16 Ağustos 2022 Salı

Daşbaşı şəhidləri


15 avqust 1993-cü il, gecə saat 04:00 radələrində Daşbaşı postuna qəfil hücum edən erməni qüvvələri 23 əsgərimizi vəhşicəsinə qətlə yetirmişdi. 

Həmin gecə postu müvəqqəti ələ keçirən düşmənlər 23 nəfər Cəbrayıllı gənci öldürməklə kifayətlənməmiş, onların meyitlərini təhqir etmiş, tanınmaz hala salmışdılar.

Cəbrayıl və Xocavənd rayonları arasında yerləşən Daşbaşı postu və eyni adlı kənd 27 il sonra - 2020-ci ilin 20 oktyabrında erməni işğalından azad olunub. Vətən müharibəsi zamanı həmin istiqamətdə gedən döyüşlər zamanı ermənilər ciddi itki veriblər…

Allah şəhidlərimizə rəhmət eləsi

9 Ağustos 2022 Salı

Xuduyev Samir


05.08.2022-ci il Laçın rayonunda şəhid olan əsgərimiz Xuduyev Samir Səməd oğlu Füzuli rayon Əhmədalılar kəndindəndir.🇦🇿


Hərbi qulluqçumuzun - əsgərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik.

Vətən sağolsun!

3 Ağustos 2022 Çarşamba

03.08.2022-Kazımov Anar Rüstəm oğlu şəhid olub


 Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini intensiv atəşə tutub. 

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir! Allah rəhmət eləsin!

Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.


https://mod.gov.az/az/news/mudafie-nazirliyinin-melumati-41221.html