28 Şubat 2022 Pazartesi

İsrayıl Hacıyev


  İsrayıl Hacıyev

O,28 fevral 2002-ci ildə Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub.  Müharibənin ikinci günü – sentyabrın 28-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


22 Şubat 2022 Salı

Ramil Ruslan oğlu Balabəyov


 Şəhid Ramil Ruslan oğlu Balabəyov

2001-ci il fevralın 21-də Qusar rayonunun Köhnə Xudat kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Ramil Balabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Ramil Balabəyov oktyabrın 1-də şəhid olub. Qusar rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Balabəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

21 Şubat 2022 Pazartesi

Məmmədhəsən Meydan oğlu Sadıqlı


 Şəhid XTQ mənsubu baş leytenant Məmmədhəsən Meydan oğlu Sadıqlı

Məmmədhəsən Sadıqlı 1992-ci il fevralın 21-də Şərur rayonunun Dəmirçi kəndində anadan olub.

1998-ci il şəhid Etibar Əhmədov adına Dəmirçi kənd orta məktəbində təhsil almağa başlayıb, məktəbdə təhsil aldığı müddət ərzində Yunan-Roma güləş növü ilə məşğul olub və bir çox yarışlarda qalib gəlib.

2007-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə daxil olur, 2010-cu ildə isə buranı bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. 2014-cü ildə Leytenant Hərbi rütbəsini alaraq buranı da bitirir, bitirdikdən sonra Silahlı qüvvələrin 2015-ci ildə TTM-in zabit ixtisas kursunu bitirib. Bundan sonra leytenant kimi Culfa şəhərinə təyinat alır. 3 il Culfa şəhərində xidmət etdikdən sonra 2017-ci ildə baş leytenant rütbəsini alır, xidməti ərzində Günnüt döyüşlərində öndə gedənlərdən biri olub. Günnütdə böyük şücaətlər görsətdiyi üçün Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əmri ilə 26 iyun 2018-ci ildə "Hərbi xidmətdə fərqlənməyə görə" 3 cü dərəcəli medal və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub.

Sonrakı təyinatı isə Vayxır olub, Burdakı xidməti ərzində 2018-ci ildə Türkiyədə "Komando Temel Kursu"-nu Azərbaycan üzrə başarı və 1-ciliklə bitirmiş, daha sonra 2019-cu ildə Əlahiddə Ümumqoşun ordu üzrə "Ən yaxşı kəşfiyyat (XT) bölüyü" yarışında yüksək nailiyyətlər əldə etdiyinə görə fəxri fərman ilə təltif olunub.

Hərbidə dəfələrlə "Yunan-Roma güləş" yarışlarında iştirak edərək böyük nailiyyətlər əldə edib.

2020-ci il sentyabrın 27-də başlamış "Vətən Müharibəsi"-ndə şəhid olmuş dostlarının və silahdaşlarının intiqamını almaq, həmdə döyüşdəki silahdaşlarını tək qoymamaq vətən borcunu yerinə yetirmək üçün Naxçıvan XTQ heyəti ilə birlikdə 25 oktyabr 2020-ci ildə Füzuli istiqamətinə yola düşür. Yanındakı döyüş yoldaşları ilə birlikdə bir neçə post aldıqdan sonra Şuşa istiqamətində hərəkət edən zaman xırıncı Zərdanaşen kəndində gedən qızğın döyüşdə yaralanan əsgəri xilas edərkən yaralanır 27 oktyabr 2020-ci ildə şəhid olur.

2014-cü ildə ailə həyatı qurub və Uğur adında bir övladı var .

Döyüşdən qayıdan komandiri və silahdaşları həmin anı bu cür xatırlayırlar:

"

Oktyabrın 27-si qızğın döyüş gedirdi, əsgərlərdən biri düşmənin snaper atəşi ilə yaralandı, həmin an mümkünsüz idi əsgəri xilas etmək, lakin Sadıqlı onu yaralı halda qoymaq istəmədi. Bir neçə dəfə Sadıqlı səngərdən çıxmaq istəyərkən biz "getmə, qoy biraz ara sakitləşsin gedib çıxararıq" dedik, amma Sadıqlını saxlaya bilmədik. Əsgəri xilas edərkən özü də düşmənin snaper atəşi nəticəsində yaralanır. Yaralı olmasına baxmayaraq neytiral zonadan özünü də yaralı əsgəri də çıxardır. Bizim yanımıza çatarkən "şərəfsizlər mənidə vurdu" dedi. Yaralı halda döyüşərək özü-öz intiqamını alır.

Son nəfəsinə kimi həmişəki adətində deyib-güldü. Birdə övladı Uğur haqda danışırdı.  "Mən çox xoşbəxtəm ki, döyüşə gələrkən oğlumla özümə qüsul verdim". Biz Məmmədhəsənin əllərini ovurduq ki, huşunu itirməsin. Bu müddət ərzində təcili yardımı gözləyirdik. Lakin təcili yardım gələrkən minaya düşür və içindəkilər şəhid olur. Bütün səylərimizə baxmayaraq Sadıqlı Məmmədhəsən "MƏNİ TANIYANLARIN HAMISINA SALAMIMI ÇATDIRARSINIZ, HAMISINI ÇOX SEVİRƏM" deyərək şəhadətinə qovuşdu."

Azərbaycan Ordusunun baş leytenantı olan Məmmədhəsən Sadıqlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərinin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb, oktyabrın 27-də Şuşa döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədhəsən Sadıqlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alan, Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə 30.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Xocavəndin işğaldan azad edilməsi uğurunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021 tarixli Sərəncamına əsasən "Xocavəndim azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədhəsən Sadıqlı ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Allah rəhmət eləsin.

20 Şubat 2022 Pazar

MƏCDUNOV XALİD ZAUR oğlu


  MƏCDUNOV XALİD ZAUR oğlu

O, 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub.[1] 2002-2013-cü illərdə M. Kərimov adına Poladlı kənd tam orta məktəbində təhsil alıb.

2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Xalid Mecdunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xalid Mecdunov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Qobustan rayonunda dəfn edilib.

19 Şubat 2022 Cumartesi

Paşayev Əvəz Telman oğlu


 Şəhid Paşayev Əvəz Telman oğlu

 Əvəz Paşayev 1995 ci il 17 fevral Yevlax rayonun Marzılı kəndində anandan olub.2001 ci il yaşadığı kənd orta məktəbin 1 ci sinfinə getmişdir.Orta məktəbi bitirdikdən sonra əsgərlik xidmətini yerinə yetirmək üçün hərbi hissəyə getmişdir.Əsgərlik xidmətini başa vurduqdan sonra 2018 ci ildə ailə həyatı qurmuşdur.Övladına öz anasının adını qoyan Əvəz Paşayev son dəfə onunla vidalaşanda yeddi ayın içində idi.

 Şəhidimiz müharibə başlayandan ön cəbhədə vuruşmuşdur.

Müharibə yoldaşı deyir:" Əvəzlə 1 konfeti iki yerə bölüb çay icirdik.Mənə dedi ki, balamı görməyəcəm şəhid olacam".

Şəhidimizin dediyi kimi də oldu.Nur üzlü balasını son dəfə cəbhəyə gedərkən gördü.

Şəhidimizin anası Gülnaz Mirhakim qızı deyir ki, axırıncı dəfə 28 sentyabr saat 7-8 radələrində danışdım.Bir gün qabaq döyüşdə iştirak etmişdir.Yaxşı olduğunu bildirdi.Heç bilməzdim sabah övladım şəhid olacaq.

 Bir gün Əvəz yuxudan ayıldı mənə dedi ki, ana, mən çox yaşamayacam, tez rəhmətə gedəcəm.Nişan üzüyümü qaytarmaq istəyirəm.İstəmirəm ki, yoldaşım, övladım başsız qalsın.Dedim ki, oğlum belə söz danışma, atalarımız deyiblər ki, pis yuxunu suya danışarlar.Get!Suya danış.Fikrindən çıxart.Əvəzə bu yuxu çox təsir eləmişdir.Nişanlısına da deyib ki, mən belə yuxu görmüşəm.İstəyirəm nişanımızı pozaq.Amma, nişanlısı ona cavab verib ki, bir günün gəlini olsam da, mən sənin həyat yoldaşım olacam.

 Əvəz Paşayev Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı döyüşçü yoldaşını xilas etməyə  gedərkən, düşmən ürəyindən vuraraq şəhadət zirvəsinə yüksəlir.

12 oktyabr 2020 ci il Yevlax rayonu Marzılı kənd qəbiristanlığında dəfn olunur.Ruhun şad olsun.

17 Şubat 2022 Perşembe

ƏSGƏROV MUSA ƏLİFAĞA oğlu


  Şəhid XTQ  BAŞ LEYTENANT ƏSGƏROV MUSA ƏLİFAĞA oğlu


O, 1997-ci il fevral ayının 17-də Cəlilabad rayonunun Sabirabad kəndində dünyaya göz açıb. 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2018-ci ildə buranı fərqlənmə ilə bitirmişdir. Murov Dağ yüksəkliklərində gedən döyüşlərdə Musa bir gün içərisində 2 dəfə ayağından yaralanır amma ayağına ağrıkəsici vuraraq, yarasını sarıyıb yenidən döyüşə girmişdir. Murovda ağır döyüşlər keçirən Musa, döyüşün ilk günü, sentyabrın 27-də şəhid olmuşdur.

Ölümündən sonra "Vətən uğrunda" "İgidliyə görə","Kəlbəcərin azad olunmasına"görə medalı ilə təltif olunub.

13 Şubat 2022 Pazar

Xaqani Anar oğlu Babazadə



Şəhid Xaqani Anar oğlu Babazadə

2001-ci il fevralın 13-də Astara rayonunun Kijəbə qəsəbəsində anadan olub.

Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Xaqani Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Babazadə oktyabrın 10-da Hadrut döyüşləri zamanı şəhid olub. Astara rayonunun Kijəbə qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Babazadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Hüseyn Əlizadə oğlu Abbasov



 Şəhid Hüseyn Əlizadə oğlu Abbasov

 1993-ci il fevralın 13-də Hacıqabul rayonunda anadan olub.


Hüseyn Abbasov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.


Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Hüseyn Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hüseyn Abbasov oktyabr 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Elməddin Telman oğlu Abdullayev


 Şəhid Elməddin Telman oğlu Abdullayev

13 fevral 2001-ci ildə Quba rayonunun Qam-qam kəndində dünyaya göz açmışdır. 2018-ci ildə şəhid Mübariz Abdullayev adına Qam-qam kənd tam orta məktəbini bitirmişdir. 2019-cu ilin aprel ayında isə hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Elməddin Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin.


Rahid Vahid oğlu Sadıxov


Şəhid Rahid Vahid oğlu Sadıxov

13 fevral 2001-ci ildə Rusiya Federasiyasının Saratov şəhərində dünyaya göz açıb. 2007-2016-cı illərdə Saray qəsəbəsinin M.Ələkbərov adına 1 nömrəli tam orta məktəbində təhsil alıb. Təhsilini doqquzuncu sinifə kimi həmin məktəbdə davam etdirib. Daha sonra Bakının Maştağa qəsəbəsində yerləşən Cümə Məscidinin mədrəsəsinə daxil olub və iki il dini dərslər alıb. Orta ümumi təhsilinin son 6 ayını Cəlilabad rayonunda tamamlayıb. 2019-cu il aprel ayının 1-də Masallı rayon hərbi komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin Goranboy və Tərtər rayonlarında, «N» saylı hərbi hissədə xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri Rahid Vahid oğlu Sadıxov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb. Suqovuşan və Talış kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 29 oktyabr 2020-ci il tarixində Aşeron rayonunun Saray qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsinin əsgəri Rahid Vahid oğlu Sadıxov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

 

Seymur Həbibov Feyruz oğlu


Şəhid Seymur Həbibov Feyruz oğlu

Seymur Həbibov Feyruz oğlu 13 fevral 1986-cı ildə Şəmkirdə anadan olmuşdur. 

Seymur Həbibov İyul 2020-ci il Tovuz hadisələrindən sonra ordu sıralarına müddətdən artıq hərbi qulluqçu kimi yazılır. Müharibə başlayan ilk günlərdə Daşkəsən istiqamətində döyüşlərə atılır və qəhrəmancasına şəhid olur. Seymur Həbibovlar ailəsinin 3 oğlundan biridir. Kiçik qardaşı hazırda ordu sıralarında ön xətdə xidmətini davam etdirir. Seymurun atası Şəmkirin Əliyaqublu kəndindən, anası isə Seyfəli kəndindəndir. Şəhidimizin anası evdar qadındır, atası hərbidə sürücü kimi çalışıb. Atasının dediyinə görə, Seymur son danışıqlarında ailəyə; " Ya qəhrəman olacam, ya da şəhid kimi qayıdacam" söyləyib. Seymur dediyi kimi qəhrəman şəhid olaraq qayıtdı. 


O, 2 oktyabr 2020-ci il tarixində yaşadığı Şəmkir şəhər 14-cü küçədən son mənzilə yola salındı.

Çinarlı yolunda yerləşən Şəmkir şəhər qəbirstanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin.


Allah rəhmət eləsin!

12 Şubat 2022 Cumartesi

Heydərov Əli Vaqif oğlu



18 yaşlı şəhid Heydərov Əli Vaqif oğlu

 9 fevral 2002 – ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda dünyaya göz açıb .Ailədə bir bacı və bir qardaş idilər. 2008 – ci ildə Binəqədi rayonu 135 nömrəli məktəbdə təhsil almağa başlayıb. Çox böyük fəxr ilə vurğulamaq istərdim ki, Əli orta məktəbdə istedadı və tərbiyəsi ilə öz yoldaşlarından fərqlənərdi. Orta təhsilini burda bitirdikdən sonra hərbi xidmətə yollanır. Ən böyük arzusu polis olmaq idi. Səmimi və mehriban xarakteri ilə hər zaman hər kəsin rəğbətini qazanmışdır. Əli ailəsi, qohumları və dostları tərəfindən çox sevilir, çox məsuliyyətli və mülayim, vətənpərvər bir igid olaraq yaddaşlarda, xatirələrdə qalacacaqdır.


Heydərov Əli Vaqif oğlu 7 may 2020–ci ildə hərbi xidmətə yollanır. Əli Beyləqan rayonu N saylı hərbi hissədə xidmətə başlayır və burda öz şücaəti, nizam–intizamı və vətənpərvərliyi ilə xidmət yoldaşlarından seçilir.Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Əli Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Anasına “Hər şey yaxşı olacaq ,torpaqlarımızı Azad edəcəyik deyir”. 29 sentyabr 2020–ci ildə şəhidlik zirvəsinə yüksəlir. Heydərov Əli Vaqif Oğlu öz döyüş yoldaşlarının və bütün Azərbaycanın qəlbində igid qəhrəman olaraq iz qoydu.

 "Vətən uğrunda" medalı (ölümündən sonra) — Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Vaqif oğlu Heydərov "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin!

İbrahimov Əli Bəxtiyar oğlu


 

Şəhid İbrahimov Əli Bəxtiyar oğlu

11.02.2002 ci ilde Quba rayonunda anadan olmuşdur. Evin ilk ovladi idi. 2008 ci ilde Quba rayonu Qirmizi Qəsəbə Isaak Xanukov adina 1N li tam orta məktəbin 1 ci sinifinə daxil olub. 2019 cu ilde təhsili başa vurub. Əlinin en böyuk arzusu  herbiçi olmaq idi. 2019 cu ilde Dövlət Daxili Qoşunlarına sənəd təqdim etmişdir. Qəbul ola bilməmişdi...

2020 ci il mayin 4 de herbi xidmete yollanib. 27sentyabr başlanan Veten muharibesinde iştirak edib. 27 sentyabr Taliş dağlarinda gedən döyüşdə   qəlpə  dəyməsi neticesində yaralanmişdir. Şəmkir rayon Mərkəzi Xestexanasinda mualicə götürmüşdür. 1 muddet sonra yarali olduquna baxmayaraq könüllü yeniden döyüşlərə qatilmişdir. 14 oktyabr Suqovuşan ərazisində geden qizğin doyuşlerde qehremancasina şəhid olmuwdur. Son defe ailesi ile 12 oktyabr elaqe qurmuwdu. Əli Ibrahimovdan 9 gun  xeber olmadiqindan ailesi terefden axtarilmışdır Ailesinin axtarişi neticesinde Əli Ibrahimov Yevlax rayonunun morqunda tapilmişdir. Oktyabrin 23 də getirilerek Şəhidlər Xiyabaninda defn edilmişdir. Əli Ibrahimov  mekteb oxuduqu illerde nizam intizam qaydalarina riayet edib sinif yoldaşlari ile unsiyyetde mehrihan olub. Mekteb kollektivide Əlinin xetrini cox isdeyirdiler. Əli semimi mehriban qayğikeş bir o qederde zarafatcil idi. Hec vaxt hec kesin xetrine deymezdi hamiya qayği ile yanaşırdı. Xudmət etdiyi zamaninda əsgər yoldaşlarininda hörmətini qazanmiş kamandirlerininde  sevimli əsgəri olmuşdu verilən əmrlərə tabe olmuşdur

 Ibrahimov ƏLI  2011 ci il Quba Uşaq Incəsənət Məktəbinə (UİM)daxil olmuş ve 2016 ci ilde uşaq incesenet mektebinin Qarmon ixtisasi uzre bitirmişdir. Çox gözəl qarmon çalma isdedadi var idi ve hətta gozel melahetli sesi ve rəssamliq qabiliyyəti var idi.  Boş zamanlarinda qarmon çalar, gozel səısi  ilə mahni oxuyar ve gözəl rəsm çəkərdi.

Allah rəhmət eləsin!

Xaməmmədov Şirxan Xaməmməd oğlu


 

Şəhid MAHHXHQ əsgər Xaməmmədov Şirxan Xaməmməd oğlu 


9 fevral 1998-ci ildə Şamaxı rayon Məlikçobanlı kəndində anadan olan əsgər Xaməmmədov Şirxan Xaməmməd oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək, şəhidlik zirvəsinə ucalmışdır!

03.11.2020-ci ildə Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşdə, Şuşanın Qırmızı bazar adlanan ərazisində qəhrəmancasına şəhid olmuşdur. Türkiyə və Naxçıvanda hərbi təhsil alıb. Müxtəlif dərəcəli sertifikatı və diplomu var. Xüsusi Təyinatlı kəşfiyyatçı, kəskin nişançı olub. Eyni zamanda aprel döyüşlərində iştirak edib. Lələtəpənin alınmasında böyük əməyi olub. Evin tək oğludur.

Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyir, hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mirsəfa Rzayev Mircəlil oğlu


Şəhid Mirsəfa Rzayev Mircəlil oğlu
1995-ci il fevralın 9-da tarixində Sumqayıt şəhərində anadan olub. Rzayev Mirsəfa Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib. Bakı Limanının Dəniz xidmətləri departamenti və Dispetçer xidmətində Bərə terminalı üzrə dispetçer vəzifəsində çalışmışdır.
2017-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb. Azərbaycan Ordusunun əsgəri olan Mirsəfa Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdə olub. Mirsəfa Rzayev oktyabr 27-də (25 yaşında) Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 27 oktyabr 2020-ci il tarixində III Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirsəfa Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Allah rəhmət eləsin
 

Xəyal Şakir oğlu Nuri


Şəhid Xəyal Şakir oğlu Nuri 

1997-ci il fevralın 12-də Biləsuvar rayonunun Ağayrı kəndində anadan olub. 2002-2013-cü illərdə Ağayrı kənd tam orta məktəbində təhsil alıb.


Azərbaycan Ordusunun əsgəri olan Xəyal Nuri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Nuri noyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Ağayrı kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!

Fariz Şahin oğlu Həsənov


Şəhid çavuş Fariz Şahin oğlu Həsənov

Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub.

 Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.


Fariz Həsənov 2005-2006-cı illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Milli Qvardiyasının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.


Azərbaycan Ordusunun çavuşu olan Fariz Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fariz Həsənov oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Mürşüd Müdahil oğlu Əhmədzadə



 Əhmədzadə Mürşüd Müdahil oğlu (04.01.2000 -  06.10.2021)


Müddətdən artıq xidmət əsgəri  Mürşüd  Müdahil oğlu Əhmədzadə 2000-ci il yanvar ayının 4-də anadan olub.


    Hələ uşaq yaşlarından bacısı Gülnarə ilə birlikdə nənəsinin himayəsində yaşamalı  olmuşlar.  Mürşüd doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmış əsgərliyini müvəffəqiyyətlə  başa vurub doğma kəndinə, nənəsinin yanına qayıtmışdır. Harada işləməsi barədə götür-qoy edib və 2020-ci il sentyabr ayının 8-də Goranboy rayonundakı hərbi hissənin tərkibində müddətdən artıq hərbi  xidmətə başlayıb. Az keçməmiş Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad etmək üçün antiterror əməliyyatlarına  başlayır.


      Mürşüdün xidmət etdiyi batalyonun bölmələri Goranboy tərəfdən Ağdərə, #Suqovuşan, Çaylı istiqamətində hücuma keçmişdilər. Qanlı döyüşlər gedirdi. Mürşüd və yoldaşları erməni postlarının alınmasında şücaət göstərirdilər. 06.10.2020-ci il tarixdə  mühasirəyə düşən Mürşüd  başından aldığı yaradan şəhadətə çatıb. Cansız bədəni yalnız 52 gündən sonra neytral zonadan  qaldırılaraq 27 noyabrda doğma kəndi Evoğluya gətirilib və uğrunda canını fəda etdiyi torpağa tapşırılıb.


       Mürşüd Əhmədzadə  (ölümündən sonra) “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.


      Allah rəhmət eləsin.

Əliyev Elqaş Barat oğlu


 Şəhid Əliyev Elqaş Barat oğlu

12.02.1999-cu ildə Lerik rayonunun Bırkandul kəndində dünyaya gəlib.18 yaşında həqiqi hərbi xidmətə çağırılan Elqaş xidmətdə olduğu hissədə bacarığı, çalışqanlığı və cəsurluğu ilə seçilməyi bacarıb.Vətən Müharibəsi başlamamışdan bir neçə gün əvvəl döyüş bölgəsinə könüllü olaraq yollanıb Elqaş. Qardaşı Eldin deyir ki, Elqaş Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan və Laçın dəhlizi uğrunda gedən döyüşlərdə canından keçməyə hazır olduğunu sübut edib və şücaətləri ilə yadda qalıb:Haqq savaşımızın şanlı tarixinə adını böyük hərflərlə yazdıran Elqaş Əliyev 2020-ci il noyabrın 3-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində düşmənin minomyot mərmisindən şəhid olub.Prezidentin sərəncamı ilə şəhid əsgər Elqaş Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Rabil Elburus oğlu İsmayılov



Şəhid Rabil Elburus oğlu İsmayılov

 1980-cı il fevralın 12-də Gəncə şəhərində anadan olub. 

1987-1997-ci illərdə M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində (BDU) "Tətbiqi riyaziyyat" üzrə ali təhsil alıb, 2002-2003-cü illərdə isə Gəncə Dövlət Universitetində (GDU) "Riyaziyyat" üzrə magistr dərəsi üzrə təhsil alıb. 2017-ci ildən M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi olaraq çalışırdı.

Ailəli idi iki oğul övladı var.


Rabil İsmayılov 2001-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.


Azərbaycan Ordusunun leytenantı olan Rabil İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rabil İsmayılov noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Məmmədov Xəyal Xaliq oğlu


Şəhid Məmmədov Xəyal Xaliq oğlu

Əslən Füzuli rayonunun Qərvənd kəndindən olan Xəyal, 12 fevral 2001ci ildə Sumqayıt şəhərində anadan olub

Sumqayıtda yerləşən Qubadlı rayon Cəlal Həşimov adına tam orta məktəbdə 9-cu sinifə qədər təhsil almış, sonra Füzuli rayonunun Zobucuq 1 qəsəbə məktəbində təhsilini başa vurmuşdur.

Məmmədov  Xəyal 16 oktyabr tarixində Füzuli şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə  Şəhidlik zirvəsinə  ucalmışdır. Xəyal Xüsusi Təyinatlı bölmələrdən idi.

Ailəsi ilə gec-gec danışsa da atası ilə son danışığında ata yurdu Füzuli rayonunun Qərvənd kəndinin işğaldan azad olunması münasibətilə göz aydınlığı vermişdir.

Xəyal Məmmədov 16 Oktyabr 2020-ci il tarixində Füzuli rayon Araz-Dilağarda qəbiristanlığında son mənzilə yola salınıb. 

Allah rəhmət eləsin!

11 Şubat 2022 Cuma

Kənan Mərdan oğlu Allahverdiyev


18 yaşlı Şəhid Kənan Mərdan oğlu Allahverdiyev

2002-ci il fevralın 10-da Sumqayıt şəhərində anadan olub.Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Kənan Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Allahverdiyev oktyabrın 3-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Allahverdiyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

 

Ceyhun Natiq oğlu Abbasov


 Şəhid Ceyhun Natiq oğlu Abbasov

1986-cı il fevralın 8-də Bakı şəhərində anadan olub.

Orta təhsilini Xətai rayonunda Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.

Ceyhun Abbasov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Snayper Taborunun Komandiri idi.

Ceyhun Abbasov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində baş verən Aprel döyüşlərində savaşıb. Döyüşlər zamanı fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Ceyhun Abbasov 2020-ci ilin 12-16 iyulunda Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində baş verən Tovuz döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun giziri olan Ceyhun Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ceyhun Abbasov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabannda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

10 Şubat 2022 Perşembe

Qoşqar Səxavət oğlu Ömərov‎



 Şəhid müəllim Qoşqar Səxavət oğlu Ömərov‎

Qoşqar Ömərov 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olmuşdur.


2011-ci ildə Qarasu kənd orta məktəbini yüksək qiymətlərlə bitirərək 466 balla  Azərbaycan Dövlət Pedaqoji Universitetinin  riyaziyyat-informatika fakültəsinə daxil olmuşdur.


2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları ixtisası üzrə magistraturaya daxil olsa da,hərbi xidmətə yola düşmüşdür. 2016-2018-ci illərdə magistr təhsili almışdır. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq  Masazır kənd 5 nömrəli tam orta  məktəbdə  riyaziyyat müəllimi kimi  pedaqoji fəaliyyətə başlamışdır.


21 sentyabr 2020-ci ildə vətənin çağırışına qoşularaq Ordu sıralarına daxil olmuşdur. 27 sentyabrda Füzuli cəbhəsindən müharibəyə qatılmış, döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilmişdir. Bir sıra yüksəkliklər uğrunda döyüşlərdə iştirak etmişdir. Noyabrın 4-də Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.

Qoşqar Ömərov onu tanıyanlar,  dərs dediyi şagirdlər, gələcək nəsillər üçün örnək olacaq həyat nümunəsi qoyub getmişdir. Heç nədən qorxmayan, çəkinməyən, həyatın hər bir çətinliyinə sinə gərən, sağlam həyat, fiziki güc, intellektual cəhətdən çox əhatəli savada malik, bütün imtahanlardan yüksək nəticə qazanan, bütün yenilikləri daha tez qavrayan və tətbiq edən, öz işinə vicdanla yanaşan, Vətənini sevən, ailəyə  bağlı, yüksək əxlaqlı bir gənc idi. Şəhidlik zirvəsini fəth etməsi isə  onu xalqın gözündə  daha böyük yüksəklərə qaldırmışdır.


 "Vətən uğrunda" medalı (ölümündən sonra)

"Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

"Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

Allah rəhmət eləsin!

Bağır Əsəd oğlu Ələkbərov


 Şəhid Gizir Bağır Əsəd oğlu Ələkbərov


Bağır Ələkbərov 1995-ci il fevralın 10-da Naxçıvan şəhərində anadan olub.


2001-2012-ci illərdə Culfa rayonunda 3 nömrəli tam orta məktəbdə təhsil alıb.


Bağır Ələkbərov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb və hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində snayper olaraq davam edib. Xidmətdə olduğu illərdə xarici dövlətlərdə olan təlimlərə göndərilib.


Bağır Ələkbərov 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində baş verən hərbi əməliyyatlarda savaşıb. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bağır Ələkbərov hərbi əməliyyatlar zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında olub və döyüş tapşırığını yerinə yetirib.


Azərbaycan Ordusunun giziri olan Bağır Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tehran Mənsimov tərəfindən idarə olunan qrupun heyətində olub. Bağır Ələkbərov Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 15 yaşayış məntəqəsinin işğaldan azad edilməsində savaşıb. Bağır Ələkbərov oktyabrın 15-də Hadrut döyüşləri zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bağır Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bağır Ələkbərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bağır Ələkbərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bağır Ələkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bağır Ələkbərov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin.

Faiq Qaçay oğlu Qasımov


 Şəhid Polkovnik-leytenant Vətən Müharibəsi Qəhrəmanı Faiq Qaçay oğlu Qasımov

Faiq Qasımov 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub.


Faiq Qasımovun ailədə bir bacısı və beş qardaşı olmuşdur. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş mövü ilə məşğul olmuşdur. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Qasımovlar ailəsi Sumqayıt şəhərinə gəlirlər və burada yaşamağa başlayırlar.


Faiq Qasımov 1981-ci ildə Qubadlı rayonunun Qayalı Kənd tam orta mətəbinin birinci sinfinə qəbul olmuşdur və 1990-cı ilə qədər orada təhsil almışdır.


80-cı illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Faiq Qasımov 1991-ci ildə Birinci Qarabağ müharibəsində savaşmaq üçün müraciət eləsə də, ancaq 1992-ci ilin fevralında 18 yaşı tamam olduqdan sonra Azərbaycan Milli Ordusunun sıralarına çağırılmışdır və Qubadlı rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə Əliyar Əliyevin rəhbəri olduğu taborda topçu olaraq savaşmışdır. 1992-ci ildə Yuxarı Cibikli isiqamətində gedən döyüşlər zamanı Faiq Qasımovun qardaşı — "Qorxmazçılar" Batalyonunun Komandiri Həsənqulu Qasımov (Həsən Qorxmaz) 23 yaşında şəhid olmuşdur. O gündən sonra Faiq Qasımov qardaşının qisasını almaq üçün hərbçi olmağı qərara almışdır.


Faiq Qasımov 1993-cü il avqustun 1-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olmuşdur və 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirmişdir.


Faiq Qasımov ailəli idi. Bir oğlu və bir qızı yadigar qalmışdır.


Faiq Qasımov 1991-ci ildə Qarabağ müharibəsində savaşmaq müraciət eləsə də, 1992-ci ilin fevralında 18 yaşı tamam olduqdan sonra Azərbaycan Ordusunun sıralarına çağırılır. 1992-ci ildən Qubadlı rayonunun Yuxarı Cibikli kəndinin müdafiəsi uğrunda döyüşlərdə topçu olaraq xidmət edib. 1992-ci ildə Yuxarı Cibiklinin müdafiəsi uğrunda gedən döyüşlərdə Faiq Qasımovun "Qorxmazçılar" Batalyonunun Komandiri olan qardaşı Həsənqulu Qasımov 23 yaşında şəhid olur. O gündən sonra Faiq Qasımov qardaşının qisasını almaq üçün hərbçi olmağı qərara alır. 1993-1995-ci illərdə Ali Birləşmiş Komandalıq Məktəbində (BABKM) hərbi təhsil alıb.


Faiq Qasımov 1995-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində, 2010-2012-ci illərdə Balakən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2012-2013-cü illərdə Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində, 2013-cü ildən isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.


2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Faiq Qasımov cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.


Gnome-searchtool.svg Əsas məqalə: Füzulinin azad edilməsi


2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.[3] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.


Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Faiq Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Faiq Qasımov sentyabrın 27-də Füzuli döyüşləri zamanı istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qasımova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[5]


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qasımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!

Saleh Mustafa oğlu Məmmədov



Şəhid baş çavuş Saleh Mustafa oğlu Məmmədov

Saleh Məmmədov 1995-ci il fevralın 9-da Şəki rayonunun Aşağı Göynük kəndində anadan olub.

Azərbaycan Ordusunun baş çavuşu olan Saleh Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Saleh Məmmədov oktyabrın 24-də Qubadlı döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məmmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məmmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

6 Şubat 2022 Pazar

Mübariz Ağakərim oğlu İbrahimov



7 fevral 22 yaşlı Milli Qəhrəman Şəhid gizir Mübariz Ağakərim oğlu İbrahimovun doğum günüdür 🇦🇿

1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 

Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb.18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir.

Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olur. Mübarizimiz o sayda ermənini qanına qəltən etmişdi ki, nəşindən belə qorxurdular. Ermənistan onun cəsədini 141 gün saxlamışdır. İbrahimovun nəşi 6 noyabrda təhvil verilir. Qanı isə yerdə qalmadı. 44 günlük Vətən müharibəsində mübariz oğullarımız onun timsalında şəhidlərimizin qisasını aldılar. 


Mübariz İbrahimovun müqəddəs ruhu qarşısında baş əyirik!



Cabbarov Səlim Qılman oğlu



Şəhid Cabbarov Səlim Qılman oğlu

Səlim Cabbarov 2002-ci il 6 fevralda Saatlı rayon Şirkət kəndində doğulub.

2018-2019 -cu ildə kənd O.Mirzəyev adına məktəbin məzunu olub.

Vətən müharibəsində qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Vətən uğrunda” medalı ilə təltif edilsinlər:

Cabbarov Səlim Qılman oğlu – əsgər (ölümündən sonra)

Allah rəhmət eləsin.

Cavid Hilal oğlu Mahmudov


Şəhid Kapitan Cavid Hilal oğlu Mahmudov

 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 1995-2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil alıb. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 

Nişanlı idi.


Cavid Mahmudov 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2012-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən isə o, Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Biləsuvar rayonunda dəfn olunub.


Azərbaycan Ordusunun kapitanı olan Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Mahmudov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

5 Şubat 2022 Cumartesi

Natiq Mahmudov Ramazan oğlu


 Şəhid Natiq Mahmudov Ramazan oğlu

1998-ci il fevralın 2-də Zaqatala rayonunun Muxax kəndində anadan olub. 2004-2015-ci illərdə A.Bubuşov adına Muxax kənd tam orta məktəbində təhsil alıb. Subay idi.


Natiq Mahmudov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.


2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Natiq Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.


Natiq Mahmudov noyabrın 5-də Şuşa döyüşləri zamanı ağır yaralanıb. Uzun müddət Respublika Neyrocərrahiyə Xəstəxanasında komada qalıb. Dekabrın 26-da şəhid olub. Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Natiq Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Natiq Mahmudov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!

Əliyev Asiman Vaqif oğlu


 Şəhid mayor Əliyev Asiman Vaqif oğlu

1987-ci il fevralın 1-də Ordubad rayonunu Düylün kəndində anadan olub. Ali təhsilini 2001-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə alan Asiman Əliyev, 2008-2009-cu illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) dinləyici olub.  Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asiman Əliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Bakı şəhərin III Fəxri Xiyabanda dəfn olunub.  Xidməti dövründə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə mükafatlandırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asiman Vaqif oğlu Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

ALLAH RƏHMƏT ELƏSİN.



Azad Azər oğlu Tapdıqov


 Şəhid Azad Azər oğlu Tapdıqov

1 fevral 1997-ci ildə Ağcabədi rayonunun Yuxarı Avşar kəndində anadan olmuşdur.


Azad Tapdıqov 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir.


2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Azad Tapdıqov səfərbər olunmuşdur və hərbi toplantılara çağırılmışdır.


Azərbaycan Ordusunun əsgəri olan Azad Tapdıqov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azad Tapdıqov 9 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ağcabədi rayonunun Avşar kəndində dəfn olunmuşdur.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Tapdıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azad Tapdıqov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azad Tapdıqov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Azad Tapdıqov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Cəfərov Səid Zəfər oğlu


 Şəhid Cəfərov Səid Zəfər oğlu

4 fevral 1993-cü ildə Neftçala rayonunun Xol Qarabucaq kəndində dünyaya göz açmışdır. İlk təhsilini İlqar Səfərov adına Neftçala rayon Mürsəqulu kənd tam orta məktəbində almışdır. Türkiyədə Jandarma Komanda Xüsusi Asayiş Komutanlığında JİAK təməl kursunu fərqlənmə ilə bitirib.


Bu günə qədər baş çavuş rütbəsinə qədər yüksələn Səid bilirdi ki, torpaqlarımızı bir gün işğaldan azad edənlərdən biri olacaq. Elə də olur. 27 sentyabr 2020-ci ildən başlayan Azərbaycanın Zəfər Yolunda Səid də bir qəhrəman baş çavuş kimi Qarabağın azadlığı üçün qazanılmalı olan göydəndüşmə fürsəti əldən vermir və döyüşdən-döyüşə atılaraq var gücü ilə öz qəhrəmanlığını göstərir.


Qəhrəman Səid Şəhid olduğu günə qədər Füzuli, Cəbrayıl, Hadrut və digər torpaqlarımız uğrunda gedən döyüşlərdə xüsusi fərqlənərək böyük qəhrəmanlıq göstərir.


Noyabr ayının əvvəllərindən başlayan Şuşa döyüşündə Səid ən böyük arzusunu yerinə yetirir və dilbər guşəmiz, musiqi, muğam beşiyimiz olan Şuşa şəhərinin azad olunmasında böyük rol oynayır. Şuşanı işğaldan azad edənlərdən biri olur. Atasının adı Zəfər olan baş çavuş Səid Zəfər oğlu Cəfərov Ali Baş Komandan İlham Əliyev xalqına müraciət edib Şuşanın azad edilməsi müjdəsini verən gün, Zəfər Günündə, 8 noyabr 2020-ci ildə xalqımızın Zəfəri qazanmağında böyük rol oynayanlardan biri olaraq son arzusuna Şəhidlik Zirvəsinə də çatır.


Hərbi hissə qarşısında qoyulmuş tapşırıqları böyük fərqlənmə ilə yerinə yetirdiyinə, Şəhid olduğu günə qədər bütün döyüşlərdə böyük qəhrəmanlıq göstərdiyinə görə Şəhid baş çavuş Səid Zəfər oğlu Cəfərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.


Səid Zəfər oğlu Cəfərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Nuriyev Hikmət Mübariz oğlu


 Şəhid Nuriyev Hikmət Mübariz oğlu

Hikmət Nuriyev 2002-ci il fevralın 1-də Lerik rayonunda anadan olub. Subay idi. Hikmət Nuriyev 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Azərbaycan Ordusunun əsgəri olan Hikmət Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hikmət Nuriyev sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!

Samir Xaliq oğlu İslamov


Şəhid Samir Xaliq oğlu İslamov 

1983-cü il fevralın 5-də Sumqayıt şəhərində anadan olub.

Ailəli idi. Dörd övladı yadigar qaldı.


Azərbaycan Ordusunun kapitanı olan Samir İslamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir İslamov oktyabrın 9-da Talış döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir İslamov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Daşdəmirov Taleh Fərhad oğlu


Şəhid Daşdəmirov Taleh Fərhad oğlu

1998 ci il 5 fevralda Şəki rayon Qoxmuq kəndində doğulub.

Kənd məktəbinin məzunu olub.


 İyul döyüşlərindən sonra könüllü kimi yazılmışdı.Döyüşlər başlayanda o,da şəhadətə gülərək yeriyənlərdən oldu.Fizuli, Cəbrayıl rayonlarında eləcə də Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşa döyüşlərində şəhadətə yüksəlib.

Bir saat qalmış sinəsindən vurularaq şəhid olub. 2 aya yaxın itkin kimi axtarırdı...

sonra şəhid olduğu bilindi

26 dekabrda dəfn edildi

Ailəsi axırıncı dəfə 8 noyabrda çəkilmiş videosunu görüb. Nə qədər vaxtdır sağ qayıdacağına ümid edərək gözlədilər. Anası həftələrlə stolu qapının ağzına qoyub gecəni yatmadan oradaca gözləyib. Deyirdi birdən oğlum gələr qapıda qalar. Allah ailəsinə səbir versin..


Bayrı İmanov Mirzə oğlu



Şəhid Bayrı İmanov Mirzə oğlu

Bayrı İmanov Mirzə oğlu 1996-cı il fevralın 5-də Salyan rayonunun Qaraçala kəndində anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) ali təhsil alıb.


Azərbaycan Ordusunun əsgəri olan Bayrı İmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Bayrı İmanov noyabrın 10-da şəhid olub. Salyan rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayrı İmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayrı İmanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.



3 Şubat 2022 Perşembe

Məkan Mübariz oğlu Qəhrəmanov


 Şəhid Məkan Mübariz oğlu Qəhrəmanov

Məkan Qəhrəmanov 3 fevral 1999-cu ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur.

2005-2016-cı illərdə Ağcabədi rayon Minaxorlu kənd orta məktəbində təhsil almışdır.

Məkan Qəhrəmanov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun tərkibində etmişdir. Hərbi xidmət müddətində 2018-cı il mayın 20-dən 27-nə qədər davam edən Günnüt əməliyyatında iştirak etmiş və fərqlənmişdir. Hərbi xidmətini 2020-ci ilin iyul ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Məkan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Məkan Qəhrəmanov 10 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ağcabədi rayonunun Minaxorlu kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Tural Əsədov Sərvan oğlu


 Şəhid Tural Əsədov Sərvan oğlu


  Fevral ayıbnın 2-si 1990-cı ildə Beyləqan şəhərində anadan olub. Azərbaycanın Milli Qəhrəmanı  N.Allahverdiyev adına Beyləqan şəhər 1 nömrəli tam orta məktəbini bitirib.

  2008-ci ildə həqiqi hərbi xidmətdə olub, 2010-cu ildə hərbi xidmətdən tərxis olub.Öz halal zəhməti ilə ailəsini  dolandırardı. Bu halallığı da ona həmişə baş ucalığı gətirərdi.   Atası Əsədov Sərvan Mərdanalı  oğlu  elimizin igid oğlu Tural barədə, onun keçdiyi  döyüş yolundan qürurla danışdı.

Tural 2020-ci ilin sentyabrın 21-də çağırışla  hərbiyə gedib. Əvvəlcə Turalgili Beyləqan rayon  səfərbərlik  idarəsinə çağırdılar. O, tərəddüd etmədən komisarlığa getdi. Burada  çoxlu adam var idi. Onlar hamısı  döyüşmək üçün  komissarlığa müraciət etməyə gəlmişdilər.Onlarla bərabər Tural da  qeydiyatdan keçib hərbi hissələrə göndərildi. Onları Beyləqandan Ağcəbədinin taxta körpüsü deyilən yer var ora aparıblar. Oradan  da Ağdamın Ergi qəsəbəsinə aparıblar. Ergidən isə Füzuli rayonunun Alıxanlı kəndinə gəliblər.    

 Döyüş yolu Füzuli rayonunun  Alıxanlı kəndindən, Cəbrayıl, Zəngilan, Qubadlıya kimi olub.Sonuncu döyüş yeri Şuşa  şəhərində olub. Şuşa şəhərinin erməni işğalçılarından azad olunması uğurunda döyüşüb. Şuşa şəhərini azad  edən zaman zəng eləyib dedi:

 -Papa (Mənə  papa , anasına mama deyə müraciət edərdi)  muştuluğumu ver. Şuşanı erməni işğalçılardan azad etmişik. Bununla da  səsi kəsildi. Şuşa alınan günü o şəhid oldu. Həmin günü Turala nə qədər zəng etdimsə də ondan cavab gəlmədi.   Şuşa alınan günü,noyabr ayının  8-də şəhid olub. 9 noyabr 2020-ci il tarixdə Beyləqan rayonu Cərciz Peyğəmbər  ziyarətgahında  Şəhidlər xiyabanında  dəfn olunub.Allah bütün şəhidlərimizə rəhmət eləsin.

O, qəhrəman oğulun  anasının  Əsədova  Əntiqə   İbrahim qızının övladı haqqında xatirəsini dinləyirəm. Dərddən sinəsi oyma-oyma olan Əntiqə  ana Turallı günlərdən danışdı:

- Ailədə dörd uşaq idilər. İki qardaş, iki bacı  indi. Əsədova Minavər Sarvan qızı, Əsədova Zeynəb Sarvan qızı, Əsədov Malik Sarvan oğlu, bir də Tural.İndi övladlarımın  hər birinin öz  təsərüfatı var. Ayrı yaşayırlar.

   Tural ailəsi ilə  bizimlə qalırdı. İki qızı qaldı, ondan bizə yadigar Əsədova  Turanə Tural qızı, Əsədova Fatimə Tural qızı. Qızlarını çox istəyirdi. İşdən evə gələn kimi  qızları atasına tərəf qaçaraq soruşardılar ki, “ata bizə nə almısan?”.Atası da onları bağrına basar aldığı hədiyyələrlə onları sevindirərdi.Xoşbəxt anlar idi...

  Fəhlə işləyirdi . Qaz-24 markalı maşını var. İndi qalıb həyətin bir küncündə. O maşınla işə gedib gələrdi...

   Axırıncı günü  noyabrın  7-də saat yeddi radələrində biz ona zəng elədik. Telefonu açmadı.

   Oturmuşdum evdə. Nədənsə Turalı düşünürdüm. Düşünürdüm ki, telefonu nə üçün açmadı?  Bəlkə başına nə isə gəlib? Saat səkkiz idi.O, özü zəng elədi.Telefonu açdım.Dedi:

  -Mama  nə ilə məşğulsan? 

Dedim :

 -Bala, heç nə. Evdəyəm. Dedim ki, nədir. Nə olub?

Sevincək səslə dedi:

  -Mama, gedirəm Şuşaya. Ondan sonra səs-küy olmadı. Bir də səhər tezdən eşitdik ki, şəhid olub.

   Həyat yoldaşı  Ağazadə Mətanət  Eyvaz qızı gözləri dolmuş halda  danışdı: 

- Axırıncı dəfə oktyabrın 10-da evə gəlmişdi. Maşın gətirmişdi. İki nəfər idilər. Döyüşçü yoldaşı buraları yaxşı tanımadığı üçün  onunla gəlmişdi. Həmin  maşını təmir elətdirdi. Oktyabr ayının  15-də  döyüşçü yoldaşlarının yanına qayıtdılar. Getməmişdən qabaq dostlarından kiminsə şəhid olmasını eşidən Tural uşaq kimi ağlamağa başladı.  Bu vaxt böyük qızı onun yanına gəldi. Qızını  qucağına götürüb bağrına basdı və  başını sığallayaraq dedi:

- Mənim gözəl qızım,  indi mən ölsəm, şəhid olsam sən ağlama. Axı, sən böyümüsən.Sən atanın  ağıllı qızısan, bacına, anana arxa-dayaq olacaqsan...

   Bu sözlərini eşidəndə ona yaxınlaşdım, Tural mənim nə demək istədiyini anladı:

 - Sözdür də deyirəm, Mətanət, narahat olmayın. Mətanət, mən  sizi heç vaxt tək qoymaram... 

   Bu sözləri deyib Tural qapıdan çıxdı. 

   Qızı ona tərəf qaçaraq, “ata niyə bizi öpməmiş gedirsən?” soruşanda, “qızım, tələsirəm, qayıdanda sizi öpəcəyəm”cavabını verdi  və  maşınına oturub getdilər...

   Biz Turalın evə qayıdışını  belə gözləmirdik...

  Gözləyirdik ki, mənfur ermənilərə qalib  gələrək evimizə qələbə ilə, zəfərlə qayıdacaq.Buna inanırdım. İnanırdım ki, axırıncı dəfə evdən çıxarkən  qızlarına verdiyi sözü yerinə yetirəcək. Onları bağrına basıb öpəcək... Onları sevindirəcək...

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən "Vətən uğrunda”və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.


 Allah rəhmət eləsin!