28 Eylül 2021 Salı

Yusif Azər oğlu Təmirov

 Yusif Azər oğlu Təmirov (28 sentyabr 1995; Katex, Balakən rayonu — 5 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Yusif Təmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.


Yusif Təmirov oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Katex kəndində torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Təmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

26 Eylül 2021 Pazar

Vəli Quliyev


 Vəli Quliyev 1997-ci il iyulun 20-də Culfa rayonunun Qazançı kəndində anadan olub.2003-2009-cu illərdə A. Tağıyev adına 17 nömrəli tam orta məktəbdə, 2009-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 


Vəli Quliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Vəli Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vəli Quliyev oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub.


Allah rəhmət eləsin !

Elnur Abbaslı


Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi

Elnur Abbaslı 1992-ci il iyulun 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.


Elnur Abbaslı 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.


Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Abbaslı oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Köçərli kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib 


Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Abbaslı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.


Qərib İnqilab oğlu Baxşəliyev


 Polkovnik-leytenant Qərib İnqilab oğlu Baxşəliyev Bakıda anadan olmuşdu. 43 yaşında idi.


Azərbaycan Ordusunun polkovnik-leytenantı Qərib Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji hazırlığının artırılmasında rol oynayıb. Qəhrəman zabitimiz noyabrın 3-ü Zəngilan ərazisində postları yoxlayarkən mühasirəyə düşdüyü üçün sağ ələ keçirilməsin deyə, öz gülləsini özünə vuraraq şəhid olub. 

Allah rəhmət eləsin!

Talibov Elməddin Mədət oğlu


Talibov Elməddin Mədət oğlu

Elməddin Talıbov 1998-ci il sentyabrın 26-da Yardımlı rayonunun Şıxlar kəndində anadan olub. Subay idi.


Azərbaycan Ordusunun əsgəri olan Elməddin Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Talıbov noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Talıbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Talıbov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.


Şəhid Sənan Mətləb oğlu Seyfullayev


Şəhid Sənan Mətləb oğlu Seyfullayev

1998-ci il sentyabrın 26-da Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2015-ci ildə Cəfər Cabbarlı adına qəsəbə 1 nömrəli tam orta məktəbini bitirib. 2016-cı ilin oktyabr ayında müddətli hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kəşfiyyatçı əsgər kimi xidmət edib. 2017-ci ilin aprelində ordu sıralarından tərxis olunub. 

Subay idi.

Sənan Seyfullayev Vətən müharibəsinin ilk günündən torpaqlarımızı düşmən tapdağından azad etmək üçün könüllü olaraq müharibəyə yollanıb. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının azad edilməsində böyük şücaət göstərib.

O, oktyabrın 30-da Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə, “Qanlı Təpə” yüksəkliyinin düşməndən azad edilməsi zamanı şəhid olub. 71 gün itkin kimi axtarılan Sənan Seyfullayev bu ilin yanvarın 10-da şəhid olaraq tapılıb. O, 12 yanvar 2021-ci il tarixdə doğulduğu Ərkivan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Seyfullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin !

25 Eylül 2021 Cumartesi

Şəhid Pərvin Babayev Hüseyn oğlu


Şəhid Pərvin Babayev Hüseyn oğlu

 26 Sentyabr 2001-ci ildə Rusiya Federasiyasının Saratov şəhərində doğulub. 2008-2019-cu illərdə Sumqayıt şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb.

Pərvin Babayev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Pərvin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Manqa komandiri idi. “Öldü var, döndü yoxdur ” deyərək döyüşlərə qatılırdı. Pərvin Babayev oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub. Subay idi.


TƏLTİFLƏRİ

15.12.2020— "Vətən uğrunda" medalı


 25.12.2020 — "Xocavəndin azad olunmasına görə" medalı 


25.12.2020 — "Füzulinin azad olunmasına görə" medalı


24.06.2021- “Cəsur döyüşçü” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq !

 

İsmayıl Məhəmməd oğlu Səmədov



Kapitan İsmayıl Məhəmməd oğlu Səmədov Zaqatalada anadan olmuşdu. 30 yaşında idi.


 ("Vətən Müharibəsi Qəhrəmanı")


Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı İsmayıl Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu və Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə iştirak edib. Kapitan Səmədov oktyabrın 11-də Hadrut qəsəbəsində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezidentin Sərəncamı ilə ona, ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı verilib. 

Allah rəhmət eləsin!


Elnur Əzizli Şahin oğlu


Elnur Əzizli Şahin oğlu

25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olub.


Elnur Əzizli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmişdir. Füzuli, Xocavənd və Şuşanın azad olunmasında çox igidliklər göstərmişdir. 9 Noyabr Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.


Şəhid Elnur Əzizli 12 noyabr 2020-ci il tarixində Biləsuvar şəhərində canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı


18.12.2020 — "İgidliyə görə" medalı 


29.12.2020 — "Şuşanın azad olunmasına görə" medal


24.06.2021 — "Füzulinin azad olunmasına görə" 


24.06.2021 — "Xocavəndin azad olunmasına görə" medalı 


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Şəhidlər


 

Rəşad Quliyev


 Rəşad Quliyev 1988-cu il iyulun 5-də Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. 1994-2005-ci illərdə E. Yusubov adına Uzuntəpə кənd tam ortam məкtəbində təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.


Azərbaycan Ordusunun kapitanı olan Rəşad Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Quliyev oktyabrın 4-də Talış döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.


(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı

(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)

Ceyhun İsmayılov



 Ceyhun İsmayılov 1996-cı il sentyabrın 25-də Tovuz rayonunda anadan olub.

2003–2006-cü illərdə Tovuz şəhərində N.Tusi adına məktəbdə təhsil alıb 2006-2014cü ildə Gəncə şəhərində 28saylı orta məktəbi bitirmişdir.2014-2019-ci illərdə Kiyev şəhərində Европейский университет (ЕУ) adina Ali məktəbin Hüqüq fakültəsini bitirmişdi.Subay idi.

Ceyhun İsmayılov 2019–2020-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

İkinci Qarabağ müharibəsində iştirakı Redaktə
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ceyhun İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Ceyhun İsmayılov Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun İsmayılov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!


Muradlı Tacir Hasil oğlu


Muradlı Tacir Hasil oğlu

Tacir Muradlı 2000-ci il sentyabrın 25-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. Subay idi.


Azərbaycan Ordusunun əsgəri olan Tacir Muradlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, həmdə 2-ci Ordu Korpusunun Komandir müavini Şükür Həmidovun şəxsi mühafizə heyətinin üzvü idi. Tacir Muradlı oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.



24 Eylül 2021 Cuma

Murad Məmmədov


Murad Məmmədov 7 dekabr 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. İbtidai təhsilini 23 nömrəli orta məktəbdə alan Murad daha sonra Təbiət Elmləri Təmayüllü Gimnaziyasına qəbul olub və burada 10-cu sinifə qədər təhsil alıb. Orta təhsilini 22 nömrəli orta məktəbdə başa vuran Murad bu müddət ərzində idmanın cüdo növü üzrə yaxından məşğul olmuşdur. 2013-2018-ci illər ərzində Azərbaycan Texniki Universitetinin Elektroenergetika mühəndisliyi fakültəsində təhsil almışdır.


Ali təhsilini başa vurduqdan sonra Murad hərbi xidmətə yollanıb. Xidmətinin ilk 3 ayını Gəncə şəhərində keçirdikdən sonra qalanını Daşkəsən rayonunda davam etdirmişdir. Hərbi xidməti başa vurduqdan sonra Azərişıqda mühəndis vəzifəsində işə başlamışdı. 1 oktyabr 2020-ci ildə qardaşının İkinci Qarabağ müharibəsində olmasına baxmayaraq, Murad da könüllü olaraq adını yazdırıb döyüşlərə qoşulmuşdur. Döyüşlər zamanı Murad torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən bir çox döyüş bölgələrində döyüşmüş və 25 oktyabrda Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Elə həmin gün Qubadlı şəhəri düşmən işğalından azad olmuşdur.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

İskəndər Dövlətli Vüqar oğlu

 


 İskəndər Dövlətli Vüqar oğlu

24 sentyabr 1992-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. Hərbi xidmətdən sonra isə ailəsi ilə birgə Sulutəpədə məskunlaşmışdı.

Əmisi Aqşin Dövlətli 1992-ci ildə Birinci Qarabağ müharibəsində döyüşmüş və şəhid olmuşdur.

İskəndər Dövlətli şəhid olduğu gündən 33 gün sonra atası Vüqar Dövlətli vəfat etmişdir.

Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan İskəndər hərbi xidmət müddəti bitəndə yenidən orduda qalıb və hərbi xidmət müddətini davam etdirib. Kəşfiyyatçı İskəndər xidmətinə görə gizir rütbəsi almışdır.

Azərbaycan Ordusunun giziri olan Sahil Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şəhidimiz Oktyabr ayının 30-da Hadrut uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik məqamına yüksəlib.


 TƏLTİFLƏRİ

 15.12.2020— "Vətən uğrunda" medalı


 24.12.2020 — "Cəbraylılın azad olunmasına görə" medalı 


25.12.2020 — "Füzulinin azad olunmasına görə" medalı 


25.12.2020 — "Xocavəndin azad olunmasına görə" medalı 


24.06.2021 — "Cəsur döyüşçü" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Famil Əhmədzadə Əhmədağa oğlu




Famil Əhmədzadə Əhmədağa oğlu

23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda doğulub. İbtidai təhsilə 1982-ci ildə Milli Qəhrəman Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində başlamışdır. Famil məktəbdə ən savadlı şagirdlərdən biri olmuşdur. Elə bunun məntiqi nəticəsi kimi, o, orta məktəbi 1992-ci ildə əlaçı məzun kimi bitirmişdir.

Orta məktəbi bitirən Famil, elə həmin il Azərbaycanın ilk test üsulu ilə keçirilən imtahanında iştirak etmiş, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya ixtisasına qəbul olunmuşdur. O, akademiyanın sayılıb-seçilən tələbələrindən olub. 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirmiş, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi ilə məzun olmuşdur.

Famil Əhmədzadə 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində tarix müəllimi kimi fəaliyyətini davam etdirmişdir. 1999-cu ilin əvvəlində hərbi xidmətə yola düşmüşdür. 8 fevral 1999-cu ildən leytenant kimi Naxçıvan Muxtar Respublikasında xidmətə başlamışdır. Xidmətdə fərqləndiyi üçün baş leytenant rütbəsinə yüksəlmişdir. Elə həmin rütbə ilə 9 noyabr 2000-ci ildə ordudan təxris olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdandan sonra yenidən həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirmişdir. Tarixçi kimi yetişdirdiyi yüzlərlə tələbəsi yüksək bal toplayaraq ali məktəblərə daxil olmuşlar.

Famil 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlaması ilə könüllü olaraq ordu sıralarına yazılmışıdır. Baş leytenant Əhmədzadə cəbhə yoldaşlarının döyüş ruhunu artıraraq onları qələbəyə səsləyirdi. O, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin müdafiəsində müstəsna rol oynamışdır. Oktyabrın 13-dən 14-nə keçən gecə Talış kəndi və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Əhmədzadə Familin nəşi 3 noyabr tarixində əvvəlcə yaşadığı evə, daha sonra İsmayıllı rayonu Şəhidlər Xiyabanına gətirilərək, şəhər sakinlərinin izdihamlı yürüşü ilə təntənəli surətdə dəfn edilmişdir.


 TƏLTİFLƏRİ

 15.12.2020— "Vətən uğrunda" medalı 


18.12.2020 — "Döyüşdə fərqlənməyə görə" medalı


24.06.2021 — "Suqovuşanın azad olunmasına görə" medalı 


 Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Abbasov Elcan Əfzəddin oğlu


Abbasov Elcan Əfzəddin oğlu


20 yaşlı Elcan Əfsəddin oğlu Abbasov ailənin iki oğul övladından biri idi. Ömrü qısa, amma şərəfli məqamlarla zəngin oldu.


APA TV-nin yerli bürosunun xəbərinə görə, Elcan 23 sentyabr 2000-ci ildə Mingəçevirdə doğulmuşdu, istedadlı qarmon ifaçısı idi.


Uşaq yaşlarından güləşlə məşğul idi. Məhz fiziki göstəricilərinə görə həqiqi hərbi xidmətinin son dönəmlərində Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə cəlb edilmişdi. Əslində bu onun çoxdankı arzusu idi. Orada nümayiş etdirdiyi yüksək göstəricilərlə komandanlığın etimadını doğrultmuşdu. Doğum günündən dörd gün sonra qatıldığı Vətən Müharibəsindəki şücaəti ilə ürəkləri fəth etdi.


Anası Ulduz Nəsibovanın dediyinə görə, Elcan Füzulidən Şuşaya kimi şərəfli döyüş yolu keçib. Hadrut, Xocavənd, Şuşa və digər istiqamətlərdə gedən ağır döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərib. Xeyli düşmən hərbçisini və hədəflərini məhv edib, yaralı döyüş yoldaşlarının təhlükəsiz ərazilərə çıxarılmasına yardım edib. Şuşa uğrunda gedən ağır döyüşlərdə isə şəhid olub: “İki övladım var, hər ikisi hərbçidir. Onları atasız böyütmüşəm. Elcan Abbasov şəhid olsa da, başım həmişə ucadır. Zəhmətkeş uşaq idi. Böyük arzuları vardı, yunan-roma güləşçisi idi. Çoxlu medalları, təltifləri var idi. Tez-tez danışırdıq. Deyirdi ki, narahat olma, mən çox yaxşıyam. Əsgərliyi bitirməyinə az qalmış, boylu-buxunlu olduğu üçün gəlib onu Xüsusi Təyinatlılara seçmişdilər. Mən istəməsəm də, o, elə yerlərə can atırdı. Kursu fərqlənmə ilə bitirmişdi. Mən həmişə soruşanda deyirdi ki, iki dağın arasında qoyun otarırıq. Axırıncı dəfə oktyabrın 28-də danışmışam. O, həmişə ön cəbhədə imiş, mənə elə deyirmiş. Döyüş yoldaşları ilə danışmışam, deyirdilər ki, mərd qorxmaz oğlandır. Özünə iş qurmaq, ev almaq istəyirdi. Arzuları çox idi”.


Nənəsi Qızbəs Qurbanova isə nəvəsinin düşmənə layiqincə cavab verərək, şəhidlik zirvəsinə ucalması ilə fəxr etdiyini bildirir: “Sağ olsun bizim prezidentimiz, bu torpaqları qaytardı özümüzə. Bizim igidlərimiz getdi qabağa. O torpağı aldılar, erməniləri də yana-yana qoydular”.


Elcanın itkisini ağrı-acı ilə yad edən dostu Coşqun Umarov ağır döyüşlərdə onun nümayiş etdirdiyi cəsarətdən qürurla danışır: “Elcanla həm eyni sinifdə oxumuşuq, həm də eyni idmana getmişik. Elcanın əsas arzularından biri idi ki, güləşdə irəli getsin. Çoxlu diplom və medallar qazanmışdı. Lakin sonra o, döyüşlərə qatıldı. Özünün arzusu idi ki, Vətən uğrunda nəyəsə nail olsun və bu arzusunu gerçəkləşdirdi”.


Elcan Abbasovun qardaşı Fərid də hərbçidir və hazırda Vətənə xidmətini davam etdirir: “Elcan qəhrəmancasına şəhid oldu. Döyüşlər zamanı mənə zəng edəndə deyirdi ki, anama demə. Biz onunla kodla danışırdıq. Məsələn, deyirdi ki, “Cəbiş müəllim Firəngiz xalagildə”. Musiqi məktəbinə də birlikdə gedib gəlmişik, eyni məktəbdə oxumuşuq. Çox nadinc uşaq olub. Valideyn iclaslarının birində də bunu demişdilər. Güləşə getdiyinə görə hərdən evə üstü bulaşıq gəlirdi. Şəhid olandan sonra iş yoldaşları ilə danışmışdıq. Dedilər ki, Şuşa uğrunda gedən döyüşlərdə minaatan qəlpəsinin vurduğu yaradan şəhid olub”.



23 Eylül 2021 Perşembe

Şəhid kiçik çavuşu Elşən Şəfalət oğlu Piriyev


Şəhid kiçik çavuşu Elşən Şəfalət oğlu Piriyev

Elşən Piriyev 24 sentyabr 1989-cu ildə Ağstafa rayon Kolxəlfəli kəndində anadan olmuşdu. 

1996-2007-ci illərdə R. Əkbərov adına Kolxəlfəli kənd tam orta məktəbində təhsil almışdı.

Ailəli idi. Bir qızı və bir oğlu yadigar qalıb.

E. Piriyev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2009-cu ildən etibarən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Elşən Piriyev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Piriyev oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur. Ağstafa rayonunun Kolxəlfəli kəndində dəfn olunmuşdur.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılan, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Elşən Piriyev ölümündən sonra, Azərbaycan Prezidenti İlham Əliyevin 

15.12.2020-ci il tarixli Sərəncamına 

əsasən

"Vətən uğrunda", 18.12.2020-ci il tarixli Sərəncamına əsasən 

"Cəsur döyüşçü" 

29.12.2020-ci il tarixli Sərəncamına əsasən 

"Qubadlının azad olunmasına görə"

medalları ilə təltif edilmişdir.


  Allah rəhmət eləsin !

Xudiyev Tural Rəfayıl oğlu


Xudiyev Tural Rəfayıl oğlu.1998ci ildə Bakı şəhərində anadan olmuşdur. 2005-2016cı illərdə orta məktəbdə oxumuş, 2016cı ildə Azərbaycan Texniki Universitetinin "Nəqliyyat və logistika" fakültəsinə daxil oldu. 2018ci ildə universitetdən akademik məzuniyyət götürərək həqiqi hərbi xidmətə getmək istədiyin dedi. "Vətənə borcumu ödəməyə gedirəm" dedi. 2019cu ilin aprelində əsgərliyə getdi


XTQ-də( Xüsusi Təyinatlı Qüvvələr) xidmət edirdi. Əsgərlikdən gəlməyinə 4 gün qalmış müharibə başladı.ilk gündən ön cəbhədə idi.Füzuli,Cəbrayıl, Kəlbəcər,Ağdərə,Suqovuşan,Hadrut ,Xocavənd və Şuşanın azad olunmasında iştirak edənlərdən biri idi. Cəbrayılda önəmli yüksəkliklərdən birinə bayrağı da Tural sancıb. Əlindən 1 dəfə yara alıb.əli gipsdə olduğu halda döyüşə davam edib. Döyüşməklə yanaşı əsgər yoldaşlarının yaralarının sarınmasında,döyüş meydançasında çıxarılmasında da misilsiz xidmətləri olmuşdur. 8 noyabr Şuşa azad olunduqdan sonra anidən atılan minamyot  qəlpəsindən ağır yaralanır. 35-40 dəq sonra tibbi xidmətin səylərinə baxmayaraq daxili qanaxmanı dayamdırmaq olmur və şəhadət zirvəsinə yüksəlir.


Ölümündən sonra Rəşadət ordeni, Vətən uğrunda, Cəsur döyüşçü, Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə,Kəlbəcərin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Şuşanın azad olunmasına görə medalları ilə təltif olunmuşdur.

Şəhid Ağamalı Ağamalı Ağayev oğlu


 Şəhid Ağamalı Ağayev Şamil oğlu

 23 Sentyabr 1996-cı ildə Masallı rayonunun Çaxırlı kəndində doğulub.] 2001-2012-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb.

Ağamalı Ağayev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Ağamalı Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağamalı Ağayev oktyabrın 19-da Füzuli döyüşləri zamanı yaralı hərbi qulluqçunu döyüş meydanından çıxaran zaman erməni tərəfinin snayper gülləsi nəticəsində şəhid olub. Masallı rayonunda canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.. Subay idi.


 TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


 24.06.2021 — "Cəbrayılın azad olunmasına görə" medalı


 24.06.2021 — "Qubadlının azad olunmasına görə" medalı


24.06.2021 — "Cəsur döyüşçü" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Şəhid Quliyev Rəşad Rəşid oğlun



Şəhid Quliyev Rəşad Rəşid oğlu

Polkovnik-leytenant Quliyev Rəşad, 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur.🇦🇿

Əslən Quba rayonundandır. Atası hələ o uşaq olarkən 36 yaşında ağır xəstəlikdən vəfat edir və son vəsiyyətində Rəşadın hərbçi olmağını vəsiyyət edir. Sonradan Rəşad özü də bu sahəyə can atır. Sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verirlər və imtahanda yığdığı yüksək bala görə onu birbaşa 2-ci kursa qəbul edirlər. 

Daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirən Rəşad ön cəbhədə xidmətə başlayır. Qorxmazlığı mərdliyi ilə seçildiyi üçün döyüş yoldaşları ona “Canavar Rəşad” deyirdi və bu xüsusiyyətlərinə görə tez bir zamanda komandirlərinin etimadını qazanır. 

Xidmət etdiyi hərbi hissədə əks-kəşfiyyata rəhbərlik edən qəhrəmanımız, dəfələrlə düşmən tərəfində uğurlu kəşfiyyat əməliyyatları həyata keçırib. Hər dəfə kəşfiyyatda olduğu ərazilərdə papağını qoyub qayıdır və bu yolla düşmənə göz dağı verirdi. 


O, həm də Aprel döyüşlərində saysız qəhrəmanlıqlar göstərib. Rəşad öz əsgərləri ilə çiyin-çiyinə döyüşər və onlara hər dəfə "kimsə məndən qabağa keçməsin deyərdi".

Vətən müharibəsi başlayanda əsgərləri ilə birlikdə sevə-sevə Vətənin müdafiəsinə qalxıblar. Oktyabr ayının 6-da Vətən müharibəsinin Cəbrayıl cəbhəsində gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.🇦🇿

Şəhidimiz 2-ci Fəxri Xiyabanda dəfn edilib. 


Əsgərlərindən biri kanallardan birində müsahibəsi zamanı cənab polkovniklə bağlı xoş təəsüratlarını bölüşən zaman onu bir cümlə ilə “Adam onunla ölümə gözü bağlı belə gedərdi” xatırlayıb...


Komandirdən geriyə bizlərə və Vətənə əmanət 7 yaşlı Dərya və 6 yaşlı İnci adında 2 qız övladı əmanət qaldı.... 🇦🇿


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.🇦🇿


Allah rəhmət eləsin!

 

22 Eylül 2021 Çarşamba

Turabov Rüstəm Fərman oğlu


Turabov Rüstəm Fərman oğlu


Turabov Rüstəm Fərman oğlu 1998-ci il sentyabrın 22-si Abşeron rayonunun Güzdək qəsəbəsində anadan olub. 


2014-2015 ci ildə orta məktəbi bitirərək, 2016-cı ildə  həqiqi hərbi xidmətə yollandı. Xidmətini Şəmkir rayonunun Hərbi Hava Qüvvələrindı başa vuraraq 2018- ci ildə xidmətdən qayıdır.27 sentyabr başlıyan müharibə səbəbilə Rüstəm 29-u döyüşə yollanır.  Oktyabrın 18-i günorta radələrində stratejik əhəmiyyət daşıyan Xocavəndin Ərgünəşli yüksəkliyi uğrunda gedən döyüşlər qəhrəmancasına şəhid olmuşdur. Rüstəm Turabov ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən Vətən uğrunda və Xocavəndin alınması uğrunda medallari ile teltif olunub.



Şəhid Mikayılov Cəbrayıl Valeh oğlu


Şəhid Mikayılov Cəbrayıl Valeh oğlu

 22.09.2000-ci ildə Bakı şəhəri, Nəsimi rayonunda anadan olub. Cəbrayıl Vətən müharibəsində igidlik və mərdlik göstərərək 09.10.2020-ci ildə Hadrutun alınmasından bir neçə saat öncə Füzuli  istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.


O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.


Allah rəhmət eləsin!


Şəhid Ayxan Musayev Mehman oğlu


Şəhid Ayxan Musayev Mehman oğlu

22 sentyabr 2000-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə şəhər C.Cabbarlı adına 6 saylı tam orta məktəbdə almış, daha sonra Gəncə şəhər 1 saylı peşə məktəbində qaz-qaynaqçısı ixtisası üzrə təhsilini davam etdirmişdir. 


Ayxan Musayev Subaydır. Atası vəfat etmişdir. Anası və 1 bacısı var.


2018-ci ildə Musayev Ayxan müddətli hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurduqdan sonra, ehtiyyatda olan əsgər kimi, 27 sentyabr 2020 - ci ildə başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. 1 oktyabr 2020 - ci il tarixində onurğasından və qolundan yaralanmış və hospitalda müalicə olunmuşdur. Yarası qismən sağaldıqdan sonra, Ayxan Musayev yenidən cəbhəyə yollanaraq könüllü sürətdə ön xətdə yazılmışdır. Ayxan Musayev Fizuli, Cəbrayıl, Xocavənd və Şuşa rayonları uğrunda gedən döyüşlərdə böyük şüçaət göstərmişdir. 8 noyabr 2020 - ci il tarixində Şuşa rayonu uğrunda gedən döyüşlərdə, Ayxan Musayev qəhrəmanlıq göstərmişdir, lakin ağır yaralanaraq hospitala yerləşdirilmiş və 20 günə yaxın ağır koma vəziyyətində qalmışdır. Həkimlərin səylərinə baxmayaraq 28 noyabr 2020 - ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır.


29 noyabrda böyük izdihamla Gəncə şəhər şəhidlər xiyabanında dəfn edilmişdir.


Füzuli, Cəbrayıl və Şuşa rayonların azad olunmasına görə medallara layiq görülüb.

Allah rəhmət eləsin !

21 Eylül 2021 Salı

Şəhid Cəfərov Elməddin Hümbət oğlu


Şəhid Cəfərov Elməddin Hümbət oğlu


Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalının Ağkənd kəndindən olan Elməddin Cəfərov 21 sentyabr 1987-ci ildə Xızı rayonunun Şorabad qəsəbəsində dünyaya gəlmişdir.🇦🇿

Orta təhsilini Şorabad qəsəbəsində Məmməd Arif Dadaşzadə adına tam orta məktəbdə alıb.


Ailəli idi, 2 övladı var.


2005-ci ilin payızında milli ordumuzun sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmış və Gəncə şəhəri “N” saylı hərbi hissədə xidmət etmişdir.

2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində təhsil alaraq "Gizir" hərbi rütbəsi alıb və həmin ildən xidmətini davam etdirmişdir. 

2016-cı il Aprel döyüşlərində fəal iştirak etmişdir.

2017-ci ildə təyinatı Müşfiq qəsəbəsində yerləşən "N" saylı hərbi hissəyə verilmişdir və həmin hərbi hissədən 27.09.2020-ci ildə Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda başladılan “Vətən Müharibəsi”ndə iştirak etmişdir.🇦🇿


Elməddin 27 sentyabr döyüşlər başlayan ilk gündən ön cəbhədə vuruşub. Onların dəstəsi ilk dəfə 4 oktyabr tarixində pusquya düşürülür, lakin Elməddin və silahdaşları bu pusqudan sağ salamat çıxa bilirlər. O, yaralı komandirini 12 km məsafədə mərmi yağışı altında, heç bir qorxu bilmədən, öz çiyinlərində təhlükəsiz əraziyə çıxartmışdır. İkinci dəfə 8 oktyabrda pusquya düşən dəstə böyük itkilər verir. Elməddin Cəfərov Şəhidlik zirvəsinə yüksəlib

Təltifləri

"Vətən uğrunda" medalı "Xocavəndin azad olunmasına görə" medalı 

"Füzulinin azad olunmasına görə" medalı

"Cəbrayılın azad olunmasına görə" medalı 


Allah rəhmət eləsin !

Nadirov Fərid İlyas oğlu



Nadirov Fərid İlyas oğlu

2000-ci il, sentyabrın 21-də Göyçay rayonunda anadan olub.

Nadirov Fərid İlyas oğlu 2019-cu ildə hərbi xidmətə yollanıb.

Nadirov Fərid İlyas oğlu Vətən müharibəsində Füzuli, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 

Oktyabrın 4-də ailəsi ilə əlaqə saxlayıb və ailəsinə bildirib ki, üç yüksəklik alınıb.

Nadirov Fərid İlyas oğlu oktyabrın 13-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Ailədə bir bacı, bir qardaş olublar. 


#AzərbaycanQəhrəmanı 🇦🇿

#MüharibəQəhrəmanlarımızı

#TanıyaqTanıdaqUnutmayaq

20 Eylül 2021 Pazartesi

Baş gizir İntiqam Abbasov Yavər oğlu



Baş gizir İntiqam Abbasov Yavər oğlu

21 Sentyabr 1978-ci idə Masallı rayonunun Köcəkli kəndində doğulub. Tankçı idi

 Baş giziri  İntiqam Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İntiqam Abbasov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Köcəkli kəndində canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.


 Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.


TƏLTİLƏRİ


 26.06.2013— "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

 26.06.2018 — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

 15.12.2020— "Vətən uğrunda" medalı 

 25.12.2020 — "Füzulinin azad olunmasına görə" medalı 

 30.12.2020 — "Hərbi xidmətlərə görə" medalı

 

Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq

Rəhimov Fariz Zahir oğlu


 Rəhimov Fariz Zahir oğlu.

Fariz Rəhimov Zahir oğlu 2001-ci il 20 sentyabr tarixində Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Milliyyətcə ləzgi olan Fariz Rəhimov, 2006-cı ildə Əmirvan kənd orta məktəbində orta təhsilə başlamış və 9-cu sinfi bitirdikdən sonra, 2016-cı ildə Bakı şəhər 12 saylı Bakı Peşə Liseyinə qəbul olub və 2017-ci ildə həmin təhsil müəssisəsindən Geniş Profilli Dəzgahçı dərəcəsi ilə məzun olub.


Azərbaycan Ordusunun əsgəri olan Fariz Rəhimov 2019-cu ilin payız çağırışında hərbi xidmətə çağrılıb.


2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli,Cəbrayıl,Xocavənd, Laçın, Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. Fariz Rəhimov Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Əmirvan kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


#AzərbaycanQəhrəmanı 🇦🇿

#MüharibəQəhrəmanlarımızı

#TanıyaqTanıdaqUnutmayaq

Cəlil Qəhrəman oğlu Məmmədov



Cəlil Qəhrəman oğlu Məmmədov 20 sentyabr 1999-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Quba Dövlət Sosial İqtisad Kollecinə daxil olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə yanlarına düşən minamyot mərmisi komandirini ağır yaralayıb. Cəlil komandirini ərazidən çıxararkən daha bir mərminin onun yanında partlaması nəticəsində şəhid olub. 12 noyabr 2020-ci ildə Qonaqkənd qəsəbəsində dəfn edilib. Cəlil Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.


Şəhid Arif Abbaslı



Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.

Arif Abbaslı 1993-cü il dekabrın 15-də Şərur rayonunun Qıvraq qəsəbəsində anadan olub. 2000-2008-ci illərdə Qıvraq qəsəbə tam orta məktəbində, 2009-2012-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir yaşlı Ləman adında qızı yadigar qaldı.


Azərbaycan Ordusunun baş leytenantı olan Arif Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Arif Abbaslı oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.


Nadirov Rəşad Nadim oğlu


Nadirov Rəşad Nadim oğlu


Rəşad Nadirov 20 sentyabr 1999-cu ildə Bərdə rayonunda anadan olub. 

Bərdə rayonu Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. Daha sonra təhsilini Bakı şəhəri Nizami rayonu 61 nömrəli orta məktəbdə davam etdirib. 2016-cı ildə Azərbaycan Universitetinin Sosial İş ixtisası fakültəsinə qəbul olub. 2 il yarım oxuduqdan sonra, təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanıb. Ailədə 2 qardaş olublar. Subay idi.


2018-ci ilin aprel ayında qardaşı Elşad ilə birlikdə Bərdə rayonu hərbi komissarlığından hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci il tarixindən etibarən İkinci Qarabağ müharibəsində qardaşı ilə birlikdə iştirak etmişdir. Füzuli rayonu uğrunda gedən döyüşlərdə böyük şücayət göstəriblər. 29 oktyabr 2020-ci il tarixində, Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüş zamanı, yanında partlayan mərmi nəticəsində şəhid olmuşdur. Qardaşı isə yaralanıb. Bərdə Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Nadirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.


Şəhid Abbasəli İmamqulu oğlu İsmayılov



Şəhid Abbasəli İmamqulu oğlu İsmayılov

1995-ci il sentyabrın 20-də Babək rayonunun Qahab kəndində anadan olub.Azərbaycan Ordusunun baş leytenantı olan Abbasəli İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbasəli İsmayılov oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Babək rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün əsasən Abbasəli İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı , "Azərbaycan Bayrağı" ordeni,"Cəbrayılın azad olunmasına görə" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin !

 

19 Eylül 2021 Pazar

Hikmət Abdullayev Şaiq oğlu



Hikmət Abdullayev Şaiq oğlu

 20 sentyabr 1998-ci ildə Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Hikmət Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Hikmət Abdullayev 23 noyabr 2020-ci ildə Şuşa istiqamətində şəhid olmuşdur.

 

TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


 24.06.2021 — "Füzulinin azad olunmasına görə" medalı 


24.06.2021 — "Cəsur döyüşçü" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

 

Həsən Əkbərov Raqub oğlu



Həsən Əkbərov Raqub oğlu

20 Sentyabr 1997-ci ildə Yevlax rayonunun Yəldili kəndində doğulub.

 Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması uğrunda Vətən müharibəsi başlanan zaman döyüşlərə qoşulub. Goranboy rayonunda döyüşüb.


Şəhidimiz Sentyabr ayının 29-da Goranboy rayon istiqamətində şəhid olmuşdur. 2-ci motoatıcı tabor 4-cü motoatıcı bölük Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində qəhrəmancasına  şəhidlik məqamına yüksəlib.


 TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


 24.06.2021 — "Suqovuşanın azad olunmasına görə" medalı 


24.06.2021 — "Cəsur döyüşçü" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

 

Şəhida Ramil Ağayev Ağarəhim oğlu



 Şəhida Ramil Ağayev Ağarəhim oğlu

Ramil Ağayev 20 sentyabr 1994-cü ildə Sabirabad rayonunda anadan olub.Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində alıb.Digah Ərazi nümayəndəliyində müdür müavini vəzifəsində,daha sonra isə Abşeron Rayon İcra Hakimiyyətində Tikinti-Memarlıq şöbəsində baş mütəxəssis vəzifəsində işləyirdi.

Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması uğrunda Vətən müharibəsi başlanan zaman  köunüllü olaraq ordu sıralarına qoşulur. Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə döyüşüb. Ramil Ağayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhidlik məqamına yüksəlib. Doğulduğu Sabirabad rayobunda canlnı uğrunqa qurban verdiyi torpağa əmanət olunub.  Şəhidimiz evli idi. Firuzə adlı qızı bizə yadigar qaldı.


TƏLTİFLƏRİ

15.12.2020 "Vətən uğrunda" medalı

25.12.2920. "Xocavəndin azad olunmasına görə" medalı

24.06.2021. "Füzulinin azad olunmasına görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Şəhid İsgəndərov Əhmədağa Novruz oglu


Şəhid İsgəndərov Əhmədağa Novruz oglu

Əhmədağa İsgəndərov 20 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 1996-2007-ci illərdə Bakı şəhəri N.Nərimanov rayonu 82 nömrəli məktəbdə orta təhsil alıb. 2007-ci ildə qəbul imtahanında yüksək nəticə göstərərək (614.75 bal) UNEC-in İnformatika və idarəetmə fakültəsinin “Menecment” ixtisasına qəbul olub. Məzun olduqdan sonra, 2011-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən ölkənin aparıcı şirkətlərindən birində İnsan resursları mütəxəssisi olaraq  əmək fəaliyyətinə başlayıb və həmin şirkətdə İnsan resursları əməliyyatları bölmə müdiri vəzifəsinədək qədər yüksəlib.

21 sentyabr 2020-ci ildə  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışa çağırılıb, sentyabrın 27-də başlayan Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Cəbrayıl-Füzuli-Hadrut istiqamətindəki döyüş əməliyyatlarında iştirak edib. Oktyabrın 7-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini icra edərkən qəhrəmancasına şəhid olub.

Kürdəxanı qəbristanlığında dəfn olunub.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəli idi, bir övladı var.

Allah rəhmət eləsin !

Əmənov Məhəmməd İltizam oğlu



Əmənov Məhəmməd İltizam oğlu

Məhəmməd Əmənov 1996-cı il sentyabrın 18-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub.


Azərbaycan Ordusunun giziri olan Məhəmməd Əmənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Əmənov oktyabrın 20-də Ağdərə istiqamətində şəhid olub. Biləsuvar rayonunun Bağbanlar kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.



Şəhid Hüseynov Xaliq Kamil oğlu


Şəhid Hüseynov Xaliq Kamil oğlu

 20 sentyabr 2001-ci ildə Bakının Nardaran qəsəbəsində dünyaya göz açmışdır.

İbtidai təhsilinə 2008-ci ildə 295 №-li tam orta məktəbdə başlamışdır. 2017-ci ildə orta təhsilini başa vuran Xaliq çilingər ixtisasına yiyələnərək maşın ustası kimi işləməyə başlayıb. Arzusu işləyib pul qazanmaq və internat uşaqlarına kömək etmək olub. İdmana və hərbiyə hədsiz marağı olan Xaliq peşəsi ilə paralel olaraq idmanın cüdo növü ilə məşğul olmuşdur.


Əsgərlik yaşına çatan Xaliq 2020-ci ilin yanvar ayında Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanmışdır. Elə xidmətinin ilk günlərindən əsgər yoldaşları arasında fiziki gücü və bacarığı ilə fərqlənən Xaliq bir neçə idman yarışlarında fərqlənmişdir. Vəzifəcə baş atıcı olmuşdur.


Karantin qaydalarının sərt dönəmində xidmət edən əsgər Hüseynov valideynləri ilə görüşə bilməmiş və hər telefon zəngində onlara qalıb orduda müddətdən artıq xidmət etməyi və işğal altında olan torpaqlarımızı işğaldan azad etmək istədiyini bildirmişdir.


Hüseynov Xaliq 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılmış və Tərtər-Ağdərə istiqamətində düşmənlə üz-üzə mübarizə aparmağa balşamışdır. Baş atıcı kimi Talış və Suqovuşan kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və ərazilərin düşməndən təmizlənməsində fəal rol oynamışdır.


Sağ qalan döyüş yoldaşlarının verdiyi məlumata görə Xaliq də daxil olmaqla 6 əsgərimiz erməni postuna girib və 50 erməni hərbçisini məhv edərək döyüş postunu düşməndən azad etmişdir.


Əsgər Hüseynov Xaliq 16 oktyabr tarixində şiddətli döyüşlərin getdiyi Suqovuşan qəsəbəsində düşmənin minaatandan açdığı atəş nəticəsində döyüş meydanında qəlpə yarası alaraq şəhid olmuşdur. Onun nəşi ertəsi gün - 17 oktyabr tarixində doğulub böyüdüyü Nardaran qəsəbəsinə gətirilmiş,ailəsi ilə vida mərasimindən sonra qəsəbə sakinlərinin müşayiəti ilə Rəhimə xanım ziyarətgahına gətirilib və ziyarətin girişində dəfn olunub.


Vida mərasimində Sabunçu rayonu icra hakimiyyətinin, Müdafiə nazirliyinin və qəsəbə dini icmasının nümayəndələri iştirak etmişdir.


 "Vətən uğrunda" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!


Əhmədov İslam İlqar oğlu



Əhmədov İslam İlqar oğlu

İslam Əhmədov 1994-cü il sentyabrın 19-da Mingəçevir şəhərində anadan olub. Subay idi. Qardaşı Əli Əhmədovda Vətən müharibəsində şəhid olub.


Azərbaycan Ordusunun əsgəri olan İslam Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İslam Əhmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.


İslam Əhmədov sentyabrın 28-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İslam Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.



Şəhid Həsənov Səfər Elmar oğlu



Həsənov Səfər Elmar oğlu


18 sentyabr 2001-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində dünyaya gəlib.


Atası tikintidə işlədiyinə görə bir müddət sonra Bakı şəhərinin Buzovna qəsəbəsinə köçməli olublar.  Səfər, Buzovnadakı 26 nömrəli orta məktəbin rus bölməsində təhsil alıb, 9-cu sinifdən sonra iki il rəssamlıq üzrə təhsilini davam etdirib.  Binə qəsəbəsində yerləşən texniki peşə məktəbində dekorativ rəssamlıq sənətinə yiyələnib. 


2019-cu il oktyabr ayının 1-də hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Goranboy, daha sonra isə Tərtər rayonunun yerləşən “N” saylı hərbi keçib. Xidməti dövründə o, xüsusi snayper təlimləri alıb və sərrast nişançı kimi fərqlənib. Yaxınlar deyir ki, Səfər xasiyətcə sakit, mülayim bir uşaq idi. Sənətə olan bağlılığı onun Vətənə olan sevgisini daha dərin, həssas edib. Əsgərlik xidmətindən əvvəl anasının “Hərbi xidmətə getmək istəyirsənmi?” sualına “Əlbəttə, ana, kişilik məktəbidir! Getməliyəm!” -deyərək böyük həvəs və qürur hissi ilə hərbi xidmətə yola düşüb. Xidmət müddətində ailə üzvlərinə zəng edərkən daim yüksək əhval-ruhiyyəsi hiss olunub, hətta döyüşlər müddətində belə ailəsinə hər şeyin yaxşı olduğunu, qələblərlə irəlilədiklərini söyləyib.


Vətən Müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən komandiri və digər əsgər yoldaşlarıyla müharibə bölgəsinə, döyüşə yola düşüb.Komandirinin sözlərinə görə Səfər, Suqovuşan uğrunda gedən döyüşlərdə xüsusi fərqlənib, öz ixtisasının haqqını verib. Rəssamlıq qabiliyyətinə görə hərbi xəritələrin çəkilməsində də iştirak edib, düşməndən azad olunan ərazilərdə hərbi xəritələrin tərtibatı komandiri tərəfindən ona tapşırılıb. 


17 oktyabr gecə saatlarında düşmən Suqovuşan-Ağdərə istiqamətində yenidən hücuma keçib. Səfər və yoldaşları hücumun qarşısını qətiyyətlə alıblar. Komandirin sözlərinə görə, Səfər döyüş tapşırığında düşmənə göz açdırmayıb, hücum zonası üzrə görünən düşmənin canlı qüvvələrini məhv edib, əsgərlər hücuma keçəndən sonra isə komandir daha Səfərin səsini eşitmədiyini fərq edib, həmin döyüşdə uğur qazanıb geri dönərkən görüblər ki, Səfərin olduğu mövqeyə minamyot mərmisi atılıb, silahı əlində Şəhidlik zirvəsinə yüksəlib.


Həsənov Səfər, 21 noyabr tarixində Buzovna qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri,Həsənov Səfər Elmar oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!



Şəhid Baxşəliyev Araz Yavər oğlu


Şəhid Baxşəliyev Araz Yavər oğlu

18.09.1993-cü ildə Füzuli rayonu Horadiz qəsəbəsində anadan olub. 2000-ci ildə Horadizdə yerləşən Mahir Səfərov adına 1 N-li tam orta məktəbin 1-ci sinifinə qəbul olub. 2011-ci ildə həmən məktəbin 11-ci sinifini bitirib. 2011-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanır. Hərbi xidmətini Daxili qoşunlarda keçir. 2013-cü ildə həqiqi hərbi xidmətini bitirərək Horadizə dönür. 2014- cü ildə könüllü olaraq müddətdən artıq hərbi xidmətə yollanır. Əvvəlcə çavuş, manqa komandiri sonra isə minaatıcı komandiri vəzifəsinə təyin olunub. Xidməti dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi medalı və Silahlı Qüvvələr günü münasibətilə, hərbi intizamın yüksəldilməsində fəal iştirakına görə, Fəxri fərmanla təltif olunub. 27 sentyabr 2020-ci il tarixinden, 2-ci Vətən müharibəsində əks hücumda düşmənin bir neçə mövqeyini, postunu dəqiq və düzgün atışları ilə məhv edirdi.  Döyüş əməliyyatlarında böyük şücaətlə iştirak edirdi. Bir neçə döyüş yoldaşlarını düşmən mühasirəsindən xilas edir. 28 sentyabr 2020-ci ildə Füzuli rayonu Aşağı Seyidəhmədli kəndi uğurunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olmuşdur. Füzuli rayonu Horadiz şəhər qəbiristanlığında dəfn olunmuşdur. Alı Baş Komandan Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən Ölümündən sonra Vətən uğrunda və Füzulinin işğaldan azad olunması medalları ilə təltif olunub.


Allah rəhmət eləsin!

Şəhid Məlikov Nurlan Dünyamalı oğlu


Şəhid Məlikov Nurlan Dünyamalı oğlu


19 sentyabr 1995 ci ildə Masallı rayonu Öncəqala kəndində doğulub.

 25 yaşlı Məlikov Nurlan Dünyamalı oğlu Vətən müharibəsində 70 gün itkin kimi axtarılıb.

Ailəsi 70 gündür ki, ondan xəbər ala bilmirdi, lakin sonradan məlum olub ki, Nurlan Məlikov oktyabrın 21-də Vətən müharibəsinin Qubadlı cəbhəsində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Şəhidimizin atası Dünyamalı Məlikov, oğlu ilə sonuncu dəfə oktyabrın 20-də danışıb:

“Dedi ki, “ata Füzulidən Cəbrayıl istiqamətinə gedirik”. Ondan sonra əlaqə saxlamaq mümkün olmadı”.

Şəhidimiz yaşadığı Masallı rayonu Öncəqala kəndində torpağa tapşırılıb.

Allah rəhmət eləsin!