27 Sentyabr 2020 - Qarabağ Azərbaycandır !

 27 sentyabr 2020-ci il tarixindən rəşadətli ordumuz tərəfindən Müstəqil Azərbaycanın şanlı səhifələrinə yeni qələbə günləri yazılır.

27.09.2020

Mülki əhali və yaşayış məntəqələrimiz düşmən atəşinə məruz qalıb


Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulub. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.[3]

Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edir. Düşmənin 12 ədəd "OSA" zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.[4][5] Hərbi əməliyyatlar zamanı, Füzuli rayonunun QaraxanbəyliQərvəndHoradizYuxarı ƏbdürrəhmanlıAşağı Əbdürrəhmanlı[6], Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan əlavə Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər (Gamışdağ və Ömər aşırımı) nəzarətə götürülüb.[7] Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi işğaldan azad edilmişdir.[8] Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla açılmış atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşdur.[9] Azərbaycan Ordusuna məxsus kamikadze tipli uçan pilotsuz aparatlar Ermənistanın işğal etdiyi ərazilərdə yerləşdirdiyi S-300 zenit-raket sistemini məhv etmişdir.[10] Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatlarına görə, Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilmiş və bölgədə güclü partlayış baş vermişdir.[11]

İran rəsmiləri, qarşıdurmalar nəticəsində bir top mərmisinin Xudafərin şəhristanının Aşağı Xələfbəyli kəndinə tuş gəldiyini, lakin maddi ziyanın dəymədiyini və heç kimsənin xəsarət almadığını bildirdi.

**************************************************************************************************************************

Füzuli və Ağdərə rayonlarının işğal altında olan bir sıra kəndləri işğaldan azad edilib

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib:"Azərbaycan Odusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz işğaldan azad edilib".
Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri
Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. 
Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.

***********************************************************************************

28.09.2020

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

Saat 01:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təmas xəttinin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu qoşunlarının dəqiq zərbələri nəticəsində erməni hərbi texnikasının məhv edildiyini əks etdirən video yayımlandı.[16] Bundan dərhal sonra nazirlik Ermənistan Müdafiə NazirliyininAzərbaycan Ordusundakı itki sayı ilə bağlı yaydığı məlumatın əsassız olduğunu və həqiqəti əks etdirmədiyini bildirərək erməni iddialarının çoxunu rədd etdi. Nazirlik, həmçinin bu iddiaların Azərbaycan Ordusunun uğurları qarşısında erməni əhalisi arasında hökm sürən təşviş və ordularındakı yaranmış xaosu bir qədər azaltmaq məqsədi güddüyü ifadələrini irəli sürmüşdür.[17] Tərtərin Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik azad edilib.[18][19] Bakı vaxtı ilə saat 11:00 radələrində Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilib.[20][21] Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdluların da olduğunu açıqlamışdır.[22][23][24][25] Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından atəşə tutması nəticəsində Ağdam rayonu, Evoğlu kənd sakini 1979-cu il təvəllüdlü Paşayev Coşqun Ənvər oğlu həlak olmuşdur.[26] Saat 11 radələrində düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon Məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olmuş, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanmışdır.[27] Təxminən saat 13:10-da Azərbaycan Müdafiə Nazirliyi iki erməni tankının Azərbaycan PUA-ları tərəfindən məhv edildiyi görüntülərini yayımladı.[28][29]

Saat 18 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd sakini, 2006-cı il təvəllüdlü Həziyev Hilal İlqar oğlu kənd ərazisində qoyun otararkən erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində baş nahiyəsindən qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdir.[30] Saat 19 radələrində Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olmuşlar, 1984-cü il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər.[31][32] Bununla yanaşı, saat 20 radələrində düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb. Mərmi qəlpələri inzibati binanın dəhlizlərinə qədər daxil olub. İnsan tələfatı, xəsarət alan olmasa da, binaya ciddi maddi ziyan dəyib.[33] İşğal altındakı Azərbaycan torpaqlarına gedən mühüm strateji yollardan biri, Azərbaycan Ordusu nəzarəti altında olan Vardenis-Ağdərə yolu da daxil olmaqla bütün döyüş ərazilərində Azersky peyki vasitəsilə monitorinqlər aparılmağa başlamışdır.[34] Təxminən saat 20:40 radələrində, Ermənistan Respublikası Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Universitetinin Komandanlıq və Kadrlar Fakültəsinin rəhbəri Arçrun Ovannisyan Azərbaycan qüvvələrinin Madagiz-Talış istiqamətində Araz vadisində yeni genişmiqyaslı hücum əməliyyatı başlatdığını" bildirdi.[35] Bir müddət sonra, Mihran PoqosyanXocavənd yaxınlığında Azərbaycan Ordusuna məxsus təyyarənin düşürülməsi haqqında məlumat verdi.[36] Lakin, bu fikirləri Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı yalan məlumat və dezinformasiya adlandırdı.[37] Saat 21 radələrində təmas xəttində baş tutan bombardman nəticəsində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan ölüb. Bununla yanaşı, bombardman nəticəsində Ermənistan ordusunun daha iki yüksək rütbəli zabiti ölüb. Bunlar Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi və polkovnik Nikolay Mikaeloviç Aykyandır.[38][39]

İran rəsmiləri, qarşıdurmalar nəticəsində daha iki top mərmisinin ölkənin şimal-qərbində yerləşən Xudafərin şəhristanının Aşağı Xələfbəyli kəndində təsərrüfat sahəsinə tuş gəldiyini, lakin heç kimsənin xəsarət almadığını bildirdi..
**************************************************************************************************************************
Hərbi birliyin komandiri general-mayor Mayis Bərxudarov:

“Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir.

Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq”.
**************************************************************************************************************************

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin.
2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 sentyabr 2020-ci il.

**************************************************************************************************************************

Sentyabrın 28-də Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında məlumat verilib.
Nümayəndələrə düşmənin itkiləri, azad edilmiş ərazilər və yüksəkliklər, o cümlədən düşmənin təxribatları və dezinformasiya fəaliyyətləri haqqında ətraflı məlumat verilib.

**************************************************************************************************************************

29.09.2020

**************************************************************************************************************************

Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib.

Sentyabrın 28-dən 29-na keçən gecə intensiv toqquşmalar bütün cəbhə boyu davam etmiş, erməni qüvvələri dəfələrlə əks-hücuma cəhd göstərsə də Azərbaycan Ordusu tərəfindən müvəffəqiyyətlə dəf edilmişdir. Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulmuşdur. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülür.[43]

Qarşıdurmalar 29 sentyabrda Ermənistan-Azərbaycan dövlət sərhədindəki Vardenis rayonundan (üstdə) Daşkəsən rayonunun (altda) atəşə tutulması ilə davam etmişdir.

Ötən gün axşam saatlarında Ermənistan ordusunun cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşımız 1981-ci il təvəllüdlü Əsədov Sabit Usub oğlu xəstəxanada vəfat etmişdir.[44] Səhər saat 07:00-08:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankının məhv edildiyi məlumatını yayımlamışdır.[45][46] Təxminən yarım saat sonra Vaqif Dərgahlı Azərbaycan Ordusunun azad etdiyi ərazilərinin bir qisminin Ermənistan ordusu tərəfindən guya geri qaytarılması barədə erməni tərəfinin yaydığı xəbərin dezinformasiya olduğunu açıqlamışdır.[47] Təxminən saat 10:15-də Azərbaycan Müdafiə Nazirliyi iki erməni tankının Azərbaycan PUA-ları tərəfindən məhv edildiyi görüntülərini yayımladı.[48] Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilmişdir.[49][50] Həmçinin Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilmişdir.[51][52] Azərbaycan Ordusu Xocavənd rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemini sıradan çıxartmışdır.[53][54] Vaqif Dərgahlı bildirib ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir.[55] Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin zabiti Spartak Köçəryan öldürülmüşdür.[56] Keçmiş Ağdərə rayonunun işğal altında olan Köyarx kəndi yaxınlığındakı yüksəklik ətrafında gedən döyüşlərdə Ermənistan ordusunun daha bir tankı məhv edilmişdir.[57][58] Həmçinin Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilmişdir.[59][60] Vaqif Dərgahlı qeyd edib ki, Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən Azərbaycan Ordusunun üzbəüz mövqelərinə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı ordu tərəfindən qətiyyətlə alınmış və düşmən geri çəkilməyə məcbur edilmişdir. Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalmışdır.[61][62] Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanmışdır.[63] Saat 12 radələrindən başlayaraq ermənilər kütləvi şəkildə Xankəndi şəhərini tərk etməyə başlayıb.[64][65] Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, "Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər."[66][67] Saat 15:30 radələrində Vaqif Dərgahlı açıqlama vermişdir ki, döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-300 zenit raket kompleksi işğal olunmuş ərazilərə daxil olduğu anda məhv ediləcək.[68]

Saat 13 radələrində Ermənistan ordusunun dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Ağdam rayonu, Qaradağlı kəndində tibb məntəqəsinə düşmüş top mərmisinin qəlpələrindən kənd sakini 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu həlak olmuş, məntəqənin binası dağılmış, ərazidəki sakinlər təxliyə edilmişdir.[69] Saat 16:00 radələrində Azərbaycan Ordusu tərəfindən Ermənistanın daha bir yüksək rütbəli zabiti olan R. Atabekyan məhv edilib.[70] Saat 16:30 radələrində Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun artilleriya bölmələrinin düşmənə sarsıdıcı zərbələr endirdiyini əks etdirən video yayımlamışdır.[71][72] Bundan 1 saat sonra, Qarabağda yerləşən Ermənistan Silahlı Qüvvələrinin 18-ci motoatıcı diviziyasının 9-cu mexanikləşdirilən piyada alayının artilleriya rəisi polkovnik Artem Poqosyan məhv edilib.[73] Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yenidən törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində düşmənin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb. Qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə ciddi ziyan dəyib. Tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb.[74] Ermənistan ordusunun cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini hədəfə alması nəticəsində rayonun Üzeyir Hacıbəyov küçəsi sakini, 1959-cu il təvəllüdlü Mehdiyeva Ayna Məhəmmədəli qızı həlak olmuşdur.[75] Ermənistan Müdafiə Nazirliyi Gəncə Beynəlxalq Hava Limanından qalxan və Türkiyəyə məxsus olan F-16 qırıcı təyyarələrin Ermənistan ordusuna məxsus Suxoy Su-25 təyyarəsini vurması və pilotun həlak olması barədə məlumat yaymışdır.[76] Lakin Azərbaycan[77] və Türkiyə[78] tərəfi bu xəbəri yalanlamış və erməni hərbi təbliğat maşınının növbəti fantaziyası olduğunu açıqlamışlar.[79][80][81] Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılmışdır.

Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.


**************************************************************************************************************************

30.09.2020

Sentyabrın 30-da səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur.

**************************************************************************************************************************

SSentyabrın 29-dan 30-na keçən gecə, saat 00:20 radələrində Azərbaycan Ordusunun dəqiq zərbəsi nəticəsində yüksək rütbəli erməni zabitlərinin toplaşdığı bunker dağıdılıb.[84] Zərbə İsrail istehsalı Harop dağıdıcı dronu vasitəsilə endirilib.[85] Bunkerdə Ermənistan silahlı qüvvələrinin bir generalı, bir neçə polkovniki və digər yüksək rütbəliləri olub.[86][87] Saat 01:00 radələrində sosial şəbəkələrdə İran ərazisindən Ermənistana aparılan silah-sursat, hərbi texnika yüklü maşınların yandırılmasına aid görüntülər yayılıb. Videolarda iddia olunur ki, Cənubi Azərbaycanlılar Azərbaycana dəstək məqsədilə bu nəqliyyat vasitələrini yandırıblar və görüntülərini paylaşıblar.[88] Təxminən saat 01:10-da Azərbaycan Müdafiə Nazirliyi, Cəbrayıl rayonu ərazisindəki tanklar da daxil olmaqla, bir neçə erməni hərbi texnikasının məhv edildiyini göstərən görüntüləri yayımladı.[89] Səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur.[90] Atəş nəticəsində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, o cümlədən mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vurulmuşdur.[91]

Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından təcili surətdə köməyə gələn ehtiyat qüvvə Azərbaycan Ordusu tərəfindən məhv edilib.[92]

Saat 10:20 radələrində Azərbaycan Müdafiə Nazirliyi cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirilməsi barədə məlumat yayımlamışdır.[93][94] Bir neçə dəqiqə sonra Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutmağa başlamışdır.[95][96] Saat 11:40 radələrində Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin düşmən mövqelərinə artilleriya zərbələri endirdiyini göstərən video yayımlamışdır.[97] Həmçinin, Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçması barədə məlumat verilmişdir.[98][99] Köməyə gələn Ermənistan ordusunun ehtiyat qüvvələri Azərbaycan Ordusu tərəfindən aşkar olunaraq dəqiq atəş zərbəsi ilə məhv edilmişdir.[100][101] Saat 12:40 radələrində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilmişdir.[102][103] Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, sentyabrın 29-da Ermənistan ərazisindən havaya qalxmış iki “Su-25” tipli təyyarəsi dağa dəyərək partlamış və məhv olmuşdur.[104] Saat 13:00 radələrində səhər saatlarında məhv edilən düşmən hərbi texnikalarının videogörüntülərini yayımlamışdır.[105][106] Yayımlanan digər bir videoda Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan ordusu toplarının dəqiq atəşlə məhv edildiyi görüntülər öz əksini tapmışdır.[107] Ermənistan Səhiyyə naziri Arsen Torosyan, 2 təcili yardım helikopteri, təcili yardım maşınları yüzlərlə tibb işçiləri ilə Qarabağ istiqamətində hərbi əməliyyatlar nəticəsində yaralanmış əsgərlərin təxliyyəsi üçün vacib missiya həyata keçirdiyini bildirdi.[108] Saat 15:10 radələrində Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən Tonaşendə düşmənin iki tankının məhv edildiyi görüntüləri yayımlamışdır.[109][110] Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoymuşdur.[111][112] Həmçinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilmişdir.[113][114] Döyüşlərdə Ermənistan silahlı qüvvələri “Toçka-U” taktiki raket kompleksini tətbiq etsə də, hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlər partlamır.[115] Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, cəbhənin müxtəlif istiqamətlərində düşmənin 1 ədəd “Uraqan” yaylım atəşli reaktiv sistemi, 2 ədəd “9K33 Osa” zenit-raket kompleksi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd piyadanın döyüş maşını, 4 ədəd D-20 haubitsa-topu, 16 ədəd tank və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilib.[116][117][118] Saat 16 radələrində Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Füzuli rayonu, Horadiz şəhərində yerləşən yanacaq doldurma məntəqələrinin birinin yaxınlığına düşmüş top mərmisinin qəlpələrindən 1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu həlak olmuş, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, məntəqəyə ciddi ziyan dəymişdir.[119] Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilmişdir.[120] Azərbaycan Ordusunun bölmələrinin axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun 8 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi 

**************************************************************************************************************************


01.10.2020


**************************************************************************************************************************

Saat 01:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi düşmənin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonlarının Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edildiyi xəbərini yayıb.[123][124] Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri səhər saatlarından etibarən Tərtər şəhərini yenidən artilleriya atəşinə tutmuşdur.[125] Saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-ci il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olmuş, avtovağzala ciddi ziyan dəymişdir.[126] Saat 11:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun artilleriya qurğularının məhv edilməsinin videogörüntülərini yayımlamışdır.[127][128] Ötən gün səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində yaralanan 7 mülki vətəndaşdan ikisi vəfat etmişdir. Onlar rayonun Dəmirçilər kənd sakinləri 1988-ci il təvəllüdlü İbrahimov Şahin Mahmud oğlu və 1971-ci il təvəllüdlü Əliyev Müzəffər Əli oğludur.[129] Ermənistan tərəfi Lələtəpə yaxınlığında Azərbaycan Ordusuna məxsus təyyarənin vurulması və qalıqlarının İran ərazisinə düşməsi barədə məlumat yayımlamışdır.[130] Lakin Azərbaycan tərəfi bu məlumatın yalan olduğunu bildirmişdir.[131]

Ağdərə rayonu ərazisində Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən döyüş bayrağı.[132][133][134]

Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, həyata keçirilən əməliyyatlar nəticəsində Ermənistan ordusu ağır itkilər verərək, geri çəkilməyə məcbur olmuşdur.[135] Səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycanın Cəbrayıl-Füzuli cəbhə xətti ərazisi raket zərbələri ilə atəşə tutulmuşdur.[136] Günorta saatlarında yayılan rəsmi məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, GoranboyTərtər və Ağdam rayonlarının cəbhəboyu kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulmuşdur.[137] Madagizdə yerləşən 6-cı dağatıcı alayın komandiri və onun müavini Azərbaycan Ordusunun bölmələrinin artilleriya atəşinə məruz qalması və ağır yaralı olaraq sıradan çıxarılması nəticəsində hərbi hissə komandirinin yerinə 2016-cı il aprel döyüşləri zamanı döyüş meydanını özbaşına tərk etdiyi üçün ciddi şəkildə cəzalandırılan, 10-cu dağatıcı diviziyanın komandir müavini Gevorq Manqalaryan təyin edilmişdir.[138] Saat 13 radələrində Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Ağdam rayonu, Hacıməmmədli kəndində yaşadıqları evə düşmüş top mərmisinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Mürşid Rəşid oğlu və onun 1996-cı il təvəllüdlü oğlu Samir Məmmədov həlak olmuş, yaşadıqları evə külli miqdarda ziyan dəymişdir.[139] Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Azərbaycan Ordusu tərəfindən işğal altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib.[140] Saat 15:40 radələrində Ermənistan tərəfi bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumat yayımlamışdır.[141] Bir neçə dəqiqə sonra isə Vaqif Dərgahlı bugünkü döyüşlərdə döyüş təyyarəsi və helikopterlərin tətbiq olunmadığını bildirərək, yayılmış məlumatın dezinformasiya olduğunu açıqlamışdır.[142] Saat 16:35 radələrində Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Ermənistan ordusunun hava hücumundan müdafiə vasitələrini və yaylım atəşli reaktiv sistemlərini məhv etdiyini göstərən video yayımlamışdır.[143][144] Xocavənd ərazisindəki toqquşmaları işıqlandıran "Le Monde" qəzetinin iki fransız jurnalisti Azərbaycan Ordusunun açdığı atəş nəticəsində yaralanmışdır.[145] Saat 17:50 radələrində Ermənistan ordusunun bölmələri Füzuli rayonunun Horadiz şəhərinin mülki obyektlərini artilleriya atəşinə tutmuşdur.[146][147] Saat 23:00 radələrində Ermənistan tərəfi Azərbaycan Ordusunun Nərimanlı və Böyük Məzrə kəndlərini atəşə tutması barədə məlumat yayımlamışdır. İran mediasının verdiyi məlumata əsasən, Ermənistan ordusunun atdığı raketlər Cənubi Azərbaycanın Pərvizxanlı kəndinə düşmüş, bir mülki şəxs yaralanmış, altı ev və bəzi nəqliyyat vasitələri zərər


**************************************************************************************************************************


**************************************************************************************************************************

02.10.2020

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçmişdir.[150] Saat 00:00-dan 07:00-dək Ermənistan ordusunun 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilmişdir.[151] Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq Ağdam rayonunun XındırıstanƏlibəyliƏhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulmuşdur.[152][153] Ermənistan ordusunun cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini atəşə tutmağa davam etməsi nəticəsində rayonun Bala Kəngərli kənd sakinləri, mülki vətəndaşlar Rəhimova Aybəniz Nizami və Rəhimova Gülnarə Fabir qızı xəsarət almışdır.[154] Saat 11:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun qüvvə və vasitələrinin məhv edilməsinin videogörüntülərini yayımlamışdır.[155] Ermənistan ordusu Ermənistan ərazisindən Şəmkir rayonunun Sabirkənd, işğal olunmuş ərazilərdən isə Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini raket atəşinə tutmuşdur.[156][157] Həmçinin Bərdə rayonunun Əmirli və Tovuz rayonunun Ağdam kəndi raket atəşi zərbələrinə məruz qalmışdır.[158][159] Saat 13:30 radələrində Azərbaycan Müdafiə Nazirliyi düşmənin yüksək dağ zirvəsində yaratdığı dayaq məntəqəsinə silah-sursat çatdıran təminat vasitələri və döyüş texnikalarının məhv edilməsini göstərən video yayımlamışdır.[160] Nazirlikdən verilən məlumata görə, Ermənistan ərazisindən Şəmkir rayonunun Sabirkənd yaşayış məntəqəsinə atılan 10-a yaxın raketlər “Toçka-U” taktiki raket kompleksindən buraxılmışdır.[161] Saat 14:00 radələrində Ermənistan tərəfi Azərbaycan Ordusunun Xankəndi şəhərini bombaladığını açıqlamışdır.[162] Təxminən bir saat sonra Azərbaycan tərəfi düşmənin qüvvə və vasitələrinin məhv edilməsinin növbəti videogörüntülərini yayımlamışdır.[163][164]

Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutmuşdur.[165][166] Saat 17:50 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun səhra idarəetmə məntəqəsi, üzərindəki Ermənistan bayrağı və qondarma rejimin asılan əski parçasının göyə sovurulması, eləcə də tanklarının məhv edilməsinin videogörüntülərini yayımlamışdır

**************************************************************************************************************************



**************************************************************************************************************************

03.10.2020

Saat 08:23 radələrində Ermənistan tərəfi Dağlıq Qarabağ ərazisinin şimal və cənub qismində şiddətli döyüşlərin getdiyini bildirmişdir. Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Arayik Harutyunyan həmin ərazilərə baş çəkmişdir.[169] Saat 10:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısının alınması və ona sarsıdıcı zərbələr endirilməsini özündə əks etdirən videogörüntüləri yayımlamışdır.[170] Gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun SəhləbadQəzyanQapanlıQaynaqƏskiparaHüsənliAğdam rayonunun Ayaq QərvəndİmamqulubəyliQaradağlıTəzəkəndAğcabədi rayonunun MuğanlıQiyaməddinliRəncbərlər və Goranboyun Tap Qaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulmuşdur.[171][172] Ermənistan ordusunun Tərtərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha iki mülki vətəndaş xəsarət almışdır. Onlar Qapanlı kənd sakinləri, 1984-cü il təvəllüdlü Quliyev Vasif Qasım oğlu və 1985-ci il təvəllüdlü Quliyev Pərviz Cəfər oğludur.[173] Saat 16:30 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun ağır itkilər verdiyini özündə əks etdirən videogörüntülər yayımlamışdır.[174] Saat 19 radələrində Ermənistan silahlı qüvvələrinin Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 1976-cı il təvəllüdlü şəhər sakinləri İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olmuş, eyni zamanda şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən 1982-ci il təvəllüdlü şəhər sakinləri Balakişiyev Etibar Təvəkkül oğlu və 1969-cu il təvəllüdlü Bəşirova Sevda Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəymişdir.[175][176]

Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Azərbaycan Ordusunun Madagizi işğaldan azad etdiyini və həmin ərazilərdə Azərbaycan bayrağının qaldırıldığını açıqlamışdır.[177][178] Həmçinin İlham Əliyevin verdiyi qərara əsasən, Madagizin tarixi adı olan Suqovuşan adı bərpa edilmişdir.[179][180] Azərbaycan Ordusu həmin gün ərzində həmçinin Tərtər rayonunun TalışCəbrayılın MehdiliÇaxırlıAşağı MaralyanŞəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad etmişdir.[181][182][183] Azərbaycan Müdafiə Nazirliyi verdiyi məlumata əsasən, Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilmiş, 3 tankı isə qənimət götürülmüşdür. Həmçinin Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilmişdir.

**************************************************************************************************************************

04.10.2020

Saat 09:00 radələrində Ermənistan ordusu Tərtər şəhərini və Horadiz yaşayış məntəqəsinə raket zərbələri endirmişdir.[186] Ermənistan ordusu Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutmuşdur.[187] Saat 10:50 radələrində Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Ermənistan silahlı qüvvələri Gəncə şəhərini atəşə tutmuşdur.[188][189][190] Hikmət Hacıyev bildirib ki, saat 11:40 radələrində şəhərə daha dörd yeni raket atılmışdır.[191] Bir neçə dəqiqədən sonra Ermənistan tərəfi Azərbaycan Ordusunun Xankəndi şəhərini bombardman etdiyini açıqlamışdır.[192] Müdafiə Naziri Zakir Həsənov düşmənin Gəncə şəhərini atəşə tutmasına reaksiya olaraq bildirib ki, "Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir".[193][194] Ermənistan tərəfi Gəncə şəhərindəki hərbi obyektlərin və Gəncə Beynəlxalq Hava Limanının vurulması ilə bağlı məlumat yayımlamışdır.[195][196] Azərbaycan Müdafiə Nazirliyi isə yayılmış xəbərin təxribat xarakteri daşıdığını və yalan olduğunu bildirmiş[197], düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəydiyini açıqlamışdır.[198][199]

Azərbaycan Xarici İşlər Nazirliyi özünün "Twitter" səhifəsində Ermənistan ərazisindən Gəncənin atəşə tutulması nəticəsində 1 mülki şəxsin həlak olması, 4 nəfərin isə yaralanması barədə məlumat yayımlamışdır.[200][201] Saat 13:45 radələrində Hikmət Hacıyevin verdiyi məlumata əsasən, guya səhər cəbhəni ziyarət edən Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Araik Arutunyanın yeri Azərbaycan Ordusu tərəfindən aşkar edilmiş[202] və hal-hazırda ağır yaralıdır.[203][204] Baş Prokuror Kamran Əliyev Ermənistan ordusunun Gəncə şəhərini atəşə tutması nəticəsində şəhər sakini Əliyev Tunar Qoşqar oğlunun həlak olduğunu, 32 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarəti aldığını açıqlamışdır.[205] Verilən məlumata görə, yaralanan mülki şəxslərdən biri 1943-cü il təvəllüdlü erməni əsilli Karina Qriqoryandır.[206] Saat 15 radələrində Azərbaycan Müdafiə Nazirliyi düşmənin zirehli texnikaları, atəş-dəstək və təminat vasitələrinin məhv edildiyini özündə nümayiş etdirən videogörüntü yayımlamışdır.[207] Saat 16 radələrində Ermənistan ordusu Ağcabədi rayonunun SarıcalıAğdam rayonunun BaharlıÇıraqlıÜçoğlan və Bərdə rayonunun Şahvəlilər yaşayış məntəqələri intensiv artilleriya atəşinə tutmuşdur.[208][209] Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan tam azad etdiyini açıqlamışdır.[210][211] Saat 15 radələrində Ermənistan silahlı qüvvələrinin Ağcabədi rayonunun müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində yeməkxanada olan zaman oraya top mərmilərinin düşməsi nəticəsində Taynaq kand sakini 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu dağıntılar altında qalaraq həlak olmuş, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəymişdir.[212][213] Saat 18:00 radələrində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağı sancıldığı xəbəri verilmişdir.[214][215] Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülüb.[216] Prezident İlham Əliyev xalqa müraciətində Cəbrayıl rayonunun KarxuluŞükürbəyliYuxarı MaralyanÇərəkənDaşkəsənDecalMahmudluCəfərabad və Horovlu kəndlərinin işğaldan tam azad edildiyini açıqlamışdır.[217][218] Hikmət Hacıyev özünün "Twitter" səhifəsində saat 22:00 radələrində Ermənistan silahlı qüvvələrinin Mingəçevir şəhərinə raket hücumu etdiyini bildirmişdir.[219] O, həmçinin qeyd edib ki, Mingəçevir şəhərinə Ermənistan tərəfindən dörd ədəd "Toçka-U" ortamənzilli ballistik raket buraxılmışdır.[220] Bir neçə dəqiqə sonra Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələrinin endirilməsi və yaralalıların olduğu barədə məlumat yaymışdır.[221][222] Verilən məlumata görə, Mingəçevir şəhərinə atılmış 3 raketdən 2-si partlamayıb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda evə külli miqdarda ziyan dəymişdir.[223] Azərbaycan tərəfi Ermənistanın əsas məqsədinin Mingəçevir su anbarının[224] vurulması olduğunu bildirsə də[225][226][227][228], qarşı tərəf isə bu fikirləri rədd etmişdir.[229] Saat 23:00 radələrində isə Xızı və Abşeron bölgəsinə iki 300 km məsafəli orta mənzilli raket atıldığını bildirmişdir.[230][231] Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam etməsi nəticəsində şəhər sakinləri - 1981-ci il təvəllüdlü Novruzov Saleh Qaytaran oğlu və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğlu yaralanmışdır.

**************************************************************************************************************************



**************************************************************************************************************************

05.10.2020

Səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın CermukQafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə almışdır.[233][234] Ermənistan tərəfi Azərbaycan Ordusu tərəfindən Xankəndi şəhərinə 16 raket zərbəsinin endirildiyini açıqlamışdır.[235] Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, BeyləqanBərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuşdur.[236][237] Saat 11:40 radələrində Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalmışdır.[238][239] Təxminən 1 saat sonra Ermənistanın Berd rayonu ərazisindən Gəncə şəhəri raket zərbələri ilə atəşə tutulmuşdur.[240][241] Hikmət Hacıyev özünün "Twitter" səhifəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın GəncəBərdə və Beyləqan şəhərlərinin sıx məskunlaşmış ərazilərini raket və mərmi atəşinə tutduğunu açıqlamışdır.[242] Ermənistan tərəfi gecə ərzində şiddətli döyüşlərin getdiyini bildirmiş[243] və Azərbaycan Ordusunun cənub istiqamətində hücuma keçdiyini açıqlamışdır.[244] Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı həlak olmuş, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.[245][246] Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi məlumata görə, Gəncə şəhərinə atılmış raketlərin Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara atılması nəticəsində 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, mülki infrastruktura külli miqdarda ziyan dəymişdir. Eyni zamanda, Beyləqan şəhərinə atılmış 2 ədəd raket mərmisindən 1 ədədi uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşmüşdür.[247]

Saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini atəşə tutmuş, mülki şəxslər arasında yaralıların olması haqqında məlumat verilmişdir.[248][249] Həmçinin düşmən ordusu Beyləqan şəhərini atəşə tutmuşdur.[250][251] Saat 5 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha 3 ədəd tankının məhv edilməsi barədə məlumat yayımlamışdır.[252][253] Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2 ədəd, 41-ci artilleriya alayının 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilmişdir.[254] Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Ağcabədi rayonuna 3 raket atılmış, atılmış raketlərdən birinin evə düşməsi nəticəsində şəhər sakinləri 1994-cü il təvəllüdlü İbrahimov Elşən Mehdi oğlu və qardaşı qızı 2015-ci il təvəllüdlü İbrahimova Ayan Rövşən qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda evə külli miqdarda ziyan dəymişdir.[255] Saat 20:00 radələrində Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutmuşdur.[256][257] Erməni silahlı qüvvələrinin Ağdam rayonunun müxtəlif istiqamətlərində intensiv atəşə tutması nəticəsində 1954-cü il təvəllüdlü Rəhimov Eyvaz Musa oğlu həlak olmuş, rayonun Üçoğlan kənd sakini 1971-ci il təvəllüdlü Səfərov Mehman Ağalar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir. Bundan başqa, düşmənin Goranboy rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması səbəbindən yaşadığı evə top mərmisinin düşməsi nəticəsində Qızılhacılı kənd sakinləri 1955-ci il təvəllüdlü Abbasova Raziyə Bayraməli qızı həlak olmuş, eyni zamanda top mərmisinin düşdüyü başqa bir yaşayış evinin sakinləri 1958-ci il təvəllüdlü Həsənov Məşdi İbrahim oğlu, sonuncunun qızı 1984-cü il təvəllüdlü Sevinc Həsənova və azyaşlı nəvəsi 2011-ci il təvəllüdlü Həsənov Elcan Elgün oğlu, boş sahəyə düşmüş top mərmisinin qəlpələrindən 1969-cu il təvəllüdlü Ələkbərov Rasim Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər.[258] Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl rayonunun ŞıxalıağalıSarıcallıMəzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi işğaldan tam azad etdiyini açıqlamışdır.[259][260] Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı sıradan çıxarılıb. Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də Azərbaycan Ordusunun sərrast atəşi ilə məhv edilmişdir

**************************************************************************************************************************


06.10.2020

Ermənistan Milli Məclisinin birinci vitse-spikeri Vahe Enfiacyan özünün "Facebook" səhifəsində "Dəhşət" ləqəbli polkovnik-leytenant Artur Qalstyanın öldüyünü bildirmişdir.[263] Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilmişdir.[264][265] Vaqif Dərgahlı açıqlamasında bildirib ki, Azərbaycan Ordusu gecə boyu Cəbrayıl-Füzuli istiqaməti də daxil olmaqla, cəbhə boyu bütün istiqamətlərdə tam üstünlük nümayiş etdirərək, düşmənə ağır zərbələr endirmişdir.[266] Saat 12 radələrində Ermənistan silahlı qüvvələrinin Ağdam rayonuna atdığı mərmi məktəb binasında dağıntılar törətmiş, növbədə olan yanğınsöndürmə avtomobilinə ziyan dəymişdir. Avtomobilin sürücüsü Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu Qismət Əli oğlu Yusibov partlayış dalğasının təsirindən xəsarət almış və xəstəxanaya yerləşdirilmişdir.[267] Saat 16:30 radələrində Ermənistan tərəfi Azərbaycan Ordusunun cənub istiqamətində yenidən hücuma keçdiyi barədə məlumat yayımlamışdır.[268] Yarım saat sonra düşmən tərəf Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərini bombardman etdiyini açıqlamışdır.[269] Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə etdiyini sübut edən radio danışıqları ələ keçirilmişdir.[270] Həmçinin verilən məlumata görə, aparılan əməliyyatlar nəticəsində daha iki əcnəbi muzdlu-terrorçu məhv edilmişdir.[271] Saat 19 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin YevlaxGoranboy və Beyləqan rayonlarının ərazilərini atəşə tutması barədə məlumat yayımlamışdır.[272][273]

Zakir Həsənov xüsusi xidməti müşavirədə düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirmişdir.[274] Saat 21 radələrində Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində rayonun Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu həlak olmuş, həmin kənd sakini 1989-cu il təvəllüdlü Əliyev Dəyanət Qənimət oğlu və Köçərli kənd sakini 1968-ci il təvəllüdlü Həsənov Seyfulla Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.[275] Həmçinin həmin radələrdə Ermənistan silahlı qüvvələri regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Azərbaycan Ordusunun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınmışdır.[276][277] Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılmışdır. Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu məhv edilmişdir.

**************************************************************************************************************************


**************************************************************************************************************************

07.10.2020

Azərbaycan Müdafiə Nazirliyi gecə boyu cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlərin getdiyini açıqlamışdır.[279] Saat 10 radələrində Azərbaycan tərəfinin verdiyi məlumata görə, Azərbaycan Ordusu Cəbrayıl rayonu istiqamətində tam üstünlüyü ələ keçirtmişdir.[280] Həmçinin işğaldan azad olunmuş Şükürbəyli kəndindən yeni videogörüntülər yayımlanmışdır.[281] Saat 10:20 radələrində Ermənistan silahlı qüvvələri TərtərBərdəAğdamAğcabədiFüzuli və Cəbrayıl rayonlarının kəndlərini atəşə tutmuşdur.[282][283] Saat 12 radələrində Azərbaycan Müdafiə Nazirliyi düşmən texnikalarının məhv edilməsinin növbəti videogörüntüsünü yayımlamışdır.[284] Günorta saatlarında Azərbaycan Müdafiə Nazirliyi cəbhənin müxtəlif istiqamətlərində düşmənin dayaq nöqtələrinin ələ keçirildiyini açıqlamışdır.[285] Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olmuş, eyni zamanda evə külli miqdarda ziyan dəymişdir.[286][287] Saat 15 radələrində Ermənistan silahlı qüvvələri Tərtər və Füzuli rayonlarının yaşayış məntəqələrini atəşə tutmuşdur.[288][289]

Saat 10 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərərkən məhv edilmişdir.[290] Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Azərbaycan Ordusunun atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilmişdir.[291] Günorta saatlarında Ermənistan tərəfi Azərbaycan Ordusunun Xankəndi şəhərini bombardman etdiyini açıqlamışdır.[292] Azərbaycan xüsusi xidmət orqanlarına yaxın mənbələr Xankəndidə dinc sakinlərin qalmadığını bildirib. Dağlıq Qarabağdan minlərlə qaçqın Ermənistana axışıb. Onların yolunda ilk yaşayış məntəqəsi sərhədyanı erməni şəhəri Qorisdir. Qarabağdan çıxan qaçqınları Qoris meriyasına gətirirlər, oradan onları ya qohumları götürür, ya da mehmanxanalara paylayırlar. Oktyabrın 7-dən Dağlıq Qarabağın paytaxtında erməni hərbçiləri formasında rusdilli insanlara rast gəlinməyə başlayıb

**************************************************************************************************************************


**************************************************************************************************************************

08.10.2020

Ermənistan tərəfi gecə boyu şiddətli döyüşlərin getdiyini açıqlamışdır.[294] Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri GoranboyTərtərAğdam rayonlarının kəndlərini artilleriya atəşinə tutmuşdur.[295][296] Saat 7 radələrində Ermənistan silahlı qüvvələrinin aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla Goranboy rayonun Şahməmmədli kəndini ağır artileriyadan atəşə tutması nəticəsində həmin kənd sakini 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olmuş, yaşadığı evə isə maddi ziyan dəymişdir.[297] Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata əsasən, saat 4 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raket zərbələri endirilmişdir.[298] Saat 8 radələrində Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədi rayonlarının kəndlərini atəşə tutmuşdur.[299][300] Səhər saatlarından başlayaraq düşmən ordusunun Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində rayonun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəymişdir.[301] Həmin radələrdə Ermənistan ordusunun Ağdam rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutması nəticəsində rayonun Böyükbəyli kənd sakinləri 1992-ci il təvəllüdlü Cəbrayıllı Sədi Bəbir oğlu və 1977-ci il təvəllüdlü Quliyeva Hürü Talış qızı avtomaşınla yol gedərkən Alıbəyli kəndi ərazisində mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.[302]

Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Oğuz rayonunun Xaçmaz kəndi sahəsində uçuş keçirməyə cəhd göstərərkən məhv edilmişdir.[303] Saat 11:30 radələrində Ermənistan silahlı qüvvələri Bərdə şəhərini atəşə tutmuşdur.[304][305] Ermənistan mətbuatının verdiyi məlumata əsasən, Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əks-hücum əməliyyatı nəticəsində seperatçıların liderlərindən biri olan Yervand Qaciyan məhv edilmişdir.[306] Saat 12:30 radələrində Azərbaycan Müdafiə Nazirliyi gecə döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahı, infrastrukturu və silah-sursat anbarlarına endirilən artilleriya zərbələrinin videogörüntüsünü yayımlamışdır.[307][308] Azərbaycan Ordusu tərəfindən Ermənistanın milli qəhrəmanı Vartan Markaryanın adını daşıyan Ermənistan ordusunun 8-ci əlahiddə motoatıcı briqadasının döyüş bayrağı ələ keçirilmişdir.[309] Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata əsasən, saat 11 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olmuş, o cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.[310] Həmçinin bildirilib ki, Ermənistan silahlı qüvvələri Bərdə rayonu ərazisinə “Toçka-U” taktiki raket kompleksindən atəş açmışdır.[311][312] Günorta saatlarında Hikmət Hacıyev erməni silahlı qüvvələrinin GəncəBərdəTərtər və digər şəhərlərə Smerç reaktiv yaylım atəş sistemi vasitəsilə raket zərbələri endirdiyini açıqlamışdır.[313] Azərbaycan Ordusunun Şuşa şəhərini bombalaması nəticəsində şəhərin simvolu sayılan Qazançetsots kafedralının günbəzinə ciddi ziyan dəymişdir.[314] Azərbaycan Müdafiə Nazirliyi isə kilsənin zərər çəkməsinin Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını açıqlamışdır.[315] Azərbaycan MN həmin gün Ağdərədə yerləşən Ermənistan SQ hərbi hissəsinin qərargahı, infrastrukturu və silah-sursat anbarlarına zərbələr endirilməsinə dair video yayımlayıb.

**************************************************************************************************************************



09.10.2020


Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bunlar Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorəzilli, Qışlaq, Qaraçaylı, Əfəndilər, Süleymanlı və Su kəndləridir.

**************************************************************************************************************************

14.10.2020

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!""

**************************************************************************************************************************

**************************************************************************************************************************

Mənbə:https://az.wikipedia.org/wiki/Qarabağ_döyüşlərinin_xronologiyası_(2020)#30_sentyabr

********************************************

17.10.2020

Füzuli azad edildi !!!



Hiç yorum yok:

Yorum Gönder