31 Temmuz 2021 Cumartesi

Şəhid Ruslan Rəcəb oğlu Rəcəbov



1984-cü il avqustun 1-də Sumqayıt şəhərində anadan olub.

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Ruslan Rəcəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Rəcəbov oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.


 "Qarabağ" ordeni ilə təltif edildi.

"Vətən uğrunda" medalı ilə təltif edildi.

"Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

"Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi

"Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin.

#HərŞeyVətənÜçün

 

Cahangirli Habil Həzər oğlu

 

Azərbaycan Ordusunun baş leytenantı, Vətən müharibəsi qazisi, 1980-ci il təvəllüdlü Cahangirli Habil Həzər oğlu Ankarada müalicə aldığı Hacettepe Universiteti Xəstəxanasında dünyasını dəyişib.


Qeyd edək ki, Habil Cahangirli 1980-ci ildə, Lerik rayonunun Veri-Babakücə kəndində anadan olub. O, Vətən müharibəsində iştirak edib, "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif edilib. 2020-ci ilin sonlarında baş leytenant kimi ordudan tərxis olunub.


Allah rəhmət eləsin!

31 İyul Vətən Müharibəsi şəhidlərimizdən


 

1. Əsgər Əliyev Elvin Famil oğlunun (31.07.2000)

2. Baş leytenant Gülməmmədov Amin Mayis oğlunun (31.07.1995)

3. MAHHXHQ kiçik  çavuş İsmayılov Sərdar Sərvər oğlunun (31.07.1995)

4. Leytenant Məmmədli Nicat Rizvan oğlunun (31.07.1999)

5. Əsgər Məmmədzadə Pərviz Zahid oğlunun (31.07.2001)

6. MAHHXHQ əsgər Mirzəyev Elçin Maqsud oğlunun (31.07.1985) 

7. Baş leytenant Quliyev Əvdil Qardaşxan oğlunun (31.07.1972) doğum günüdür


Bütün şəhidlərimizin ruhu şad olsun 🇦🇿

30 Temmuz 2021 Cuma

Şəhid Rafiq Səmədov

 

30.07.1992-ci il Rafiq Səmədovun şəhid olduğu gündür.

Rafiq Səmədov Balakən rayonu Nizami adına şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi olub. I Qarabağ müharibəsidə könüllü iştirak edib.

Allah rəhmət eləsin.

29 Temmuz 2021 Perşembe

Şəhid Kamal Məmmədov



 Kamal Məmmədov 1998-ci il iyulun 30-da Balakən rayonunun Qullar kəndində anadan olub.


2004-2015-cı illərdə S.Vurğun adına Qullar kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsində təhsil alıb. Subay idi.

Kamal Məmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.


2019-2020-ci illərdə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.


Kamal Məmmədov oktyabrın 16-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Şəhid MAHHXHQ Salahov Kamil Mətləb oğlu


 30.07.1998-ci ildə Yevlax rayonu, Aran qəsəbəsində anadan olub. Kamil Vətən müharibəsində igidlik və mərdlik göstərərək 28.09.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.


Şəhidimiz ailəli idi.2020 ci il 14 sentyabrda doğulan Tunar adlı oğlu Vətənə əmanətdir.


O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Allah rəhmət eləsin.

Şahin Fətəliyev Şamxal oğlu


30 İyul 1999-cu ildə Beyləqan rayonunun Bolsulu kəndində doğulub. 2017- ildə hərbi xidmətə yollanıb. Lakin xidməti başa vurduqdan sonra hərbə olan marağı onu yenidən bu sahəyə yönləndirir və Müddətdən Artıq Hərbi Quluçu kimi Vətənə xidmətini davam etdirir.

Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması uğrunda Vətən müharibəsi başlanan zaman   döyüşlərdə iştirak edir. Düşmənin çoxsaylı canlı qüvvəsini məhv edib. 27 nəfər yoldaşını döyüş meydanından uzaqlaşdırıb. 30 İyul 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən " Füzulininin azad olunmasına görə" medalı ilə təltif edildi.


Şəhidimizin 2020-ci il təvəllüdlü Zəhra adlı qızı bizə yadigar qaldı.


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Şəhid Ağayev Mənsur Ağa oğlu



1994-cü il iyulun 29-da Hacıqabul rayon Padar qəsəbəsində anadan olmuşdur. 

Padar qəsəbə orta məktəbini bitirdikdən sonra 2012-ci ildə həqiqi hərbi xidmətə yollanılmışdır. Mansur Ağayev 2020-ci il sentyabrın 21-də yenidən müddətdən artıq hərbi xidmət etmək üçün, Cağrış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə yollanır. 

   2020-ci il sentyabrın 27-də  Azərbaycan Silahlı Qüvvələri  tərəfindən  Ermənistan  işğalı  altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması  üçün  başlanan  Vətən müharibəsi  zamanı  Fizuli, Cəbrayıl, Xocavənd rayonları uğrunda döyüşlərdə iştirak edir, Azərbaycanın  ərazi bütövlüyünün təmin edilməsi uğrunda  döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  ölümündən sonra  Azərbaycan Respublikası  Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən "Vətən uğrunda",  “Xocavəndin azad olunmasına görə” medal  ilə təltif olunmuşdur.

07-Noyabr 2020-ci il tarixdə Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.


Allah bütün şəhidlərimizə rəhmət eləsin.

#HərŞeyVətənÜçün

27 Temmuz 2021 Salı

Cəmil Məmmədli


 Bu gün (28 İyul) Şəhidimiz Cəmil Məmmədlinin doğum günüdür.Allah rəhmət eləsin sənə Şəhidim!

Şəhid XTQ (HQ) mənsubu baş leytenant Zeynalov Elnur Elsəvər oğlu


1994-cü il iyulun 28-də Naxçıvan şəhərində anadan olub.Azərbaycan Ordusunun baş leytenantı olan Elnur Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Zeynalov oktyabrın 26-da Qubadlı döyüşləri zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub.

Xidməti fəaliyyəti dövründə 2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə mükafatlandırılıb.

 Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Zeynalov ölümündən sonra "Qarabağ" ordeni, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına Füzulinin azad olunmasına görə" medalı, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı, Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah rəhmət eləsin

Şəhid Namazov Taleh Zülfəli oğlu


 

Taleh Namazov 1999-cu il iyulun 28-də Ağstafa rayonunun Düzqışlaq kəndində anadan olub. Subay idi.


Azərbaycan Ordusunun kiçik çavuşu olan Taleh Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Namazov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Düzqışlaq kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Namazov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Namazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.


#QəhrəmanlarımızıTanıyaq

#QəhrəmanlarımızıUnutmayaq

Şəhid Mirsəfa Mirəşbəyli


Mirsəfa Mirəşrəfbəyli 1994-cü il iyulun 27-də Cəlilabad rayonunun Badamağac kəndində anadan olub.

Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirsəfa Mirəşrəfbəyli oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub. 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" ,"Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 


#AzərbaycanQəhrəmanları

#QəhrəmanlarımızıTanıyaq

#QəhrəmanlarımızıUnutmayaq

Şəhid Abdullayev Samir İlham oğlu



28 iyul 1998-ci ildə Gəncə şəhərində doğulmuşdur.

2016-cı ildə Gəncə şəhər 37 nömrəli tam orta məktəbi bitirmişdir. 

2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirmişdir.

2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılmışdır. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmişdir. O, Füzuli şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə yer almışdır.

25 oktyabr 2020-ci ildə Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

28 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.


Abdullayev Samir İlham oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə" və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Əliyev Kamran Rasim oğlu



28 iyul 2001-ci ildə Lənkaran rayonu Aşağı Nüvədi qəsəbəsində doğulub.


 Azərbaycan Ordusunun əsgəri olan Kamran Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Kamran Əliyev oktyabrın 12-də Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Gizir Faiq Hüseyn oğlu Həsənov


 

Gizir Faiq Hüseyn oğlu Həsənov 28 İyul 1990-cı ildə Bakı şəhərində anadan olub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Faiq Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Faiq Həsənov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Həsənov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Şəhid MAHHXHQ Ələkbərli Ələkbər Ramiz oğlu


 

28.07.1991 -ci il tarixində Tərtər rayonu  Köçərli kəndində  anadan olub. 

İki bacının tək qardaşı idi.

Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Ələkbərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd qəbiristanlığında dəfn edilmişdir.

   Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra  “Vətən uğrunda” medalı ilə  təltif edilmişdir. 

   Allah rəhmət eləsin!

#HərŞeyVətənÜçün

Şəhid Mürşüd Məmmədov Zülfüqar oğlu


 

Mürşüd Məmmədov 27 iyul 1998-ci il Beyləqan rayonunun Birinci Şahsevən kəndində doğulub.

27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində kəşfiyyatçı-üymbaraatan kimi Füzuli döyüşləri, Cəbrayıl döyüşləri və Qubadlı döyüşlərində iştirak edib.


06.11.2020 -ci il tarixdə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəçancasına savaşarsq Şəhidlik zirvəsinə ucalıb. 


Göstərdiyi  igidliyə görə ölümündən sonra "Vətən uğrunda" medalı  və "Cəsur  döyüşçü" medalı ilə təltif edilib.


Şəhidimiz Beyləqan rayonunun Birinci Şahsevən kəndində dəfn olunub.


Allah rəhmət eləsin!


#AzərbaycanQəhrəmanları 

#Unutmayaq 

#Unutdurmayaq

Şəhid Fəxri Məmmədov Habil oğlu

 

Fəxri Məmmədov 2000-ci il iyulun 27-də Bakı şəhərində anadan olub.

Əslən Lacın rayonunun Şamkənd kəndindəndir. İlk təhsilini 2007-ci ildə Bakı şəhəri Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə almışdır. 2016-cı ildə qəbul olduğu təhsil müəsisəsində kompyuter mühəndisliyi ixtisası üzrə təhsil almışdır. Fəxri Məmmədov musiqi ilə məşğul olmuş, gitara da ifa etməyi bacarırdı.


Azərbaycan Ordusunun əsgəri olan Fəxri Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir . Fəxri Məmmədov sentyabr 27-də Cəbrayıl rayonun Nüzgar kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olub.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəxri Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəxri Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəxri Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəxri Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

#AzərbaycanQəhrəmanları

Şəhid Şulan Bayram oğlu Bayramov


 1996-cı ilin 28 iyul günündə Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı tam orta məktəbi bitirən Şulan Bayramov bir il sonra, 2014-cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil oldu.


Əsgər Şulan Bayramov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.


Aprelin 7-i isə Şulan Bayramov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Bayramov uğrunda şəhid olduğu torpağa tapşırıldı.


Şulan Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.


Allah rəhmət eləsin

#HərŞeyVətənÜçün

Məlik Kamran oğlu Zülfuqarov


27 iyul 2001-ci il Kürdəmir rayonunun Karrar qəsəbəsində dogulub. 2007-ci ildə Karrar qəsəbə tam orta məktəbinə gedib, 2018-ci ildə məktəbi bitirib. 3 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Azərbaycanin Böyük Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, 21 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Evin tək oğlu olan Məlikin idmana böyük həvəsi var idi. Fövqəladə Hallar Nazirliyi sistemində işləmək arzusunda olub Məlik. O, çox vətənpərvər, tərbiyəli, ailəsinə, yurduna bağlı oğul idi. Yaşının az olmağına baxmayaraq, dərin düşüncəli övlad kimi diqqəti cəlb edib, gözəl nitq qabiliyyəti ilə də seçilib.


Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə", 24 İyun 2021-ci il Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.


Böyük insanları hər zaman böyük ürəkli valideynlər dünyaya gətirir. Şəhidimizin anası ailəyə ayrılan 10 min manatı Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

27 iyul tarixində doğulmuş şəhidlərimiz.


27 İyul Vətən Müharibəsi şəhidlərimizdən

 1. Əsgər Fərzulla-zadə Mehdi Zaman oğlu (27.07.1995)

2. Əsgər Məmmədov Fəxri Habil oğlu (27.07.2000)

3. Əsgər Abdullazadə Qasım Əli oğlu (27.07.1999)

4. Əsgər Məmmədov Sənan Tehran oğlu (27.07.2000)

5. MAHHXHQ çavuş Mirəşrəfbəyli Mirsəfa Mirbaba oğlu (27.07.1994)

6. MAHHXHQ əsgər Məmmədov Mürşüd Zülfüqar oğlu (27.07.1998)

7. Əsgər Mirzəyev Nuran Akif oğlu (27.07.1999)

8. Əsgər Teymurlu Orxan Şaiq oğlu (27.07.1996)

9. Əsgər Zülfüqarov Məlik Kamran oğlu (27.07.2001) 


Bütün şəhidlərimizin ruhu şad olsun 

Şəhid Mehdi Fərzullazadə Zaman oğlu


 1995-ci il iyul ayının 27-də Bakı Şəhəri, Suraxanı Rayonu, Bülbülə qəsəbəsində anadan olub. Orta təhsilini 2001-2012-ci illərdə N.Həmidov adına 208 nömrəli tam orta məktəbdə almışdır.

Mehdi 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygül rayonunda yerləşən "N" saylı hərbi hissəsində hərbi xidmətdə olub. Hərbi hissənin atacı-nizamlayacı vəzifəsində xidmət edib. "Döyüş və ictimai-siyasi hazırlıqla, nizam-intizamda əldə etdiyi yüksək nailiyyətə görə komandanlıq tərəfindən Fəxri fərmanla təltif edilib. Mehdi 2020 iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-nin Bakı Şəhəri Suraxanı rayonu şöbəsinə müraciət edib və Sentyabr ayının 21-təlimə yollanıb.

Azərbaycan ordusunun əsgəri olan Mehdi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Noyabrın 7-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə Qəhrəmancasına vuruşaraq Şəhid olub. Bül-bülə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olub. "Vətən uğrunda" Medal ilə təltif olub.

Allah rəhmət eləsin.

Şəhid Abdullazadə Qasım Əli oğlu


27 iyul 1999-cu ildə Bakının Mərdəkan qəsəbəsində anadan olub. 2005-ci ildə Mərdəkanda yerləşən H.Z. Tağıyev adına 123 nömrəli orta məktəbə təhsil almağa başlamış və 2016-cü ildə təhsilini İsmayıllı rayonu 1 saylı tam orta məktəbdə başa vurmuşdur.


2017-ci il iyulun 27-də həqiqi hərbi xidmətə yola düşüb. 2019-cu ildə hərbi xidmətini tamamlamışdır.


Qasım Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsi zamanı cəbhənin bir çox istiqamətlərində döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. Qasım 21 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid qəhrəmancasına olmuşdur.


O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.


Allah rəhmət eləsin.

26 Temmuz 2021 Pazartesi

Şəhid Fərid Dursunov Fazil oğlu


Fərid Dursunov 1986-cı il iyulun 26-da Qax rayonunun Qorağan кəndində Fazil və Mirvari Dursunovların ailəsində anadan olub.

Fərid Dursunov 1992-ci ildə Qax rayonunda Səfa Rəhimov adına Qorağan кənd tam orta məкtəbinin birinci sinfinə qəbul olub və 2003-cü ildə oranı bitirib. Orta təhsilini başa vurandan sonra sənədlərini Azərbaycan Ali Hərbi Məktəbi (AAHM) verən Fərid Dursunov, 2008-ci ildə oranı bitirir və xarici dövlətə qısa müddətli təlimlətə göndərilir.

Məryəm Dursunova ilə ailəli idi. Ömər və İsa adında oğulları yadigar qaldı.

Azərbaycan Ordusunun kapitanı olan Fərid Dursunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Fərid Dursunov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qax rayon Qorağan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Dursunov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Dursunov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Kapitan Fərid Dursunov "Qalatasaray" Futbol Klubunun sadiq fanatlarından idi.Fərid Dursunov Vətən müharibəsi zamanı döyüşlərə qatılmazdan əvvəl şəhid olacağı halda məzarının yanında Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ın bayrağının ucaldılmasını vəsiət eləmişdi.Onun vəsiətinin sosial medialarda ictimailəşməsindən sonra "Qalatasaray" İdman Klubu özünün rəsmi twitter hesabında Fərid Dursunovun məzarının fotosunu paylaşdı və başsağlığı mesajını yayımladı.

"Şəhid olsam məzarıma Azərbaycan bayrağı ilə birgə Qalatasaray bayrağını asın" deyən və vəsiəti yerinə yetirilən Şəhid Fərid Dursunov ilə birgə bütün şəhidlərimizə Allahdan rəhmət diləyiriк. Qalatasaraylılıq ölməz...



Şəhid Ramazanov Rasim İsmayıl oğlu


Rasim Ramazanov 1998-ci il iyulun 26-da Babək rayonunun Babək qəsəbəsi anadan olub.


Rasim Ramzanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rasim Ramazanov oktyabr 19-da Xocavənd döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Ramazanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Ramazanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.


#QəhrəmanlarımızıTanıyaq

#QəhrəmanlarımızıUnutmayaq

Şəhid (XTQ, Kiçik-Gizir) Ağaəhmədov Elnur Fəxrəddin oğlu

 

1998-ci il iyunun 28-də Xızı rayonunun Sitalçay kəndində anadan olub. 


#QəhrəmanlarımızıTanıyaq

Şəhid Nihad Abbasov Mövlud oğlu


Nihad Abbasov 2000-ci il iyulun 25-də Qax rayonunun İlisu kəndində anadan olub.

2007-2018-ci Nizami Gəncəvi adına İlisu kənd tam orta məktəbində təhsil alıb. Subay idi.


Nihad Abbasov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşlərindən sonra öz istəyi ilə Qax Hərbi Komissarlığına müraciət edib və Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə "baş əsgər" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.


Azərbaycan Ordusunun baş əsgəri olan Nihad Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihad Abbasov oktyabrın 9-də Ağdərə istiqamətində şəhid olub. Qax rayonunun İlisu kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nihad Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!


#AzərbaycanQəhrəmanlari

Şəhid Baş leytenant Seymur Cabbarov


 

XTD Şəhidi Abdullayev Tural Şakir oglu


 

Qazi İlqar Xanlar oğlu Əliyev


 

Vətən üçün doğulan oğul.....

Vətən sevgisi ən ali hiss , ən müqəddəs amal, insanın kimliyidir.

İlqar Əliyev 26 iyul 1985 ci ildə  Lənkəranda  doğulub.


2020 ci il sentyabrada Vətən Müharibəsi başlayanda könüllü olaraq hərbi komisarlığa gəlir və  2-ci qrup əlil olmasına baxmayaraq, ilqar Əliyev Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qoşulur...

Ailəlidir 3 oğul atasıdır.


İlqar Füzuli ,  Cəbrayil , Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib

#HərŞeyVətənÜçün

26 iyul tarixində doğulmuş şəhidlərimiz.


1. Əsgər Adişov Qüdrət Rahim oğlunun (26.07.1998)

2. Kapitan Dursunov Fərid Fazil oğlunun (26.07.1986)

3. Əsgər Həsənov Sübhan Rauf oğlunun (26.07.2001)

4. Əsgər Məmmədov Əliağa Eldəniz oğlunun (26.07.2001)

5. MAHHXHQ əsgər Ramazanov Rasim İsmayıl oğlunun (26.07.1998) doğum günüdür.

Bütün şəhidlərimizin ruhu şad olsun 🇦🇿

Şəbiyev Xəyal Nürəddin oğlu



Şəbiyev Xəyal Nürəddin oğlu 7 iyul 2001-ci ilde Biləsuvar rayon Zəhmətabad kəndində anadan olub.

Orta məktəbi oxuyub bitirdikdən sonra Biləsuvar peşə liseyinə daxil olub. 2020-ci ildə peşə liseyin bitirdikdən sonra iyul ayinda həqiqi hərbi xidmətə yolandı. 

Tovuzda kəşfiyyatçı kimi xidmət edirdi. 23.10.2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

#QəhrəmanlarımızıTanıyaq

#QəhrəmanlarımızıUnutmayaq

Ağalar Əliyev


Cəlilabad Qazisi 2002-ci il təvəllüdlü Əliyev Ağalar həqiqi hərbi xidmətini Tərtərdə yerinə yetirmişdir. Ağdərə, Talış kənd, Madagiz və Suqovuşan döyüşlərinde iştirak etmişdir. Suqovuşan uğrunda gedən qızğın döyüşlərdə minamyot yanına düşərək qarın nahiyyəsindən və qolundan yaralanmışdır. 5 qəlpə qolunda qalmış, 1 qəlpə qabırğasında qalmışdır. Allah şəfa versin.


#QəhrəmanlarımızıTanıyaq

#QazilərimiziTanıyaq

Vəli Quliyev



20 İyul 1997-ci ildə Naxçıvanın Culfa rayonunun Qazançı kəndində anadan olub. 2003-2009-cu illərdə A. Tağıyev adına 17 nömrəli tam orta məktəbdə, 2009-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.


Vəli Quliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.


Azərbaycan Ordusunun leytenantı olan Vəli Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vəli Quliyev oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Culfa rayonunda canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəli Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəli Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəli Quliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.


#QəhrəmanlarımızıTanıyaq

#QəhrəmanlarımızıUnutmayaq

Ermənistan tərəfi Kəlbəcər rayonu ərazisində mövqelərimizi intensiv atəşə tutub

 

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib.

İyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub. 

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.


https://mod.gov.az/az/news/ermenistan-terefi-kelbecer-rayonu-erazisinde-movqelerimizi-intensiv-atese-tutub-36913.html

___

   

Армянская сторона подвергла интенсивному обстрелу позиции Азербайджанской Армии в Кельбаджарском районе

Подразделения вооруженных сил Армении в очередной раз совершили провокацию на Кельбаджарском участке армяно-азербайджанской государственной границы.

26 июля начиная с 03:00 подразделения вооруженных сил Армении с боевых позиций, расположенных на различных направлениях на территории Басаркечарского района, из стрелкового оружия и гранатометов подвергли интенсивному обстрелу позиции Азербайджанской Армии на территории Кельбаджарского района.

Подразделения Азербайджанской Армии, дислоцированные на этом направлении, предпринимают адекватные ответные меры.


https://mod.gov.az/ru/news/armyanskaya-storona-podvergla-intensivnomu-obstrelu-pozicii-azerbajdzhanskoj-armii-v-kelbadzharskom-rajone-36914.html


___


The Armenian side intensively shelled the positions of the Azerbaijan Army in the Kelbajar region

Armenian armed forces units once again committed a provocation on the Kelbajar section of the Armenian-Azerbaijani state border.

On July 26, starting from 03:00 the Armenian armed forces from its combat positions located in various directions in the territory of the Basarkechar region using small arms and grenade launchers intensively shelled the positions of the Azerbaijan Army in the territory of the Kelbajar region.

The Azerbaijan Army Units stationed in this direction are undertaking adequate retaliatory actions.


https://mod.gov.az/en/news/the-armenian-side-intensively-shelled-the-positions-of-the-azerbaijan-army-in-the-kelbajar-region-36915.html

Şəhid Rəşid Mehdiyev

 

1990-cı ilin 26 iyul günündə Salyan rayonunun Xələc kəndində anadan olub. Ailənin yeganə oğul övladı olan Rövşən Mehdiyev Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.

Baş leytenant Rəşid Mehdiyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Rəşid Mehdiyev doğulduğu Salyan rayonunun Xələc kəndində son mənzilə yola salındı.

Rəşid Mehdiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

Şəhid Sübhan Rauf oğlu Həsənov



 26 iyul 2001-ci ildə Masallı şəhərində anadan olmuşdur. 2007-ci ildə şəhid Masallı şəhər İ.Zülalov adına İsgəndərli kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir.


Sübhan Həsənov 2019-cu ilin 30 iyul tarixində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Goranboy rayonunda yerləşən «N» saylı hərbi hissədə snayperçi olaraq yerinə yetirmişdir.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sübhan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Sübhan Həsənov 7 dekabr 2020-ci ildə Masallı şəhərinin qəbiristanlığında dəfn olunmuşdur.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Musazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

Şəhid Qüdrət Adişov Rahim oğlu


26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olmuşdur. Sonra ailəsi ilə birgə Bakı şəhərinin Zabrat qəsəbəsində məskunlaşmışdır. Orta məktəbi də yaşadığı qəsəbədə alan Qüdrət 2016-cı ildə Bakı Biznes Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. O, həmçinin, ASAN xidmət könüllüsü olaraq çalışırdı. "FotoMən 2" və digər layihələrdə aktiv iştirak etmişdi. Qüdrət Adışov Cəfər Cabbarlının "Vəfalı Səriyyə" pyesində molla obrazını canlandırmışdı.

Universiteti başa vurduqdan sonra 7 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Qüdrət Adışov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Tərtər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 28 sentyabr 2020-ci ildə Goranboy istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 2 oktyabr 2020-ci ildə Zabrat qəsəbəsində yerləşən Zabrat-1 qəbiristanlığında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Adışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Adışov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Adışov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Adışov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.


 Təltiflər

 (15.12.2020) — "Vətən uğrunda" medalı 

 (18.12.2020) — "İgidliyə görə" meda

 (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı 

 (29.12.2020) — "Ağdamın azad olunmasına görə" medalı 

Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Şəhid Kapitan Toğrul Səyyad oğlu Məmmədov


 


1988-ci ilin 26 iyul günündə Babək rayonunun Şıxmahmud kəndində anadan olub.Orta təhsilini Şıxmahmud kənd tam orta məktəbində alıb, 2002-ci ildən Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseydə davam etdirmiş və 2005-ci ildə buradan məzun olmuşdur.2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2009-cu ildə leytenant hərbi rütbəsi ilə bitirmişdir.Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində 1 illik ixtisasartırma kursu keçmişdir.


Kapitan Toğrul Məmmədov 2016-cı ilin iyulun 14-ü Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. İyulun 15-i isə Toğrul Məmmədov doğulduğu Babək rayonunun Şıxmahmud kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Allah rəhmət eləsin

#HərŞeyVətənÜçün

"Vətən müharibəsi Qəhrəmanı" Şəhid kəşfiyyatçı Polkovnik Leytenant Anar Əliyev.

 


Cənab Polkovnik Leytenant Kəlbəcər rayonunun Boyaqlı kəndindəndir. Əfsanəvi komandirlərdən olan Anar Əliyev Qarabağ əsərinə  öz canı qanı bahasına imza atan qəhrəmanlarımızdandı. Komandir müharibə başlayan gündən düşmənin xeyli canlı qüvvəsini məhv etmişdir. Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl uğrunda düşmənə sözün əsl mənasında qan uddurmuşdur. 

Əfsanəvi komandir Xocavənd rayonunun Tuğ kəndində döyüşlərdə qəhrəmancasına Şəhid olub. Prezidentin sərəncamı ilə "Vətən uğrunda" medalı, "Şuşanın azad edilməsi uğrunda" medal ilə təltif edilib və "Vətən müharibəsi Qəhrəmanı" adı verilib.


#QəhrəmanlarımızıTanıyaq

#QəhrəmanlarımızıUnutmayaq

25 Temmuz 2021 Pazar

Şəhid Leytenant Rəhman Əjdərov Rasim oğlu


 Şəhid Leytenant Rəhman Əjdərov Rasim oğlu 14 may 1997-ci il Babək rayonu Kalbaoruc Dizə kəndində anadan olub. 2014-2018-ci illərdə AAHM'da ali hərbi təhsil alıb. Xocavənd,Laçın və Şuşa uğrunda savaşıb, noyabrın 9-də Şuşada şəhid olub. 


#Qəhrəmanlarımizitaniyaq

Şəhid Ramiz Ağayev İmamverdi oğlu


Ramiz Ağayev 1993-cü il iyulun 25-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. Subay idi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Ramiz Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramiz Ağayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Ağayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Qurbanzadə Ayxan Fariz oğlu

 


Qurbanzadə Ayxan Fariz oğlu 25 iyul 1998-ci il tarixində Azərbaycanın Lənkəran rayonu Şağlaküçə kəndində anadan olmuşdur.

Ayxan Qurbanzadə 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Ayxan Qurbanzadə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, oktyabrın 26-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qurbanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qurbanzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 18-də 2020-ci il tarixli sərəncamı ilə əsgər Ayxan Qurbanzadə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş və "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

Şəhid Qurbanov Qamət Şəmşir oğlu


Qamət Qurbanov 2001-ci il iyulun 25-də Ağsu rayonunun Keşdiməz kəndində anadan olub. 2008–2019-cu illərdə Keşdiməz kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Qamət Qurbanov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qamət Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Qamət Qurbanov sentyabrın 29-da Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağsu rayonunun Keşdiməz kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qamət Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.




25 iyul tarixində doğum günü olan şəhidlərimiz


1. MAHHXHQ baş əsgər Abbasov Nihad Mövlüd oğlunun (25.07.2000)

2. MAHHXHQ, çavuş Ağayev Ramiz İmamverdi oğlunun (25.07.1993)

3. Əsgər Allahverdiyev Vüsal Novruz oğlunun (25.07.2002)

4. Baş leytenant Hüseynov Orxan Bəhmən oğlunun (25.07.1991)

5. Mayor Quliyev Elnur Eldar oğlunun (25.07.1984)

6. Əsgər Quliyev Orxan Bəxtiyar oğlunun (25.07.1997)

7. Əsgər Qurbanov Qamət Şəmşir oğlunun (25.07.2001)

8. Əsgər Qurbanzadə Ayxan Fariz oğlunun (25.07.1998)

9. MAHHXHQ əsgər Rəhimov Elnur Məmmədkərim oğlunun (25.07.2000) 

10. MAHHXHQ əsgər Rəhimov Yalçın Elçin oğlunun (25.07.2000) doğum günüdür.

Bütün şəhidlərimizin ruhu şad olsun 

Milli Qəhrəmanımız Əlabbas İsgəndərovun doğum günüdür


İsgəndərov Əlabbas Qara oğlu 25 iyul 1958-ci ildə Ağdam rayonunun Kürdlər kəndində doğulmuşdur. O, Kolanı obasında qoçaqlığı, əyilməzliyi ilə ad-san çıxaran, hələ sovet dövlətinin kəshakəs vaxtında belə bu hökümətə arxa çöndərən, onun əlinə yaxa verməyən qaçaq Zallar Arazın yaxın qohumu idi.

O, orta məktəbi doğulduğu kənddə bitirmişdi. Yaşıdları arasında böyük hörməti var idi. Əlabbas 18 yaşının tamamında ordu sıralarına çağırılır. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət təsərrüfatda çalışır. Zəhmətkeş, torpağa bağlı bir insan olduğunu nəzərə alaraq onu İcarə kollektivinə başçı seçirlər.


O, torpaqlarımızın işğalı ilə heç cür barışa bilmirdi. 1991-ci ilin noyabr ayında Ağdamda özünümüdafiə dəstəsi yaradılanda ona ilk yazılanlardan biri də Əlabbas olur. Ə.İsgəndərov dəstənin ən igid, ən qorxmaz koşfiyyatçılarından hesab olunurdu. O, ən çətin tapşırıqları məharətlə yerinə yetirir, düşmənin strateji əhəmiyyətli mövqelərinin vaxtında zərərsizləşdirilməsi üçün canını belə əsirgəmirdi.

1992-ci ilin fevralında bir ay mühasirə şəraitində qalan Umudlu kəndi hərbi vertolyotların köməyi ilə boşaldılırdı. Axıra qalmış 40 nəfər döyüşçünün həyatını xilas etmək üçün vertolyotun kəndə enməsinə düşmən imkan vermirdi. Məhz Əlabbasın qəhrəmanlığı sayəsində həmin döyüşçülər gizli yollarla on gündən sonra hərbi hissəyə qayıda bildilər.


4 mart 1992-ci il... Ə.İsgəndərovun son döyüşü... Qazançı kəndi uğrunda döyüşlərdə mahir kəşfiyyatçı quldur yuvasına ilk od vuranlardan biri oldu... Ancaq bu döyüşdə o, qəhrəmancasına Şəhid oldu.

Ailəli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə İsgəndərov Əlabbas Qara oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Ağdamın Şəhidlər xiyabanında dəfn edilmişdir.


Allah rəhmət eləsin

Şəhid Rəhimov Elnur Məmmədkərim oğlu

 

 Rəhimov Elnur Məmmədkərim oğlu 25 iyul 2000-ci ildə Qəbələ rayon Mıxlıqovaq kəndində dünyaya gəlib. Orta təhsilini 2006-2017-ci illərdə Fəzail Həmidov adına Mıxlıqovaq kənd tam orta məktəbində alıb. Tam orta təhsilini bitirdikdən sonra 2018-ci ilin 26 iyulunda hərbi xidmətə yollanıb. 2020-ci ilin yanvar ayında hərbi xidməti başa vurub. 

Elnur hələ məktəb vaxtlarından vətənini, torpağını sevdiyi üçün hərbçi kimi işləməyə qərar verdiyindən yenidən hərbiyə qayıtmaq üçün müraciət edib. 2020-ci ilin yay aylarında xidmət kursunu müvəffəqiyyətlə başa vuraraq sentyabr ayında yenidən hərbi xidmətə qayıdaraq Beyləqanda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində MAXE əsgər olaraq xidmətə başlayıb. 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində Füzuli, Xocavənd, Ağdərə istiqamətində döyüşlərdə iştirak edən qəhrəman Şəhidimiz Elnur  noyabr ayının əvvəlləri Xocavənd rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.  Bir  dekabrda Qəbələ rayonu Mıxlıqovaq kənd məzarlığında dəfn olunub. 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Şəhid Rəhimov Elnur Məmmədkərim oğlu(ölümündən sonra) 

"Vətən uğrunda"  medalı və

 "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.


Allah cəmi şəhidlərimizə rəhmət etsin

24 Temmuz 2021 Cumartesi

Şəhid Mayor Elnur Eldar oğlu Quliyev

 


1984-cü il iyulun 25-də Füzuli rayonunda anadan olub.

Onun əmisi — Nazim Quliyev Birinci Qarabağ müharibəsinin şəhididir. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Quliyevlər ailəsi Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yaşamağa başladılar. 1991-2001-ci illərdə Qəhrəmanlı qəsəbə tam orta məktəbində təhsil alıb. 2002-2006-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Artilleriya" ixtisası üzrə ali təhsil alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.

Elnur Quliyev 2006-cı ilin iyulundan 2007-ci ilin iyununa qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində (TTM) "Yerüstü Artilleriya Tağım Komandiri" Kurslarında olub.

Elnur Quliyev 2007-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edib. 2013-2015-ci illərdə Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə Bölüyün Komandiri, 2015-2019-cu illərdə isə Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissədə Maddi-Texniki Təminat (MTT) Bölüyü Komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifələrində xidmət edib.

Daha sonra o, Beyləqan rayonunda yerləşən hərbi hissələrdə xidmət edib. Elnur Quliyev həmin hərbi hissələrdə "mayor" hərbi rütbəsində Divizyon Komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edib. Son olaraq Beyləqan rayonunda yerləşən "N" saylı Əlahiddə Kəşfiyyat Taborunda Tabor Komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun mayoru olan Elnur Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı təxliyə rəisi vəzifəsinə təyin olunub. Amma vəzifəsinin cəbhədən geridə təxliyə prosesinin idarə edilməsi olmasına baxmayaraq Elnur Quliyev, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəxsən savaşıb. Elnur Quliyev Füzuli rayonu ərazisində olan "İlanlı" dağına Azərbaycan bayrağını sancan birinci hərbçi olub. Elnur Quliyev oktyabrın 2-də Füzuli döyüşləri zamanı mühasirəyə düşən şəxsi heyətin xilas edilməsi üçün Tabor Komandiri və 4 nəfər döyüş yoldaşı ilə birgə döyüşə daxil olub. Ermənistan Ordusunun səngərinə daxil olaraq onların xeyli sayda canlı qüvvəsinin məhv edilməsində, həmçinin şəxsi heyətin xilas edilməsində və Ermənistan Ordusunun irəliləməsinin qarşısının alınmasında fərqlənib. Döyüşlər zamanı Elnur Quliyev və Tabor Komandiri Orxan Əkbərov, həmçinin digər 4 döyüş yoldaşı şəhid olub. Elnur Quliyev Füzuli rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin


Şəhid əsgər Əhmədov Mikayıl oğlu

 


Şəhid əsgər Əhmədov Mikayıl 1993 ci il iyul ayının 24-ü Qəbələ rayonu Savalan kəndində dünyaya gəlib. Orta təhsilini Savalan kənd məktəbində alıb. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə getmişdir. Həqiqi hərbi xidmətini Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə bitirmişdir. Hərbi xidmətini bitirəndən sonra Savalan kəndi məscidinin fəaliyyəti üçün çalışmışdır. Əhmədov Mikayıl İkinci Qarabağ müharibəsinə 2020 ci il 5 oktyabrda getmişdir. Müharibədə bir neçə yerin düşməndən azad olunmasında yaxından iştirak etmişdir. Şəhid Əhmədov Mikayıl 2020 ci il 2 noyabr tarixində Şuşa yaxınlığında  Daşaltı  kəndində  qəhrəmancasına şəhid olmuşdur. 2020 ci il 3 noyabrda Qəbələ rayonu Savalan kənd qəbristanlığında dəfn olunub.

Allah rəhmət etsin

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Əhmədov Mikayıl (ölümündən sonra) 


Vətən Uğrunda medalı

Qubadlının azad olunmasına görə medalı ilə təltif olunub

Şəhid Yalçın Rəhimov


Yalçın Rəhimov 2000-ci il iyulun 25-də Ağsu rayonunun Çaparlı kəndində anadan olub.

Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Rəhimov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağsu rayonunun Çaparlı kəndində dəfn olunub. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "İgidliyə görə”, "Şuşanın" azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilmişdir. 


Şəhid Elnur Məmmədkərim oğlu Rəhimov

 


Elnur Məmmədkərim oğlu Rəhimov 2000-ci il iyulun 25-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub. 2006-2017-ci illərdə F.Həmidov adına Mıxlıqovaq kənd tam orta məktəbinə təhsil alıb.

Vətən müharibəsi zamanı Suqovuşanın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Rəhimov noyabrın 1-də Şuşa şəhəri istiqamətində gedən hərbi əməliyyatlar zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 01.12.2020-ci il tarixində Qəbələ rayonunda dəfn olunub. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "İgidliyə görə”, "Füzulinim azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilmişdir. 

Allah rəhmət eləsin.


Şəhid Elvin Amil oğlu Quliyev


2001-ci il iyulun 24-də Daşkəsən rayonu Əhmədli kəndində anadan olub. 

Ailədə 5 övlad idilər.

Əhmədli kənd məktəbini bitirib əsgər getmişdi

Bakıda hərbi hissələrin birində qulluq edirdi. Əsgərlikdən gəlməyinə 3 ay qalmışdı. Müharibə başlayanda o da döyüşlərə qoşulmuşdu..

Müharibənin ilk günlərində şəhid olub. Oktyabrın 2-də onu rayonun Şəhidlər Xiyabanında dəfn edilib.


"Suqovşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah rəhmət eləsin.