Azərbaycan Hərbi Hava Qüvvələri

Azərbaycan Hərbi Hava Qüvvələri 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür.  Azərbaycanın ilk hərbi pilotu Fərrux Qayıbov olub.  O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib. Azərbaycan Hərbi Hava Qüvvələri 14 fevral 1992-ci ildə Milli Ordunun ayrıca bölməsi kimi təsis olunub .  1992-ci ilin aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş Sovet ordusunun Sitalçay aerodromundan Su-25 döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyyarəni arsenalına qəbul edib. Daha sonra Nasosnı aviabazasının alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aviabazasında xidmət edən polkovnik-leytenant Aleksandr Pleşinin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.
Müxtəlif məlumatlara görə, hazırda 8,000 nəfər personalın xidmət etdiyi Azərbaycan HHQ arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. 8000 nəfər personalın xidmət etdiyi HHQ-nin arsenalında MiQ-21, MiQ-29, Su-25 döyüş təyyarələri, İL-76 yük daşıyan təyyarəsi, Bell 412, Kamov Ka-27, Mil Mi-17, Mi-24, Mi-35M, helikopterləri, Hermes 450, IAI Heron, IAI Searcher, Orbiter, Aerostar və Zərbə pilotsuz uçuş aparatları var.

Mənbə: https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Silahl%C4%B1_Q%C3%BCvv%C9%99l%C9%99ri#Az%C9%99rbaycan_H%C9%99rbi_Hava_Q%C3%BCvv%C9%99l%C9%99ri

Hiç yorum yok:

Yorum Gönder