24 Şubat 2020 Pazartesi

Abbasov Akif Elşən oğlu

 Tovuz rayonunun Ağdam kəndi istiqamətində itkin düşən hərbçimiz Abbasov Akif Elşən oğlu doğulduğu Ağcabədi rayonundakı Şəhidlər xiyabanında dəfn edilib. 






24.02.2020 sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətmişdir.
2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində ER silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınmış, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanmış, digər hərbi qulluqçusu öldürülmüşdür.
Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olmuşdur.

Allah rəhmət eləsin!!!

16 Şubat 2020 Pazar

Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

2020-ci il fevralın 15-də Ermənistan silahlı qüvvələri cəbhə xəttində atəşkəs rejimini  pozması nəticəsində,Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.
1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlu Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 
Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin qardaşı Samir Ələsgərova təqdim edilib.
Yaylım atəşindən sonra şəhidin nəşi torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid Seymur Ələsgərov ailəli idi, onun 9 aylıq oğlu var.

Allah rəhmət eləsin!!!