3 Ağustos 2020 Pazartesi

1 avqust 2014-cü il

 2014-cü ilin İyulun 31-dən avqustun 1-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Azərbaycan Respublikasının Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərmişdi. Həmin vaxt ordumuzun qəhrəman hərbçiləri düşmənin hücumunu layiqincə almağı bacarmışdı. 

Düşmənin hücumlarının qarşısını alarkən 3 gün ərzində ordumuz 13 şəhid vermişdi.
1.Həmin gecədə şəhid olan hərbçilərdən biri 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış giziri Almazov İsə Ziyad oğlu idi.Böyük Cəfərli kəndinin sakini olan şəhid İsa Almazovun 4 azyaşlı övladı var.
2.Həmin gecənin daha bir qəhrəman şəhidi Tərtər rayonunda düşmən hücumunu dəf edərkən şəhid olan Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 1995-ci il təvəllüdlü Poladov Vüqar Hidayət oğludur.Vüqar gecə saat 3-4 radələrində çiynindən və qolundan aldığı güllədən dünyasını dəyişərək şəhid olub.Onu da qeyd edək ki, Vüqar əsgərliyə könüllü şəkildə gedib.
3.Müddətdən artıq xidmət edən 1992-ci il təvəllüdlü Q. Əhmədov Ağdam rayonunun işğal olunmuş Saybalı kəndində anadan olub. 3 ay cəbhə bölgəsində olan Qaryağdı Əhmədov doğum günündə- avqustun 1-də düşmənin snayperdən açdığı atəş nəticəsində şəhid olub.
4. Cəbhə xəttində düşmənin hücumunu dəf edərkən şəhid olan 1995-ci il təvəllüdlü Abdinov Hüseyn Etibar oğlu Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.Qeyd edək ki, Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış Hüseyn Abdinov cəbhə xəttində düşmənin hücumunu dəf edərkən ağır yaralanaraq hospitala yerləşdirilib. Həkimlərin səylərinə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.
5. Avqustun 1-də qəhrəmanlıqla şəhid olan əsgərlərimizdən biri də Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərovdur.
6. Həmin gecə şəhid olan əsgərlərimizdən biri də 19 yaşlı Əli Fətulla oğlu Rəhimovdur. O Masallı rayonunun Köçəkli kəndində anadan olub. Şəhidimiz kənd qəbirstanlığında dəfn olunub.
7. 2014-cü ilin avqustun 1-də şəhid olan əsgərlərimizdən biri də Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədovdu
8. Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov da avqustun 1-də şəhid olub.
9.Ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan əsgərlərimizdən biri də Quba rayonundandır. Rayonun Vladimirovka kənd sakini 1995-ci il təvəllüdlü İbrahimov Elnur Mühəddin oğlu erməni gülləsinə tuş gəlib.
10.Həmin gecə şəhid olan hərbçilərimizdən biri də gizir Əliyev Pərvin Səlahəddin oğludur.
34 yaşlı Pərvin Səlahəddin oğlu Əliyev doğulduqları Biləsuvar rayonunun Nərimankənd kəndində dəfn edilib. P.Əliyev ailəli olub, iki övladı var.
11. 27 yaşlı şəhid Rahil Əfsər oğlu Hüseynov Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. 2014-cü il iyul ayının 31-dən avqustun 1-nə keçən gecə düşmən hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuşdur. Hüseynov Rahil Əfsər oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Nişanlı idi.
12.Həmin gecə qəhrəmancasına şəhid olmuş Elçin Rasim oğlu Əhmədov doğulduğu Qax şəhərində dənf edilib. 25 yaşında şəhid olan Elçin Əhmədovun avqustun 15-də nişan mərasimi keçiriləcəkdi. Ancaq o şəhid oldu.
13.2014-cü ilin avqustun 1-də düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğludur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!