Cəbrayıl

Cəbrayıl rayonu
Cəbrayıl rayonu
Cəbrayıl rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Cəbrayıl şəhəridir. Cərrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna verilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır. 23 avqust 1993-cü il tarixdə rayon Ermənistan ordusu və himayədarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
Hazırda rayonun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı davam edir.
Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbəndlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.
Tarixi
Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Digər mənbə və məlumata görə Cəbrayıl toponimi İslamda və monoteist dinlərdə Allahın ən yaxını olan Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sözü ərəbcə «Allahın qulu» deməkdir.Cəbrayıl ərazisi Midiya (e.ə VII-IV əsrlər), Əhəmənilər imperiyasının (e.ə IV-III əsrlər), Albaniya (e.ə IV -III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Albaniya dövlətinin mövcudluğu zamanı rayonun ərazisi Pazkank, Əhristan və Dizaq adları ilə həmin dövlətin tərkibində olmuşdur. III-V əsrlərdə Dizaq mahalı Sasanilər tərəfindən işğal olunmuşdur. Xalq həyəcanından qorxan Sasanilər nəhayət Albaniyaya müstəqillik verdilər. VII əsrin ortalarında Cəbrayıl rayonunun ərazisi də Əməvilər xilafətinin tərkibinə qatıldı. Həm Babəkə qədər, həm onun dövründə, həm də ondan sonra ərəb istilaçılarına qarşı mübarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi olmuşdur. X-XI əsrlərdə (971-1086-cı illər) bu ərazilər Şəddadilər dövlətinin, XIII-XIV əsrlərdə Humanilər dövlətinin, XIV əsrdən (1387-ci ildən) Teymurilər, XV əsrdən (1412-ci ildən) Qaraqoyunlu dövlətinin, həmin əsrin 1478-ci ilindən Ağqoyunlu dövlətinin, 1502-ci ilin əvvəlindən Səfəvilər dövlətinin, XVIII əsrin II yarısından və XIX əsrin əvvəllərində Qarabağ xanlığının tərkibində olmuşdur. XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Cəbrayıl kəndinə «Qraxdın» da deyilirdi. Bu, deyilənlərə görə, 1831-ci ildə rayonun Daşkəsən kəndində «Karantin» idarəsinin yaradılması və həmin idarənin Cəbrayıl kəndinə köçürülməsi ilə bağlıdır. Yerli əhali «Karantin» sözünü «Qraxdın» kimi tələffüz etmişdir. Bəzi mənbələrə görə isə «Qraxdın» sözü XVIII əsrdə Nadir şahın hakimiyyəti dövründə Azərbaycana köçmüş Cəlair türk qəbiləsinə mənsub olan Qıraqlı-Qıraxlı nəslinin adı ilə əlaqədardır.1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. Cəbrayıl da baramaçılıq, xalçaçılıq ilə məşhur olmuşdur. Qəzada 5 ipək fabrik olub. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,63 min km², əhalisi 66.360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. 1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib. 1905-1918-ci illərdə qəza Qaryagın qəzası adlandırılıb.
1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km², əhalisi 24.300 nəfər olmuşdur.
Coğrafi mövqeyi
Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olmuşdur. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardı. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri - Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.
İnzibati-ərazi bölgüsü
AzStat-ın 2013-cü ilə olan məlumatına əsasən de-yuri rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşir. Onlar 1 şəhər, 1 qəsəbə və 53 kənd izibati ərazi dairəsi olmaqla 55 inzibati ərazi dairəsinə daxildirlərAzStat-ın 2013-cü ilə olan məlumatına əsasən de-yuri rayon ərazisində 1 şəhər, 4 qəsəbə və 92 kənd olmaqla 97 yaşayış məntəqəsi yerləşir.Onlar 1 şəhər 22 kənd izibati ərazi dairəsi olmaqla 23 inzibati ərazi dairəsinə daxildirlər.
Cəbrayıl rayonunun əsirrlikdə olan və itkin düşmüş sakinləri.
1. Abbasov Səfər DadaĢ oğlu - Maralyan kəndi.
2. Abbasov Elməddin ġirxan Şğlu - Nüzgar kəndi.
3. Abdullayev Mehman Musa oğlu - Maraylan kəndi.
4. AğakiĢiyeva Səkinə Heydər qızı - Balyand kəndi.
5. Allahverdiyev Mahir Məhəmməd oğlu - Dağtumas kəndi.
6. AlıĢov Nizam CümĢüd oğlu - Qaracallı kəndi.
7. BabaĢov ġakir ƏŞməd oğlu - Böyük Mərcanlı kəndi.
8. Bayramov ġakir BŞlakiĢi oğlu - Böyük Mərcanlı kəndi.
9. Bəbirova Manya Məmmədalı qızı - DaĢkəsən kəndi.
10. Vəliyev Çingiz Ġdris oŞlu - Qumlaq kəndi.
11. Quliyev Habil Əhməd oğlu - Böyük Mərcanlı kəndi.
12. Quliyeva Ofelya MəmiĢ qızı - Niyazqulular kəndi.
13. Quliyev Mehdiqulu Mədət oğlu - Niyazqulular kəndi.
14. Quliyev Ceyhun Mehdiqulu oğlu - Niyazqulular kəndi.
15. Quliyev Xürrəm Mehdiqulu oğlu - Niyazqulular kəndi.
16. Quliyeva Ceyhunə Mehdiqulu qızı - Niyazqulular kəndi.
17. Quliyev Oruc Məhəmməd oğlu - Böyük Mərcanlı kəndi.
18. Quliyev ĠxtiyarŞAtakiĢi oğlu - Araz MaĢanlı kəndi.
19. Quliyev MüĢfiq ĠbrahimŞoğlu - Horovlu kəndi.
20. Quliyev Məhəmməd ĠbrahimŞoğlu - Böyük Mərcanlı kəndi.
21. Qurbanov Mürvət Əmrah oğlu - ġahvəllŞ kəndi.
22. Əliyev Vidadi Xanmurad oğlu - ġahvəllŞ kəndi.
23. Əhmədov Yurik Bəhlul oğlu - Mahmudlu kəndi.
24. Əliyeva Nisə Xanlar qızı - Məzrə kəndi.
25. Əliyev Piri Dilavər oğlu - Sarıcallı kəndi
26. Əliyev Bilal Hasanalı oğlu - Mahmudlu kəndi.
27. Əliyev Elmar Rza oğlu - Soltanlı kəndi.
28. Əliyev Məhəmməd Hümbət oğlu - Dağtumas kəndi.
29. Əzizov Baha Məhəmməd oğlu - Böyük Mərcanlı kəndi.

Cəbrayıl rayonunun şəhidləri.
1. Abbasov Səfər Dadaş oğlu - Maralyan kəndi.
2. Abbasov Elməddin Şirxan oğlu - Nüzgar kəndi.
3. Abdullayev Mehman Musa oğlu - Karxulu kəndi.
4. Ağakişiyeva Səkinə Heydər qızı - Balyand kəndi.
5. Allahverdiyev Mahir Məhəmməd oğlu - Dağtumas kəndi.
6. Alışov Nizam Cümşüd oğlu - Qaracallı kəndi.
7. Babaşov Şakir Əhməd oğlu - Böyük Mərcanlı kəndi.
8. Bayramov Şakir Balakişi oğlu - Böyük Mərcanlı kəndi.
9. Bəbirova Manya Məmmədalı qızı - Daşkəsən kəndi.
10. Vəliyev Çingiz Şdris oğlu - Qumlaq kəndi.
11. Quliyev Habil Əhməd oğlu - Böyük Mərcanlı kəndi.
12. Quliyeva Ofelya Məmiş qızı - Niyazqulular kəndi.
13. Quliyev Mehdiqulu Mədət oğlu - Niyazqulular kəndi.
14. Quliyev Ceyhun Mehdiqulu oğlu - Niyazqulular kəndi.
15. Quliyev Xürrəm Mehdiqulu oğlu - Niyazqulular kəndi.
16. Quliyeva Ceyhunə Mehdiqulu qızı - Niyazqulular kəndi.
17. Quliyev Oruc Məhəmməd oğlu - Böyük Mərcanlı kəndi.
18. Quliyev Şxtiyar Atakişi oğlu - Araz Maşanlı kəndi.
19. Quliyev Müşfiq İrahim oğlu - Horovlu kəndi.
20. Quliyev Məhəmməd İrahim oğlu - Böyük Mərcanlı kəndi.
21. Qurbanov Mürvət Əmrah oğlu - Şahvəlli kəndi.
22. Əliyev Vidadi Xanmurad oğlu - Şahvəlli kəndi.
23. Əliyev Yurik Bəhlul oğlu - Mahmudlu kəndi.
24. Əliyeva Nisə Xanlar qızı - Məzrə kəndi.
25. Əliyev Piri Dilavər oğlu - Sarıcallı kəndi.
26. Əliyev Bilal Hasanalı oğlu - Mahmudlu kəndi.
27. Əliyev Elmar Rza oğlu - Soltanlı kəndi.
28. Əliyev Məhəmməd Hümbət oğlu - Dağtumas kəndi.
29. Əzizov Baha Məhəmməd oğlu - Böyük Mərcanlı kəndi.
30. İrahimov Sərvər Rəşid oğlu - Dağtumas kəndi.
31. İsaqov Elbrus İsaq oğlu - Böyük Mərcanlı kəndi.
32. İsmayılov Ramazan Məhəmməd oğlu - İahvəlli kəndi.
33. İskəndərov Məhəmməd Burxan oğlu - Böyük Mərcanlı kəndi.
34. Yəhyayev Şəmil Səlim oğlu - Mahmudlu kəndi.
35. Mahmudov Yaqub Mahmud oğlu - Böyük Mərcanlı kəndi.
36. Mahmudov Əli Murtuza oğlu - Dağtumas kəndi.
37. Mehdiyev İsmayıl İükür oğlu - Böyük Mərcanlı kəndi.
38. Mehrəliyev Əziz Salman oğlu - Dağmaşanlı kəndi.
39. Məmmədov Sabit Əmirxan oğlu - C. Mərcanlı kəndi.
40. Məmmədov Məzahir Məhəmməd oğlu - Dağtumas kəndi.
41. Məmmədov Həsən Məhəmməd oğlu - Dağtumas kəndi.
42. Məmmədov Məhəmməd Əvəz oğlu - Dağtumas kəndi.
43. Məmmədov Səxavət Məhəmməd oğlu - Dağtumas kəndi.
44. Məmmədov Xıdır Əziz oğlu - Dağtumas kəndi.
45. Məmmədov Səftər Novruz oğlu - Xanağabulağı kənd
46. Məmmədova Narxanım Məmməd qızı - Hovuslu kəndi.
47. Məmmədov Məmiş Məmmədalı oğlu - Maralyan kəndi.
48. Məhərrəmov Namiq Həsənalı oğlu - Böyük Mərcanlı kəndi.
49. Məhərrəmov Pənah Ağa oğlu - Dağtumas kəndi.
50. Mirzəliyev Ələsgər Fərzalı oğlu - Cocuq Mərcanlı kəndi.
51. Musayev Eldar Musa oğlu - Çərəkən kəndi.
52. Nəcəfova Gülarə İsmayıl qızı - Qazanzəmi kəndi.
52. Osmanova Bənövşə İbrahim qızı - Dağtumas kəndi.
53. Paşayev Oruc Əziz oğlu - Quysaq kəndi.
54. Piralıyeva Nənəxanım Məhəmməd qızı - Hovuslu kəndi
55. Rüstəmov Qədir Məhəmməd oğlu - Cəbrayıl şəhəri.
56. Rüstəmov Arif Ağa oğlu - Dağtumas kəndi.
57. Rüstəmov Abbas Abbas oğlu - Dağtumas kəndi.
58. Rüstəmov Novruz İbiş oğlu - Dağtumas kəndi.
59. Rüstəmov Qüdrət Abbas oğlu - Dağtumas kəndi.
60. Rüstəmov İlham Qüdrət oğlu - Dağtumas kəndi.
61. Səfərov Bəxtiyar Zülfüqar oğlu - Maralyan kəndi.
62. Xanməmmədov Şlqar Paşa oğlu - Böyük Mərcanlı kəndi.
63. Xudiyev Əyyub Şərif oğlu - Süleymanlı kəndi.
64. Haqverdiyeva Şura Cəmil qızı - Daş Veysəlli kənd
65. Hacıyev Ramiz Əyyub oğlu - Sarıcallı kəndi.
66. Hacıyev Məhəmmədəli Ədil oğlu - Qazanzəmi kəndi.
67. Heydərov Zaur Muxtar oğlu - Boyük Mərcanlı kəndi.
68. Həmidov Şəmsi Məhəmməd oğlu - Dağtumas kəndi.
69. Həsrətov Mürvət Möhübbət oğlu - Dağtumas kəndi.

Hiç yorum yok:

Yorum Gönder