8 Aralık 2019 Pazar

Rusif Ağayev

Rusif İbrahim oğlu Ağayev  (d. 16 aprel 1987LənkəranAzərbaycan - ö. 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Rusif Ağayev 1987-ci ilin 16 aprel günündə Lənkəran şəhərinin Hirkan kəndində anadan olub.
Rusif Ağayev məktəbi bitirdikdən sonra, sənədlərin Ali Hərbi Akademiyaya verdi. Lakin lazım olan balı yığa bilmədi və 2005-ci ildə hərbi xidmətə yola düşdü. Azərbaycan Hərbi Dəniz Donanmasında xidmətə başladı. 6 ay hərbi xidmət keçdikdən sonra özünü nümunəvi əsgər kimi tanıtdı. Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev Rusif Ağayevin xidmət etdiyi hərbi hissəyə gəlir və əsgərlərin təlim tərbiyəsi, gün güzəranı ilə maraqlanır. Bu zaman Rusif Ağayev hərbi təzim edərək , nazirə xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət etmək istədiyini bildirdi. Nazirin adyutantı onun adını öz dəftərçəsinə qeyd etdi. Sınaqlarda uğurla keçən 12 hərbçi arasında Rusif Ağayevdə olur və öz muradına çatır.
Rusif Ağayev 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibədə böyük qəhrəmanlıq göstərmiş, Talış yüksəklikləri uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirmişdir. Öz əsgər yoldaşlarını qurtaran zaman başından aldığı snayper gülləsindən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur

4 Aralık 2019 Çarşamba

Dopov Mahama

Balakən rayonu üzrə 161 şəhid,1 milli qəhrəman var. Şəhidlərdən biri Mahamalar kənd sakini Dopov Mahamadır. 4 dekabr 2019-cu il tarixdə N. Nərimanov adına Mahamalar kənd tam orta məktəbinin 10-11-ci sinif şagirdləri kənd qəbiristanlığında dəfn edilmiş Qarabağ şəhidi Dopov Mahamanın qəbrini ziyarət ediblər.