1 Şubat 2019 Cuma

Şəhid Rzayev Kərim Rza oğlu

          Rzayev Kərim Rza oğlu - 1974-cü ildə Ağdam rayonunun Çəmənli kəndində doğulmuşdur. 1994-cü il yanvarı ayının  28-də Ağdam rayonunun Qaraqaşlı kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.   
         6 uşaqlı ailənin 2-ci övladı idi. Atası Rzayev  Rza  ,  anası Rzayeva Hafizə xanım. Doğulduqdan sonra nənəsinin himayəsində böyümüşdür. 1992-ci ildə nənəsi vəfat etdikdən sonra , hərbi xidmətə yola düşür . Hərbi xidmətini Yelmar Edilovun  batalyonunda edib. 1993-cu ildə Sarıcalı kəndi uğrunda gedən döyüşlərdə kürəyinin ürək tərəfdən qəlpə yarası alıb. Sabunçuda müalicə olunurdu. Qəlpə ürəyin 5 mm-də dayandığından həkimlər onu cixara bilmədilər. Və beləliklə o ordudan təxris olunmali idi. Amma könüllü yenidən cəbhəyə qayıtdı. Müalicədən sonra bir müddət evdə olmuşdur.  Qonşulara deyirdi ki, mən necə kişiyəm ki, müharibə gedir, amma mən evdə oturmuşam. Həm də həmin vaxtlar evlərinə mərmi düşmüşdü. Evdə müalicəsini davam etdirdikdən sonra yenidən könüllü olaraq cəbhəyə qayıdır. Yelmar Edilov onun təxris olunduğunu bildiyindən döyüşə götürmək istəmirdi. Çünki ,  istənilən düz olmayan hərəkət qəlpənin ürəyə toxunmasına gətirə bilərdi. 28 yanvar 1994 -cu ildə Qaraqaşlı kəndinə ermənilər hucuma keçir. Onu döyüşə götürmürlər. Amma təzə gələn əsgərlərdən birinin silahını alaraq  , gizlincə maşına oturur. Bu onun sonuncu döyüşü olur. Qaraqaşlı kəndini ermənilər artilleriyadan atəşə tutduğunda qəlpə onun gözlərini əbədi yumur. Kərim Çəmənli kənd qəbiristanlığında dəfn olunub. Adına Saricali kəndində məktəb var.  Onun ailəsi indi Çəmənlidə yaşayır.

Allah rəhmət eləsin !!!

İnformasiya şəhidin dayısı oğlu  Cavid Hüseynov tərəfindən göndərilib.