30 Ekim 2021 Cumartesi

Eyvazov Əbülhəsən


 Eyvazov Əbülhəsən 1 noyabr 1996-cı ildə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. Əbülhəsən 9 aylıq olarkən ailəsi Bakı şəhəri, Nardaran qəsəbəsinə, 3 yaşı olanda Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsinə köçüb. 2003-cü ildə Əbülhəsən NZS qəsəbəsində yerləşən 165 saylı orta məktəbin 1-ci sinifinə qəbul olunub. Hər kəs onu Əbi deyə çağırardı. 2014-cü ildə orta məktəbi bitirdikdən sonra, həmin ilin oktyabr ayında hərbi xidmətə çağırılır. Hərbi xidmətini Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə keçir. 2016-cı ilin aprel ayında təxris qərarının çıxmağına baxmayaraq, "Aprel döyüşləri"nin başlanmasıyla əlaqədar Əbinin ordudan təxris olunması aprel ayının sonuna qədər ləngiyir və o, müharibədə iştirak edir. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ Müharibəsi başlayanda Əbi Füzuli rayonunda yerləşən hərbi bölmələrin tərkibində döyüşlərə qatılır. 30 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində yerləşən bunker adlanan yerə yaxın ərazidə gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olur.

Şəhid kapitan Arzu Seymur oğlu İsgəndərov


Şəhid kapitan Arzu Seymur oğlu İsgəndərov 

O 1988-ci ilin oktyabr ayının 27-si Şəmkir rayonunun Zəyəm qəsəbəsində doğulub.


Hərbi Akademiyanı bitirib. Eyni zamanda TTM-i oxuyub qəhrəmanımız. Tərtərdə, Bərdədə, Gəncədə, Ağdamda, Füzulidə çalışıb. Aprel ayındakı döyüşlərdə isə yaralanmışdı. MN-in N saylı hərbi hissəsində rabitə komandiri işləyirdi və müharibədə həm döyüşürdü, həm də dayanmadan əsgərlərə yardım edirdi. 

Ailəli idi kapitan İsgəndərov. 2 qız atası... 

Sağ gözləyirdi ailəsi. Qırılmış ümidləri vardı. 


13 noyabr 2020 ci il Xocavənd şəhəri yaxınlığında əsgərlərə yardım aparan zaman kapitan Arzu İsgəndərov tank əleyhinə minaya düşərək şəhidlik zirvəsinə ucaldı. 

Qəhrəmanımız şəhadətindən 21 gün sonra, dekabr ayının 5-i Zəyəm qəsəbəsində torpağa tapşırıldı.

Şəhadətin mübarək, Vətənin fədakar oğlu! 

Arzuna çatdın...

Allah rəhmət eləsin!

Elməddin Babayev Cəfərqulu oğlu


Elməddin Babayev Cəfərqulu oğlu

26 Oktyabr 1981-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Elməddin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Babayev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Çaylı kəndində dəfn olunub. 

Ailəli idi. Üç övladı yadigar qaldı.


 TƏLTİFLƏRİ

15.12.202 — "Vətən uğrunda" medalı


24.06.2021— "Suqovuşanın azad olunmasına görə" medalı 


24.06.2021— "Cəsur döyüşçü" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unu

Şəhid Nağıyev Anar Sahib oğlu


Şəhid Nağıyev Anar Sahib oğlu
 30.10.1989- cu ildə, Qazax rayonu Ürkməzli kəndində dünyaya gözlərini açmışdı. Hərbi xidmətini basa vurduqdan sonra, hərbi sıralarına qoşulan Şəhidimiz, 13 il idi ki, N saylı hərbi hissədə xüsusi təyinat dəstəsində, gizir kimi xidmət edirdi. Aprel döyüşlərində də öz mərdliyi göstərərkən snayper yarası almış igid Şəhidimiz Anar, 27 sentyabrda başlayan Vətən Müharibəsində də iştirak etmişdir. 30 oktyabrda yoldaşına zəng edərək, hələ doğulmamış körpəsini yoldaşına tapşırıb, adını Anara qoymasını istəmişdir. Döyüşlər zamanı yaralanmasına baxmayaraq, yenə də döyüşdə iştirak etdi İgidimiz. 8 noyabr, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalan Anar, ölümündən sonra İlham Əliyevin sərəncamı ilə "Qarabağ ordeni", "Vətən uğrunda",  "Kəlbəcərin azad olunmasına görə" və " Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Şəhidimiz 17 noyabr, doğulduğu Ürkməzli kəndində torpağa tapşırılmışdır.
   Qeyd edək ki, Şəhidimiz ailəli idi və yanvarın 25-də ilk övladı, qızı dünyaya gəlmişdir.

Allah rəhmət eləsin !

29 Ekim 2021 Cuma

Əsgər Nağıyev Baloğlan


Əsgər Nağıyev Baloğlan Müdəhətoviç oğlu 1996-cı ildə Rusiya Federasiyasının Tomsk şəhərində anadan olub. 


Nağıyev Baloğlan Vətən müharibəsində igidlik və mərdlik göstərərək 21.10.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz Bərdə rayonunda torpağa tapşırılıb. 


Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Baloğlan Nağıyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Kapitan Ceyhun Həsənov Aydın oğlu


Kapitan Ceyhun Həsənov Aydın oğlu

29 Oktyabr 1985-ci ildə Tovuz rayonunun Çeşməli kəndində anadan doğulub. 1992–2001-ci illərdə Xətai rayonunda Ə. Abbasov adına 257 nömrəli tam orta məкtəbdə, 2001–2003-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil alıb. Ailəli idi . 2 əkiz oğlu var.

Ceyhun Həsənov 2009–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən isə o, Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun Həsənov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. İkinci Fəxri Xiyabanda canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.


TƏLTİFLƏRİ

09.12.2020 — "Vətən Müharibəsi Qəhrəmanı" medalı


15.12.2020— "Vətən uğrunda" medalı 


25.12.2020 "Füzulinin azad olunmasına görə" medalı 

29.12.2020 — "Qubadlının azad olunmasına görə" medalı

24.06.2021 — "Şuşanın azad olunmasına görə" medalı 


26 Ekim 2021 Salı

Oqtay Bədəlov Ələddin



XTQBXTQ Başgizir Oqtay  Bədəlov Ələddin 

27 Oktyabr 1984-cü ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olub.


Azərbaycan Ordusunun baş giziri olan Oqtay Bədəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oqtay Bədəlov oktyabrın 27-də Qubadlı döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Çeşməli kəndində dəfn olunub.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


15.12.2020 — "Azərbaycan Bayrağı" ordeni 


29.12.2020 — "Kəlbəcərin azad olunmasına görə" medalı 


24.06.2021 — "Cəbrayılın azad olunmasına görə" medalı 


24.06.2021 — "Xocavəndin azad olunmasına görə" medalı

  

Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

 

Hassan Xalid Mahmud


Hassan Xalid Mahmud

26 Oktyabr 1995-ci ildə Sumqayıt şəhərində doğulub. Atası Mahmud Hassan əslən Misirdən, anası Maya Quliyeva isə əslən Ağdam rayonunun Saybalı kəndindəndir. 1995-ci ilin iyul ayında — Xalid Hassan 6 aylıq olanda Hassan ailəsi Sumqayıt şəhərindən Qazaxıstanın Almatı şəhərinə gəlmiş və burada yaşamağa başlamışdır. Bir müddət sonra Hassan ailəsi yenidən Azərbaycana qayıdıb və Xalid Hassan birinci sinifə Bərdə rayonu ərazisində Ağdam şəhəri 2 nömrəli tam orta məktəbində təhsil almağa başlayıb. Daha sonra ailəsinin işi ilə bağlı yenidən Qazaxıstanda yaşayan Xalid Hassan 10-cu sinifə qədər Almatı şəhərində təhsil alıb. Tam orta təhsilini Azərbaycanda bitirib.

Xalid Hassan 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Ağdam Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun əsgəri olan Xalid Hassan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə savaşıb. Xalid Hassan noyabrın 4-də Kəlbəcər-Şuşa yolunun Ağdərə sahəsində şəhid olub. Ailəli idi. Məryəm adında bir qızı yadigar qaldı


 TƏLTİFLƏRİ

15.12.202 — "Vətən uğrunda" medalı


29.12.2020— "Suqovuşanın azad olunmasına görə" medalı 


24.06.2021— "Cəsur döyüşçü" medalı 


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

23 Ekim 2021 Cumartesi

Əliyev İbrahim Nəcəfqulu


 

Əliyev İbrahim Nəcəfqulu oğlu 23 oktyabr 1993-cü ildə Xəzər rayonunun Buzovnə qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində yerləşən 125 nömrəli orta məktəbdə təhsilə başlayıb. 9 illik təhsilini bitirdikdən sonra bu məktəbdən ayrılıb. Uşaqlıqdan kompüterə, elektrik işlərinə həvəsi olan İbrahim bu sahədə də özünü inkişaf etdirib. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılan İbrahim Ağdamda N saylı hərbi hissədə ön xətdə xidmət keçib.


Erkən yaşlarında hər iki valideynini itirən İbrahim II Qarabağ müharibəsinə könüllü olaraq sentyabrın 29-dan qoşulub. Silah yoldaşlarıyla birgə Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda döyüşlərdə düşmənlə üz-üzə gəlib. İbrahim Əliyev oktyabrın 24-ü - ad günündən bir gün sonra Zəngilan uğrunda döyüşlərdə şəhadətə ucalıb.

Sübhan Cəbrayılov Rahim oğlu



Başgizir Sübhan Cəbrayılov Rahimoğlu

23 Oktyabr 1983-cü ildə Salyan rayonunun Marışlı kəndində doğulub. 1989-cu ildə Salyan rayonunda R. Qafarov adına Marışlı kənd tam orta məktəbinin adına birinci sinfinə qəbul olmuşdur. 2000-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır. Azərbaycan, rus və erməni dillərində sərbəst danışırdı.

 2001-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət eləmişdir. 2002-ci ildən isə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam eləmişdir.

2004-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin Xızı rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.


2016-cı ilin Aprel döyüşləri

 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Sübhan Cəbrayılov, cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.


2020-ci ilin Vətən müharibəsi

 2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Sübhan Cəbrayılov əvvəlcə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Sentyabrın 27-də səhər döyüşlərində Azərbaycan və Ermənistan bölmələri arasında mövcud olan təmas xətti yarılmışdır və döyüşlərin birinci saatları ərzində Füzuli rayonunun beş yaşayış məntəqəsi — Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz, Qaraxanbəyli və Qərvənd işğaldan azad edilmişdir. Sübhan Cəbrayılovun mənsub olduğu tabor üç gün ərzində Füzuli rayonu istiqamətində bir sıra əlverişli mövqeləri işğaldan azad eləmişdir. Sentyabrın 29-da Tabor Komandiri Kamil Şirinov şəhid olmuşdur.

Azərbaycan və Ermənistan bölmələri arasında mövcud olan təmas xətti yarıldığdan sonra Sübhan Cəbrayılov və silahdaşları Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Cəbrayıl şəhəri və rayonun 14 yaşayış məntəqəsi — Aşağı Maralyan, Çaxırlı, Mehdili, Quycaq, Şəybəy, Cəfərabad, Çərən, Daşəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, Şürbəyli və Yuxarı Maralyan işğaldan azad edilmişdir.

Cəbrayıl şəhəri və rayonun şərq hissəsi işğaldan azad olunduğdan sonra Xüsusi Təyinatlı Qüvvələr Füzuli istiqamətində döyüşlərə daxil olmuşdur. Müharibənin birinci saatlarında işğaldan azad olunan və strateji əhəmiyyətə sahib olan Yuxarı Əbdürrəhmanlının Azərbaycan Ordusunun nəzarəti altında olması, Füzuli şəhərinə hücumu şərtləndirən amillərdən biri idi. Amma Ermənistan Ordusunun Füzuli şəhərində qurduğu müdafiə xəttindən dolayı Azərbaycan Ordusu Füzuli şəhərinə Xocavənd rayonu ərazisindən daxil olmağı qərara almışdır. 10 gündən çox Xocavənd rayonu ərazisində davam edən döyüşlərin nəticəsi olaraq strateji əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilmişdir. Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Sübhan Cəbrayılov və döyüş yoldaşları Hadrut uğrunda gedən döyüşlər zamanı bir sıra qəhrəmanlıq nümunələri göstərmişdilər. Bunlar sırasında baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyevdən ibarət olan qrupu Hadrut istiqamətində Ermənistan Ordusunun diversiya qrupunun pusquya salınması da daxildir.

Hadrut qəsəbəsinin işğaldan azad olunmasından sonra bölmələr Füzuli şəhəri istiqamətinə irəlləməzdən əvvəl strateji önəmə sahib olan, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin arasında olan Ərgünəş dağı nəzarətə alınmalı idi. Xüsusi Təyinatlı Qüvvələr və digər bölmələr tərəfindən Ərgünəş dağı uğrunda bir neçə gün davam edən döyüşlərin nəticəsində əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Ərgünəş dağı işğaldan azad olunmuşdur. Bundan sonra ayın 14-dən 16-na qədər üç gün ərzində Bulutan, Edilli və Xırmancıq işğaldan azad olunmuşdur. Füzuli rayonu istiqamətində də ciddi irəlləyiş əldə olunmuşdur. Əvvəlcə Füzuli rayonunun qərb hissəsində yerləşən Qaradağlı, Qaraqollu və Xatınbulaq, bir gün sonra (15.10.2020) isə Arış işğaldan azad edilmişdir.

Bununla da Azərbaycan Ordusu strateji nöqteyi nəzərdən ciddi üstünlüyə sahib olmuşdur, həm Xocavənd rayonunun şərq hissəsindən, həm də Füzuli rayonunun qərb hissəsindən Füzuli şəhəri nəzarət altına alınmışdır və Füzuli əməliyyatının əsas hissəsi başlanmışdır. 2 gün ərzində Füzuli istiqamətində ağır döyüşlər olmuşdur. 2-ci Ordu Korpusunun, Xüsusi Təyinatlı Qüvvələrin və Daxili Qoşunların da qatıldığı döyüşlərin nəticəsində Azərbaycan Ordusu tərəfindən qısa müddət ərzində Cuvarlı, Çimən, Dədəli, İşıqlı, Musabəyli, Pirəhmədli və Qoçəhmədli işğaldan azad edilmişdir. Nəticədə bütün istiqamətlərdən nəzarəti tam ələ alan Azərbaycan Ordusu Füzuli şəhərinə daxil olmağa nail olmuşdur. Ayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinin 27 il davam edən işğaldan azad olunduğunu bildirmişdir. O, həmçinin Füzuli uğrunda döyüşlərin ağır olduğunu vurğulamış və şəhərin şücaət hesabına azad olunduğunu bildirmişdir.

Cəbrayıl şəhərinin və rayonun geniş bir hissəsinin, Hadrut qəsəbəsinin və ətraf yaşayış məntəqələrinin, həmçinin Füzuli şəhərinin və rayonun geniş bir hissəsinin azad edilməsindən sonra əsasən Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarından ibarət olan dəstələrlə Azərbaycan Ordusu bölmələri Zəngilan rayonu istiqamətində döyüşlərə qatılmışdır və Zəngilan şəhəri qısa müddət ərzində işğaldan azad olunmuşdur.

Qısa müddət ərzində Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətlənmişdir. Ayın 18-də Qubadlı rayonu istiqamətində döyüşlər başlamışdır. Döyüşlər ərzində Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsinə daxil olmağa nail olmuşdur. Ayın 19-da Sübhan Cəbrayılov Qubadlı rayonu istiqamətində döyüşə daxil olmuşdur. Bu onun son döyüşü olmuşdur.


Şəhadəti

Sübhan Cəbrayılov və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən ~150-200 hərbi qulluqçusu döyüşmüşdür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər — baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev şəhid olmuşdur. Ümumi olaraq Sübhan Cəbrayılovun mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur. Sübhan Cəbrayılovun ayın 23-də, doğum günündə Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.


Sübhan Cəbrayılov Sevda Cəbrayılova ilə ailəli həyatı qurmuşdur. 2008-ci il təvəllüdlü Rahim adında oğlu və 2010-cu il təvəllüdlü Fidan adında qızı yadigar qalmışdır.


 TƏLTİFLƏRİ


26.06.2008— "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı


26.06.2012 — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı


26.06.2013 — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı


26.06.2017 — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı


26.06.2018 — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı


09.12.2020 — "Vətən Müharibəsi Qəhrəmanı" medalı 


15.12.2020 — "Vətən uğrunda" medalı


24.12.2020 — "Cəbrayılın azad olunmasına görə" medalı 


24.06.2021 — "Füzulinin azad olunmasına görə" medalı 


24.06.2021 — "Xocavəndin azad olunmasına görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

22 Ekim 2021 Cuma

Bəybala Əliyev Fazil oğlu


 Bəybala Əliyev Faziloğıu

Bəybala Əliyev 1996-cı il oktyabrın 22-də Gədəbəy rayonunun Səbətkeçməz kəndində anadan olub. 2002-2013-cü illərdə Səbətkeçməz kənd tam orta məktəbində təhsil alıb. Subay idi.


Bəybala Əliyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi hərbi xidmətdə olub. 2016-cı ildən isə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sıralarında "matros" (dənizçi) hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.


Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin matrosu olan Bəybala Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Bəybala Əliyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 08.12.2020-ci il tarixində Gədəbəy rayonunun Səbətkeçməz kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəybala Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəybala Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!



20 Ekim 2021 Çarşamba

Quliyev Əli Turac oğlu



Quliyev Əli Turac oğlu


Əli Quliyev 20 oktyabr 2001-ci ildə İraqın Kərbəla şəhərində ilahiyyatçı ailəsində anadan olmuşdur. 12 yaşına kimi Kərbəla şəhərində yaşamış və təhsil almışdır. 2013-cü ildə ailəsi ilə birlikdə Azərbaycanın Masallı rayon Kolatan kəndinin Bağıroba qəsəbəsinə yerləşmişdir. Elə həmin ildə də Birinci Qarabağ Müharibəsi kənd şəhidi Simran Rzayev adına məktəbin altıncı sinfinə daxil olmuşdur. Məktəbi başa vuran Əli ali təhsil olmaq üçün imtahan verir, lakin müvəffəqiyətli olmur. 2020-ci ildə hərbi xidmətə yollanır. Dislokasiyası Cocuq Mərcanlı olan "N" saylı hərbi hissədə xidmətə başladı. İkinci Qarabağ Müharibəsinə qatılaraq düşmənin Azərbaycan torpaqlarından qovulmasında iştirak etdi. Oktyabrın 26-dan 27-ə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. 29 oktyabr 2020-ci ildə Kolatan kəndinə gətirilərək torpağa tapşırıldı.


Azərbaycan prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 25 dekabr 2020-ci ildə isə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Qarayev Elyaz Vəli oğlu


 

Qarayev Elyaz Vəli oğlu

Əsgər Qarayev Elyaz Vəli oğlu 1998-ci ildə Bərdə rayon Dəymədağıldı kəndində anadan olub. O, orta təhsilini şəhid F.Əhmədov adına Dəymədağıldı kənd tam orta məktəbində alıb.


Elyaz 2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb, 2018-ci ildə müddətli həqiqi hərbi xidmətini baş rabitəçi olaraq başa vurub. 


O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinə könüllü olaraq qatılıb və 30 gün müddətində Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 


2020-ci il 28 oktyabr tarixində Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Elyaz doğulduğu Bərdə rayon Dəymədağıldı kəndində dəfn edilib.


Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elyaz Qarayev ölümündən sonra və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavənd azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid XTQ mənsubu baş gizir Elyar Arif oğlu Vəliyev




Şəhid XTQ mənsubu baş gizir Elyar Arif oğlu  Vəliyev 

1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində doğulub. Vəliyevlər ailəninin ilki olan Elyar kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra hərbçi olmaq qərarına gəlib. 2010-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil olub və burada öz şücaəti ilə komandir heyətinin rəğbətini qazanıb.


Vətən Müharibəsi başlayanda Elyar artıq 10 il idi ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri idi. O, Vətən Müharibəsinə kimi 2016-cı ilin aprel döyüşlərinin və 2020-ci ilin Tovuz döyüşlərinin iştirakçısı olmuşdu. Görünür, müharibə gənc Elyarın taleyinə yazılıbmış. Döyüşçü yoldaşları onun qorxmaz, cəsur və Vətən eşqi ilə alışıb yanan bir dost kimi xatırlayırlar.


Elyar Vətən Müharibəsinin gedişatında bir neçə dəfə hərbçi yoldaşlarını ölümdən xilas edib. Belə döyüşlərin birində Elyar Vəliyev və digər hərbçi yoldaşları Füzuli rayonunun Horadiz kəndi yaxınlığında düşmənin 200-ə yaxın canlı qüvvəsini məhv edib. Həmin gecə onların xüsusi şücaəti sayəsində düşmənin 12 tankı və xeyli sayda hərbi sursatı darmadağın edilib, bir neçəsi texnikası ələ keçirilib.


Daha sonra Cəbrayıl istiqamətindəki döyüşlərə yollanan Elyarın növbəti tapşırığı içərisində düşmənin yüksək rütbəli zabitləri olan hərbi nəqliyyat vasitələrini partlatmaq olub. Tapşırıq uğurla yerinə yetirilib. Elyar düşmənin UAZ markalı avtomobilini partladaraq biri polkovnik olmaqla bir neçə erməni zabitini məhv edib.


Döyüş başlayan gündən bir an belə gözlərini yummayan, qorxu hissinin nə olduğunu unudan Elyarın son döyüşü Xocavənd rayonunun Qırmızı Bazar adlanan ərazisində olub. Yanındakı hərbçi yoldaşları şəhid olandan sonra döyüş meydanında tək qalan qəhrəmanımızın döyüş sursatı tükənib. Bu zaman xain düşmənin snayper gülləsi gizir Elyar Vəliyevin ürəyinə sancılıb.


Atası Arif Vəliyev onu xaraktercə sərt, xasiyyətcə mülayim bir övlad kimi xatırlayır: "Xüsusi təyinatlı dəstənin giziri olan Elyar Vəliyev 2016 və 2020-ci illərdə 3 döyüşdə iştirak edib, çoxlu sayda yaralı döyüş yoldaşlarını xilas edib. Vətən Müharibəsi zamanı düşmənin 12 tankını, 200-ə yaxın canlı qüvvəsini məhv edib, bir yaralı erməni əsgərini əsir götürüb. Cəbrayılın azad edilməsi zamanı bir hərbi avtomobili partladıblar, yüksək rütbəli zabitləri məhv ediblər. Bir "KamAZ" dolu erməni əsgərini məhv ediblər. Elyar erməni qərargahını ələ keçirib və erməni polkovniki məhv edib. Gülləsi başa çatanadək döyüşüblər".


Anası Səmayə Vəliyevanın sözlərinə görə, Elyarın qardaşı da hərbçidir: "İki oğlum var. Hər ikisi hərbçidir, müharibədə iştirak edib. Sonuncu dəfə oktyabrın 18-də Elyarla telefonla danışmışdıq. Ayın 19-da şəhid olub"


Şəhid Elyar Vəliyev ailəli idi və üçəm olmaqla beş övlad atası idi.

Şəhid Elyar Arif oğlu Vəliyev ölümündən sonra “Vətən uğrunda” medalı və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunub. Xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun adı Qobustan rayonunun mərkəzi küçələrindən birinə verilib.

Allah  rəhmət eləsin!

16 Ekim 2021 Cumartesi

Şəhid Tural Fazil oğlu Rəşidov



Şəhid Tural Fazil oğlu Rəşidov

1989-cu il mayın 30-da Balakən rayonunun Tülü kəndində anadan olub.


1995-2006-cı illərdə Balakən rayonunun İ.Nəsimi adına 2 saylı tam orta məktəbində təhsil alıb.


Ailəli idi. Üç oğlu yadigar qaldı.


Tural Rəşidov 2007-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.


2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.


2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonuna yerləşən “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsində xidmət edirdi.


Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Tural Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.


Tural Rəşidov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 Tural Rəşidov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif olundu

 "Vətən uğrunda" medalı ilə təltif edildi.


"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi

Allah rəhmət eləsin!

15 Ekim 2021 Cuma

İsrafil İbrahimov Zülfüqar oğlu



İsrafil İbrahimov Zülfüqar oğlu

16 Oktyabr 1997-ci ildəBakı şəhərində anadan olub. Əslən Ağdam rayonundan idi. Onun əmisi — xanəndə, Azərbaycanın xalq artisti Mənsum İbrahimovdur.


Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsrafil İbrahimov oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub.


 TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


15.12.2020 — "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli 


24.12.2020 — "Cəbrayılın azad olunmasına görə" medalı 


29.12.2020 — "Qubadlının azad olunmasına görə" medalı 


29.12.2020 — "Laçının azad olunmasına görə" medalı 


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

 

10 Ekim 2021 Pazar

Orucov Ürfan Firdovsi oğlu


 

Orucov Ürfan Firdovsi oğlu 1996-cı il oktyabrın 9-da Şabran şəhərində anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb.


Ürfan Orucov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.


Azərbaycan Ordusunun əsgəri olan Ürfan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ürfan Orucov oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. Şabran şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ürfan Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ürfan Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.



Şəhid XTQ mənsubu tibb xidmətinin rəisi Aqşin Faiq oğlu Ənvərli


 

Şəhid XTQ mənsubu tibb xidmətinin rəisi Aqşin Faiq oğlu Ənvərli

1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub.

2001-2012-ci illərdə Qəbələ şəhərinin N. Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb. Subay idi.


Aqşin Ənvərli 2018-ci ildə tibbi xidməti leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətə başladı. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi.


Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Aqşin Ənvərli noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş leytenant" rütbəsi alıb. Qəbələ rayonunda dəfn olunub.


Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Ənvərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Ənvərli ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Allah rəhmət eləsin!

Şəhid leytenant Teymur Tehran oğlu Məcidzadə


 

Şəhid leytenant Teymur Tehran oğlu Məcidzadə

1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub.

1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Məcidzadələr ailəsi Xətai rayonunda yaşamağa başladılar. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Dünya iqtisadiyyatı" üzrə ali təhsil alıb. Teymur Məcidzadə "Neftçi" FK-nun sadiq fanatlarından idi. Subay idi.


Azərbaycan Ordusunun leytenantı olan Teymur Məcidzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Məcidzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin !

Sənan Ələsgərzadə Muxtar oğlu


Sənan Ələsgərzadə Muxtar oğlu

10 Oktyabr 1995-ci ildə, Şəki rayonunun Əliyar kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Lənkəranda "N" saylı hərbi hissədə xidmətini tamamladıqdan sonra evə qayıtmadan müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb.

Daxili Qoşunlar, daha sonra isə Xüsusi Təyinatlıların sıralarına qoşulub. Uşaqlıqdan bütün sahələrdə fəallığı ilə seçilən Sənan xidmət etdiyi müddətdə də hərbçi yoldaşlarının yanında hörmət qazana bilib.

Sənanın taleyinə Vətən Müharibəsində iştirak etmək və döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmaq da yazıldı. Sənan Ələsgərzadə 27 sentyabrdan etibarən Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Onun son döyüşü isə 20 oktyabrda Qubadlı istiqamətində olub. Döyüşlər zamanı qarşı tərəfdən atılan minaatan mərmisinin qəlpəsi Sənanın bir qolunu qoparıb. O, qanaxması olmasına baxmayaraq döyüşə davam edib. Daha sonra isə əbədi olaraq şəhidlik zirvəzinə ucalıb.


 TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


24.12.2020 — "Cəbrayılın azad olunmasına görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

9 Ekim 2021 Cumartesi

Valeh Bədəlov Vahid oğlu



 Valeh Bədəlov Vahid oğlu

 10 Oktyabr 1990-cı ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.

1996-2007-ci illərdə R.Şabanov adına Aşağı Tala kənd tam orta məktəbində, 2007–2012-ci illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə başa vurub. Ailəli idi. İki qızı yadigar qaldı.

Valeh Bədəlov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsi altında xidmət edib.

2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edirdi.

Valeh Bədəlov 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.

2017-ci ildə Türkiyədə komando kurslarında iştirak edib. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən paradda iştirak edib, fərqlənməyə görə medalla təltif olunub. 2019-cu ildə Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən paradda iştirak edib.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Valeh Bədəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Valeh Bədəlov oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Aşağı Tala kəndində torpağa tapşırılıb.


 TƏLTİFLƏRİ

26.06.2018 — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı


09.12.2020 — "Vətən Müharibəsi Qəhrəmanı" medalı 


15.12.2020 — "Vətən uğrunda" medalı 


24.12.2020 — "Cəbrayılın azad olunmasına görə" medalı


29.12.2020 — "Kəlbəcərin azad olunmasına görə" medalı 


24.06.2021 — "Qubadlının azad olunmasına görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

 

Nəcməddin Əli oğlu Sarkayev


 Nəcməddin Əli oğlu Sarkayev

Nəcməddin Əli oğlu Sarkayev 1999-cu il oktyabrın 9-da Balakən rayonunun Şərif kəndində anadan olub.

2006-2017-ci illərdə N.Davudov adına 1 saylı Şərif kənd tam orta məktəbində təhsil alıb.

Subay idi.

Nəcməddin Sarkayev 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nəcməddin Sarkayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Nəcməddin Sarkayev noyabrın 6-da Ağdərə döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Şərif kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcməddin Sarkayev ölümündən sonra "Vətən uğrunda" "Cəsur döyüşçü "medalları ilə təltif edildi.


6 Ekim 2021 Çarşamba

Qəhrəmanov Ruslan Mehman oğlu


 Qəhrəmanov Ruslan Mehman oğlu


Ruslan Qəhrəmanov 1988-ci il oktyabrın 6-da Almaniyanın Maqdeburq şəhərində  anadan olub. Ailəli idi. İki qızı və bir oğlu yadigar qaldı.


Azərbaycan Ordusunun kapitanı olan Ruslan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Qəhrəmanov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn edilib.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.


Şəhid Ruslan Qəhrəmanova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.


Şəhid Oruc Rövşən oğlu Nəcəfli




 

Şəhid Oruc Rövşən oğlu Nəcəfli

1989-cu il oktyabrın 6-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub.

Ailəli idi. Bir qızı yadigar qalıb.

Oruc Nəcəfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oruc Nəcəfli oktyabrın 17-də "Tülkü dərəsi" adlandırılan ərazidə şəhid olub. Noyabrın 6-da Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oruc Nəcəfli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

Allah rəhmət eləsin.

Aslan Hüseynov



Aslan Hüseynov 1985-ci il oktyabrın 6-da Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.


Azərbaycan Ordusunun giziri olan Aslan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aslan Hüseynov sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Hüseynov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.


Allah rəhmət eləsin!


5 Ekim 2021 Salı

Səfətçinov Xeyirbəy Cəlil oğlu

 Səfətçinov Xeyirbəy Cəlil oğlu


Xeyirbəy Səfərçinov 1993-cü il oktyabrın 5-də Qəbələ rayonunun Yeni Dizaxlı kəndində anadan olub.


Azərbaycan Ordusunun əsgəri olan Xeyirbəy Səfərçinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xeyirbəy Səfərçinov oktyabrın 22-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Yeni Dizaxlı kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xeyirbəy Səfərçinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xeyirbəy Səfərçinov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.


Qurbanov Rauf Vahid oğlu


 Qurbanov Rauf Vahid oğlu


Rauf Qurbanov 1995-ci il oktyabrın 5-də Şərur rayonunun Ələkli kəndində anadan olub. 2001-2011-ci illərdə Ələkli kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.


Rauf Qurbanov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi.


Azərbaycan Ordusunun leytenantı olan Rauf Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Qurbanov oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.



3 Ekim 2021 Pazar

İsrayıl Cəfərzadə Namiq oğlu


İsrayıl Cəfərzadə Namiq oğlu

30 sentyabr 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. Əslən Ağsu rayonundan idi.  2007-ci ildə Akif Qambayzadə adına Sabunçu rayon 148 nömrəli məktəbdə 1-ci sinifə daxil olmuşdur. O, 2016-ci ildə məktəbi bitirdikdən sonra Bakı Dövlət Peşə Təhsil Mərkəzində texnoloji qurğuların operatorluğu ixtisası üzrə təhsil almışdır. İsrayıl Cəfərzadə həm də sərbəst güləş idman növü ilə də məşğul olmuşdur. Rayonlar arası keçirilən yarışlarda 1-ci, 2-ci və 3-cü yerləri tutaraq, müxtəlif diplomlar və medallarla təltif olunmuşdur.

O, təhsilini bitirdikdən sonra 2019-cu ilin 2 iyul tarixində hərbi xidmətə yollanmışdır. Hərbi xidmət zamanı da fəallığına görə müxtəlif məzmunlu fəxri fərmanlar və təşəkkürnamələrlə təltif olunan İsrayıl 2020-ci ilin 28 may tarixində çavuş rütbəsi almışdır.

Azərbaycan Ordusunun əsgəri olan İsrayıl Cəfərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.


TƏLTİFLƏRİ

15.12.2020— "Vətən uğrunda" medalı


 24.06.2021 — "İgidliyə görə" medalı


24.06.2021 — “Suqovuşanın azad olunmasına görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

2 Ekim 2021 Cumartesi

Şəhid Rüstəmov Ruslan Nüsrət oğlu



 Şəhid Rüstəmov Ruslan Nüsrət oğlu


Bu gün Ruslanın şəhid olduğu gündür.


Baş Leytenant Rüstəmov Ruslan 1981-ci il oktyabrın 23-də Hacıqabul rayonu Udulu kəndində anadan olub.


Goranboy rayonunda N saylı H/H - də bölük komandiri idi.  27 sentyabrdan Vətən müharibəsi başlayanda baş leytenant Ruslan Rüstəmov komandirlik etdiyi bölüyü ilə birlikdə ikinci Qarabağ savaşına cəlb olunub.  


Murovdağ zirvəsinin düşməndən azad olunmasında Ruslanın rəhbərlik etdiyi bölüyün böyük xidməti olub. Komandirlərinin dediyinə görə Ruslan həmişə önə atılmaqla öz bölüyünün ruhlanmasına əsas nümunə olurdu.


Talışkəndin düşməndən azad olunmasında böyük qəhramanlıq göstərən Ruslan Tonaşen istqamətində düşmənin bir çox postlarının, hərbi texnikasının və saysız düşmən əsgərlərinin məhv edilməsində əsgərləri ilə birlikdə çiyin-çiyinə döyüşüb. 


Düşmən cəbhəsinin yarılması və düşmənin ön müdafiə xəttinin dağıdılmasını öz qanı, canı bahasına təşkil edib və müqəddəslik  Şəhidlik məqamına yüksəlib. 


Nəşi neytiral ərazidən 22 noyabrda çıxarılıb və aparılan DNT analizlərinin nəticələrinə uyğun olaraq  4 dekabrda ailəsinə təhvil verilib. 


Şəhid baş leytenant Rüstəmov Ruslan Nüsrət oğlu doğulub böyüdüyü Hacıqabul rayonu Udulu kəndində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarının 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Ruslan Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.


Ailəli idi. 5 övladı yadigar qalıb.


Allah rəhmət eləsin!


#AzərbaycanQəhrəmanları 

#Unutmayaq 

#Unutdurmayaq

Nihad Akif oğlu Babayev


 Nihad Akif oğlu Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilib.


Şəhid atası Akif Babayev deyir ki, oğlu kəşfiyyatçı kimi xidmətləri çox olsa da, ilk geniş hərbi əməliyyatı 2018-ci ildə Naxçıvanda “Günnüt əməliyyatı”nda olub: “Özü sonralar danışırdı, deyirdi ata, üç gün eyni mövqedə uzanıb gözlədib. Erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurdum”.


Qeyd edək ki, “Günnüt əməliyyatı” nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazini işğaldan azad edib.


Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib. Lakin Nihad Babayev hərbi komandanlığa raportla müraciət edərək Qarabağda döyüşlərə qatılması üçün xahiş edib. Bundan sonra oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə Nihad Babayevin də adı salınıb. Kapitan Babayev Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə iştirak edərək qruplara komandanlıq edib. Bu döyüşlərdə həm avtomat, həm də zirehli texnika əleyhinə olan “RPG 7” ilə təchiz olunub.


Oktybarın 29-də Füzuli rayonun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda şiddətli döyüşlərdə Şəhid olub.


Həmin döyüşdə yaralanan hərbçi Kərim Əliyev bildirib ki, qızğın döyüş zamanı ilk o yaralanıb. Daha sonra isə komandiri Nihad Babayevə yaralandığını deyərək ondan özünü qorumasını istəyib. Bundan sonra N.Babayev nərilti çəkərək irəli hücuma keçib və rəhbərlik etdiyi qrupdan xeyli irəlidə təkbaşına döyüşüb. Təxminən 10 dəqiqə döyüşdükdən sonra snayper tərəfindən vurulub.


Akif Babayev deyir ki, oğlu vurulandan sonra da bir neçə dəqiqə döyüşə bilib: “Nihad özü peşəkar snayper idi. Həmişə söhbət edəndə yarızarafat, yarıciddi deyirdi ki, məni adi silahlarla öldürmək mümkün deyil, məni ancaq snayper vura bilər. Elə dediyi kimi də oldu...


Camalzadə Famil Hicran oğlu


Camalzadə Famil Hicran oğlu 06.06.1995-ci ildə Salyan rayon Xurşud kəndində anadan olub. Famil iki bacının bir qardaşıdır. O, uşaq yaşlarından cox ağıllı, övlad olub. 2002 -ci ildə Famil M.Salmanov adına olan məktəbin birinci sinifinə qədəm qoyub. Məktəb illərində cox tərbiyəli sakit şagird olub. 2010-ci ildə 9-cu sinifi başa vurub. O təhsilini tam başa vurmaq üçün Salyan rayon peşə liseyinə qəbul olub.

2016-cı ilin yanvarın 15-də həqiqi hərbi xidmətə çağrılıb. Əsgərlik illərində vətənpərvər, nizam-intizama riyayət edən, nümunəvi əsgər olaraq, təltifnamələrə layiq görülüb. Famil Sentyabrın 21-də səfərbəylik üzrə vətən qulluğuna çağrılıb. Baxmayaraq ki, evin tək oğlan övladı idi, o, canla başla vətənini, 3 rəngli bayrağını qorumağı o özüdə borc bilib, döyüş bölgələrinə yollanır. Sentyabrın 27-də ikinci Vətən müharibəsi başlayanda ilk gündən döyüşlərdə olur.

Bir çox yerlərin azad olunmasında, Alxanlı, Qaraxanbəyli postlarının alınmasında şəxsən iştirak edib. Füzulinin azad olması uğurunda həmin postda düşmənimizin əks hücumu nəticəsində oktyabrın 3-dən 4-nəkeçən gecə qəhramancasına Şəhid olur. Famil ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.





 

Şəhid Hüseyn Abbasəliyev

 


Hüseyn Abbasəliyev 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Hüseyn Abbasəliyev 2 oktyabr 2000-ci ildə Mingəçevirdə anadan olmuşdur.

Hüseyn Abbasəliyev 23 oktyabr 2018-ci il — 29 mart 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Hüseyn Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Süqovuşanın azadlığı uğrunda gedən döyüşlər də iştirak edərək, 2020-ci il sentyabrın 29-da qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli və 26.09.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasəliyev ölümündən sonra "Vətən uğrunda" medalı və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.