyutantı onun adını öz dəftərçəsinə qeyd etdi. Sınaqlarda uğurla keçən 12 hərbçi arasında Rusif Ağayevdə olur və öz muradına çatır.
Rusif Ağayev 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibədə böyük qəhrəmanlıq göstərmiş, Talış yüksəklikləri uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirmişdir. Öz əsgər yoldaşlarını qurtaran zaman başından aldığı snayper gülləsindən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur

4 Aralık 2019 Çarşamba

Dopov Mahama

Balakən rayonu üzrə 161 şəhid,1 milli qəhrəman var. Şəhidlərdən biri Mahamalar kənd sakini Dopov Mahamadır. 4 dekabr 2019-cu il tarixdə N. Nərimanov adına Mahamalar kənd tam orta məktəbinin 10-11-ci sinif şagirdləri kənd qəbiristanlığında dəfn edilmiş Qarabağ şəhidi Dopov Mahamanın qəbrini ziyarət ediblər.            

20 Kasım 2019 Çarşamba

Qarakənd faciəsi

Qarakənd faciəsi və ya 20 noyabr faciəsi — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdamrayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar arasında Azərbaycan RespublikasınınDövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman MirzəyevQazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau SerikovAzərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi.[2] Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.


11 Kasım 2019 Pazartesi

Məmmədov Elyarbəy Beqəli oğlu

1984 cü il mart ayinin 5 i Qirqizistan Respublikasinin Oş vilayəti Aravan rayonunda dünyaya göz acan Məmmədov Elyarbəy Beqəli oğlu 1990 ci ildə Azərbaycan Respublikasi Samux rayonunda məskunlaşmişdir. Həmin kəndin kənd orta məktəbini bitirdikdən sonra , həqiqi hərbi xidmətə yollandi və hərbi xidməti bitirdikdən sonra, bir cox mühafizə şirkətlərində mühafizəci kimi calişmişdir. Və nəhayət 2016 ci ilin dekabr ayindan Müdafiyə Nazirliyinin Göygöl rayonundaki 172 sayli hissənin düşmənlə birbaşa təmasda olan döyüş postunda  MAHXHQ kimi calişmaqa başlamişdir. Xidmət etdiyi dövrdə oz xidmət yoldaşlari arasinda vətənə sevgisi , əsgər yoldaşlari ilə mehriban rəftari ilə taninmişdir.
2019 cu ilin sentyabr ayinin 20 dən 21 nə kecən gecə xidməti döyüş mövqeyində xidməti vəzifəsini yerinə yetirən zaman həlak olmuşdur və hal hazirda Səfərbərlik və Hərbi Xidmətə Cağiriş Xidmətinin Samux rayon bölməsində ŞƏHİD kimi qeydiyyata alinmişdir.

      Allah rəhmət eləsin !!!

İnformasiyanı şəhidin  dayisi oğlu   Xəlilov Vüqar Fərid oğlu  göndərib.

10 Kasım 2019 Pazar

Bu gün Şəhid Pilot Kapitan Yaşar Əhmədovun doğum günüdür

Əhmədov Yaşar Mail oğlu — 1970-ci il noyabrın 11-də Qazax rayon Aslanbəyli kəndində ziyalı ailəsində anadan olmuşdur.Azərbaycan Respublikasının DİN tərəfindən 1992-ci ilin avqust ayında giriş imtahanlarını müvəffəqiyyətlə verərək Ukrayna Respublikası Kremençuq Uçuş məktəbinə daxil olub. Milli Aviasiya Akademiyası yarandıqdan sonra 1994-cü ilin may ayında təhsilini Milli Aviasiya Akademiyasında davam etdirmişdir .Mİ-2 və Mi-8 tipli helikopter pilotu kimi sertifkat almışdır.1996-cı ilin dekabr ayında Milli Aviasiya Akademiyasını müvəffiqiyyətlə bitirmişdir. Əhmədov Yaşar bu Akademiyanın ilk məzunlarındandır.11 fevral 2013-cü il döyüş tapşırığını yerinə yetirərkən Şıxov çimərliyi ətrafında Mi-17 helikopteri qəzaya uğramış və 3 ekipaj üzvi ilə birlikdə Şəhid olmuşdur. #herbihavaquvveleri #hərbihavaqüvvələri

23 Ağustos 2019 Cuma

23 avqust Füzuli və Cəbrayılın işğalı günüdür

   Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.

  Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.
Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından da 24 il ötür. Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
  Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın erməni-rus hərbi birləşmələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var. Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb.

22 Ağustos 2019 Perşembe

Şəhid Mayor Fəqan Xudaverdiyev

Bu gün Şəhid Mayor Fəqan Xudaverdiyevin Şəhadət günüdür.Şəhidimizi tanıyaq.

1975-ci ilin avqust ayında Ağcabədinin Qaravəlli kəndində Baxış müəllimin ailəsində gözəl bir oğlan uşağı dünyaya gəldi. Bütün oğlu olan analar kimi Səhər xanım həmin gün qürurlanıb taleyə yazılası bır gün yaşadı... Hələ orta məktəbdə ikən Fəqanın bəzi xüsusiyyətləri müəllimlərinin, kollektivin diqqətindən yayınmırdı. O, yoldaşlarına nisbətən fəal, çevik və məsuliyyətli idi. Quş qanadlı illər ötdükcə Fəqan da böyüyüb sağlam bir oğlan oldu. Orta məktəbi namərd qonşularmız torpaq iddası ilə soydaşlarımızı Ermənistandan və Dağlıq Qarabağdan kütləvi şəkildə qovanda — müharibənin başlandığı ilk dövrdə bitirdi. O zaman Fəqan bütün qeyrətli vətən oğulları kimi Vətənin müdafiəsinə hazır olduğunu qət etdi. Öz fikrini ailədə ata-anasına bildirdi. Onlar Fəqana uğurlu yol arzuladılar.

Vətən eşqim, qalx ayağa,
Göyü yandır, yeri yandir.
Sənə oğul olammasam,
Məni diri-diri yandır.

1993-cü ildə Fəqan hərbi komissarlığa gələrək döyüşə könüllü getmək arzusunda olduğunu bildirdi... O illərdə vətənin ixtisaslı hərbi kadrlara çox böyük ehtiyacı olduğu üçün hərbi komissarlıq Fəqana Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbində (indiki H.Əliyev adına Hərbi Akademiya)oxumağı məsləhət bildi. 1993-cü ildə Fəqan həmin ali məktəbə daxil oldu. 1997-ci ildə o, məktəbi bir zabit kimi əla qiymətlərlə bitirib Azərbaycan Müdafiə Nazirliynin göndərişi ilə Tərtər rayonuna, yağı düşmənlə üzbəüz N-saylı hərbi hissəyə vzvod komandiri təyin olundu. İlk gündən əsgərlərin, hissə komandirlərinin dərin hörmətini qazandı, döyüş tapşırıqlarını layiqincə yerinə yetirib intizamlı zabit olduğunu öz hərbi işində sübut edərək, dəfələrlə təltiflər aldı.

O, bu illərdə Azərbaycan Mudafiə Nazirliyinin Tərtər, Mingəçevir, Bərdə, Şəki, Gəncədəki hərbi hissələrində tabor komandiri xidməti vəzifəsini yerinə yetirdi. Fəqan bu müddətdə mənfur düşmənimizin ayağının Vətən torpağına dəyməməsi üçün vuruşur, sərhədi qoruyurdu. Onun hərbi paltarı sevimli libası oldu. Ayaqları qabar olsa da, əsgər çəkmələrini çıxarmadı, rahat yataqda yatmadı, ləzzətli ev yeməklərinə, ailəsinə, körpə balalarına həsrət qaldı. Ömrünün ən gözəl çağını, qaynar gəncliyinin qışını, yazını cəbhədə keçirdi. Yastığı Vətən daşı, döşəyi Vətən torpağı, yorğanı Vətən göyləri oldu. Ancaq içdiyi əsgər andına sadiq qalıb müharibənin çətinliklərinə sinə gərdi. Mayor rütbəsinə çatdı və tabor komandiri oldu. Fəxri fərmanlar, təşəkkürlər aldı, şəkli şərəf lövhəsini bəzədi. Atası Baxış müəllim, anası Səhər onunla fəxr edirdi. Fəqan həm fiziki, həm mənəvi cəhətdən tam yetkin şəxsiyyət, ağıllı və təcrübəli hərbçi olmuşdu. Ancaq müəllim atası, nigaran anası döyüş zonasında olan oğlundan həmişə narahat idilər. Onlar səksəkəli yaşayır, gördükləri yuxuları xeyirə yozur və gözləri daim cəbhə yollarına dikilirdi.

Müstəqil Azərbaycanın zabiti, mayor Xudaverdiyev Fəqan Baxış oğlunun 4 körpə balası da (böyüyünün 9, sonbeşiyi 2 yaşında) atalarını doyunca gorməmişdilər. Onun qısamüddətli gəlişini həsrətlə, intizarla gözləyirdilər. Fəqanın işi imkan vermədi ki, ilk ovladı Adəmin, yeganə qızı Gültəkinin məktəbə getməsini, Eltonun dil, Elcanın ayaq açmasını görsün. O, Azərbaycan Müdafiə Nazirliyinin əmri ilə 2007-ci ildə təkrarən Tərtər rayonundakı N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun komandiri oldu. Tərtər rayonunda onun komandir olduğu bu tabor yağı düşmənlə üzbəüz 18 km bir məsafəni ermənilərdən qoruyurdu. Neçə dəfə mənfur qonşularımız atəşkəsi pozan zaman onun taboru ermənilərə çox layiqli cavablar vermişdi. Tabeliyində olan əsgər və zabitlərə çox qaygı və hörmətlə yanaşır, “bu dünya heç kimə qalmayacaq, bizdən bircə elədiyimiz xeyirxahlıqlar qalacaq”- deyirdi Fəqan.

Bir neçə dəfə anası Səhər xanım oğluna ehtiyatlı olmağı tapşıranda “öz torpağını qorumaq, onu düşmən tapdağından azad etmək şərəfdir, ana. Mən təlim görmüş zabitəm. Vətən dar gündədir, düşmən qəddar və amansızdır. Onunla üzbəüz dayanmışıq. Geriyə yol yoxdur” - demişdi.

Nə tükənməz gənclik ehtirası, nə şirin canı, nə körpə balaları, nə hey gözü yolda qalan gənc həyat yoldaşı onun düşməndən intiqam almaq, torpaqları azad etmək istəyini azalda bilmədi. Qısa ömrünün 17 ilini Vətənə qulluğa sərf etdi. Ona görə də N saylı hərbi hissənin göndərişi ilə Bakı şəhərinə təhsilini davam etdirmək üçün ezam olundu. O, 2008-ci ilin avqust ayında Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Akademiyasına daxil oldu.

Qaranlıq, müdhiş bir gecədə yeni döyüş tapşırığı bu igidin– mayor Xudaverdiyev Fəqan Baxış oğlunun həyatına elə 2008-ci il avqustun 22-də son qoydu. Bu pəhləvan cüssəli zabit özünün komandir olduğu N saylı hərbi hissənin həyətində 32 yaşında faciəli şəkidə həlak oldu.

Fəqanın şəhid olması xəbəri doğulub boya başa çatdığı Ağcabədi rayonunun Qaravəlli kəndində ildırım kimi çaxdı. Adamlar dəstə-dəstə Baxış müəllimə, beli bükülmüş Səhər anaya həyan olmağa gəlir, dərdlərinə şərik çıxırdılar. İnanın , o gün Fəqangilin həyətində o qədər adam vardı ki, iynə atsan, yerə düşməzdi. Kənd hələ indiyə kimi bu qədər qonaq qəbul etməmişdi. Gəlmişdilər ki, onların azadlığı, xöşbəxtliyi və gələcəyi üçün canını qurban verən, əbədiyyətə qovuşan igid Vətən oğlu ilə vidalaşsınlar.

Vaxtı ilə Fəqanla öyünən, az qala onunla nəfəs alan atası Baxış müəllimin indi yaşının ixtiyar vaxtı bu faciədən beli bükülüb. Anası Səhər bu vaxtsız ölümlə, əvəzsiz itki ilə barışa bilmir.

Esmiranın donmuş baxışlarında atasız balalarını Fəqanın adına layiq böyütmək məsuliyyətinin ağırlığı ilə bərabər, çiliklənmiş, parça-parça olmuş bir nakam məhəbətin ağır itkisi həkk olunub.

Bu dərd Fəqanın nə xaricdə yaşayan bacısı Saranı, nə də ailəsindən xəbərsiz qalaraq ata-ananı ovundurmağa çalışan qardaşı Hacı Nicatı, nə də əmisini hələ uzun illər tərk etməyəcək. Amma onlar bilməlidirlər ki, şəhidlər ölmür, gülə-çiçəyə dönüb yenidən yer üzünə qayıdırlar.

https://www.facebook.com/mubarizler1/

21 Ağustos 2019 Çarşamba

“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev

 

Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan vida mərasimindən sonra ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.

19 Ağustos 2019 Pazartesi

Qafarov Mehman Yəhya oğlu

Qafarov Mehman Yəhya oğlu – 02 yanvar 1970-cı ildə Lerik rayonunun Siyov kəndində anadan olub.1977-ci ildə Siyov kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1984-cü ildə həmin məktəbin yeddinci sinfini bitirib, elə həmin ildə də C. Naxçıvanski adına Hərbi Litseyə daxil olub.1987-ci ildə oranı bitirib, 1988-ci ildə Kazan Ali Tank Qoşunları Komandirləri Məktəbinə daxil olub, 1991-ci ildə bu məktəbi əla qiymətlərlə bitirib. 1991-ci ilin avqust ayından 1992-ci ilin oktyabr ayına qədər Minsk hərbi dairəsində xidmət edib. Mehman Qafarov Qarabağda ermənilərin törətdiyi vəh-şiliklərə dözə bilməyib xidmətinə xitam verərək vətənə qayıdır, 704 saylı hərbi hissənin tərkibində 743 saylı tank alayında düşmənə qarşı mübarizəyə başlayır. Mehmanın döyüş yolu Fizuli, Beyləqan və Ağcəbədi cəbhələrindən keçir. O, təcrübəli zabit kimi rəhbərlik etdiyi alayla dəfələrlə düşmənə sarsıdıcı zərbələr endirərək xeyli canlı qüvvəsini və hərbi texnikasını sıradan cıxarır. Mehman Qafarov 1993-cü il aprelin 4-də qərərgah rəisi, həmin il iyunun 22-də alay komandiri təyin edilir. Qorxmazlığı və döyüş bacarığı ilə ad çıxarmış Mehman 20 avqust 1993-cü ildə Ağcəbədi rayonunun Avşar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Hal-hazırda oğlu onun yolunu davam etdirir.

15 Ağustos 2019 Perşembe

Baş Leytenant Cavid Dədəkişiyev

Cavid Gülbaba oğlu Dədəkişiyev (d. 5 iyul 1989İmişliAzərbaycan - ö. 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrininzabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Cavid Dədəkişiyev 1989-cu ilin 5 iyul günündə İmişli rayonunun Qaralar kəndində anadan olub. Ailənin birinci övladı olan Cavid Dədəkişiyevin özündən başqa iki qardaşı və bir bacısı var idi. 2006-cı ildə İmişli rayonunda yerləşən Namiq Abışov adına tam orta məktəbi bitirən Cavid Dədəkişiyev elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2008-ci ildə motoatıcı ixtisası üzrə təhsilini davam etdirən Cavid Dədəkişiyev 2010-cu ilin 26 iyun tarixində leytenant rütbəsi aldı. Daha sonra o, 2011-ci ildə Goranboy rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə xidmətə başladı.
Baş leytenant Cavid Dədəkişiyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 11-i isə Cavid Dədəkişiyev doğulduğu İmişli rayonunun Qaralar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Dədəkişiyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Cavid Dədəkişiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
 Allah rəhmət eləsin!






21 Temmuz 2019 Pazar

21 iyul əsgər Alışov Səməd Anar oğlunun anım günüdür.

Əsgər Səməd Alışov 21 iyul 2018-ci ildə Füzuli istiqamətində düşmənin atəşkəs rejimini pozması nəticəsində həyatını itirib.
O, Qəbələ rayonunun Zirik kəndində doğulub. 
Allah şəhidimizə rəhmət eləsin!



30 Mayıs 2019 Perşembe

Omarov Aqil Akif oğlu


Omarov Aqil Akif oğlu  2019-cu il mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.1983-cü il təvəllüdlü Aqil Omarov mayor olub. O, Qax rayonunun Lələpaşa kəndinə yaşayıb. Evli olub, iki oğlu yadigar qalıb.



                   Allah rəhmət eləsin!





2 Nisan 2019 Salı

Aprel döyüşləri

Aprel döyüşlərinin canlı qəhrəmanları
Gizir Eynullayev Əli və Mayor Bağıyev Mirdamət

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il ötür

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib.
Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.
Ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir.
Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.

#geridön

1 Nisan 2019 Pazartesi

Muxtarov Arif Aqil oğlu



Muxtarov Arif Aqil oğlu1973-cü il 20  iyul tarixində  Tərtər rayonunda anadan olub.1992-ci ildə həqiqi hərbi xidmətə çağrılmışdır.Torpaqlarımızı erməni işğalçılarından təmizləmək üçün Ağdərə bölgəsində vuruşmuşdur 1992- ci il 29 sentyabrda Cıldıran kəndi uğrunda gedən qanlı döyşlərdə şəhid olmuşdur. Subay idi. Tərtər şəhər qəbiristanlığında torpağa tapşırılıb.


      Allah rəhmət eləsin !!!

İnformasiyanı şəhidin bibisi Ramizə Muxtarova göndərib.

31 Mart 2019 Pazar

31 Mart soyqırımı

Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakışəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də ŞamaxıQubaXaçmazLənkəranHacıqabulSəlyanZəngəzurQarabağNaxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Azərbaycanın Milli Qəhrəmanı, Polkovnik-leytenant Murad Mirzəyev

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Polkovnik-leytenant Murad Mirzəyevin doğum günüdür.


Ruhu qarşısında baş əyirik!

26 Mart 2019 Salı

Əlləzov Əlləz Ələddin

26.03.2019-cu il tarixi Axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.

Allah rəhmət eləsin.

26 MART 2019 20:35 Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb


Martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb.
Axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Eyni zamanda Ermənistan mətbuatı Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan tərəfinin guya mühəndis işləri həyata keçirməklə mövqeləri irəli çəkmək cəhdi barədə xəbər yayıb.
Rəsmi olaraq bildiririk ki, verilən bu məlumat həqiqətə uyğun deyil, Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır.
Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq onun növbəti təxribatlarının qarşısı alınıb.
Hazırda cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.

Bu gün qazimiz Bakir Abdullayevin doğum günüdür

.
Abdullayev Bakir Allahqulu oğlu 1973-cü ildə Ağdam rayonunun Baş Qərvənd kəndində anadan olub. 
Hərbi təhsilini Rusiyada yerləşən Ali Hərbi Məktəblərdən birində alıb. İşğalçı Ermənistan Ordusunun tarixi torpaqlarımıza soxulması xəbərini eşidən kimi Azərbaycana gəlir. O,3 cü kursdan könüllü olaraq 62 nəfər kursant yoldaşı ilə birlikdə cəbhənin Ağdərə istiqamətinə yollanır. Ağdam , Ağdərə və Tərtər cəbhəsində qanlı döyüşlərin iştirakçısı olur. Nələr görmür nələr yaşamır gənc zabit.
Girdiyi ağır döyüşlərdən birində düşmən tankından açılan atəş nəticəsində ağır yaralanır. Bakir Abdullayev uzun müddət komadan qaldıqdan sonra həkimlər onun həyatını xilas edir. O müalicəsini yarımçıq qoyaraq yenidən cəbhəyə qayıdır.Azərbaycan Silahlı Qüvvələrində 22 il xidmət etdikdən sonra ehtiyyata buraxılır. 
Bir gözünü və ciyərinin təxminən 60 faizini Vətən uğrunda qurban verib.
Səhifəmiz adından təbrik edir və uzun ömür can sağlığı arzu edirik.

24 Mart 2019 Pazar

Bu gün şəhidimiz Pəncəli Teymurovun doğum günüdür

Pəncəli Nurməhəmməd oğlu Teymurov (d. 24 mart 1981AstaraAzərbaycan - ö. 2 aprel 2016CəbrayılAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Pəncəli Teymurov 1981-ci ilin 24 mart günündə Astara rayonunun Əzərüd kəndində anadan olub.1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb.1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olmuşdur.Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenic. yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurdu. Amma Pəncəli doğmalarının,elin,obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi: " Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil.Amma mən sidq ürəklə deyirəm.Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan,qanımdan keçməyə hazıram.Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum,tabutum Azərbaycan Respublikasının üçrəngli,ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın"
Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları- Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmiş və 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur.
Aprelin 11-i isə Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Teymurov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və iyirmidən çox hərbçi məhv edilmişdi. Bu əməliyyatda göstərdiyi yüksək bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən ölkə Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.
Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Allah bütün şəhidlərimizə rəhmət etsin !
Mənbə:https://az.wikipedia.org/wiki/P%C9%99nc%C9%99li_Teymurov



11 Mart 2019 Pazartesi

Məmmədov Səxavət Fizuli



11.03.2019-cu il tarixində Mart ayının 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd pozucuları ilə baş vermiş silahlı insident zamanı şəhid olmuş kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu dəfn edilib. 
Moderator.az-ın məlumatına görə, Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış hərbçimiz Göygöl rayonu Yeni Qızılca kənd qəbiristanlığında torpağa tapşırılıb. 
Xatırladaq ki, hadisə zamanı Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu isə yaralanıb. 
Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar.
                                  
                         Allah rəhmət eləsin !!!