17 Mayıs 2022 Salı

Əhliman Rəhman oglu Mehdiyev


 Şəhid Əhliman Rəhman oglu Mehdiyev

17 may 2002-ci ildə İmişli rayonunun Məzrəli kəndində  anadan olmuşdur. 2008-2019-cu illərdə İmişli rayon Məzrəli kənd tam orta məktəbində təhsil almışdır. Subay idi.

Əhliman Mehdiyev 2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Əhliman Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Koroğlu yüksəkliyi və Ömər aşırımı istiqamətində gedən döyüşlərdə 2 dəfə yaralansa da, döyüş gedən ərazini tərk etməmiş və döyüşlərdə vuruşaraq fərqlənmişdir. Əhliman Mehdiyev 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Doğulduğu İmişli rayonunun Məzrəli kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.


11 Mayıs 2022 Çarşamba

Fərid İmran oğlu Zaməddinov


 

Şəhid Gizir Fərid İmran oğlu Zaməddinov

1986-cı il mayın 11-də Oğuz şəhərində İmran və Nərgiz Zaməddinovların ailəsində anadan olub.1992-2003-cü illərdə Oğuz şəhəri E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.


 Ailəli idi. Nəzrin və Nərmin adına 2 qızı, Aqşin adında isə 1 oğlu yadigar qaldı.


Fərid Zaməddinov 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.


Azərbaycan Ordusunun giziri olan Fərid Zaməddinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Zaməddinov noyabrın 10-da Talış istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Oğuz Şəhidlər Xiyabanında dəfn olunub.


"Vətən uğrunda" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin


Elmir Süleymanlı


 

Şəhid Elmir Süleymanlı


19 yaşlı şəhid Elmir Aqil oğlu Süleymanlı 

11 may  Ağsu rayonunun Gəgəli kəndində doğulub.

19 yaşlı gənc şəhidimiz Elmir 1 il dörd ay idi ki, hərbi xidmətdə olan Elmir Süleymanlı döyüşlərə qatılaraq şücaət göstərib. Düşmənə sarsıdıcı zərbələr endirərək Vətən torpağını işğalçılardan xilas etmək üçün son nəfəsinə qədər vuruşub. Qəhrəmanımız öz qardaşı ilə eyni cəbhədə döyüşsə də,Elmir onu görmür.


 Sonuncu dəfə atası ilə telefonla danışaraq halallıq istəyib. Və bu, onun ailəsinə sonuncu zəngi olub.

Vətən Müharibəsində Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub


Allah rəhmət eləsin


8 Mayıs 2022 Pazar

Milli Qəhrəman İlqar Anzor oğlu Mirzəyev



 

2020-ci il iyulun 12-16-da baş verən döyüşləri zamanı Artilleriya Komandiri olan İlqar Mirzəyev.

Milli Qəhrəman İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olmuşdur.

İlqar Mirzəyev tələbə olan zaman (1995-ci il)

İlqar Mirzəyev 1980-cı ildə Qardabani şəhərində tam orta məktəbin birinci sinfinə daxil olmuşdur və 1990-cı ildə oradan məzun olmuşdur.[2] 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Müharibənin yeni-yeni alovlandığı 1991-ci ildə İlqar Mirzəyev sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) vermişdir.

İlqar Mirzəyev 1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olmuşdur və 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirmişdir.

2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olmuşdur.

2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurmuşdur.

İlqar Mirzəyev Güllü Mirzəyeva ilə ailəli idi. Elvin adında oğlu və Gülnarə adında qızı yadigar qaldı.

İlqar Mirzəyev 1995-ci il iyunun 17-dən 1995-ci il noyabrın 12-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Tağımının Komandiri, 1995-ci il iyunun 12-dən 1997-ci il martın 3-nə qədər isə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Tank Artilleriya Kursantları Tağımının Komandiri vəzifəsində xidmət eləmişdir.

Daha sonra o, 1997-ci il martın 3-dən 1998-ci il yavarın 20-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Taborunun Kursantlar Bölüyünün Tağım Komandiri, 1998-ci il yanvarın 20-dən 1998-ci il noyabrın 11-nə qədər isə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Taborunun Kursantlar Bölüyünün Komandiri vəzifəsində xidmət eləmişdir. Qüsursuz xidmətinə görə ona Müdafiə Nazirliyinin 19 oktyabr 1997-ci il tarixli əmrinə əsasən "baş leytenant" hərbi rütbəsi verilmişdir.

İlqar Mirzəyev 1998-ci il noyabrın 11-dən 2001-ci il iyunun 14-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Tədris prosesinin təminatı Taborunun Artilleriya batareyasının Komandiri vəzifəsində xidmət eləmişdir və xidməti zamanı Müdafiə Nazirliyinin 27 dekabr 2000-ci il tarixli əmrinə əsasən "kapitan" hərbi rütbəsi almışdır.

2001-ci ildən başlayaraq isə İlqar Mirzəyev bölgələrdə yerləşən hərbi hissələrdə xidmət eləmişdir. 2001-ci il iyunun 14-dən 2002-ci il iyulun 31-nə qədər "N" saylı hərbi hissənin Qərargah rəisi və haubitsalı artilleriya divizionu Komandirinin müavini, 2002-ci il iyulun 31-dən 2003-cü il avqustun 10-na qədər isə "N" saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət edən İlqar Mirzəyev, Müdafiə Nazirliyinin 13 dekabr 2002-ci il tarixli əmrinə əsasən "mayor" hərbi rütbəsi almışdır.

İlqar Mirzəyev 2003-cü ilin avqustunda Müdafiə Nazirliyi tərəfindən ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göndərilmişdir. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurmuşdur.

Təhsilini başa vurduğdan sonra mayor İlqar Mirzəyev, 2005-ci il iyulun 2-dən 2007-ci il yanvarın 7-nə qədər "N" saylı hərbi hissə Komandirinin müavini vəzifəsində xidmət eləmişdir. Daha sonra isə o, 4 il ərzində - 2007-ci il yanvarın 7-dən 2011-ci il iyulun 29-na qədər "N" saylı hərbi hissənin əməliyyat bölməsinin rəisi - Qərargah rəisinin əməliyyatlar üzrə müavini vəzifəsində xidmət eləmişdir.

2011-ci il iyunun 29-dan 2012-ci il fevralın 28-nə qədər "N" saylı hərbi hissədə artilleriya divizionunun Komandiri vəzifəsində xidmət edən İlqar Mirzəyev, 2012-ci il fevralın 28-dən 2012-ci il iyulun 28-nə qədər "N" saylı hərbi hissədə atəşə dəstək bölməsinin rəisi və hərbi hissənin atəş dəstək üzrə koordinatoru vəzifəsində xidmət eləmişdir. Qüsursuz xidmətinə görə Müdafiə Nazirliyinin 26 iyun 2012-ci il tarixli əmrinə əsasən ona "Polkovnik" hərbi rütbəsi verilmişdir.

Daha sonra İlqar Mirzəyev 2012-ci il iyulun 7-dən 2013-cü il iyulun 4-nə qədər "N" saylı hərbi hissədə artilleriya divizionunun Komandiri və hərbi hissənin atəşə dəstək üzrə koordinatoru vəzifəsində, 2013-cü il iyulun 4-dən 2013-cü il dekabrın 28-nə qədər isə "N" saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət eləmişdir.

Növbəti 2 il ərzində o, xidmətini Müdafiə Nazirliyində davam eləmişdir. İlqar Mirzəyev 2013-cü il dekabrın 28-dən 2015-ci il avqustun 8-nə qədər Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Döyüş və döyüş təminatı şöbəsinin inspektoru vəzifəsində xidmət eləmişdir.

2 il ərzində Müdafiə Nazirliyində xidmət edəndən sonra o, 2015-ci il avqustun 14-dən 2015-ci il oktyabrın 28-nə qədər "N" saylı hərbi hissənin Komandir müavini və Qərargah rəisi vəzifəsində xidmət eləmişdir.

İlqar Mirzəyev 2015-ci il oktyabrın 28-də isə "N" saylı hərbi hissənin Komandiri idi.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı "N" saylı hərbi hissənin Komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan səddi" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilmişdir və 7 strateji nöqtə işğaldan azad edilmişdir.

İlqar Mirzəyev 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alındı və Ermənistan Ordusu geri oturduldu.

Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı.

İyulun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib.[6] 3-cü Ordu Korpusunun Qərargah rəisi Polad Həşimov və Artilleriya rəisi İlqar Mirzəyevin də qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib. İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib.

Cəza tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib.

İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.[8] Gecə döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan Ordusuna məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.

7 Mayıs 2022 Cumartesi

BABAZADƏ MƏHƏMMƏD CAVANŞİR oğlu


  Şəhid MAXE  BABAZADƏ MƏHƏMMƏD CAVANŞİR oğlu

O,  05.05.1995-ci ildə Astara rayonu, Marzəsə kəndində anadan olub. Məhəmməd Vətən müharibəsində igidlik və mərdlik göstərərək 28.09.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimiz subay idi.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "İgidliyə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Mövludun mübarək olsun qardaş



ABBASOV ELVİN ŞAMİL


 Şəhid MAXE ABBASOV ELVİN ŞAMİL oğlunun doğum günüdür.

O, 06.05.1992-ci ildə Tərtər rayonu, Umudlu kəndində anadan olub. Elvin Vətən müharibəsində igidlik və mərdlik göstərərək 07.11.2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Elvin ailəli idi. İki övladı Vətənə əmanətdir.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.