26 Haziran 2020 Cuma

  Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin heyəti 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri  Gününüz mübarək! 

Müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar olsun. 

Şəhidlərimiz cənnətdəki bayramınız mübarək! 

18 Haziran 2020 Perşembe

"Özünü partlayacaq qumbaranın üzərinə atdı"

🇦🇿Bu gün sərhədçi mübarizimiz Milli Qəhrəman İsgəndərov Eltonun şəhid olduğu gündür.

İsgəndərov Elton Xaləddin oğlu 21 oktyabr 1990-cı ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olub. 1997-2008-ci illərdə doğulduğu kənddə orta təhsil alıb. Elə həmin il Samux rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılıb.

Onun dünyaya gəlişi elə bir vaxta təsadüf edirdi ki... Bir tərəfdən Qanlı yanvar faciəsi, digər tərəfdən isə Qarabağda erməni ordularının törətdikləri qatı cinayətlər... Elton hələ lap gənc yaşından Vətəni qorumağı, ona şərəflə xidmət etməyi öyrənmişdi. Hərbiyə getdiyi ilk gündən özünü nümunəvi əsgər kimi göstərərək əsgər və zabitlərin dərin hörmətini qazanmışdı. Elton qısa müddət ərzində Sərhəd Qoşunlarında təlim keçdikdən sonra Cəlilabad rayonunun Göytəpə şəhərindəki “N” saylı Hərbi Hissədə xidmətə başlayır. Təsadüfi deyil ki, xidmət etdiyi dövrdə Sərhəd Xidmətinin Komandanlığı tərəfindən dəfələrlə ailəsinə “Təşəkkür məktubu” göndərilmiş, “Dövlət sərhədlərinin mühafizəsində göstərdiyi xidmətə görə” döş nişanı ilə təltif edilmişdi.

18 iyun 2009-cu il... Sərhəd məntəqəsində qəfildən bir qrup sərhəd pozucuları görünür. Daim sərhədi göz bəbəyi kimi qoruyan əsgərlərimiz öz yerlərində möhkəm dayanmışdılar. Az sonra sərhəd pozucuları yaxalandıqlarını hiss edib əsgərlərimizi atəşə tuturlar. Güclü döyüş başlanır. Döyüşün həlledici anıydı. Cinayətkar dəstə sərhədçilərdən yaxa qurtarmağa çalışırdı. Elə bu an cinayətkarlardan biri sərhədçilərimizin cəmləşdiyi mövqeyə qumbara atır. Elton dərhal özünü partlayacaq qumbaranın üzərinə atmaqla zabit və əsgər yoldaşlarını ölümün pəncəsindən xilas edir.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu tarixli 349 saylı fərmanı ilə İsgəndərov Elton Xaləddin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Subay idi.

Samux rayonunun Əhmədbəyli kəndində dəfn edilmişdir.
Mənbə:https://www.facebook.com/2151001215183927/posts/2740881209529255/

“MÜBARİZ”

19.06.2010
mus. Sevinc Tofiqqızı. 🇦🇿
söz. Baba Vəziroğlu
ifa.Mehdi Həsənov
10 il öncə bu gecə 23:30 radələrində 2 ordu arasındakı 1 km'lik minalanmış sahəni keçib düşmən ordusunun xeyli zabit və əsgərlərini məhv edən Mübariz İbrahimov