27 Kasım 2020 Cuma

Şəhid Cəmilli Şakir Arif oğlu,



Cəmilli Şakir Arif oğlu tank komandiri olub. Şuşa şəhərində erməni tankını döyüş bölgəsindən çıxardarkən şəhidlik məqamına ucalıb. 

                Allah rəhmət etsin !!!

 

26 Kasım 2020 Perşembe

Şəhid Harun Alqayev


Şəhidimiz baş leytenant Alqayev Harun Məhəmməd oğlu 14.07.1992-ci il tarixində Balakən Şəhərində anadan olub. Harun Alqayev orta təhsilini Balakən rayon Nəsimi adına şəhər 2 saylı tam orta məktəbində aldıqdan sonra hərbi akademiyada təhsilini davam etdirmisdir. Hərbi akademiyadakı təhsilini bitirdikdən sonra ordu sıralarında öz cəsarəti, fəallağı ilə seçilən baş leytenant Harun Alqayev ikinci Qarabağ müharibəsində Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Allah rəhmət eləsin!  Vətən sağolsun!

 

25 Kasım 2020 Çarşamba

Şəhid Əliyev İmam Səfər oğlu

 


Balakən rayonunun İtitala kəndindən olan şəhidimiz Əliyev İmam Səfər oğlu 16.07.1998-ci il tarixində anadan olmuş, həmin kəndin şəhid Aslan Balayev adına tam orta məktəbində təhsil almışdır. Milliyətcə ingiloy olan İmam Tərtər rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Allah rəhmət eləsin! Vətən sağ olsun!

Şəhid Muradov Kənan Cavid oğlu

 Muradov Kənan Cavid oğlu 16.07.2002-ci il tarixində Balakən rayonunun Gərəkli kəndində anadan olmuşdur. Mikayıl Müşfiq adına Gərəkli kənd tam orta məktəbində təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Ön sıralarda xüsusi şücaət göstərən Kənan Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 

            Allah rəhmət eləsin!!! 



Allah rəhmət eləsin! Vətən sağ olsun!

23 Kasım 2020 Pazartesi

Qurbanov Vahid Elşad

 Qurbanov Vahid Elşad oğlu 30.10.2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub.

27 yanvar 2001-ci il tarixində Tovuz rayonu Əyyublu kəndində doğulub. 

2018-ci ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin məzunu olub.

2019 -cu ildə Həqiqi hərbi xidmətdə çağırılıb.

              Allah rəhmət eləsin !!!














21 Kasım 2020 Cumartesi

Şərifov Nadir Tahir oğlu

 Xüsusi təyinatlı qazi , Hardrutun (Ağoğlan) alınmasında iştirak edən kapitan hərbçimiz Şərifov Nadir Tahir oğlu






Urkayev Pərviz Nazim

 Bir evdə iki qazi.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə torpaq üçün vuruşan qəhrəmanımız  Balakən rayonu Şambul kənd sakini Urkayev Pərviz Nazim oğlu.

Pərviz 2018-ci il Balakən rayonu İmam Şamil adına məktəbi bitirib.

Pərviz II Suqovuşana Azərbaycan Bayrağını sancan igiddir. Bayrağı sancan zaman düşmən snayperi tərəfindən ayağından vurulub. Pərviz yaralı ayağını özü sarıyaraq , yenidən dirəyə çıxıb və bayrağımızı asıb. 4 oktyabr 2020-ci il tarixində Suqovuşan uğrunda gedən döyüşlərdə tank əleyhinə minaya düşərək ayağını itirib.

Atası Urkayev Nazim İbrahim oğlu 1993-1994-cü illərdə Ağdərə və Ağdam döyüşlərinin qazisidir.









17 Kasım 2020 Salı

Şəhid Novruzov Amin.

 


🇦🇿 Şəhid Novruzov Amin.

16 avqust 1996-cı ildə Balakən rayonu, Qullar kəndində anadan olub.
ÇHD əsgəri Amin Novruzov, Vətən müharibəsinin Zəngilan cəbhəsində qəhrəmancasına vuruşaraq Şəhid olub. 

Bir ilin əsgəri olmuş, Balakənli Novruzov Amin haqqında döyüş yoldaşının dediklərini diqqətinizə çatdırıram.

Nardaran hərbi komisarlığına könüllü müraciət edib, döyüşə yollanan əsgərimiz deyir: 

Bir gün bizim qrup düşmənlə üz-üzə döyüşə girməyə yollanmağa hazırlaşırdı. Elə bu məqamda bir gənc əsgər komandirinə muraciət etdiki, komandir bəs biz nə vaxt erməni ilə çarpışmağa gedəcəyik? Mən özümü saxlaya bilməyib bu cavan oğlana: Siz hələ gəncsiz, biz yaşayıb görmüşük, ona görə siz araxada qalsaz yaxşıdı.

Bu sözüm Aminə pis təsir etdi və etiraz edərək mənə acı cavab verdi. Bu gəncin necə döyüşə getmək istədiyi açığı məni qürurlandırdı, amma onun kimi gənc balalar şəhid olmasın deyə mən könüllü gəlmişdim cəbhəyə. Əl qərəz, bir gün düşmənlə qızğın döyüşlərin getdiyi bir vaxt birdə baxdım ki, mənimlə çiyin-çiyinə döyüşən gənc, həmin bu, mənimlə mübahisə edən oğlandır. Pulemyot atıcısı idi. Pulemyotu ustalıqla istifadə edirdi. Həmin döyüş çox ağır keçdi və döyüşə getməsinə mane olmağa çalışdığım  cəngavər, Novruzov Amin ağır yaralanmışdı. Döyüş meydanından onu sürüyüb bir təhər çıxardım, lakin daha sonra şəhid olduğunu eşidəndə çox sarsıldım. İndi onu ata ocağına gətirməkdə mənim qismətimdə imiş. Allah şəhidimizə rəhmət eləsin. Valideyinlərinə başınız uca olsun deyirəm və Allahdan səbr diləyirəm.


Rəvan Lətifov



 


Rəvan Lətifov 2014-cü ildən Oğuz rayonu Sincan kənd tam orta məktəbində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı olaraq işləyib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olub. 



16 Kasım 2020 Pazartesi

Rəşad Məmmədov

 Tarix yazan müəllimimiz


 Gəncə şəhəri 16 nömrəli tam orta məktəbin tarix müəllimi Rəşad Məmmədov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlər zamanı şəhid olub. Rəşad Məmmədov 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 51 bal toplayaraq pedaqoji fəaliyyətə başlamışdı. 

Allah rəhmət eləsin!!! 

14 Kasım 2020 Cumartesi

Şəhid Sarkayev Nəcməddin

 


Gizir Sarkayev Nəcməddin Balakən rayonu Şərif kəndinin 2- ci Qarabağ müharibəsinin ilk şəhididir. Milliyətcə avar olan igidimiz 21 sentyabr 2020- ci ildə  ordu sıralarında xidmət üçün könüllü yola düşmüş, gənc yaşına baxmayaraq göstərdiyi qəhrəmanlıqlara görə Gizir hərbi rütbəsi verilərək təltif edilmişdir. Ağdərə istiqamətində geden döyüşlərdə isə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Məkanı cənnət olsun!

13 Kasım 2020 Cuma

Şəhid Hacıyev Səyyad Azad oğlu

 


Hacıyev Səyyad Azad oğlu 2001-ci ildə Zaqatala rayonu Bazar kəndində anadan olub. 2019-cu ilin iyul ayında hərbi xidmətə çağırılıb. 27 sentyabrda başlanan II Qarabağ müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. 

Allah rəhmət eləsin!!!

Şəhid Famil Əhmədzadə

 Tarix yazan Tarix müəllimi!🇦🇿



İsmayıllı şəhər 3 nömrəli  məktəb- lisey

Biz bugün sadəcə bir insanı itirmədik, bütün rayon müəllim kollektivinin, şagirdlərin, tələbələrin sevdiyi və hörmət etdiyi təvazökar, dürüst və gülərüz Famil müəllimi itirdik. Bizlərə tarix fənnini sevdirən şəxs bu dəfə özü tarix yazdı və ən yüksək şəhadətə - #şəhidlik zirvəsinə ucaldı!

InşAllah qanınız yerdə qalmayacaq!

Allah rəhmət eləsin!

Ruhun qarşısında baş əyirik !

Şəhadətiniz mübarək!🇦🇿


(c)Tələbələrin

#infoAzerbaijan


Əliyev İmam Səfər oğlu


Əliyev İmam Səfər oğlu Balakən rayonu İtitala kəndi.

Oktyabrın 8'i vətən uğrunda şəhid olub.

Allah rəhmət eləsin!!!
 

Vüsal Şəmsəddin oğlu Omarov.

Balakən rayonu Gərəkli kəndi Gizir, Vüsal Şəmsəddin oğlu Omarov. Tank komandiri.Müharibənin başladığı vaxtlarda şəhid olub igidimiz.

Allah rəhmət eləsin !!!

 

MUSTAFAYEV RÜFƏT ZÖHRAB oğlu

 


MUSTAFAYEV RÜFƏT ZÖHRAB oğlu
12.03.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Əslən Qubadlının Xocamsaxlı kəndindən olan Rüfət evin yeganə uşağı idi.
Suqovusan ərazisində şəhidliyə ucalmışdır.
13oktyabr,2020-ci ildə Sumqayit Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
#TürkanCəmilzadə
Allah rəhmət eləsin!!!


Hüseynov Samir Əlizadə oğlu

 Lerik rayonunun Vov kəndində doğulmuş Xüsusi təyinatlı qüvvələrin müddətdən artıq hərbi qulluqçusu (MAXE) Hüseynov Samir Əlizadə oğlu (Lerik, Vov) Şuşaya ilk girənlərdən olub. Samir qardaşımız mərdcəsinə döyüşərək Şuşanın alınmasında əsas simvollardan olub və həmin döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Fəxr edirik və qürur duyuruq!

Allah rəhmət eləsin!!!



Əliqismət Yaqublu Mükafat oğlu

 

Lerik rayonunu Kələxan kəndində doğulmuş ,XTQ-nin zabiti, baş-leytenant Əliqismət Yaqublu Mükafat oğlu Şuşa uğrunda gedən döyüşdə düşmənə sarsıdıcı zərbələr endirmişdir. Bir neçə yaralı əsgərimizi və zabitlərimizi də döyüş zonasından uzaqlaşdırıb, tibb məntəqəsinə təhvil vermişdir. 07.11.2020 tarixində isə Fəxrimiz, qürur mənbəyimiz Əliqismət qəhrəmancasına şəhid olmuşdur. 
Allah rəhmət eləsin!!!

Abbasov Elvin Şamil oğlu.


 İkinci Qarabağ döyüşlərinin Şəhidi Tərtərin İgid oğlu.Tərtər rayonunun Umudlu kəndinin fəxri.Şuşa döyüşlərində peka ilə 100 ə yaxın ermənini məhv edən Abbasov Elvin Şamil oğlu.Ruhun qarşısında baş əyirik Şəhidim !

12 Kasım 2020 Perşembe

Xaçmaz Rayonu Alıc-Qışlaq kənd sakinləri




Bir evdən üç oğul Ali Baş Komandanın əmrilə Milli Ordunun sıralarında düşmənlə vuruşdu. 

1. Həmidov Rəhim Sərxan oğlu-gözünü itirdi.

2. Həmidov Rəsul Sərxan oğlu-şükür sağ və salamatdı.

3. Həmidov Səbuhi Sərxan oğlu-şükür sağ və salamatdı.

Onları böyüdən anaya təşəkkür edirik.

Şəhid Elvin İmaməliyev

 


Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Elvin İmaməliyev torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlər zamanı şəhid olub. 

Şəhidimizə Allahdan rəhmət eləsin !!! 

Şəhid Baş Leytenant Fərzəliyev Samirə Misir oğlu

 




Kapitan Əliyev Fəzail Cahan oğlu.

 


Kapitan Əliyev Fəzail Cahan oğlu. Zaqatala rayonu Bəhmədli kəndində doğulub. Fizuli istiqamətində gedən döyüşlərdə 30.09.2020- ci il tarixində şəhid olub. Allah rəhmət eləsin. 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!

Şəhid Mustafayev Təhmasib və Rüstəmov Vüsal

 


Şəhid Qasımov Şöhrət Şakir oğlu .


Şəhid Qasımov Şöhrət Şakir oğlu . 
N saylı briqadanın  tibb xidməti rəisi baş leytenant. 
29.09.2020 tarixində Suqovuşanda şəhid olub. O yaralı əsgər və zabitlərə yardım göstərib. Yaralı,şəhid fərqi olmadan neçə - neçə insanları döyüş meydanından çıxarıb. Həmin günü 3 defe yaralıları çıxartmaq üçün döyüş meydanına girib, sonucu dəfə yaralı təxliyə etməyə gedərkən erməni tankı ilə üz -üzə gəlib. O qəhrəmancasına döyüşərək şəhid olub. Həmin vaxt zirehli maşında olan 4 nəfəri xilas edib.Üzərində olan xidməti silahla sona kimi  vuruşub. DNT analizi ile müəyyən olunaraq 09.10.2020 tarixində Sumqayıt şəhidlər xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin!!!

 

11 Kasım 2020 Çarşamba

Əliyev Mirağa Musa oğlu

 Əliyev Mirağa Musa oğlu Füzuli uğrunda gedən döyüşlərdə torpaqlarımızı almaq üçün irəlidə gedib. Əsgər yoldaşlarına deyib ki, siz evlisiz, ailəniz, uşaqlarınız var, mən öndə gedəcəm. Raket atılması nəticəsində ürəyindən qəlpə yarası alıb, qəhrəmancasına şəhid olub. Əliyev Mirağa Musa oğlu 30.09.2020-ci ildə, Ağcabədi rayonunun Xocavənd kəndində torpağa tapşırılıb.


Şəhid Tariyel Salmanov

 


Qəhraman Həkim Tariyel Salmanov 1988-ci il fevral ayinin 7-i Agcabedi rayonu Kehrizli kendinde anadan olmusdur. 1994-2005-ci illerde Kehrizli kənd orta məktəbində təhsil almışdır. Daha sonra 2006-ci ildə Azərbaycan Dövlət Tibbi Universitetinin Stomatalogiya ixtisasina qebul olmus, 2011-ci ilde universiteti müvəffəqiyyətlə bitirmişdir. Hemin ilin oktyabr ayindan 2013-cu ilin aprel ayina qeder Silahli Quvvelerin Telim ve Tedris Merkezinde hərbi xidmet kecmis, tibb xidməti leytenanti rütbəsi ile Hərbi xidmeti tamamlamışdır. Hərbi xidməti bitirdikden sonra 2014-cu ilin fevral ayında Həkimlərin Mərkəzləşdirilmiş Işə Qəbul imtahanindan iki merheleni ugurla adlayaraq Agcabedi Rayon Merkezi Xestexanasinda hekim-stomatoloq ixtisasi uzre emek fealiyyetine baslamisdir. Ayri-ayri illerde olkede ve xaricde(Turkiye ve BEE) kecirilen ixtisas artirma kurslarinda , seminarlarda ve konfranslarinda istirak etmisdir. Qisa zaman erzinde Tariyel hekim rayon sakinlerinin oz hekim fealiyyeti ile regbetini qazanmisdir. Hekim hemise pekarligi,yardimseverliyi,insanseverliyi ile xestelerin sevgisini qazanmisdir. Xesteler arasinda xususi ile az yasli usaqlarin sevimlisi olan hekimin qebuluna qorxmadan cekinmeden muayineye gelerdiler. Xestelere daim yardim etmeye hazir olan isinden yorulmayan isini ve xestelerini seven ,hekimlik pesesine vicdanla yanasan hekim idi Tariyel hekim. Hekimliyi dillerde gezerdi Tariyel hekimin. 

2020-ci il sentyabr ayinin 29-u tarixinde qismen seferberlik elan olunarken SHXCDX-nin Agcabedi Rayon idaresi tərəfindən yeniden Hərbi xidmətə celb olunmuşdur. Hekim herbir isinde vicdanli oldugu kimi mubaribe zamanida hekimlik isine sadiq qalaraq dusmenin silahli hucumu zamani yaralanmis esgerlere yerinde ilkin tibb yardim gostererek  yarali esgerleri(60 -dan cox) qucaginda ve ciyninde tibb menteqelerine texliye etmisdir. Hekim nece- nece esgerlerin ve herbi qulluqcularin heyatda qalmasina nail olmusdur. Buna baxmayaraq 2020-ci il oktyabr ayinin 7-den 8-ne kecen gece Azerbaycan Respublikasinin azadligi ugrunda doyuslerde herbi anda sadiq qalaraq,metinlik ve merdlik numayis etdirerek qehramancasina helak olmus ve adini zirvelere qaldirmisdir. Aileli idi, bir qiz ovladi var idi. En boyuk arzusu qizi Lemani hekim kimi gormek idi. Hemise deyerdi "Qizim menim Ləman Həkim - Sen artiq 10-cu sinifde mene asistentlik edeceksen " cox teesuf eziz, dogma Tariyel hekim neqeder agrili ve cetin olsada Sen bu gunu gormeyeceksen amma insallah Senin arzun cin olacaq Biz elimizden geleni edeceyik bunun ucun. Sen hemise bizim yanimizdasan Qehraman hekim ,Seni biz Ailen ve Seni seven insanlar unutmayacaq. Sen tarixi yazanlar sirasinda oldugun ucun seninle qurur duyuruq Qehraman Hekim. Adin daim ucalsin Qehraman! Qehraman hekim -Tariyel Hekim! Sen daim bizim ureyimizde yasayacaqsan! Qaygikes ata ,dost kimi heyat yoldasi sen bizim ureyimizde daim yasayacaqsan!

(c)

9 Kasım 2020 Pazartesi

Qələbə tariximiz 10.11.2020

10.11.2020 - Qələbə bizimdir!

Yaşasın Müzəffər Azərbaycan Ordusu!

Yaşasın Ali Baş Komandan !

Qarabağ bizimdir!