14 Eylül 2022 Çarşamba

Allah şəhidlərə rəhmət eləsin




1. kapitan Qurbanov Saleh Möhübbәt 14.04.1990

2. kapitan Mehbalı Fәrid Kәmalәddin 18.01.1994

3. baş leytenant Bәdәlov Cavidan Zaur 28.03.1996

4. baş leytenant Әliyev Әli Cavad 01.09.1997

5. baş leytenant Kazımov Yunis Qasım 24.09.1993

6. leytenant Hümbәtov Ravil Mübariz 10.01.1987

7. leytenant Hüseynov Erkin Әdalәt 12.10.1998

8. leytenant İsgәndәrov Qorxmaz İsgәndәr 23.10.1999

9. leytenant Mәlikov Vüsal Bәxtiyar 01.01.2000

10. leytenant Ömәrov Sәrxan Mübariz 18.10.1999

11. leytenant Rәsulov Murad İlqar 05.08.2000

12. leytenant Şirinov Ömәr Muğan 20.09.1999

13. baş gizir Әhmәdov Firuz Mәzahir 09.12.1985

14. baş gizir Rüstәmov Elnur Faid 05.11.1989

15. baş gizir Mәmmәdov Azәr Mustafa 04.03.1993

16. baş gizir Mәmmәdov Nahid Hüseynağa 09.05.1990

17. gizir Budaqlı İsmayıl Mәhәrrәm 12.01.1998

18. gizir Әhәdzadә Xәyal Әlövsәt 21.08.1998

19. gizir Әhmәdov Sәbuhi Fuad 21.12.1996

20. gizir Әzizov Nәzәr Ağacәlil 28.08.1991

21. gizir Hәsәnov Sәid Sarbala 10.11.1992

22. gizir İmamverdiyev Asiman Mehman 02.08.1988

23. gizir Kәrimov Azad Zakir 27.05.1994

24. gizir Qocayev Vadim Alik 10.01.1997

25. gizir Mәmmәdov Mәhәmmәd Bilal 15.12.1995

26. kiçik gizir Hüseynov Ziyarәt Mail 15.05.1994

27. kiçik gizir Babazadә Elşәn Sahib 04.04.1996

28. kiçik gizir Nәsirov Ülvü Әsәdulla 15.05.2000

29. kiçik gizir Rüstәmov Fәrid Nofәl 15.12.1993

30. baş çavuş Sadıxov Şәmistan Әbdülağa 28.12.1994

31. baş çavuş Rәhimov Tәbriz Rәhim 11.08.1990

32. kiçik çavuş Abbaslı Nail Adil 10.02.1997

33. әsgәr Abdullayev Elvin Elçin 23.05.2003

34. әsgәr Ağazadә Mirtalıb Heydәr 16.01.1994

35. әsgәr Әhmәdzadә Mәftun Seymur 02.02.1996

36. әsgәr Әliyev Üzeyir Sabir 24.02.1993

37. әsgәr Әzizli Sadiq Zaur 13.03.2003

38. әsgәr Fәrzәliyev Emin Elnur 20.12.1998

39. әsgәr Fәtullayev Rәfail Rüfәt 22.03.2003

40. әsgәr Hәsәnov İbrahim Şöhrәt 18.01.2004

41. әsgәr Hәsәnov Ümid İlqar 14.07.2001

42. әsgәr İsayev Sadiq Rәşad 14.03.2003

43. әsgәr Qasımov Nihad Mehman 03.02.2003

44. әsgәr Qasımov Rәşad Әnvәr 29.03.2003

45. әsgәr Qurbanzadә Cәmil Anar 27.04.2003

46. әsgәr Muradov Bәxtiyar Güloğlan 24.08.2003

47. әsgәr Nәsibov Kәnan Cәbrayıl 20.04.1999

48. әsgәr Rzayev Tәrlan Pәrviz 01.07.2003

49. әsgәr Sәmәdov Elmin Mirzәli 01.02.1996

50. әsgәr Süleymanov Xәyal Elxan 27.11.1996

13 Eylül 2022 Salı

16 Ağustos 2022 Salı

Daşbaşı şəhidləri


15 avqust 1993-cü il, gecə saat 04:00 radələrində Daşbaşı postuna qəfil hücum edən erməni qüvvələri 23 əsgərimizi vəhşicəsinə qətlə yetirmişdi. 

Həmin gecə postu müvəqqəti ələ keçirən düşmənlər 23 nəfər Cəbrayıllı gənci öldürməklə kifayətlənməmiş, onların meyitlərini təhqir etmiş, tanınmaz hala salmışdılar.

Cəbrayıl və Xocavənd rayonları arasında yerləşən Daşbaşı postu və eyni adlı kənd 27 il sonra - 2020-ci ilin 20 oktyabrında erməni işğalından azad olunub. Vətən müharibəsi zamanı həmin istiqamətdə gedən döyüşlər zamanı ermənilər ciddi itki veriblər…

Allah şəhidlərimizə rəhmət eləsi

9 Ağustos 2022 Salı

Xuduyev Samir


05.08.2022-ci il Laçın rayonunda şəhid olan əsgərimiz Xuduyev Samir Səməd oğlu Füzuli rayon Əhmədalılar kəndindəndir.🇦🇿


Hərbi qulluqçumuzun - əsgərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik.

Vətən sağolsun!

3 Ağustos 2022 Çarşamba

03.08.2022-Kazımov Anar Rüstəm oğlu şəhid olub


 Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini intensiv atəşə tutub. 

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir! Allah rəhmət eləsin!

Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.


https://mod.gov.az/az/news/mudafie-nazirliyinin-melumati-41221.html

12 Temmuz 2022 Salı

17 Mayıs 2022 Salı

Əhliman Rəhman oglu Mehdiyev


 Şəhid Əhliman Rəhman oglu Mehdiyev

17 may 2002-ci ildə İmişli rayonunun Məzrəli kəndində  anadan olmuşdur. 2008-2019-cu illərdə İmişli rayon Məzrəli kənd tam orta məktəbində təhsil almışdır. Subay idi.

Əhliman Mehdiyev 2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Əhliman Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Koroğlu yüksəkliyi və Ömər aşırımı istiqamətində gedən döyüşlərdə 2 dəfə yaralansa da, döyüş gedən ərazini tərk etməmiş və döyüşlərdə vuruşaraq fərqlənmişdir. Əhliman Mehdiyev 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Doğulduğu İmişli rayonunun Məzrəli kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.


11 Mayıs 2022 Çarşamba

Fərid İmran oğlu Zaməddinov


 

Şəhid Gizir Fərid İmran oğlu Zaməddinov

1986-cı il mayın 11-də Oğuz şəhərində İmran və Nərgiz Zaməddinovların ailəsində anadan olub.1992-2003-cü illərdə Oğuz şəhəri E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.


 Ailəli idi. Nəzrin və Nərmin adına 2 qızı, Aqşin adında isə 1 oğlu yadigar qaldı.


Fərid Zaməddinov 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.


Azərbaycan Ordusunun giziri olan Fərid Zaməddinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Zaməddinov noyabrın 10-da Talış istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Oğuz Şəhidlər Xiyabanında dəfn olunub.


"Vətən uğrunda" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin


Elmir Süleymanlı


 

Şəhid Elmir Süleymanlı


19 yaşlı şəhid Elmir Aqil oğlu Süleymanlı 

11 may  Ağsu rayonunun Gəgəli kəndində doğulub.

19 yaşlı gənc şəhidimiz Elmir 1 il dörd ay idi ki, hərbi xidmətdə olan Elmir Süleymanlı döyüşlərə qatılaraq şücaət göstərib. Düşmənə sarsıdıcı zərbələr endirərək Vətən torpağını işğalçılardan xilas etmək üçün son nəfəsinə qədər vuruşub. Qəhrəmanımız öz qardaşı ilə eyni cəbhədə döyüşsə də,Elmir onu görmür.


 Sonuncu dəfə atası ilə telefonla danışaraq halallıq istəyib. Və bu, onun ailəsinə sonuncu zəngi olub.

Vətən Müharibəsində Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub


Allah rəhmət eləsin


8 Mayıs 2022 Pazar

Milli Qəhrəman İlqar Anzor oğlu Mirzəyev



 

2020-ci il iyulun 12-16-da baş verən döyüşləri zamanı Artilleriya Komandiri olan İlqar Mirzəyev.

Milli Qəhrəman İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olmuşdur.

İlqar Mirzəyev tələbə olan zaman (1995-ci il)

İlqar Mirzəyev 1980-cı ildə Qardabani şəhərində tam orta məktəbin birinci sinfinə daxil olmuşdur və 1990-cı ildə oradan məzun olmuşdur.[2] 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Müharibənin yeni-yeni alovlandığı 1991-ci ildə İlqar Mirzəyev sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) vermişdir.

İlqar Mirzəyev 1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olmuşdur və 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirmişdir.

2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olmuşdur.

2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurmuşdur.

İlqar Mirzəyev Güllü Mirzəyeva ilə ailəli idi. Elvin adında oğlu və Gülnarə adında qızı yadigar qaldı.

İlqar Mirzəyev 1995-ci il iyunun 17-dən 1995-ci il noyabrın 12-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Tağımının Komandiri, 1995-ci il iyunun 12-dən 1997-ci il martın 3-nə qədər isə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Tank Artilleriya Kursantları Tağımının Komandiri vəzifəsində xidmət eləmişdir.

Daha sonra o, 1997-ci il martın 3-dən 1998-ci il yavarın 20-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Taborunun Kursantlar Bölüyünün Tağım Komandiri, 1998-ci il yanvarın 20-dən 1998-ci il noyabrın 11-nə qədər isə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Taborunun Kursantlar Bölüyünün Komandiri vəzifəsində xidmət eləmişdir. Qüsursuz xidmətinə görə ona Müdafiə Nazirliyinin 19 oktyabr 1997-ci il tarixli əmrinə əsasən "baş leytenant" hərbi rütbəsi verilmişdir.

İlqar Mirzəyev 1998-ci il noyabrın 11-dən 2001-ci il iyunun 14-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Tədris prosesinin təminatı Taborunun Artilleriya batareyasının Komandiri vəzifəsində xidmət eləmişdir və xidməti zamanı Müdafiə Nazirliyinin 27 dekabr 2000-ci il tarixli əmrinə əsasən "kapitan" hərbi rütbəsi almışdır.

2001-ci ildən başlayaraq isə İlqar Mirzəyev bölgələrdə yerləşən hərbi hissələrdə xidmət eləmişdir. 2001-ci il iyunun 14-dən 2002-ci il iyulun 31-nə qədər "N" saylı hərbi hissənin Qərargah rəisi və haubitsalı artilleriya divizionu Komandirinin müavini, 2002-ci il iyulun 31-dən 2003-cü il avqustun 10-na qədər isə "N" saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət edən İlqar Mirzəyev, Müdafiə Nazirliyinin 13 dekabr 2002-ci il tarixli əmrinə əsasən "mayor" hərbi rütbəsi almışdır.

İlqar Mirzəyev 2003-cü ilin avqustunda Müdafiə Nazirliyi tərəfindən ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göndərilmişdir. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurmuşdur.

Təhsilini başa vurduğdan sonra mayor İlqar Mirzəyev, 2005-ci il iyulun 2-dən 2007-ci il yanvarın 7-nə qədər "N" saylı hərbi hissə Komandirinin müavini vəzifəsində xidmət eləmişdir. Daha sonra isə o, 4 il ərzində - 2007-ci il yanvarın 7-dən 2011-ci il iyulun 29-na qədər "N" saylı hərbi hissənin əməliyyat bölməsinin rəisi - Qərargah rəisinin əməliyyatlar üzrə müavini vəzifəsində xidmət eləmişdir.

2011-ci il iyunun 29-dan 2012-ci il fevralın 28-nə qədər "N" saylı hərbi hissədə artilleriya divizionunun Komandiri vəzifəsində xidmət edən İlqar Mirzəyev, 2012-ci il fevralın 28-dən 2012-ci il iyulun 28-nə qədər "N" saylı hərbi hissədə atəşə dəstək bölməsinin rəisi və hərbi hissənin atəş dəstək üzrə koordinatoru vəzifəsində xidmət eləmişdir. Qüsursuz xidmətinə görə Müdafiə Nazirliyinin 26 iyun 2012-ci il tarixli əmrinə əsasən ona "Polkovnik" hərbi rütbəsi verilmişdir.

Daha sonra İlqar Mirzəyev 2012-ci il iyulun 7-dən 2013-cü il iyulun 4-nə qədər "N" saylı hərbi hissədə artilleriya divizionunun Komandiri və hərbi hissənin atəşə dəstək üzrə koordinatoru vəzifəsində, 2013-cü il iyulun 4-dən 2013-cü il dekabrın 28-nə qədər isə "N" saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət eləmişdir.

Növbəti 2 il ərzində o, xidmətini Müdafiə Nazirliyində davam eləmişdir. İlqar Mirzəyev 2013-cü il dekabrın 28-dən 2015-ci il avqustun 8-nə qədər Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Döyüş və döyüş təminatı şöbəsinin inspektoru vəzifəsində xidmət eləmişdir.

2 il ərzində Müdafiə Nazirliyində xidmət edəndən sonra o, 2015-ci il avqustun 14-dən 2015-ci il oktyabrın 28-nə qədər "N" saylı hərbi hissənin Komandir müavini və Qərargah rəisi vəzifəsində xidmət eləmişdir.

İlqar Mirzəyev 2015-ci il oktyabrın 28-də isə "N" saylı hərbi hissənin Komandiri idi.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı "N" saylı hərbi hissənin Komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan səddi" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilmişdir və 7 strateji nöqtə işğaldan azad edilmişdir.

İlqar Mirzəyev 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alındı və Ermənistan Ordusu geri oturduldu.

Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı.

İyulun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib.[6] 3-cü Ordu Korpusunun Qərargah rəisi Polad Həşimov və Artilleriya rəisi İlqar Mirzəyevin də qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib. İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib.

Cəza tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib.

İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.[8] Gecə döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan Ordusuna məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.

7 Mayıs 2022 Cumartesi

BABAZADƏ MƏHƏMMƏD CAVANŞİR oğlu


  Şəhid MAXE  BABAZADƏ MƏHƏMMƏD CAVANŞİR oğlu

O,  05.05.1995-ci ildə Astara rayonu, Marzəsə kəndində anadan olub. Məhəmməd Vətən müharibəsində igidlik və mərdlik göstərərək 28.09.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimiz subay idi.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "İgidliyə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Mövludun mübarək olsun qardaş



ABBASOV ELVİN ŞAMİL


 Şəhid MAXE ABBASOV ELVİN ŞAMİL oğlunun doğum günüdür.

O, 06.05.1992-ci ildə Tərtər rayonu, Umudlu kəndində anadan olub. Elvin Vətən müharibəsində igidlik və mərdlik göstərərək 07.11.2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Elvin ailəli idi. İki övladı Vətənə əmanətdir.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

15 Nisan 2022 Cuma

Ramazanov Rail Airif oğlu.


 Şəhid kiçik çavuş Ramazanov Rail Airif oğlu.

 15.04.1997-ci ildə Qusar rayonu, Hill kəndində anadan olub. Rail Vətən müharibəsində igidlik və mərdlik göstərərək 01.11.2020-ci ildə Xocavənd rayonu, Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.


O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

13 Nisan 2022 Çarşamba

Fuad Şöhrət oğlu Xankişiyev


 Şəhid Fuad Şöhrət oğlu Xankişiyev

12 aprel 1996-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur.

2002—2008-ci illərdə Mingecevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəbdə təhsil almışdır. Orta məktəb illərində böyük həvəs göstərdiyi cüdo idman növü ilə məşğul olan Fuad, idman üzrə təhsilini davam etdirərək Bakı Olimpiya idman liseyində cüdo üzrə təhsilini davam etdirmiş və 2011-ci ildə müvəffəqiyyətlə məzun olmuşdur. 2011—2014-cü illərdə Mingəçevir Turizm Kollecində bədən tərbiyə fakültəsinə təhsil almışdır. Bunlarla yanaşı, Fuad Xankişiyev həvəskar formada dizayn-dekor işləri ilə də məşğul olmuşdur.

2014—2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

İkinci Qarabağ müharibəsində iştirakı Redaktə

Fuad Xankişiyev Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri kimi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşa, Füzuli və Xocavənd istiqamətindəki döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir.2020-ci il 3 noyabrda Daşaltı (Şuşa) istiqamətində gedən döyüşlərdə, 1553 metr yüksəklikdə qəhrəmancasına şəhid olmuşdur.

Şəhid 6 noyabr tarixində Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır

Allah rəhmət eləsin!

Nihad Adil oğlu Abdullayev


 18 yaşlı Şəhid Nihad Adil oğlu Abdullayev

2002-ci il aprelin 13-də Ağstafa rayonunda anadan olub.

2008–2019-cu illərdə Ə. Hüseynov adına 1 saylı Ağstafa rayon tam orta məktəbində təhsil alıb.

Subay idi.

Nihad Abdullayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nihad Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihad Abdullayev noyabrın 9-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin

Vəliyev Elmir Məmmədqulu oğlu


 Şəhid Vəliyev Elmir Məmmədqulu oğlu

13.04.1986-cı ildə Füzuli rayon Kərimbəyli kəndində anadan olub

1992-cı ildə Kərimbəyli kənd Əkrəm Səlimov adına tam orta məktəbin 1-ci sinifinə getmiş, 2003-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir.

2004-ci ilin həqiqi hərbi xidmətə çağrılır. 2006-ci ilin yanvar ayında  xidmətini N-saylı hərbi hissədə başa vurmuşdur.

2009-cü ildə ailə qurmuşdur və iki övladı dünyaya gəlmişdir. Vəliyev Dəniz və Vəliyeva Zəhra

2008-ci ildə N-saylı hərbi hissədə könüllü olaraq müddətdən artıq hərbi quluqçu tankist kimi xidmətə başlamışdır.

Xidmət etdiyi müddətdə iki dəfə fəxri fərmanla təltif edilib.

Elmir 2016-cı il Aprel döyüşlərində böyük şücaətlə döyüş əməliyyatlarında iştirak etmişdir. Düşmənin bir neçə texnikasının və şəxsi heyyətinin məhv edilməsində xüsusilə fərqlənmişdir.

Vətən müharibəsi başlayan tarixdən Elmir döyüş əməliyyatlarına böyüş ruh yüksəkliyi ilə qatılaraq düşmənin bir neçə texnikasını şəxsi heyyətinin məhv edilməsində xüsusi əməyi var idi. Elmir işğal altında olan, bir neçə yaşayış məntəqələrimizin işğaldan azad olunmasında böyük şücaət göstərmişdir. 27.10.2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ali baş komandan cənab İlham Əliyevin sərəncamına əsasən Elmir ölümündən sonra "Vətən uğurunda", "Füzulinin azad olunması" medalları ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin.


9 Nisan 2022 Cumartesi

ƏSGƏROV TAĞI NAZİM


  Şəhid ƏSGƏROV TAĞI NAZİM oğlu

O,09 aprel 2001-ci il tarixində Gəncə şəhərində anadan olub.

2007-2018-ci illər ərzində Gəncə şəhərinin 6 nömrəli tam orta məktəbində təhsil alıb. Subay idi. 

 Tağı Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb, noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. 

Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Mövludun mübarək,ruhun şad olsun nurüzlüm


 

SÜLEYMANOV ƏYYUB RASİM oğlu


 Şəhid SÜLEYMANOV ƏYYUB RASİM oğlu

O, 9 aprel 2001-ci ildə İmişli rayonunda anadan olub. Əslən Cəbrayıl rayonunun Qumlaq kəndindən olan Əyyub 2007-2016-cı illərdə Biləsuvar rayonu ərazisində salınmış, 7 saylı qəsəbədə fəaliyyət göstərən İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində 9 illik təhsil almışdır. 2016-2018-ci illərdə Cəbrayıl rayon 131 nömrəli Texniki Peşə məktəbində təhsilini davam etdirərək elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru ixtisasına yiyələnmişdir. Peşə təhsilini başa vurduqdan sonra 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini ləyaqətlə yerinə yetirən igid əsgər Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 01 noyabr 2020-ci il tarixdə Laçın rayonu istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbə qəbiristanlığının “Şəhidlər məzarlığında” dəfn edilmişdir. Subay idi.

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Süleymanov Əyyub Rasim oğlu ölümündən sonra  "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.

 Ruhun qarşısında baş əyirik Şəhidim.

Mövludun mübarək.


8 Nisan 2022 Cuma

Nicat Nüşrəvan oğlu Quliyev


 Şəhid kiçik çavuş Nicat Nüşrəvan oğlu Quliyev

1985-ci il aprelin 8-də Yevlax şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə döyüşüb. Nicat Quliyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

4 Nisan 2022 Pazartesi

Etibar Teyyub oğlu Cəfərov


 Şəhid Gizir Etibar Teyyub oğlu Cəfərov

Etibar Cəfərov 1983-cü il aprelin 4-də Şəmkir rayonunun Morul kəndində anadan olub.[1] 1990–2001-ci illərdə M. Əhmədov adına Şəmkir şəhər tam orta məktəbində təhsil alıb. Ailəli idi. Zamiq və Zümrüd adlı iki övladı yadigar qaldı.

Etibar Cəfərov 2001–2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2004-cü ildə hərbi hazırlıq üzrə təlim-tədris kurslarından keçərək gizir rütbəsinə yiyələnib və Naxçıvan şəhərində yenidən hərbi xidmətə başlayıb. Müxtəlif hərbi hissələrdə xidmət edib. Etibar Cəfərov xidməti dövründə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə təltif edilib.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Etibar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Etibar Cəfərov Murovdağ döyüşləri zamanı itkin düşüb. Oktyabrın 23-də şəhid olduğu müəyyənləşib. Şəmkir rayonunun Morul kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Cəfərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

Abid Asif oğlu Məmmədov


 Şəhid Abid Asif oğlu Məmmədov

4 aprel 1994-cü ildə Oğuz rayonunun Dəymədərə kəndində anadan olub.

Ailənin tək öbladı idi.

2000-ci ildə şəhid Elburus Haşımov adına Dəymədərə kənd tam orta məktəbinə daxil olmuşdur. 2011-ci ildə məktəbi bitirmişdir. Oğuz Qarğıdalı Emalı və Qlükoza İstehsalı zavodunda operator kimi çalışmışdır.

Ailəli idi, Əli adlı övladı yadigar qaldı.

Abid Məmmədov Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Abid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsində Murovdağ döyüşlərində iştirak etmişdir. Abid Məmmədov oktyabrın 4-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Abid Məmmədov oktyabrın 4-də Oğuz rayonunun Dəymədərə kəndində dəfn edilib.

"Vətən uğrunda" medalı ilə təltif edildi.

"Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

3 Nisan 2022 Pazar

HÜSEYNOV NİCAT ADİL oğlu


Şəhid MAXE HÜSEYNOV NİCAT ADİL oğlü

O, 30.03.1987-ci ildə Hacıqabul rayonu, Meyniman kəndində anadan olub. Nicat Vətən müharibəsində igidlik və mərdlik göstərərək 21.10.2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimiz ailəli idi. Üç övladı Vətənə əmanətdir.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Mövludun mübarək nur simalı Şəhidimiz.


2 Nisan 2022 Cumartesi

VƏLİZADƏ İBRAHİM MALİK oğlu


 Şəhid LEYTENNT VƏLİZADƏ  İBRAHİM MALİK oğlu

O,1997-ci ilin 2 aprel tarixində Azərbaycanın Naxçıvan Muxtar Respublikasına bağlı Babək rayonunun Yarımca kəndində anadan olub...

2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2018-ci ilə qədər burada təhsilini davam etdirib. 2018-ci ildə Azərbaycan Ali Hərbi Məktəbindən məzun olub və təyinatı üzrə "N" saylı hərbi hissəyə xidmətə yola düşüb.

2020-ci ilin 27 sentyabr tarixində Ermənistan-Azərbaycan arasında başlanmış İkinci Qarabağ müharibəsində Leytenant Vəlizadə də yaxından iştirak etmişdir. O, səhhətindəki nasazlıqlar səbəbindən oktyabrın 1-i hospitala gəlir, ona həkimlər tərəfindən ən azı 3 gün hospitalda qalaraq müalicə olunmalı olduğu deyilsə də, İbrahim bununla razılaşmır və tez bir zamanda yenidən döyüş meydanına qayıtmalı olduğunu, yoldaşlarını orada tək qoymayacağını bildirir.

İbrahim hospitalda olarkən ailəsi ilə əlaqə saxlayır və hər şeyin yaxşı olduğunu deyir. Həkimin ona yazdığı dərmanları götürərək yenidən döyüş meydanına qayıdan İbrahimin döyüş yolu Murovdağdan Suqovuşana qədər uzanır. 6 oktyabrda, Suqovuşan ətrafında gedən döyüşlərdə öz qrupu ilə döyüş tapşırığını uğurla yerinə yetirib geri qayıdarkən mühasirəyə düşür.6 nəfərlik heyəti ilə özlərindən qat-qat artıq sayda olan düşmənə qarşı mərdliklə vuruşan Vəlizadə Şəhid olan əsgərini döyüş meydanından kənara çıxararkən uzaqdan atılan snayper gülləsinə tuş gəlir və özü də qəhrəmancasına Şəhid olur.Uzun sürən axtarışlardan sonra Leytenant Vəlizadə 30 noyabr tarixində tapılır və doğulub boya-başa çatdığı Naxçıvan Muxtar Respublikasının Babək rayonu Yarımca kəndinə gətirilərək böyük izdihamın müşayiəti ilə kənd qəbiristanlığında dəfn edilir.

Şəhid Leytenant Vəlizadə İbrahim evli idi, bir oğul övladı yadigar qalıb....

Şəhidləri tanıtmaq onları anmaq hər kəsin borcudur...

️ 

Sənan Vidadi oğlu Hüseynov


 Şəhid Sənan Vidadi oğlu Hüseynov

1 aprel 1996-cı ildə Qazaxıstanda anadan olmuşdur. Əslən Füzuli rayonunun Qacar kəndindəndir. 2008-ci ildə Azərbaycana köçmüşdür. Subay idi.

Sənan Hüseynov 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmət zamanı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Sənan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq vuruşmuşdur. Füzulinin, Qubadlının, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sənan Hüseynov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Binə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

1 Nisan 2022 Cuma

Musayev Sədi Süleyman oğlu


 Şəhid Polkovnik-leytenant Musayev Sədi Süleyman oğlu

1978-ci il aprelin 1-də Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Təhsilinə 1985-ci il Kəngərli rayonu, Qıvraq qəsəbəsi, Sirac Əsədov adına 2 nömrəli məktəbdə başlamış, 1993-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirərək Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 1996-2000-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində motoatıcı ixtisası üzrə təhsilini davam etdirmişdir.

Sədi Musayevə 2000-ci ildə leytenant hərbi rütbəsi verilmiş və xidmətini davam etdirmək üçün Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəyə motoatıcı tağım komandiri vəzifəsinə təyin edilmişdir. 2002-ci ildə həmin hərbi hissədə Ordu Korpusu komandirinin müvafiq əmri ilə motoatıcı bölük komandiri vəzifəsinə təyin olunması ilə bərabər Müdafiə Nazirinin əmri ilə baş leytenant hərbi rütbəsinə layiq görülmüşdür. Bundan əlavə, müxtəlif illərdə motoatıcı taborun qərargah rəisinin şəxsi heyət üzrə köməkçisi, əməliyyat bölməsinin döyüş hazırlığı üzrə baş köməkçisi, döyüş hazırlığı bölmə rəisi, əməliyyat bölmə rəisi-qərargah rəisinin müavini, əməliyyat şöbə rəisinin təlimlər üzrə baş köməkçisi vəzifələrinə təyin olunmuşdur. Sədi Musayev göstərdiyi xidmətlərə görə ardıcıl olaraq 2005-ci ildə kapitan hərbi rütbəsinə, 2014-cü ildə mayor hərbi rütbəsinə, 2019-cu ildə isə polkovnik-leytenant rütbəsinə yüksəlmişdir.

2016-cı il aprel 1-dən 2-nə keçən gecədən başlayaraq 5 aprelə qədər davam edən tariximizdə "Dördgünlük müharibə", "Aprel müharibəsi" kimi yaddaşlarda qalan Aprel döyüşlərinin fəal iştirakçısı mayor Sədi Musayevin Lələ təpə yüksəkliyinin işğaldan azad olunmasında əhəmiyyətli rolu olmuşdur. Belə ki, döyüş zamanı o, mərmisi qurtarmasına baxmayaraq düşmənlə əlbəyaxa döyüşmüş, bu zaman əsgərlərinin olduğu tankın yandığını görərkən bir an belə düşünmədən əsgərlərini yanan tankdan xilas etmişdir.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev İkinci Qarabağ müharibəsində də gələcək nəsillərə nümunə olacaq böyük qəhrəmanlıq və şücaət göstərmiş, 28 sentyabr 2020-ci il Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndi, Kürdlər yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə əməliyyat qrupu zabiti kimi yaşayış məntəqələrinin düşməndən azad olunması uğrunda qəhrəmancasına şəhid olmuşdur.

Polkovnik-leytenant Sədi Süleyman oğlu Musayev II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Xidməti dövründə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı və II dərəcəli "Qüsursuz xidmətə görə, "Vətən uğrunda" medalı, və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!

31 Mart 2022 Perşembe

Murad Nadir oğlu Babayev


 Şəhid Baş gizir Murad Nadir oğlu Babayev

1982-ci il martın 31-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub.

Ailəli idi Samir adlı oğlu Zəhra və Fatimə adlı qızları var idi.

Azərbaycan Ordusunun baş giziri olan Murad Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Murad Babayev sentyabrın 27-də şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

30 Mart 2022 Çarşamba

Pərviz Həsən oğlu Məmmədli


 Şəhid Pərviz Həsən oğlu Məmmədli

"Övladım 2016 ci il aprel hadisələrində də şucaətlə döyuşmuş və snayperlə yuxarı bud hissəsindən vurulmuşdu. İki dəfə əməliyyat olunsa da agrilari cox idi buna baxmayaraq yenə də duşməndən qisas almağı söz vermişdi."

Bu sözləri 24 yaşlı Məmmədli Pərvizin anası Təranə Ələkbərova bildirib.

Məmmədli Pərviz Həsən oglu 30 mart 1996 cı ildə Neftcala rayonunda anadan olub. Neftcala şəhər 4 sayli məktəbə gedib. Uşaqliqdan boks və karate uzrə hazirliqlara qatılıb. Hərbiyə böyük həvəsi olub. 5-ci sinfi Neftcala rayon Humanitar təmayüllü məktəbdə, 6-8 ci sinfləri Baki şəhəri İdman liseyində boks uzre təhsil alib.

Məmmədli Pərviz 11 ci sinfi Neftcala rayonunda Humanitar təmayullu Mugan liseyində bitirb. Sənədlərini Azərbaycan Respublikasi H.Əliyev adina Ali Hərbi Məktəbinə təqdim edib. Amma daxil olmasa da ruhdan duşməyib.

2014-cü ildə hərbi xidmətə ordu siralarina cağrılıb. Hərbi xidməti Nasosnuda başlayan Məmmədli xidməti dövrundə ugurlar qazanib ve Rabitə böluyundə xidmət edib. Bir muddət sonra Qusar rayon N sayli hərbi hissədə xidmət edib. Xidməti dövrundə uğurlar qazanib ve daima ireli getməyə duşməndən can, qisas almağa calışıb.

"Hərbi xidmət dövrundə övladım Xususi təyinatlıların zabiti tərəfindən yüksək qiymətlənir və Məmmədlini XTQ-nin Yaşma hərbi hissəsinə götürürlər. Övladim burada 6 ay agır təlimlər kecərək öz arzusuna catır və o hərbi xidmətdə qulluq etməyə başlayir. Aprel döyuşlərində övladımın iş yoldaşları şəhid olmuşdu. Oğlum o acı ilə yaşayırdı. Şəhidlərin məzarı üstə söz verdi ki, qisasınızı yerde qoymayacam.

2020 ci il sentyabrin 27 də başlayan muharibədə övladım Məmmədli Pərviz Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubaglı və Laçın döyuşlərində şucaətlik göstərərək erməni dığalarının neçə - neçə postunu ələ kecirmiş və onları məhv etmişlər.

Övladım Pərviz 24 oktyabrda Lacın dəhlizində postu alarkən erməni şərəfsizləri tərəfindən snayperlə qıçından vurulur və qan itirərək şəhid olur.", deyə anası bildirib.

25 oktyabrda dəfn edilib.

Allah rəhmət eləsin.


Telman Ələkbərov İqdam oğlu


 Şəhid Telman Ələkbərov İqdam oğlu

Telman Ələkbərov 30 mart 1991-ci il tarixində Bakı şəhərində anadan olub.

Uşaqlıqdan hərbiyə böyük həvəsi olub. Hər zaman əsgər paltarı geyinib, əsgər marşı oxuyarmış.

2009-cu ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə yollanıb, 2010-cu ilin oktyabr ayında xidmətini başa vurub.

Bir müddət mühafizə xidmətində çalışdıqdan sonra Bədən Tərbiyəsi və İdman akademiyasında təhsil alıb. Təhsilini bitirdikdən sonra, gələcək həyatını orduya həsr etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinə qəbul olub.

Zabit kursunu leytenant rütbəsi ilə bitirərək Ağdamda "N" saylı hərbi hissəyə motoatıcı taqım komandiri vəzifəsinə təyin olunub.

Elə oradaca baş leytenant rütbəsi alıb.

Telman Ələkbərov 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayanda ilk gündən döyüşlərdə olub, lakin ailəsinə bu barədə deməyib. Yalnız dayılarına bildirib ki, anamdan muğayat olun.

Telman 07 oktyabr 2020-ci il tarixində Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Nicat Adil oğlu Hüseynov


 Şəhid Nicat Adil oğlu Hüseynov

Nicat Hüseynov 30 mart 1987-ci ildə Hacıqabul rayonunun Meyniman kəndində dünyaya gəlmişdir.

Kənd məktəbində orta təhsil almışdır. 2020-ci ilin fevral ayında müddətdən artıq həqiqi hərbi xidmət üçün imtahan verərək Bakı şəhərində Sülhməramlı hərbi hissədə fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə qoşulmuş, Cəbrayıl, Füzuli rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş, bir neçə kəndin və yüksəkliyin alınmasında fəal iştirak etmişdir. Oktyabrın 21-də Qubadlı istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur. Meyniman kənd məzarlığında  dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

, Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Ailəli idi, 3 övladı var.

Allah rəhmət eləsin!

Elçin Əvəz oğlu Əzizov

 


Şəhid Baş leytenant Elçin Əvəz oğlu Əzizov

Elçin Əzizov 1985-ci il martın 30-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.Ailəli idi. Üç övladı yadigar qaldı.

Elçin Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2018-ci il tarixli 417 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Elçin Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2019-cu il tarixli 1386 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan Elçin Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Əzizov oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

18 Mart 2022 Cuma

İlqar Əhmədov Xəqani


 Şəhid İlqar Əhmədov Xəqani oğlu

Mart ayının 18-i 1999-cu ildə Kürdımir rayonunun İsmayıllı kəndində anadan olub. Şəhidimiz itkin düşüb. Nəşi noyabr ayınının 20-si tapılaraq uğrunda canını fəda etdiyi torpağa əmanət edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

11 Mart 2022 Cuma

Elməddin Sübhi oğlu Əlizadə


 Şəhid Elməddin Sübhi oğlu Əlizadə

11 mart 1997-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. Zəhmətabad kənd tam orta məktəbində təhsilini almışdır.

Elməddin Əlizadə 2016-cı ildə hərbi xidmətdə olarkən Aprel döyüşlərində düşmən hücumunun qarşısının alınmasında iştirak etmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə könüllü olaraq qoşulmuş, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 8 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.

Şəhid Elməddin Əlizadə 9 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Zəhmətabad kənd məzarıstanlığında dəfn olunmuşdur.

"Vətən uğrunda" medalı ilə təltif edildi.

"Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

6 Mart 2022 Pazar

Şindiyev Elməddin Həmid oğlu


 

Şəhid Şindiyev Elməddin Həmid oğlu

06.03.1995-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. Talalar kənd 2 saylı tam orta məktəbin məzunudur.

2013-2014-cü ildə Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətdə olmuşdur və daha sonra müddətdən artıq kəşfiyyatçı kimi fəaliyyət göstərmişdir.

 Evliliyindən 1 gün sonra, 27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması uğrunda başlanan II Qarabağ müharibəsində10.10.2020-ci ildə  Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək şəhid olmuşdur.

Allah rəhmət eləsin!

Xəyal Aslanov


 Şəhid Gizir Xəyal Aslanov Qüdrət oğlu

05.03.1992- ci ildə Tərtərdə anadan olub. Əslən Ağdərə rayonundan idi. Xəyalın dayısı da 1992-ci il vətən uğrunda şəhid olub və məzarı 27 illik işğal altında olan Kəlbəcər ərazisində qalmışdı.

Şəhidimiz Xəyal həm də Aprel döyüşlərində döyüşüb. Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması uğrunda Vətən müharibəsi başlanan zaman döyüşlərdə qəhəmancasına döyüşür, igidliyi ilə fərqlənirdi. Hərbçi dostları tərəfindən cəsurluğuna görə“İkinci Mübariz" adlandırılırdı.

Arxa cəbhədə olan Xəyal neytral zonada yaralı dostlarının və komandirinin səsini eşidən zaman buna dözməyib və icazə alaraq onları orada qurtarmaq istədiyini bildirib. Dostlarını qurtarmağa çalışan Xəyalın yanına minamyot düşərək ayağına dəymiş və artilleriya damarını kəsmişdir. Ağır qan itkisi nəticəsində komandiri ilə əl-ələ şəhidlik zirvəsinə ucalmışdır.

Ailəli idi. İki övladı Vətənə əmanətdir.

“Vətən uğrunda”,  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

5 Mart 2022 Cumartesi

Qismət Yolçu oğlu Qasımov


 Şəhid Qismət  Yolçu oğlu Qasımov

1993-cü il martın 5-də Göyçay rayonunun Məliккənd kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Qismət Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Qismət Qasımov oktyabrın 25-də şəhid olub. Göyçay rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

MÜSTƏCƏBOV ORXAN ƏLƏSGƏR



O,05.03.1993-cü ildə Qobustan rayonunun Bədəlli kəndində anadan olub,2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən "Aprel döyüşləri" zamanı qəhrəmancasına şəhid olmuşdur

Şəhid Orxan Müstəcəbov Qobustan rayonunun Yekəxana kəndində dəfn edilib.

Atayev Nicat Habil oğlu


Leytenant Atayev Nicat, Əslən Kəlbəcər rayonundandır. 1994-cü ildə Mingəçevir şəhərində anadan olub. Atası polis mayoru Habil Atayev 1-ci Qarabağ müharibəsi iştirakçısı olub..

Nicatın şücaətləri haqqında döyüş yoldaşları çox danışır..

Onun yolu düzəldən traktorçunu düşmən gülləsindən xilas etməsi, döyüşlərdə hər zaman  öndə getməsi, yaralı əsgərlərini çiynində daşıması fəxarətlə xatırlanır.

Qəhrəmanımız Nicat Atayev 27 sentyabr tarixində Vətən müharibəsinin Füzuli istiqamətində gedən döyüşlərdə minaya düşərək Şəhidlik zirvəsinə yüksəlmişdir.

 

1 Mart 2022 Salı

Qocayev Asif Yolçu oğlu


 Şəhid əsgər Qocayev Asif Yolçu oğlu

1 mart 1991-ci  ildə Gəncə şəhərində anadan olan Qocayev Asif Yolçu oğlu Vətən müharibəsi başlanan zaman Səfərbərlik Xidməti tərəfindən könüllü olaraq müharibəyə gedib. Asif torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 07 noyabr 2020-ci ildə Şusa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimiz ailəli idi. Xədicə və Məryəm adlı övladları Vətənə əmanətdir.

Asif Qocayev Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə "Vətən uğrunda”, “Cəsur Döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

28 Şubat 2022 Pazartesi

İsrayıl Hacıyev


  İsrayıl Hacıyev

O,28 fevral 2002-ci ildə Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub.  Müharibənin ikinci günü – sentyabrın 28-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


22 Şubat 2022 Salı

Ramil Ruslan oğlu Balabəyov


 Şəhid Ramil Ruslan oğlu Balabəyov

2001-ci il fevralın 21-də Qusar rayonunun Köhnə Xudat kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Ramil Balabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Ramil Balabəyov oktyabrın 1-də şəhid olub. Qusar rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Balabəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

21 Şubat 2022 Pazartesi

Məmmədhəsən Meydan oğlu Sadıqlı


 Şəhid XTQ mənsubu baş leytenant Məmmədhəsən Meydan oğlu Sadıqlı

Məmmədhəsən Sadıqlı 1992-ci il fevralın 21-də Şərur rayonunun Dəmirçi kəndində anadan olub.

1998-ci il şəhid Etibar Əhmədov adına Dəmirçi kənd orta məktəbində təhsil almağa başlayıb, məktəbdə təhsil aldığı müddət ərzində Yunan-Roma güləş növü ilə məşğul olub və bir çox yarışlarda qalib gəlib.

2007-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə daxil olur, 2010-cu ildə isə buranı bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. 2014-cü ildə Leytenant Hərbi rütbəsini alaraq buranı da bitirir, bitirdikdən sonra Silahlı qüvvələrin 2015-ci ildə TTM-in zabit ixtisas kursunu bitirib. Bundan sonra leytenant kimi Culfa şəhərinə təyinat alır. 3 il Culfa şəhərində xidmət etdikdən sonra 2017-ci ildə baş leytenant rütbəsini alır, xidməti ərzində Günnüt döyüşlərində öndə gedənlərdən biri olub. Günnütdə böyük şücaətlər görsətdiyi üçün Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əmri ilə 26 iyun 2018-ci ildə "Hərbi xidmətdə fərqlənməyə görə" 3 cü dərəcəli medal və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub.

Sonrakı təyinatı isə Vayxır olub, Burdakı xidməti ərzində 2018-ci ildə Türkiyədə "Komando Temel Kursu"-nu Azərbaycan üzrə başarı və 1-ciliklə bitirmiş, daha sonra 2019-cu ildə Əlahiddə Ümumqoşun ordu üzrə "Ən yaxşı kəşfiyyat (XT) bölüyü" yarışında yüksək nailiyyətlər əldə etdiyinə görə fəxri fərman ilə təltif olunub.

Hərbidə dəfələrlə "Yunan-Roma güləş" yarışlarında iştirak edərək böyük nailiyyətlər əldə edib.

2020-ci il sentyabrın 27-də başlamış "Vətən Müharibəsi"-ndə şəhid olmuş dostlarının və silahdaşlarının intiqamını almaq, həmdə döyüşdəki silahdaşlarını tək qoymamaq vətən borcunu yerinə yetirmək üçün Naxçıvan XTQ heyəti ilə birlikdə 25 oktyabr 2020-ci ildə Füzuli istiqamətinə yola düşür. Yanındakı döyüş yoldaşları ilə birlikdə bir neçə post aldıqdan sonra Şuşa istiqamətində hərəkət edən zaman xırıncı Zərdanaşen kəndində gedən qızğın döyüşdə yaralanan əsgəri xilas edərkən yaralanır 27 oktyabr 2020-ci ildə şəhid olur.

2014-cü ildə ailə həyatı qurub və Uğur adında bir övladı var .

Döyüşdən qayıdan komandiri və silahdaşları həmin anı bu cür xatırlayırlar:

"

Oktyabrın 27-si qızğın döyüş gedirdi, əsgərlərdən biri düşmənin snaper atəşi ilə yaralandı, həmin an mümkünsüz idi əsgəri xilas etmək, lakin Sadıqlı onu yaralı halda qoymaq istəmədi. Bir neçə dəfə Sadıqlı səngərdən çıxmaq istəyərkən biz "getmə, qoy biraz ara sakitləşsin gedib çıxararıq" dedik, amma Sadıqlını saxlaya bilmədik. Əsgəri xilas edərkən özü də düşmənin snaper atəşi nəticəsində yaralanır. Yaralı olmasına baxmayaraq neytiral zonadan özünü də yaralı əsgəri də çıxardır. Bizim yanımıza çatarkən "şərəfsizlər mənidə vurdu" dedi. Yaralı halda döyüşərək özü-öz intiqamını alır.

Son nəfəsinə kimi həmişəki adətində deyib-güldü. Birdə övladı Uğur haqda danışırdı.  "Mən çox xoşbəxtəm ki, döyüşə gələrkən oğlumla özümə qüsul verdim". Biz Məmmədhəsənin əllərini ovurduq ki, huşunu itirməsin. Bu müddət ərzində təcili yardımı gözləyirdik. Lakin təcili yardım gələrkən minaya düşür və içindəkilər şəhid olur. Bütün səylərimizə baxmayaraq Sadıqlı Məmmədhəsən "MƏNİ TANIYANLARIN HAMISINA SALAMIMI ÇATDIRARSINIZ, HAMISINI ÇOX SEVİRƏM" deyərək şəhadətinə qovuşdu."

Azərbaycan Ordusunun baş leytenantı olan Məmmədhəsən Sadıqlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərinin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb, oktyabrın 27-də Şuşa döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədhəsən Sadıqlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alan, Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə 30.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Xocavəndin işğaldan azad edilməsi uğurunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021 tarixli Sərəncamına əsasən "Xocavəndim azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədhəsən Sadıqlı ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Allah rəhmət eləsin.

20 Şubat 2022 Pazar

MƏCDUNOV XALİD ZAUR oğlu


  MƏCDUNOV XALİD ZAUR oğlu

O, 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub.[1] 2002-2013-cü illərdə M. Kərimov adına Poladlı kənd tam orta məktəbində təhsil alıb.

2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Xalid Mecdunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xalid Mecdunov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Qobustan rayonunda dəfn edilib.

19 Şubat 2022 Cumartesi

Paşayev Əvəz Telman oğlu


 Şəhid Paşayev Əvəz Telman oğlu

 Əvəz Paşayev 1995 ci il 17 fevral Yevlax rayonun Marzılı kəndində anandan olub.2001 ci il yaşadığı kənd orta məktəbin 1 ci sinfinə getmişdir.Orta məktəbi bitirdikdən sonra əsgərlik xidmətini yerinə yetirmək üçün hərbi hissəyə getmişdir.Əsgərlik xidmətini başa vurduqdan sonra 2018 ci ildə ailə həyatı qurmuşdur.Övladına öz anasının adını qoyan Əvəz Paşayev son dəfə onunla vidalaşanda yeddi ayın içində idi.

 Şəhidimiz müharibə başlayandan ön cəbhədə vuruşmuşdur.

Müharibə yoldaşı deyir:" Əvəzlə 1 konfeti iki yerə bölüb çay icirdik.Mənə dedi ki, balamı görməyəcəm şəhid olacam".

Şəhidimizin dediyi kimi də oldu.Nur üzlü balasını son dəfə cəbhəyə gedərkən gördü.

Şəhidimizin anası Gülnaz Mirhakim qızı deyir ki, axırıncı dəfə 28 sentyabr saat 7-8 radələrində danışdım.Bir gün qabaq döyüşdə iştirak etmişdir.Yaxşı olduğunu bildirdi.Heç bilməzdim sabah övladım şəhid olacaq.

 Bir gün Əvəz yuxudan ayıldı mənə dedi ki, ana, mən çox yaşamayacam, tez rəhmətə gedəcəm.Nişan üzüyümü qaytarmaq istəyirəm.İstəmirəm ki, yoldaşım, övladım başsız qalsın.Dedim ki, oğlum belə söz danışma, atalarımız deyiblər ki, pis yuxunu suya danışarlar.Get!Suya danış.Fikrindən çıxart.Əvəzə bu yuxu çox təsir eləmişdir.Nişanlısına da deyib ki, mən belə yuxu görmüşəm.İstəyirəm nişanımızı pozaq.Amma, nişanlısı ona cavab verib ki, bir günün gəlini olsam da, mən sənin həyat yoldaşım olacam.

 Əvəz Paşayev Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı döyüşçü yoldaşını xilas etməyə  gedərkən, düşmən ürəyindən vuraraq şəhadət zirvəsinə yüksəlir.

12 oktyabr 2020 ci il Yevlax rayonu Marzılı kənd qəbiristanlığında dəfn olunur.Ruhun şad olsun.

17 Şubat 2022 Perşembe

ƏSGƏROV MUSA ƏLİFAĞA oğlu


  Şəhid XTQ  BAŞ LEYTENANT ƏSGƏROV MUSA ƏLİFAĞA oğlu


O, 1997-ci il fevral ayının 17-də Cəlilabad rayonunun Sabirabad kəndində dünyaya göz açıb. 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2018-ci ildə buranı fərqlənmə ilə bitirmişdir. Murov Dağ yüksəkliklərində gedən döyüşlərdə Musa bir gün içərisində 2 dəfə ayağından yaralanır amma ayağına ağrıkəsici vuraraq, yarasını sarıyıb yenidən döyüşə girmişdir. Murovda ağır döyüşlər keçirən Musa, döyüşün ilk günü, sentyabrın 27-də şəhid olmuşdur.

Ölümündən sonra "Vətən uğrunda" "İgidliyə görə","Kəlbəcərin azad olunmasına"görə medalı ilə təltif olunub.

13 Şubat 2022 Pazar

Xaqani Anar oğlu Babazadə



Şəhid Xaqani Anar oğlu Babazadə

2001-ci il fevralın 13-də Astara rayonunun Kijəbə qəsəbəsində anadan olub.

Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Xaqani Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Babazadə oktyabrın 10-da Hadrut döyüşləri zamanı şəhid olub. Astara rayonunun Kijəbə qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Babazadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!