15 Nisan 2022 Cuma

Ramazanov Rail Airif oğlu.


 Şəhid kiçik çavuş Ramazanov Rail Airif oğlu.

 15.04.1997-ci ildə Qusar rayonu, Hill kəndində anadan olub. Rail Vətən müharibəsində igidlik və mərdlik göstərərək 01.11.2020-ci ildə Xocavənd rayonu, Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.


O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

13 Nisan 2022 Çarşamba

Fuad Şöhrət oğlu Xankişiyev


 Şəhid Fuad Şöhrət oğlu Xankişiyev

12 aprel 1996-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur.

2002—2008-ci illərdə Mingecevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəbdə təhsil almışdır. Orta məktəb illərində böyük həvəs göstərdiyi cüdo idman növü ilə məşğul olan Fuad, idman üzrə təhsilini davam etdirərək Bakı Olimpiya idman liseyində cüdo üzrə təhsilini davam etdirmiş və 2011-ci ildə müvəffəqiyyətlə məzun olmuşdur. 2011—2014-cü illərdə Mingəçevir Turizm Kollecində bədən tərbiyə fakültəsinə təhsil almışdır. Bunlarla yanaşı, Fuad Xankişiyev həvəskar formada dizayn-dekor işləri ilə də məşğul olmuşdur.

2014—2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

İkinci Qarabağ müharibəsində iştirakı Redaktə

Fuad Xankişiyev Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri kimi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşa, Füzuli və Xocavənd istiqamətindəki döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir.2020-ci il 3 noyabrda Daşaltı (Şuşa) istiqamətində gedən döyüşlərdə, 1553 metr yüksəklikdə qəhrəmancasına şəhid olmuşdur.

Şəhid 6 noyabr tarixində Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır

Allah rəhmət eləsin!

Nihad Adil oğlu Abdullayev


 18 yaşlı Şəhid Nihad Adil oğlu Abdullayev

2002-ci il aprelin 13-də Ağstafa rayonunda anadan olub.

2008–2019-cu illərdə Ə. Hüseynov adına 1 saylı Ağstafa rayon tam orta məktəbində təhsil alıb.

Subay idi.

Nihad Abdullayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nihad Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihad Abdullayev noyabrın 9-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin

Vəliyev Elmir Məmmədqulu oğlu


 Şəhid Vəliyev Elmir Məmmədqulu oğlu

13.04.1986-cı ildə Füzuli rayon Kərimbəyli kəndində anadan olub

1992-cı ildə Kərimbəyli kənd Əkrəm Səlimov adına tam orta məktəbin 1-ci sinifinə getmiş, 2003-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir.

2004-ci ilin həqiqi hərbi xidmətə çağrılır. 2006-ci ilin yanvar ayında  xidmətini N-saylı hərbi hissədə başa vurmuşdur.

2009-cü ildə ailə qurmuşdur və iki övladı dünyaya gəlmişdir. Vəliyev Dəniz və Vəliyeva Zəhra

2008-ci ildə N-saylı hərbi hissədə könüllü olaraq müddətdən artıq hərbi quluqçu tankist kimi xidmətə başlamışdır.

Xidmət etdiyi müddətdə iki dəfə fəxri fərmanla təltif edilib.

Elmir 2016-cı il Aprel döyüşlərində böyük şücaətlə döyüş əməliyyatlarında iştirak etmişdir. Düşmənin bir neçə texnikasının və şəxsi heyyətinin məhv edilməsində xüsusilə fərqlənmişdir.

Vətən müharibəsi başlayan tarixdən Elmir döyüş əməliyyatlarına böyüş ruh yüksəkliyi ilə qatılaraq düşmənin bir neçə texnikasını şəxsi heyyətinin məhv edilməsində xüsusi əməyi var idi. Elmir işğal altında olan, bir neçə yaşayış məntəqələrimizin işğaldan azad olunmasında böyük şücaət göstərmişdir. 27.10.2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ali baş komandan cənab İlham Əliyevin sərəncamına əsasən Elmir ölümündən sonra "Vətən uğurunda", "Füzulinin azad olunması" medalları ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin.


9 Nisan 2022 Cumartesi

ƏSGƏROV TAĞI NAZİM


  Şəhid ƏSGƏROV TAĞI NAZİM oğlu

O,09 aprel 2001-ci il tarixində Gəncə şəhərində anadan olub.

2007-2018-ci illər ərzində Gəncə şəhərinin 6 nömrəli tam orta məktəbində təhsil alıb. Subay idi. 

 Tağı Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb, noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. 

Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Mövludun mübarək,ruhun şad olsun nurüzlüm


 

SÜLEYMANOV ƏYYUB RASİM oğlu


 Şəhid SÜLEYMANOV ƏYYUB RASİM oğlu

O, 9 aprel 2001-ci ildə İmişli rayonunda anadan olub. Əslən Cəbrayıl rayonunun Qumlaq kəndindən olan Əyyub 2007-2016-cı illərdə Biləsuvar rayonu ərazisində salınmış, 7 saylı qəsəbədə fəaliyyət göstərən İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində 9 illik təhsil almışdır. 2016-2018-ci illərdə Cəbrayıl rayon 131 nömrəli Texniki Peşə məktəbində təhsilini davam etdirərək elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru ixtisasına yiyələnmişdir. Peşə təhsilini başa vurduqdan sonra 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini ləyaqətlə yerinə yetirən igid əsgər Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 01 noyabr 2020-ci il tarixdə Laçın rayonu istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbə qəbiristanlığının “Şəhidlər məzarlığında” dəfn edilmişdir. Subay idi.

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Süleymanov Əyyub Rasim oğlu ölümündən sonra  "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.

 Ruhun qarşısında baş əyirik Şəhidim.

Mövludun mübarək.


8 Nisan 2022 Cuma

Nicat Nüşrəvan oğlu Quliyev


 Şəhid kiçik çavuş Nicat Nüşrəvan oğlu Quliyev

1985-ci il aprelin 8-də Yevlax şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə döyüşüb. Nicat Quliyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

4 Nisan 2022 Pazartesi

Etibar Teyyub oğlu Cəfərov


 Şəhid Gizir Etibar Teyyub oğlu Cəfərov

Etibar Cəfərov 1983-cü il aprelin 4-də Şəmkir rayonunun Morul kəndində anadan olub.[1] 1990–2001-ci illərdə M. Əhmədov adına Şəmkir şəhər tam orta məktəbində təhsil alıb. Ailəli idi. Zamiq və Zümrüd adlı iki övladı yadigar qaldı.

Etibar Cəfərov 2001–2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2004-cü ildə hərbi hazırlıq üzrə təlim-tədris kurslarından keçərək gizir rütbəsinə yiyələnib və Naxçıvan şəhərində yenidən hərbi xidmətə başlayıb. Müxtəlif hərbi hissələrdə xidmət edib. Etibar Cəfərov xidməti dövründə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə təltif edilib.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Etibar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Etibar Cəfərov Murovdağ döyüşləri zamanı itkin düşüb. Oktyabrın 23-də şəhid olduğu müəyyənləşib. Şəmkir rayonunun Morul kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Cəfərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

Abid Asif oğlu Məmmədov


 Şəhid Abid Asif oğlu Məmmədov

4 aprel 1994-cü ildə Oğuz rayonunun Dəymədərə kəndində anadan olub.

Ailənin tək öbladı idi.

2000-ci ildə şəhid Elburus Haşımov adına Dəymədərə kənd tam orta məktəbinə daxil olmuşdur. 2011-ci ildə məktəbi bitirmişdir. Oğuz Qarğıdalı Emalı və Qlükoza İstehsalı zavodunda operator kimi çalışmışdır.

Ailəli idi, Əli adlı övladı yadigar qaldı.

Abid Məmmədov Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Abid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsində Murovdağ döyüşlərində iştirak etmişdir. Abid Məmmədov oktyabrın 4-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Abid Məmmədov oktyabrın 4-də Oğuz rayonunun Dəymədərə kəndində dəfn edilib.

"Vətən uğrunda" medalı ilə təltif edildi.

"Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

3 Nisan 2022 Pazar

HÜSEYNOV NİCAT ADİL oğlu


Şəhid MAXE HÜSEYNOV NİCAT ADİL oğlü

O, 30.03.1987-ci ildə Hacıqabul rayonu, Meyniman kəndində anadan olub. Nicat Vətən müharibəsində igidlik və mərdlik göstərərək 21.10.2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimiz ailəli idi. Üç övladı Vətənə əmanətdir.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Mövludun mübarək nur simalı Şəhidimiz.


2 Nisan 2022 Cumartesi

VƏLİZADƏ İBRAHİM MALİK oğlu


 Şəhid LEYTENNT VƏLİZADƏ  İBRAHİM MALİK oğlu

O,1997-ci ilin 2 aprel tarixində Azərbaycanın Naxçıvan Muxtar Respublikasına bağlı Babək rayonunun Yarımca kəndində anadan olub...

2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2018-ci ilə qədər burada təhsilini davam etdirib. 2018-ci ildə Azərbaycan Ali Hərbi Məktəbindən məzun olub və təyinatı üzrə "N" saylı hərbi hissəyə xidmətə yola düşüb.

2020-ci ilin 27 sentyabr tarixində Ermənistan-Azərbaycan arasında başlanmış İkinci Qarabağ müharibəsində Leytenant Vəlizadə də yaxından iştirak etmişdir. O, səhhətindəki nasazlıqlar səbəbindən oktyabrın 1-i hospitala gəlir, ona həkimlər tərəfindən ən azı 3 gün hospitalda qalaraq müalicə olunmalı olduğu deyilsə də, İbrahim bununla razılaşmır və tez bir zamanda yenidən döyüş meydanına qayıtmalı olduğunu, yoldaşlarını orada tək qoymayacağını bildirir.

İbrahim hospitalda olarkən ailəsi ilə əlaqə saxlayır və hər şeyin yaxşı olduğunu deyir. Həkimin ona yazdığı dərmanları götürərək yenidən döyüş meydanına qayıdan İbrahimin döyüş yolu Murovdağdan Suqovuşana qədər uzanır. 6 oktyabrda, Suqovuşan ətrafında gedən döyüşlərdə öz qrupu ilə döyüş tapşırığını uğurla yerinə yetirib geri qayıdarkən mühasirəyə düşür.6 nəfərlik heyəti ilə özlərindən qat-qat artıq sayda olan düşmənə qarşı mərdliklə vuruşan Vəlizadə Şəhid olan əsgərini döyüş meydanından kənara çıxararkən uzaqdan atılan snayper gülləsinə tuş gəlir və özü də qəhrəmancasına Şəhid olur.Uzun sürən axtarışlardan sonra Leytenant Vəlizadə 30 noyabr tarixində tapılır və doğulub boya-başa çatdığı Naxçıvan Muxtar Respublikasının Babək rayonu Yarımca kəndinə gətirilərək böyük izdihamın müşayiəti ilə kənd qəbiristanlığında dəfn edilir.

Şəhid Leytenant Vəlizadə İbrahim evli idi, bir oğul övladı yadigar qalıb....

Şəhidləri tanıtmaq onları anmaq hər kəsin borcudur...

️ 

Sənan Vidadi oğlu Hüseynov


 Şəhid Sənan Vidadi oğlu Hüseynov

1 aprel 1996-cı ildə Qazaxıstanda anadan olmuşdur. Əslən Füzuli rayonunun Qacar kəndindəndir. 2008-ci ildə Azərbaycana köçmüşdür. Subay idi.

Sənan Hüseynov 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmət zamanı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Sənan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq vuruşmuşdur. Füzulinin, Qubadlının, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sənan Hüseynov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Binə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

1 Nisan 2022 Cuma

Musayev Sədi Süleyman oğlu


 Şəhid Polkovnik-leytenant Musayev Sədi Süleyman oğlu

1978-ci il aprelin 1-də Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Təhsilinə 1985-ci il Kəngərli rayonu, Qıvraq qəsəbəsi, Sirac Əsədov adına 2 nömrəli məktəbdə başlamış, 1993-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirərək Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 1996-2000-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində motoatıcı ixtisası üzrə təhsilini davam etdirmişdir.

Sədi Musayevə 2000-ci ildə leytenant hərbi rütbəsi verilmiş və xidmətini davam etdirmək üçün Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəyə motoatıcı tağım komandiri vəzifəsinə təyin edilmişdir. 2002-ci ildə həmin hərbi hissədə Ordu Korpusu komandirinin müvafiq əmri ilə motoatıcı bölük komandiri vəzifəsinə təyin olunması ilə bərabər Müdafiə Nazirinin əmri ilə baş leytenant hərbi rütbəsinə layiq görülmüşdür. Bundan əlavə, müxtəlif illərdə motoatıcı taborun qərargah rəisinin şəxsi heyət üzrə köməkçisi, əməliyyat bölməsinin döyüş hazırlığı üzrə baş köməkçisi, döyüş hazırlığı bölmə rəisi, əməliyyat bölmə rəisi-qərargah rəisinin müavini, əməliyyat şöbə rəisinin təlimlər üzrə baş köməkçisi vəzifələrinə təyin olunmuşdur. Sədi Musayev göstərdiyi xidmətlərə görə ardıcıl olaraq 2005-ci ildə kapitan hərbi rütbəsinə, 2014-cü ildə mayor hərbi rütbəsinə, 2019-cu ildə isə polkovnik-leytenant rütbəsinə yüksəlmişdir.

2016-cı il aprel 1-dən 2-nə keçən gecədən başlayaraq 5 aprelə qədər davam edən tariximizdə "Dördgünlük müharibə", "Aprel müharibəsi" kimi yaddaşlarda qalan Aprel döyüşlərinin fəal iştirakçısı mayor Sədi Musayevin Lələ təpə yüksəkliyinin işğaldan azad olunmasında əhəmiyyətli rolu olmuşdur. Belə ki, döyüş zamanı o, mərmisi qurtarmasına baxmayaraq düşmənlə əlbəyaxa döyüşmüş, bu zaman əsgərlərinin olduğu tankın yandığını görərkən bir an belə düşünmədən əsgərlərini yanan tankdan xilas etmişdir.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev İkinci Qarabağ müharibəsində də gələcək nəsillərə nümunə olacaq böyük qəhrəmanlıq və şücaət göstərmiş, 28 sentyabr 2020-ci il Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndi, Kürdlər yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə əməliyyat qrupu zabiti kimi yaşayış məntəqələrinin düşməndən azad olunması uğrunda qəhrəmancasına şəhid olmuşdur.

Polkovnik-leytenant Sədi Süleyman oğlu Musayev II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Xidməti dövründə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı və II dərəcəli "Qüsursuz xidmətə görə, "Vətən uğrunda" medalı, və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!