Qəhrəman qadınlar

        ÅžÉ™kil:Xalid ƏsgÉ™rov01.jpg

                 Dürrə Məmmədova - Kosmodemyanskaya II Dünya müharibəsinin iştirakçısı, baş leytenant, “SSRİ tibb xidməti əlaçısı” olmuşdur. 1981-ci ildə “Azərbaycan SSR-in əməkdar səhiyyə işçisi” adına layiq görülmüşdür.

         Sona Nuriyeva da ilk təyyarəçi qadınlardan biri olmuşdur. O, Bakı təyyarəçilər klubunda yetişmişdir. S. Nuriyeva 1945-ci ildən beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa və s.) qulluq etmiş, 1949-1968-ci illərdə Zabrat aeroportunda işləmişdir. Keçmiş SSRİ Ali Sovetinin deputatı seçilmiş, orden və medallarla təltif edilmişdir.
          Aliyə Fətulla qızı Rüstəmbəyova II Dünya müharibəsinin gedişində partizan hərəkatının iştirakçısı olmuşdur. O, müharibənin ilk günlərindən Moskva, sonra Smolensk yaxınlığında tibb-sanitar batalyonunda xidmət etmişdir. 1941-də əsir düşmüş, 1942-ci ilin əvvəllərində əsirlikdən qaçmış, Smolensk meşələrində fəaliyyət göstərən “Deduşka” partizan dəstəsinə qoşulmuşdur. Tibb-sanitar batalyonunun rəisi kimi döyüşlərin birində həlak olmuşdur.

           Ziba Qəniyeva 1923-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. Gənc yaşlarından incəsənətə maraq göstərən Ziba Qəniyevanın ən böyükü arzusu aktrisa olmaq olmuşdur. 1937-ci ildə yeni əsası qoyulmuş Özbəkistan Filarmoniyasında rəqs kurslarına qəbul olunur. 1940-cı ildə Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olur. İkinci dünya müharibəsinə SSRİ-nin qoşulmasından sonra qadınlar da döyüş bölgəsinə gedirdilər. Ziba Qəniyevada müharibənin ilk günlərində könüllü cəbhəyə getmiş, Şimal-Qərb cəbhəsində vuruşan 3-cü Moskva kommunist diviziyasında snayper olaraq döyüşmüşdür. Müharibədə göstərdiyi uğurlu şücaətə görə Moskvanın müdafiəsi uğrunda medalına layiq görülmüşdür. 1955-1956-cı illərdə Bakı Ali Partiya Məktəbində dil və ədəbiyyat kafedrasının müdiri, 1956-cı ildən SSRİ EA Şərqşünaslıq İnstitutunda elmi işçi vəzifələrində işləmişdir. 1965-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsi qazanaraq, Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri ilə təltif edilmişdir. Ziba Qəniyeva İkinci dünya müharibəsi dövründə 129 alman əsgərini öldürmüşdür

      Züleyxa Seyidməmmədova kapitan rütbəli təyyarəçimiz olmuşdur. O, II Dünya müharibəsində təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini kimi 500-dən artıq döyüş uçuşu keçirmişdir. 1952-1975-ci illərdə Azərbaycan SSR ictimai təminat naziri, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Dövlət təltifləri vardır.
Müharibə illərində digər bir qadın qəhrəmanımız - gəmi kapitanı Şövkət Səlimova 1940-cı ildə Bakı Dənizçilik Məktəbini bitirmişdir. II Dünya müharibəsində Xəzər Dəniz Gəmiçiliyində kapitan müavini və kapitan işləmişdir. Müharibə dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur.
Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbəyə qəhrəman Azərbaycan qızları öz töhfələrini vermişlər. Çünki onlar qədim qəhrəmanlıq ənənəsinə malik bir xalqın qızları idilər.
       Növrəstə Yusifova Qarabağ müharibəsində Azərbaycanın ilk döyüşçü qadın snayperi olub. Müstəqil Azərbaycanın ilk qadın snayperi bildirib ki, hər zaman öz snayperi ilə səngərdə döyüşlərin qızğın getdiyi yerlərdə iştirak edib. 

Növrəstə xanım könüllü olaraq bu döyüşlərə qatılıb. Onun sözlərinə görə, könüllü döyüşlərə getmək istəməsinə baxmayaraq, döyüşdə qadınların olmadığını əsas gətirərək, onu aparmaq istəməyiblər. Buna baxmayaraq qadın snayper inad göstərərək döyüşlərə qatılıb: “Səngərdə döyüşlərdə olan ilk döyüşçü qadın snayper olmuşam. İlk olaraq Şuşa və Şuşa ətrafı döyüşlərdə iştirak etmişəm. Burada düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etmişəm. Nişana aldığım düşmənin sayını dəqiq deyə bilmərəm”


          Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda, ziyalı ailəsində doğulmuşdur. 1979-cu ildə paytaxtdakı M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirmiş, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olmuşdur. Sonralar jurnalist kimi fəaliyyət göstərmişdir. 1991-ci il yanvarın 9-da Laçın-Şuşa yolunun 6-cı kilometrliyində, Qaladərəsi kəndi yaxınlığında azğınlaşmış erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, onun içərisində olduğu avtomaşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdur. Nəticədə istedadlı jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı və ən nəhayət Azərbaycanın qeyrətli qızı Salatın Əsgərova amansızcasına qətlə yetirilmişdir. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. O, Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Paytaxtda bir küçə, Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. Yaxınlığında həlak olduğu kənd Salatınkənd adlandırılmışdır.

          Əsgərova Gültəkin Məlik qızı. 1960–cı il noyabrın 20-də Bakıda anadan olmuşdur. Azərbaycan Tibb Universitetini bitirmişdir. Əmək fəaliyyətinə 8 nömrəli təcili tibbi yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji Kliniki Xəstəxanada işləmişdir. 1992-ci ilin aprelindən könüllü cəbhəyə yollanmış, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərmişdir. 1992-ci il iyulun 19-da Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ölümündən sonra, 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Həlak olduğu yüksəkliyə, Xəzərin sularında üzən bir gəmiyə, ailəsində isə bir körpəyə onun adı verilmişdir.

      Qaratel Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. Bakı Ticarət Texnikumunu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışmışdır. 1991-ci ildə doğma yurdu Qazaxa qayıtmış, könüllü surətdə ana torpağın müdafiəsinə qalxmışdır. 1993-cü ildə Aşağı Əskipara kəndində “Kalaşnikov” markalı avtomatla xeyli sayda erməni quldurlarını öldürdükdən sonra düşmən əlinə keçməmək üçün axırıncı gülləni özünə vurmuşdur. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

      Vəfa Mansurova 1966-cı il iyulun 23-də Qazax rayonunun Daş Salahlı kəndində, qulluqçu ailəsində anadan olmuşdur. Kənddəki 2 nömrəli orta məktəbi bitirmişdir. Arzusu tarixçi olmaq idi. Sənədlərini Bakı Dövlət Universitetinin tarix fakültəsinə təqdim etmişdi. Lakin Vəfa 1991-ci ildə qəbul imtahanları deyil, həyat imtahanı vermək məqsədi ilə könüllü cəbhəyə yollanmışdır. Özünün və silahdaşlarının gərgin əməyi ilə qərargah yaratmış, kəndin ətrafında səngərlər qazdırmış, sərhəddə gecələr gözətçi növbələri yaratmışdır. Kənd ziyalılarının, ağsaqqallarının köməyi ilə kənddən ianə toplatdırmış, könüllü hərbi birləşmələr üçün tank, top, qrad tipli silah, avtomat və digər silah-sursat aldırmışdır. Onun və silahdaşlarının sayəsində düşmən sərhəddə yerləşən Daş Salahlı kəndinə yaxın düşə bilməmişdir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra qanuni çağırışçıların hesabına sərhədlərdə möhkəm nəzarət yaradılmış, Vəfa “daha qorxu yoxdur!” deyərək doğma ocağına qayıtmışdır.
Lakin amansız ölüm bu igid el qızını sıralarımızdan tez aparmışdır. O, 1998-ci il aprelin 30-da urəktutmasından vəfat etmiş, kənd qəbiristanlığında torpağa tapşırılmışdır


             Sucahət İsgəndərova 4 Mart 1959 cu ildə Zəngilan rayonu Şəfibəyli kəndində anadan olub.O ,Zəngilan rayonu Poçt şöbəsində əməliyyatçi işləyirdi.Qarabağ müharibəsində döyüşən əsgərlərimizə dəfələrlə yardım aparirdilar. 1992 ci ildə May ayinin 20-də Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sonuncu dəfə yardım apararkən Düşmən snayperinin atəşi nəticəsində şəhid olmuşdur..Hal hazirda ondan yadigar biri qizi var.








2 yorum: