26 Ocak 2020 Pazar

Daşaltı əməliyyatı



1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.

25 Ocak 2020 Cumartesi

Şahmurad Əlizadə


Şahmurad Əlizadə 1991-ci il yanvarın 24-də Biləsuvar rayonunda anadan olub.
2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzini bitirib.
2015-ci il aprelin 14-də Ağdam istiqamətində erməni silahlı bölmələrinin atəşkəsi rejimini pozması nəticəsində xidməti borcunu yerinə yetirərkən Şəhid olub!

19 Ocak 2020 Pazar

28 fevral - Hüseynov Elman Süleyman oğlu

Tarix Yazanlar adlı şəxsin şəkli.Hüseynov Elman Süleyman oğlu 28 fevral1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulmuşdur. 1958-1968-ci illərdə Azad Qaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun hidro-meliorasiya fakültəsinə qəbul olmuş, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurmuşdur. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət etmişdir.
1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdir. 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988-1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. Dəfələrlə rayon sovetinə deputat seçilmişdir.
Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirmişdir.
1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunmuşdur. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak etmişdir. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir.

Döyüşlərdə iki dəfə yaralanmışdır. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Evli idi. Üç övladı qalıb.
1995-ci il yanvarın 15-də respublika Prezidentinin fərmanı ilə ölümündən sonra Elman Süleyman oğlu Hüseynova "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına küçə var.
Tərtər rayonunda qəhrəmanın büstü qoyulub. Qehramanin adina muzey vardir.

Mənbə:https://www.facebook.com/photo.php?fbid=203998453484975&set=g.1840339396200403&type=1&theater&ifg=1

24 YANVAR ƏLİZADƏ ŞAHMURAD HİLAL OĞLU

Tarix Yazanlar adlı şəxsin şəkli.ƏLİZADƏ ŞAHMURAD HİLAL OĞLU 24YANVAR 1991-Cİ İLDƏ BİLƏSUVAR RAYONUNDA ANADAN OLMUŞDUR.1998-Cİ İLDƏ BİLƏSUVAR RAYON 1SAYLI ORTA MƏKTƏBİNƏ DAXİL OLMUŞ,2009-CU İLDƏ ORANI BİTİRMİŞDİR.ELƏ HƏMİN İL HƏRBİ XİDMƏTƏ YOLLANMIŞDIR.2013-CÜ İLDƏ AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN TTM BİTİRMİŞDİR."N"SAYLI HƏRBİ HİSSƏDƏ GİZİR KİMİ HƏRBİ XİDMƏTƏ BAŞLAMIŞDIR.14APREL 2015-Cİ İLDƏ ƏLİZADƏ ŞAHMURAD AĞDAM İSTİQAMƏTİNDƏ XİDMƏTİ VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN QƏHRƏMANCASINA ŞƏHİD OLMUŞDUR. ŞƏHİDLİYİNDƏN SONRA "HƏRBİ XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ" 3-CÜ DƏRƏCƏLİ MEDALIYLA TƏLTİF EDİLMİŞDİR.
YAŞADIĞI KÜÇƏYƏ ƏLİZADƏ ŞAHMURADIN ADI VERİLMİŞDİR.TORPAQLARIMIZIN BÜTÖVLÜYÜ UĞRUNDA CANINDAN KEÇƏN QƏHRƏMANIMIZI BU GÜN -- DOĞUM GÜNÜNDƏ SEVGİ VƏ SAYĞIYLA ANIRIQ.
ƏZİZ XATİRƏNİZ HƏR ZAMAN QƏLBİMİZDƏ YAŞAYACAQDIR!

24 fevral Mayor Əfqan Qaraxan oğlu Hüseynov

Tarix Yazanlar adlı şəxsin şəkli.Mayor Əfqan Qaraxan oğlu Hüseynov 24 fevral 1963-cü ildə Bakı şəhərində keçmiş "Tələbələr" indiki"Çobanzadə "küçəsi 46 saylı evdə fəhlə ailəsində anadan olmuşdur. 1970-ci ildə 109 saylı orta məktəbə getmiş, 1980-cı ildə C.Naxçıvansi adına hərbi təmaüllü orta internat məktəbində təhsilini başa vurmuş, sonra Bakı Ümumqoşun Komandirləri Məktəbinə qəbul olmuş və tağım komandirinin müavini təyin edilmişdir. 1984-cü il tarixdə SSRİ Müdafiə Nazirinin əmrinə əsasən leytenant hərbi rütbəsi verilmişdir.
11 oktyabr 1985-ci ildən 25 iyun 1987-ci ilə kimi Əfqanıstan Demokratik Respubllikasında gedən döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. Onun döyüş xidməti yüksək qiymətləndirilmiş, "Qırmızı ulduz" ordeni ilə təltif edilmişdir. 1986-cı ildə ona baş leytenant rütbəsi verilmişdir.
1988-ci ildə SSRİ-nin hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illiyi ilə əlaqədar olaraq Hüseynov Əfaqan Qaraxan oğlu "SSRİ Hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illik "medalı ilə təltif edilmişdir. O, 1988-ci ildə J.Naxçıvanski adına Bakı hərbi təmayülli məktəbə tərbiyəçi bölük komandiri təyin edilmiş və növbəti kapitan hərbi rütbəsini almışdır. Yüksək dərəcəli biliyə malik bir zabit olduğu nəzərə alınaraq Hüseynov Əfqan Qaraxan oğlu 2 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 1-ci şöbəsində döyüş hazırlığı üzrə baş zabit vəzifəsinə təyin edilmişdir.
1991-ci il 25 dekabrda Azərbaycan Respublikası Milli Qvardiyasının yaranması ilə əlaqədar olaraq bir çox bacarıqlı zabitlər Qvardiyanın təşkili işlərinə cəlb edilmişdir. Hüseynov Əfqan Qaraxan oğlu 21 yanvar1992-ci ildə Milli Qvardiyanın sıralarına daxil olmuş və qulluq etdiyi müddət ərzində bacarıqlı zabit kimi fərqlənmişdir.
O, bütün bacarıq və biliyini müstəqil Azərbaycan Respublikasının ilk hərbi qurumlarından olan Milli Qvardiyanın formalaşmasına sərf etmişdir. Milli Qvardiya Hüseynov Əfqan Qaraxan oğlu kimi bacarıqlı zabitlərinin əməyi nəticəsində bu günə kimi şərəfli bir yol keçmiş, heç bir şəxsi mənafeyə qulluq etməmiş, onun əsas vəzifəsi Azərbaycan dövlətçiliyinin qorunması ilə bərabər qanuni yolla seçilmiş respublika Prezidentinin və Ali hakimiyyət Orqanlarının inzibati ərazilərini, eləcə də yüksək vəzifəli nümayəndələrinin mühafizəsini təmin etmək olmuşdur. Milli Qvardiyanın şəxsi heyəti erməni təcavüzkarlarına qarşı gedən döyüş əməliyyatlarında uğurla iştirak etmişdir. 1992-ci ilin iyun ayında Füzuli bölgəsində yaranan ağır vəziyyət zamanı Milli Qvardiyanın şəxsi heyəti xüsusi fəallıq göstərmişdir. Milli ordu rəhbərləri tərəfindən yaxşı planlaşdırılmayan hücum əməliyyatı baş tutmuşdur, nəticədə ordunun bəzi hissələri döyüş mövqelərini tərk etmiş, əhali arasında qorxulu əhval-ruhiyyə yayılmışdır. Milli Qvardiyanın bacarıqlı zabitləri və şəxsi heyəti, o cümlədən Hüseynov Əfqan Qaraxan oğlu döyüşə girərək erməni birləşmələrinə zərbə endirmiş, düşmənin hücumunun qarşısını almış və onu geri oturtmuşdur. Bu döyüşlərdən sonra kapitan Hüseynov Əfqan Qaraxan oğlu mayor hərbi rütbəsinə layiq görülmüşdür.
Gün-gündən mətinləşən yüksək döyüş hazırlığına yiyələnən Milli Qvardiyanın nəzdində yeni alay yaranması məsləhət görmüşdür. Həmin alayın ilk komandiri Əfqanıstan müharibəsində böyük döyüş təcrübəsi keçmiş mayor Hüseynov Əfqan Qaraxan oğlu təyin edilmişdir. Yeni təyin olunmuş təcrübəli komandir Milli Qvardiyanın rəhbərliyinin köməyi və özünün təşkilatçılıq bacarığı ilə alayın şəxsi heyətinin döyüş hazırlığını və təlimini qısa bir vaxt ərzində lazımı səviyyəyə çatdırmışdır.
Cəbhə bölgəsində yaranmış acınacağlı vəziyyət yeni yaranmış alayın şəxsi heyətinin tam komplekləşdirilməsinə imkan verməmişdir, Qubadlı, Laçın bölgələrində yaranmış acınacaqlı vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 186 saylı sərəncamı ilə 26 oktyabr 1992-ci il tarixində alayın şəxsi heyəti, başda alay komandiri mayor Hüseynov Əfqan Qaraxan oğlu olmaqla Qubadlı, Laçın bölgəsinə göndərilmişdir. Alay komandirinin şəxsi iştirakı ilə, alayın şəxsi heyəti bu bölgədə düşmənlə üzbəüz düşmüş, onun hücumunun qarşısı alınmış və 31 oktyabrda alay əks hücuma keçərək düşmənin bir çox mövqelərini ələ keçirmiş, əsas qüvvəsini məhv edib, öz döyüş mövqelərini möhkəmləndirmişdir. Bu döyüşdə alay komandiri mayor Ə.Hüseynov xüsusi fədakarlıq göstərmişdir. Bacarıqlı igid komandir Milli Qvardiyanın adını yüksəyə qaldırmışdır. Lakin özü 1 noyabr 1992-ci ildə alayın düşmən üzərinə yeni hücumu zamanı başına dəyən düşmən gülləsindən əbədi olaraq gözlərini yummuşdur. Mayor Hüseynov Əfqan Qaraxan oğlunun bu igidliyi Milli Qvardiyanın zabit və əsgərlərini heç də məyus etməmiş sonrakı döyüşlərdə onun intiqamını almaq arzusu ilə ağır döyüşlərə girmiş belə döyüşlərdə itkilər versələr də döyüşdən şərəflə çıxmışdılar.
Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 9 mart 1995-ci il tarixli 63 saylı əmri ilə Azərbaycanın Milli Qəhrəmanı mayor Hüseynov Əfqan Qaraxan oğlu əbədi olaraq Milli Qvardiyanın şəxsi heyətinin siyahısına salınmışdır. Əfqan Hüseynovun bir qız övladı var.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
C.Naxçıvanski adına Liseydə və Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyada onun büstləri qoyulmuşdur.
Leyla Hüseynova ilə ailəli idi, bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Əfqan Qaraxan oğlu Hüseynova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Mənbə:https://www.facebook.com/photo.php?fbid=215808688970618&set=g.1840339396200403&type=1&theater&ifg=1

17 yanvar

17 yanvar AZƏRBAYCAN BAYRAĞI ORDENİ İLƏ TƏLTİF OLUNMUŞ ŞƏHİDLƏRİMİZ MEHRAC MAHMUDOVUN VƏ NİZAMİ ƏLƏKBƏROVUN DOĞUM VƏ ŞƏHİDTƏBRİZ HƏMZƏYEVİN ANIM GÜNÜDÜR.
Mehrac Məhəmməd oğlu Mahmudov 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində alıb. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında Xaborovski şəhərində hərbi xidmətdə olub. Texnologiya institutunu bitirib. 1980-ci ildə sərbəst güləş üzrə «Usta» normasını yerinə yetirib.
ŞƏHİDLƏRİMİZ MEHRAC MAHMUDOV ile ilgili görsel sonucu"Əvvəllər Narçılıq sovxozunda fəhlə, Qarabağ hadisələri başlayan vaxt isə Tərtər İctimai İaşə Birliyində işləyən M.Mehrac erməni işğalçılarına qarşı vuruşmaq üçün könüllü olaraq qardaşı Arifin xidmət etdiyi “Tərtər özünümüdafiə batalyon”una gəlmiş, 1992-ci il fevral ayının 26-da Xocalı hadisəsi zamanı Tərtər özünümüdafiə batalyonu Seysulan və Yarımca kəndlərinə ilk hücum etdiyi vaxt batalyona rəsmi qəbul edilmədiyi halda hərbçilərlə birlikdə bu döyüşdə xüsusi fəallıq göstərmişdir. Sonradan 2 aprel 1993-cü il tarixdə o, çavuş rütbəsi ilə vzvod komandiri kimi Tərtər özünümüdafiə batalyonunun şəxsi heyətinə daxil edildi. Bundan sonra o, hərbi fəaliyyətini daha da genişləndirdi. M.Mahmudov Ağdərə bölgəsində Levonarx, Akop-Kamari, Qırmızıkənd, Daş karxanası adlanan yerlər uğrunda gedən döyüşlərdə düşmənin bir neçə texnikasını və canlı qüvvəsini şəxsən məhv etmişdir. 1993-cü il sentyabr ayında 190 saylı hərbi hissəyə dəyişdirilib və Ağdam bölgəsində gedən döyüşlərdə şücaətlər göstərmişdir.
1994-cü il aprelin 23-də Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
24 may 2016-cı ildə Tərtər şəhərindəki küçələrdən birinə Mehrac Mahmudovun adı verilmişdir.
Nizami Səfi oğlu Ələkbərov ile ilgili görsel sonucu"Nizami Səfi oğlu Ələkbərov 1978-cı il yanvar ayının 17-də Ağdam rayonunun Quzanlı kəndində anadan olub. Altı qardaşın ən kiçiyi idi. 1982-ci ildə Quzanlıdakı orta məktəbin I sinfinə daxil olub, 1992-ci ildə həmin məktəbi bitirib. 1995-ci il iyul ayının 27-də hərbi xidmətə yollanıb. "N" saylı xüsusi təyinatlı hərbi hissədə xidmət edib. 1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərərgah rəisinin əmri ilə döyüş tapşırığı yerinə yetirmək üçün döyüş bölgəsinə göndərilib. 7 nəfər kəşfiyyatçı ilə birgə erməni hərbçilərinin arxa cəbhəsinə adlayıb. Üç gün burada qalıb və həmin istiqamətdə ermənilərin bütün mühüm hərbi obyektlərinin yerini öyrənərək radiostansiya vasitəsilə öz komandanlığına çatdırıb. Lakin əməliyyatı tamamlayıb geri dönərkən erməni hərbçiləri onların izinə düşüb. Döyüşdə xeyli sayda erməni hərbçisini məhv etsələr də, güllələri qurtardığına görə düşmən əlinə keçməmək üçün qranatla özlərini partladaraq həlak olublar. Onların meyitləri yalnız 1997-cı ilin oktyabr ayında Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsilə geri alınıb. Onlar 1997-cı il oktyabr ayının 16-da Bakı şəhərindəki İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıblar.
Nizamı Səfi oğlu Ələkbərov Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1998-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

ŞƏHİDİMİZ TƏBRİZ HƏMZƏYEVİN ANIM GÜNÜDÜR.
ŞƏHİDİMİZ TƏBRİZ HƏMZƏYEV ile ilgili görsel sonucu"Həmzəyev Təbriz Vəli oğlu 1991-ci il dekabrın 13-də Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-2009-cu ildə Nehrəm kənd 2 nömrəli orta məktəbində oxuyub. 18 yanvar 2010-cu ildə Babək rayon Hərbi Komissarlığından hərbi hərbi xidmətə göndərilib və Şahbuz rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib.
Təbriz Həmzəyev xidmətinin 6-cı ayında komandirindən xahiş edir ki, onu hərbi hissənin döyüş postuna göndərsinlər.
2011-ci il yanvarın 16-da Şahbuz rayonunda yerləşən hərbi hissənin Qoqi postunda xidməti döyüş tapşırığını yerinə yetirərkən qar uçqunu nəticəsində şəhid olub.
2011-ci il yanvarın 17-də Nehrəm kənd qəbristanlığında dəfn olunub.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

18 yanvar MALİK ƏSƏDOVUN ANIM GÜNÜDÜR

MİLLİ QƏHRƏMANIMIZ  MALİK ƏSƏDOVUN ANIM GÜNÜDÜR.
27.06.1962 - 18.01.1992
Asəf Şirinli adlı şəxsin şəkli.Əsədov Malik Hamil oğlu
1962-ci il iyunun 27-də Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur.1979-cu ildə burada orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmışdır. Qazaxıstanda hərbi xidmətini başa vurub, Mingəçevir şəhər 45 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində əmək fəaliyyətinə başlamışdır.
Qarabağ hadisələri başlayanda o, əsgər paltarı geyinir. Xocalıda, Əsgəranda, Ağdamda, Şuşada gedən ağır döyüşlərdə iştirak edir. Çox keçmir ki, onu bölmə komandiri təyin edirlər. Göstərdiyi əla xidmətlərə görə bir neçə dəfə DİN-nin Fəxri fərmanlarına və mükafatlarına layiq görülür.
1992-ci il yanvar ayının 12-i... Mingəçevirdən 20 nəfər döyüşçü Şuşaya getməliydi. Malik Əsədov da döyüşçülərin arasında idi. Onlar Şuşada və ətraf kəndlərdə postlarda durmuşdular. Sonra isə onları Daşaltı kəndinin yaxınlığındakı Nəbilər kəndinə göndərdilər.
Yanvarın 18-i... Ermənilər kəndə hər tərəfdən hücuma keçmişdi. Yaraqlıların sayı, bəlkə də, yüzə yaxın olardı. Onlar isə cəmi 6 nəfər idi. Polislər geri çəkilməyə məcbur oldular. Malik Əsədov bir neçə yara almışdı. Amma o, yenə də cəsarətlə döyüşürdü. Şuşa polisinin əməkdaşları özlərini onlara yetirdilər. Lakin artıq gec idi. Malik gözlərini əbədi yummuşdu, erməni faşistləri onu qəddarlıqla qətlə yetirmişdilər. Ancaq Malik də son məqamında belə borclu qalmamışdı; ətrafda onlarla düşmən cəsədi yerə sərilmişdi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Havarlı kəndində dəfn edilmişdir.
Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində - işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulmuşdur.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

18 Ocak 2020 Cumartesi

Azərbaycanın Milli Qəhrəmanları Şamoy Çobanovun ,Şamil Ramazanovun və şəhid baş-leytenant Fərid Əhmədov

Bu gün Azərbaycanın Milli Qəhrəmanları Şamoy Çobanovun ,Şamil Ramazanovun və şəhid baş-leytenant Fərid Əhmədovun doğum günləridir.


Şamoy Məhiyəddin oğlu Çobanov 1965-ci il yanvarın 19-da Qazax rayonu Ağköynək kəndində anadan olub. O, 1989-cu ildən polis nəfəri kimi Xeyrimli, Yuxarı Əskipara, Bağanıs Ayrım və digər kəndlərin müdafiəsində fəal iştirak edib, 1990-cı il avqustun 19-da Yuxarı Əskipara kəndi yaxınlığında sərnişin avtobusuna hücum edən erməni yaraqlılarının qarşısını kəsib, dinc əhalinin xeyli hissəsini xilas edib və qəhrəmanlıqla həlak olub. 1992-ci il oktyabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Ağköynək kəndində dəfn edilib. Kəndin orta məktəbi onun adını daşıyır.


Şamil Ağasəf oğlu Ramazanov 1976-cı il yanvarın 19-da Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açıb. 1993-cü ildə 10-cu sinfi bitirib, 1994-cü ilin martında Milli Ordu sıralarına çağırılıb. Bir neçə ay hərbi təlim keçdikdən sonra hərbi hissəyə göndərilib. Çevikliyi, bacarığı ona əsgər və zabitlər arasında böyük hörmət qazandırıb. Tezliklə peşəkar bir döyüşçü kimi yetişib. 1995-ci il 13-17 mart hadisələri zamanı vətən borcunu yerinə yetirən gənc döyüşçü ağır yaralanıb və aldığı bu yaradan gözlərini əbədi yumub.
Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə ölümündən sonra Şamil Ramazanova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Ağsu rayonunun Rəhimli kəndində dəfn olunub. Rayonun mərkəzindəki kinoteatr onun adını daşıyır.

Fərid Əhmədov.jpgFərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.
2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.
7 noyabr 2010-cu ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Prezidentin sərəncamı
2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Gülağa oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.
Xatirəsi
2014-cü ilin yanvar ayında şəhid Fərid Əhmədovun ömür yoluna həsr olunmuş "Hay ver mənə, leytenant" filminin təqdimat mərasimi keçirilib.

7 Ocak 2020 Salı

Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu


Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədib.
DSX-dan Eurasia Diary-ə verilən məlumata görə, 2020-ci il yanvarın 7-də saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu şəhid olub.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quli­yev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Proku­rorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.
https://m.ednews.net/az/news/society/411121-ordumuz-sehid-verdi 

Rəşad Atakişiyev

Rəşad Atakişiyev 7 yanvar 1985-ci ildə Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərib. “Polkovnik-leytenant” hərbi rütbəsinə qədər yüksəlib. Mərhum Azərbaycan Hərbi Hava Qüvvələrinin ən peşəkar pilotlarından biri olub. Atakişiyev Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxış edib.

2 Ocak 2020 Perşembe

NATİQ QASIMOV

NATİQ QASIMOV Azərbaycan Bayrağını erməniyə verməyən, ermənilərə qarşı 5 gün tək vuruşan Natiq Qasımov. 1971-ci il təvəllüdlü Natiq Qasımov "Qarabağ Şahinləri" batalyonunda Ağdam-Xankəndi istiqamətində döyüşlərdə iştirak edib. 1992-ci il martın əvvəlində batalyondan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndindəki bir yüksəkliyi azad etmək əmri alır. Tapşırıq yerinə yetirilir və yüksəklir alınır. "Şahinlər" qədim alban kilsəsində məskunlaşırlar. Döyüşdə komandir və bir neçə nəfər şəhid olur. Kilsədə Natiq və daha 6 nəfər qalır. Ermənilər hücum edərək yüksəkliyi qaytarmaq istəyirlər. Natiqin bütün dostları şəhid olsa da, o, kilsədə tək qalaraq ermənilərə qarşı döyüşür. Ermənilər kilsədə bir batalyonun olduğunu düşünürlər. Onlar Xocalıda məktəb direktoru olmuş Cəfər Cəfərovu Azərbaycan bayrağı sancılmış kilsəyə göndərərək deyirlər: "Kilsədəkilər təslim olmasalar, bütün Xocalı əsirləri güllələnəcək" Cəfər Cəfərov Natiqdən soruşur ki, gecə ermənilər gəlmirdilər. Niyə qaçmamısan ? Natiq: "Komandirə söz vermişdim ki, mövqeyimi tərk etməyəcəm. Bir də bu bayrağı qoyub hara gedəydim ?!" Natiq bir əlində avtomat o birində bayrağı göyə qaldırdı. O, Xocalı əsirlərinin öldürülməməsi üçün təslim olur. Ermənilər kilsəni tutandan sonra bilirlər ki, 5 gündür onlara qarşı vuruşan bir Azərbaycanlı imiş. Rusiyanın məşhur "Oqonyok" jurnalının müxbiri Konstantin Smirnov və fotomüxbir Enriko Sarzini hadisə yerində olur. Enriko Natiqin əsir götürülməsinin, sorğu-sual edilməsinin fotolarını çəkir. "Oqonyok"-un 1992-ci il aprel nömrəsində Natiqin əlində bayraq, ermənilərə əsir düşdüyü foto yayımlanır. Bu fotodan sonra bir daha Natiqdən xəbər almaq olmur. Ermənilər hələ də Natiq Qasımovun əsir götürüldüyünü danır. Onun sonrakı taleyini Azərbaycandan və Beynəlxalq Təşkilatlardan gizlədirlər.