Vətən torpağı bizim üçün səcdəgahdır,toxunulmazdır,müqəddəsdir.Əsil vətəndaş odur ki,öz vətəninin azadlıq və istiqlaliyyəti uğrunda hər an canını , qanını verməyə hazırdır.Vətən uğrunda canından keçən qərəmanlar əbədi bir həyata qovuşur,öldükdən sonra şərəflə yad edirlər.
Страницы
- Əsas səhifə
- Azərbaycan Respublikası
- Azərbaycan Silahlı Qüvvələri
- Milli Qəhrəmanlarımız
- Qəhrəman qadınlar
- Foto 1988-1994
- Foto
- Video
- Şerlər
- 2-5 aprel 2016
- 31 Mart soyqırımı
- 20 Yanvar
- Qarabağ
- Ağdam
- Ağdərə
- Cəbrayıl
- Füzuli
- Kəlbəcər
- Laçın
- Qubadlı
- Şuşa
- Xocalı
- Xocavənd
- Zəngilan
- Təqvim
- Tovuz döyüşləri
- 27 Sentyabr 2020 - Qarabağ Azərbaycandır !
- İkinci Qarabağ muharibəsi Qəhrəmanları
- İkinci Qarabağ müharibəsi Şəhidlərimiz
- Foto - II Qarabağ müharibəsi
- Əlaqə
19 Aralık 2020 Cumartesi
16 Aralık 2020 Çarşamba
12 Aralık 2020 Cumartesi
Şəhid Umarov Vüsal
Umarov Vüsal 1989-cu il iyul ayının 7-də Rusiya Federasiyası Kemerovo vilayətinin Prokapevski şəhərində anadan olmuşdur.1995-ci ildə Poştbinə məktəbinə daxil olmuş,2006-cı ildə həmin məktəbin məzunu olmuşdur.2006-cı ildə Balakən RHP-ğu tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. (Az. Resp-sı SQ-nin) 2009-cu ildə ehtiyata buraxılmışdır. 2012-ci ildə Az. Resp-sı Təlim Tədris mərkəzinin GHK (Gizir hərbi kursu)-na daxil olmuşdur ,həmin illin oktyabr ayında Az. Resp-sı MN-nin müvafiq əmrinə əsasən, Gizir hərbi rütbəsi almışdır. 2013- cü ilin noyabr ayında Ağcabədi rayon Aran kəndində 097 saylı hərbi hissədə tank komandiri vəzifəsində təyin olunmuşdur. "Beynəlxalq ordu oyunları-2020" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində Azərbaycanı layiqincə təmsil edərək komandamızın 4-cü yeri tutmağında rolu olmuşdur. Müharibənin ilk günlərində sentyabrın 28-də Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəlidir, 2 övladı var.
Allah rəhmət eləsin. Vətən sağolsun.
Balakən rayonu Nizami adına şəhər 1 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Zeynalova Jalə
11 Aralık 2020 Cuma
Şəhid Əhmədli Aydın
Əhmədli Aydın Mustafa oğlu 12.03.2002-ci ildə Şəki rayonu orta Zəyzid kəndində anadan olmuşdur. 2008- ci ildə Şəki şəhəri Orta Zəyzid kənd 2 saylı tam orta məktəbinə qədəm qoymuşdur. 2012 - ci ildə Bakı şəhəri Qorxmaz Baxşıyev adına 179N- li tam orta məktəbində təhsilini davam etdirmişdir. 03.04.2020- ci ildə Hərbi komissarlığa çağırışı olub. Ağcabədi rayonu Minəxorlu kəndində 161 nomrəli çastda xidmət edib. 27.10.2020 tarixində başlayan 2- ci Qarabağ döyüşlərində iştirak edib.Vətənini çox sevən Aydın sevərək vətəninə xidmət edirdi.Aydin çox ağıllı, tərbiəli,ailəcanlı bir övlad idi. Onun gələcəklə bağlı çoxlu planları və xəyalları vardı. Lakin bütün bunlar xəyal olaraq qaldı.Aydın 8.10.2020- çi il tarixində Füzuli döyüşlərində qəhrəmancasına Şəhid olur. Arxada həyatla tək mücadilə aparan gözüyaşlı ana,2 bacı və bir qardaş qoydu. Allah rəhmət etsin . Məkanınız cənnət olsun.
Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin 7 -ci sinif şagirdi Abdullayeva Aydan
10 Aralık 2020 Perşembe
Şəhid Tülüyev Yaşar
Balakən rayonu Nizami adına 1 saylı tam ğ məktəbin VII sinif şagirdi Tülüyeva Səma
İki qəhrəman Samir Şibliyev və Xizriyev Mahir
Samir Şibliyev.
Mənim yaxın qohumumdur.Qarabağ uğrunda gedən döyüşdə iştirak edib. O , Şuşa, Füzuli, Ağdam, Daşalti, Talış kəndi, Hardrut, Goranboy, Tərtər uğrunda gedən döyüşdə iştirak edib.O, həm düşmənlərlə üz -üzə gəlmişdir həm də düşmənləri snayper ile məhv edib.Seninle qurur duyuruq.
Xizriyev Mahir.
O , kəşfiyatçıdır. Döyüş tapşırığını yerinə yetirmişdir.Hal hazırda o muharibə olan ərazilərdədir.27 yaşı vardır.Mənim yaxin qohumumdur.
Balakən rayonu Nizami adına 1 saylı tam ğ məktəbin VIII sinif şagirdi Süleymanlı Emilya
ŞƏHİD HUSEYINOV ƏSGƏR VÜQAR OĞLU
24.12.1998-ci ildə Balakən rayonu Kortala kəndində anadan olmuşdur.
Əsgər Kortala kəndi Qurban Nağıyev adina tam orta məktəbində təhsil almişdir.
2004-cü ildə orta məktəbə daxil ol-
muş və 2014-cü ildə tam orta məktəbi bitirmisdir.
2016-ci ildə hərbi xidmətə yollanib.
Əsgər 2020-ci il 2-cı Qarabağ Müharibəsində Xocavənd rayon Tutu kəndində gedən döyüşlərdə iştirak etmişdir. Hüseyinov Əsgər bu müharibədə bir çox yoldaslarini Asif Məmmədov və s. digər əsgərləri erməni atəşindən xilas etmiş və 25 oktyabrda qəhrəmancasina şəhid olmuşdur.
Balakən rayonu Nizami adına 1 saylı tam ğ məktəbin VIII sinif şagirdi
Abdullayeva ŞəhlaHüseynov Əsgər Vaqif oğlu
Şəhid Hüseynov Əsgər 23.12.1998- ci ildə Balakən rayonunun Kortala kəndində anadan olub. 2004 -cü ildə Qurban Nağıyev adına Kortala tam orta məktəbinə daxil olub. 2012- ci ildə 9 illik təhsilini başa vurub. Daha sonra təhsilini Zaqatala Rayonu Əliabad İslam Mədrəsəsində davam etdirib. 03.01.2017- ci ildə hərbi xidmətə çağırılmışdır.2019 -cu ildə hərbi xidməti başa vurub.
29.09.2020 -ci il tarixində Vətən müharibəsi döyüşlərinə qatılıb.
25.10.2020 -ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını döyüş meydanından xilas eləyib, özü isə qəhrəmancasına döyüşərək şəhid olub.
26.10.2020 -ci ildə Balakən rayonunda dəfn olunub.
Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin VIII sinif şagirdi Abdullayeva Nərgiz.
Tülüyev Yaşar Aydın oğlu
Qəhrəman əsgər
Tülüyev Yaşar Aydın oğlu 1993.05.07 tarixində Balakən rayonunda anadan olub. 2010-cu ildə M.F.Axındov adına Sarıbulaq kənd tam orta məktəbini bitirib. Musiqiyə həvəsi çoxdur. 2007-ci ildən sintezator ifa edir. 28.09.2020-ci tarixində səfərbəylikdə müharibəyə çağırılmışdır. İlk dəfə Goranboyda oldu, sonra Kəlbəcər rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Hal-hazırda Murov dağ yüksəkliklərindədir.
Allah bütün əsgərlərimizi saxlasın!!!
Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin VII sinif şagirdi Tülüyeva Səma
9 Aralık 2020 Çarşamba
Novruzov Amin Tacəddin oğlu
Novruzov Amin Tacəddin oğlu
Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin X sinif şagirdi Musayeva Gülay
Şəhid Sarkayev Nəcməddin Əli oğlu.
Canını vətən yolunda verən şəhidimiz Sarkayev Nəcməddin Əli oğlu. 1990-cı il Balakən rayonu Şərif kəndində anadan olmuşdur. 2017-ci ildə 1-ci Qarabağ müharibəsində şəhid olan Natiq Davudovun adını daşıyan Şərif 1 saylı kənd tam orta məktəbini əla qiymətlərlə bitirmiş və hərbi xidmətə yollanmışdır.
2-ci Vətən müharibəsi başlayanda könüllü yola düşmüşdür. 21 yaşına da elə cəbhədə girən igidimizə göstərdiyi qəhrəmanlığına görə Gizir hərbi rütbəsi verilərək təltif edilmişdir. Avar-əsilli olan igidimiz vətən dediyi torpaqları canı bahasına qorudu. Ağdərə - Tərtər istiqamətində Şəhidlik zirvəsinə ucaldı. Məzun günü Üçrəngli Bayrağımızı özüm götürəcəm deyə bütün sinifə meydan oxumuşdur və götürmüşdü. 05.11.2020 -ci ildə isə onun bayrağa bükülmüş tabutu gəldi.
Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin X sinif şagirdi İbadova Nəsrin
Əlisultanov Vahid Tahir oğlu
10.11 1994-cu ildə Balakən rayonu Gərəkli kəndində anadan olub.
2001-ci ildə orta məktəbə daxil olmuş və 2011-ci ildə tam orta məktəbi bitirdikdən sonra , 2013-cu ildə hərbi xidmətə yollanıb.
2016-ci ildən gizir vəzifəsində işləyib.
Vahid 2020-ci ilin noyabr ayında 2-ci Qarabağ müharibəsi - Qubadlı döyüşlərində qəhrəmancasına şəhid olub.
Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin VII sinif şagirdi İbrahimov İsmayıl.
Muradov Kənan Cavid oğlu
Muradov Kənan Cavid oğlu 10.07.2002- ci ildə Balakən rayon Gərəkli kəndində anadan olub. 2009- cu ildə Balakən rayon M.Müşfiq adına Gərəkli tam orta məktəbində 1-ci sinfə daxil olub. 2019- cu ildə 11 illik tədrisini başa çatdırdıqdan sonra 2020-ci il 25 iyul tarixində hərbi xidmətə yola düşüb. Ağcabədi rayonu 704 saylı hərbi hissədə bir ay qaldıqdan sonra Beyləqan rayon 702 saylı hərbi hissəyə gətirilərək hərbi xidmətini burada dəvam etdirmişdir. II Qarabağ müharibəsi başlayarkən Kənan da işğal altındakı torpaqlarımızın azadlığı uğrunda vuruşmuş , iki ay on iki günlük əsgərlik müddətindən sonra 18 yaşında ikən 06.10.2020 -ci il tarixində Cəbrayıl uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. 07.10.2020-ci il tarixində Balakən rayon Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin X sinif şagirdi İsaxəliyeva Arzu
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09 dekabr 2020, 17:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilsin:
Mehdiyev İlham İsmayıl oğlu – general-leytenant
Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant
İslamzadə Namiq Sərəfruz oğlu – general-mayor
Məmmədov Zaur Sabir oğlu – general-mayor
Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor
Cahangirov Ələkbər Məhəmməd oğlu – polkovnik
Ələkbərov Babək Mürsəl oğlu – polkovnik
Hüseynov Telman Əsgər oğlu – polkovnik
İsrayılov Raqif İbadulla oğlu – polkovnik
Qurbanov Babək Vahid oğlu – polkovnik
Mövlanov Nizami Bəydəmir oğlu – polkovnik
Nudirəliyev Zaur İsmayıl oğlu – polkovnik (ölümündən sonra)
Sultanov Vüsal Eynulla oğlu – polkovnik
Yusibov Zəfər Qəzənfər oğlu – polkovnik
Zeynalov Zaur İlham oğlu – polkovnik
Quliyev Zaur Hikmət oğlu – 1-ci dərəcəli kapitan
Abdurahmanov Əfqan Ağasəf oğlu – polkovnik-leytenant (ölümündən sonra)
Baxışov Səxavət Mamed oğlu – polkovnik-leytenant
Camalov Ceyhun Fikrət oğlu – polkovnik-leytenant
Cəfərov Ramiz Sübhan oğlu – polkovnik-leytenant (ölümündən sonra)
Əkbərov Orxan Nadir oğlu – polkovnik-leytenant (ölümündən sonra)
Əliyev Anar Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra)
İbrahimov Xaliq Arif oğlu – polkovnik-leytenant
İmrəliyev Füzuli Şiraslan oğlu – polkovnik-leytenant
Qasımov Faiq Qaçay oğlu – polkovnik-leytenant (ölümündən sonra)
Qasımov Ramiz Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra)
Qebedov Elnur Ceerov oğlu – polkovnik-leytenant
Mirzəyev Anar Mehman oğlu – polkovnik-leytenant
Nadirov Rəşad Soltanağa oğlu – polkovnik-leytenant
Ağayev Vüqar Əhməd oğlu – mayor (ölümündən sonra)
Bağıyev Mirdamət Səristan oğlu – mayor
Bayramov Elbrus Eyvaz oğlu – mayor (ölümündən sonra)
Heydərov Amid Rəbbil oğlu – mayor (ölümündən sonra)
Həsənov Saleh Valeh oğlu – mayor
Hüseynquliyev Şahin Yusif oğlu – mayor
Hüseynov Zaur Rahat oğlu – mayor
Qaflanov Şixamir Oruc oğlu – mayor (ölümündən sonra)
Qasımov Anar Misir oğlu – mayor
Quliyev Röyal İlham oğlu – mayor
Qurbanov Səfər Qurban oğlu – mayor
Mansurov Elçin Elşən oğlu – mayor (ölümündən sonra)
Məmmədov Anar İbrahim oğlu – mayor
Orucov İlqar Rəhman oğlu – mayor
Səfərli Gündüz Ağamməd oğlu – mayor
Səfərov Elvin Sərraf oğlu – mayor
Şirinov Elnur Ramiz oğlu – mayor
Şükürov Anar Mehman oğlu – mayor (ölümündən sonra)
Abdullayev Rəşad Arif oğlu – kapitan (ölümündən sonra)
Babayev Nihad Akif oğlu – kapitan (ölümündən sonra)
Bağırlı Qəzənfər Kərim oğlu – kapitan
Bədəlov Nicad Mehman oğlu – kapitan
Əliyev Fərid Vaqif oğlu – kapitan
Həsənov Ceyhun Aydın oğlu – kapitan (ölümündən sonra)
Hudulov Ramazan İzzət oğlu – kapitan
Qasımlı Rəşad Məzahir oğlu – kapitan
Mahmudov Cavid Hilal oğlu – kapitan (ölümündən sonra)
Musibov Veysəl Yadullayeviç – kapitan (ölümündən sonra)
Noçuyev Surxay Əbdül oğlu – kapitan (ölümündən sonra)
Səmədov İsmayıl Məhəmməd oğlu – kapitan (ölümündən sonra)
Şıxnəbiyev Renat Güləmməd oğlu – kapitan
Ağayev Qəzənfər Mahmud oğlu – baş leytenant
Balacayev İzzət Zakir oğlu – baş leytenant
Behbudov Cavid Ədalət oğlu – baş leytenant
Bədəlov Valeh Vahid oğlu – baş leytenant (ölümündən sonra)
Hümbətov Azad Arif oğlu – baş leytenant (ölümündən sonra)
İbrahimli Adil Asəm oğlu – baş leytenant (ölümündən sonra)
Allahyarov Şahin Hüseynbala oğlu – baş gizir (ölümündən sonra)
Cəbrayılov Sübhan Rahim oğlu – baş gizir (ölümündən sonra)
Hüseynov Yaşar Əhəd oğlu – baş gizir
İsmayılov Camal Vidadi oğlu – baş gizir (ölümündən sonra)
Niftəliyev Mehrab Söhrab oğlu – baş gizir (ölümündən sonra)
Yusifli Azər Nazim oğlu – baş gizir (ölümündən sonra)
Əsgərli İntiqam Bayram oğlu – gizir (ölümündən sonra)
Vəliyev Elyar Arif oğlu – gizir (ölümündən sonra)
Cabbarov Orxan Rövşən oğlu – kiçik gizir (ölümündən sonra)
Əhmədov Yaşar Mirağa oğlu – kiçik gizir
Hüseynov Əli Rəşid oğlu – kiçik gizir
İbrahimli Nail Nəriman oğlu – kiçik gizir (ölümündən sonra)
Novruzov Amin Tacəddin oğlu – kiçik gizir (ölümündən sonra)
Zalov Fəqan Amil oğlu – kiçik miçman (ölümündən sonra)
Abdullazadə Azər Rizvan oğlu – əsgər
Əflətov Murad İlyas oğlu – əsgər
Yaqubov Vüsal Elşən oğlu – əsgər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 dekabr 2020-ci il.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09 dekabr 2020, 17:45Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin:
Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra)
Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra)
Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 dekabr 2020-ci il.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09 dekabr 2020, 17:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
“Zəfər” ordeni ilə
Həsənov Zakir Əsgər oğlu – general-polkovnik
Eyvazov Vilayət Süleyman oğlu – general-polkovnik
Quliyev Elçin İsağa oğlu – general-polkovnik
Nağıyev Əli Nağı oğlu – general-polkovnik
Sultanov Orxan Sedyar oğlu – general-polkovnik
Həsənov Ayaz Binyat oğlu – general-leytenant
Tahirov Ramiz Firudin oğlu – general-leytenant
Vəliyev Kərim Tofiq oğlu – general-leytenant
Kərimov Anar Təvəkkül oğlu – general-mayor
Məhərrəmov Aqşin Ramiz oğlu – general-mayor
Sultanov Ağamir Əzizxan oğlu – general-mayor
Tağıyev Rəsul Afiq oğlu – general-mayor
Dadaşov Haxverdi Xudaverdi oğlu – polkovnik
Həmidov Şükür Nəriman oğlu – polkovnik (ölümündən sonra)
Qapaqov Elşən Rafiq oğlu – polkovnik
Quliyev Mətin Ramiz oğlu – polkovnik
Məmmədov Baxşəli Musa oğlu – polkovnik
Məmmədov Samir Adil oğlu – polkovnik
Mirzəyev Nəsib Tahir oğlu – polkovnik
Nağıyev Məhəmməd Biladon oğlu – polkovnik
Pirverdiyev Akif Səməndər oğlu – polkovnik
Samidli Babək Mətləb oğlu – polkovnik (ölümündən sonra)
Qasımov Azər Əlövsət oğlu – polkovnik-leytenant
Rizvanov Anar Tofiq oğlu – polkovnik-leytenant
Süleymanov Rəsul Təvəkkül oğlu – polkovnik-leytenant
Şıxalıyev Nəsimi Yarməmməd oğlu – polkovnik-leytenant
Hacıyev Pərvin Aleksandr oğlu – mayor
İbrahimov Sahib Bayram oğlu – mayor
Mustafayev Bəxtiyar Əli oğlu – mayor
Rəhimov Zaur Şirinbəy oğlu – mayor
Babayev Şamil Baloğlan oğlu – kapitan (ölümündən sonra)
Mahmudov Anar Zahid oğlu – kapitan
Tağıyev Cavid Aydın oğlu – kapitan
“Qarabağ” ordeni ilə
Məmmədov Şahin İsgəndər oğlu – general-leytenant
Nağıyev Əfqan Vəli oğlu – general-leytenant
Osmanov Nizam Ramazan oğlu – general-leytenant
Rəhimov Arzu Yusif oğlu – general-leytenant
Abdullayev Cavid Mirhəmzə oğlu – general-mayor
Bağırov Ramin Sabir oğlu – general-mayor
Bərxudarov Mayis Şükür oğlu – general-mayor
Eminov Məmməd Şəmil oğlu – general-mayor
Həsənov Hikmət Hüseyn oğlu – general-mayor
Kazımov Vasif Ramiz oğlu – general-mayor
Abdullayev Rafael Kamil oğlu – polkovnik
Cəfərov Ceyhun Sədulla oğlu – polkovnik
Əlövsədov Həsən Əli oğlu – polkovnik
Quliyev Xaliq Qulu oğlu – polkovnik
Məmmədov Teymur Davud oğlu – polkovnik
Məşədiyev Taleh Vəliyət oğlu – polkovnik
Musayev Telman Qurban oğlu – polkovnik
Namazov Eldəniz Firuddin oğlu – polkovnik
Omarov Barat Bayram oğlu – polkovnik
Orucəliyev Mayis Mirzəyar oğlu – polkovnik
Pənahov Elşad İslam oğlu – polkovnik
Rəhimov Rəşad Manaf oğlu – polkovnik
Rüstəmov Zaur Zeynalabdul oğlu – polkovnik
Rzayev Gülməmməd Tofiq oğlu – polkovnik
Seyfullayev Cəbi Güləhməd oğlu – polkovnik
Şıxiyev Həbib Vələddin oğlu – polkovnik
Abduləzizov Elnur Abduləziz oğlu – polkovnik-leytenant
Abdullayev Vüqar Arif oğlu – polkovnik-leytenant
Ağagülov Elşən Etibar oğlu – polkovnik-leytenant
Ağcayev Bayram İlyas oğlu – polkovnik-leytenant
Aslanov Rəşad Əmirbəy oğlu – polkovnik-leytenant
Bağırov Ceyhun Əkbər oğlu – polkovnik-leytenant
Bayramov Teyyub Nurəli oğlu – polkovnik-leytenant
Bədəlov Firuz Əhməd oğlu – polkovnik-leytenant
Əmirov Zamiq Məhəmməd oğlu – polkovnik-leytenant
Əsədli Aqil Əlirza oğlu – polkovnik-leytenant
Fərmanov Reyhun Arif oğlu – polkovnik-leytenant
Haqverdiyev Qulam Fikrət oğlu – polkovnik-leytenant
Həziyev Şəmşir Bəxtiyar oğlu – polkovnik-leytenant
Hüseynov Elxan Kərim oğlu – polkovnik-leytenant
İbrahimov Pərviz Bəhram oğlu – polkovnik-leytenant
İsmayılov Samir Əlmusa oğlu – polkovnik-leytenant
Qənbərov Mehman Nərman oğlu – polkovnik-leytenant (ölümündən sonra)
Quliyev Anar Eldar oğlu – polkovnik-leytenant
Quliyev Ümüdvar Əzizalı oğlu – polkovnik-leytenant
Qurbanov Səfər Qurban oğlu – polkovnik-leytenant
Məmmədov Ehtiram Eldar oğlu – polkovnik-leytenant
Məmmədov Elçin Ziyadxan oğlu – polkovnik-leytenant
Məmmədov Elmir Ağamalı oğlu – polkovnik-leytenant
Məmmədov Zaur Alxan oğlu – polkovnik-leytenant
Mustafayev Babək Salman oğlu – polkovnik-leytenant
Müslümov Dəyanət Nuru oğlu – polkovnik-leytenant
Rəfiyev Elçin Mirzəxan oğlu – polkovnik-leytenant
Rizvanov Həbib Səməd oğlu – polkovnik-leytenant
Rüstəmov Teyfur Çərkəz oğlu – polkovnik-leytenant
Rüstəmov Zaur Tahir oğlu – polkovnik-leytenant
Rzayev Orxan Nüsrət oğlu – polkovnik-leytenant
Salahov Vüqar Nizami oğlu – polkovnik-leytenant
Səlimov Şamxal Naid oğlu – polkovnik-leytenant
Şadmanov Nəsimi Yunis oğlu – polkovnik-leytenant
Şəfiyev Famil Mirsahib oğlu – polkovnik-leytenant
Şirvanov Mehman Mirəziz oğlu – polkovnik-leytenant (ölümündən sonra)
Tağıyev Samir Nəsrəddin oğlu – polkovnik-leytenant
Ağayev Rövşən Eldar oğlu – mayor
Axundov Emil Aqil oğlu – mayor
Atakişiyev Rəşad Nazim oğlu – mayor
Babayev Mahir Tahir oğlu – mayor
Balıev Hüseynağa Salman oğlu – mayor (ölümündən sonra)
Bilalov Amil Adil oğlu – mayor
Cəfərov Azad Asif oğlu – mayor
Daşdəmirov Nail Təmraz oğlu – mayor
Eminov Elimdar Həsən oğlu – mayor
Əliyev Kəramət İbrahim oğlu – mayor
Əliyev Pərviz Həmzə oğlu – mayor
Əliyev Ramin Rizvan oğlu – mayor
Əliyev Rəvan Musa oğlu – mayor
Fərəcov Cavid Yaşar oğlu – mayor
Fərəcov Əliheydər İsrafil oğlu – mayor
Hacıyev Ramid Nəriman oğlu – mayor (ölümündən sonra)
Həsənov Əlişan Şakir oğlu – mayor
Həsənov Hümmət Fərrux oğlu – mayor
Hüseynov Rəhim Qədir oğlu – mayor (ölümündən sonra)
Kərimov Taleh Adil oğlu – mayor (ölümündən sonra)
Qənbərov İdris Dərya oğlu – mayor
Qəribov Sahib Xanlar oğlu – mayor
Qlinçev Anar Mirzəli oğlu – mayor
Mehdiyev Rüstəm Süleyman oğlu – mayor
Məlikov Vüqar Telman oğlu – mayor
Məmmədov Elşən Tağı oğlu – mayor
Mikayılov Azər Əmrah oğlu – mayor (ölümündən sonra)
Muxtarov Ələsgər Faiq oğlu – mayor
Paşayev Elsevər Vaqif oğlu – mayor (ölümündən sonra)
Səfərov Elgün Elmar oğlu – mayor
Süleymanlı Elçin Səlimxan oğlu – mayor
Şükürov Mahmud Sabir oğlu – mayor
Zeynalov Rauf Çingiz oğlu – mayor
Ağayev Şamxal Elşad oğlu – kapitan
Aslanov Elmin Məhərrəm oğlu – kapitan
Babayev Xaliq Əli oğlu – kapitan
Baxşəliyev Nizami Füzuli oğlu – kapitan
Gülüyev Zaur Rusxət oğlu – kapitan
Hacımuradov Səbrulla Hacımurad oğlu – kapitan
Həsənov Vüsal Oktay oğlu – kapitan
Hüseynov Elşən Əli oğlu – kapitan
Hüseynov Ülvü Möhsün oğlu – kapitan (ölümündən sonra)
Hüseynzadə Həmidağa Bağı oğlu – kapitan (ölümündən sonra)
İbadov Tahir Allahverdi oğlu – kapitan
İbrahimov Abdal Rafiq oğlu – kapitan
Qurbanov Elman Xanlar oğlu – kapitan
Məmmədov Ceyhun İslam oğlu – kapitan
Məmmədov Əsgər Zaman oğlu – kapitan
Məmmədov Nurlan Qabil oğlu – kapitan
Rəşidli Tamerlan Elçin oğlu – kapitan
Rüstəmzadə Qalib Firdovsi oğlu – kapitan
Rzabəyli Eltürk Əli oğlu – kapitan
Şikarov Nəcəf Şikar oğlu – kapitan (ölümündən sonra)
Şirinov Kamil Əliş oğlu – kapitan (ölümündən sonra)
Tağıyev Elçin Ağaqulu oğlu – kapitan (ölümündən sonra)
Vəliyev Rəşad Elşən oğlu – kapitan
Həşimov Fərrux Mirzəmməd oğlu – kapitan-leytenant (ölümündən sonra)
Abbasbəyli Həmid Cavanşir oğlu – baş leytenant (ölümündən sonra)
Abbaslı Arif Firuz oğlu – baş leytenant (ölümündən sonra)
Abbaslı Cəlal Cəlil oğlu – baş leytenant
Abbaslı Cəsarət Ədalət oğlu – baş leytenant
Abbasov Eldar Adil oğlu – baş leytenant
Abdullayev İbrahim Habil oğlu – baş leytenant (ölümündən sonra)
Abdullayev Ramazan Səfəralı oğlu – baş leytenant
Ağayev Süleyman Əhəd oğlu – baş leytenant
Aslanov Ülvü Tahir oğlu – baş leytenant
Əhmədzadə Natiq Nadir oğlu – baş leytenant
Ələkbərov Əlisahib Selman oğlu – baş leytenant (ölümündən sonra)
Əliyev Faiq Fəyyaz oğlu – baş leytenant
Əsgərzadə Bəkir Zakir oğlu – baş leytenant
Feyzullayev Polad Taryel oğlu – baş leytenant
Həsənov Vüsal Vüqar oğlu – baş leytenant
Hüseynov Nəbi Hacıbala oğlu – baş leytenant (ölümündən sonra)
Kazımov Kamran Qurbanəli oğlu – baş leytenant (ölümündən sonra)
Quliyev Tural Adil oğlu – baş leytenant
Qüdrətli Elçin Yaşar oğlu – baş leytenant
Lətifov Lətif Nazim oğlu – baş leytenant
Mustafayev Rauf Əzizağa oğlu – baş leytenant
Nəcəfov Cəmil Nəcəf oğlu – baş leytenant (ölümündən sonra)
Rzazadə Həsən Vüqar oğlu – baş leytenant (ölümündən sonra)
Salmanov Həmzə Telman oğlu – baş leytenant
Zeynalov Elnur Elsevər oğlu – baş leytenant (ölümündən sonra)
Bayramov Emil Mürsəl oğlu – leytenant
Bədəlov Fərəc Simran oğlu – leytenant
Eyvazov Elvin Pərviz oğlu – leytenant
Əsədov Emil Balaqardaş oğlu – leytenant (ölümündən sonra)
Hüseynov Qarakişi Arif oğlu – leytenant
Qaraşov Məhəmməd İlham oğlu – leytenant
Qədirov Məhəmməd Valeh oğlu – leytenant
Mehdiyev Rəşad Faxrəddin oğlu – leytenant
Məmmədov Əhməd Qüdrət oğlu – leytenant
Mövlamov Sabir Rasim oğlu – leytenant
Rəsulov Samir Elxan oğlu – leytenant
Səmirov Baloğlan Nəriman oğlu – leytenant
Şirinov Pünhan Niyaz oğlu – leytenant
Cabbarov Yusif Yunsur oğlu – baş gizir
Cavadov Natiq Şahin oğlu – baş gizir
Fərəcov Famil Yavər oğlu – baş gizir
Yusifov Mehman Musa oğlu – baş gizir (ölümündən sonra)
Mehdizadə Mərdan Əhməd oğlu – baş miçman (ölümündən sonra)
Budaqov Rufiz Şirzad oğlu – gizir (ölümündən sonra)
Cavadlı Nemət Cavid oğlu – gizir (ölümündən sonra)
Ələsgərli Zaur Mübariz oğlu – gizir (ölümündən sonra)
Əliyev Tural Səfər oğlu – gizir
Əmənov Məhəmməd İltizam oğlu – gizir (ölümündən sonra)
Əsgərov Asəf İlqar oğlu – gizir (ölümündən sonra)
Həsənov Mustafa Elşad oğlu – gizir
Hüseynov Azər Fəxrəddin oğlu – gizir
İbrahimov Əlmuxtar Gülağa oğlu – gizir
Qarayev Əfsər Hafis oğlu – gizir
Qasımov Nuran Sabir oğlu – gizir
Quliyev Nəbi Tələt oğlu – gizir
Quliyev Şəhriyar Nəsib oğlu – gizir (ölümündən sonra)
Mirzəyev Zəka Kamal oğlu – gizir
Nağıyev Anar Sahib oğlu – gizir (ölümündən sonra)
Rəşidov Tural Fazil oğlu – gizir (ölümündən sonra)
Sadıqlı İbrahim Şahin oğlu – gizir (ölümündən sonra)
Zeynalov Xalid İltifat oğlu – gizir
Məmmədov Vüsal Qüdrət oğlu – miçman (ölümündən sonra)
Nəcəfov Fuad Taleh oğlu – miçman (ölümündən sonra)
Rəcəbov Ruslan Rəcəb oğlu – miçman (ölümündən sonra)
Səfərov Elvin Ramiz oğlu – miçman (ölümündən sonra)
Abdullayev Elcan Elçin oğlu – kiçik gizir
Cavadov Yelmar Elgiz oğlu – kiçik gizir
Dəmirov Siyahim Əlizamin oğlu – kiçik gizir (ölümündən sonra)
Əzizli Əziz Sabir oğlu – kiçik gizir
Xanzadə Elnur Yusif oğlu – kiçik gizir
Qardaşxanov İbrahim Səmid oğlu – kiçik gizir
Qasımov Mirağa Hafiz oğlu – kiçik gizir (ölümündən sonra)
Quliyev Pərviz Aydəmir oğlu – kiçik gizir
Quluzadə Orxan Elxan oğlu – kiçik gizir (ölümündən sonra)
Mənəfov Şahmar Vidadi oğlu – kiçik gizir (ölümündən sonra)
Mikayılov Nazim Namik oğlu – kiçik gizir
Musayev Ramil Aydın oğlu – kiçik gizir (ölümündən sonra)
Şıxəliyev Mehti Yalçın oğlu – kiçik gizir (ölümündən sonra)
Abdullayev Tural Şakir oğlu – baş çavuş (ölümündən sonra)
Allahyarov Vüsal Şakir oğlu – baş çavuş (ölümündən sonra)
Hüseynli Ələddin Zahid oğlu – çavuş
Cabbarov Elnur Şahmurad oğlu – əsgər (ölümündən sonra)
Məhərrəmov Əkbər Səyyaf oğlu – əsgər
Mənaflı Dursun Marif oğlu – əsgər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 dekabr 2020-ci il.
Qazi Bodurov Şamil Adil oğlu
Danışdığım qazi dayım Bodurov Şamil Adil oğludur. Dayım II Qarabağ müharibəsinə könüllü gedib və Tərtər istiqamətində gedən döyüşlərdə uğurlu əməliyyatlarda iştirak edib.
Döyüş zamanı 3 metr yaxılığına düşmüş artilleriyanın zərbəsi nəticəsində yanında olan döyüş yoldaşları şəhid olub, dayım isə 2 qəlpə yarası almışdır. 15 gün Gəncə xəstəxanasında müalicə aldıqdan sonra yenidən döyüşə yollanıb. Hal- hazırda bədənində 1 qəlpə qalıb.
Bu məşəqqətli döyüşlərdə uğurlu nəticə aldıqları üçün mən dayımla fəxr edirəm.
Balakən rayonu Nizami adına şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Alvasova Xacey
2-ci Qarabağ müharibəsində Qəhrəman Goranboy rayonunun Şəhidləri
1. Həsənov Elman Mehman oğlu - Qızılhacılı qəsəbəsi
2. Qurbanov Fariz Məhəmməd oğlu - Qızılhacılı qəsəbəsi
3. Ələkbərli Kənan Müşviq oğlu - Qızılhacılı qəsəbəsi
4. Nuriyev Nofəl Xaliq oğlu - Qızılhacılı qəsəbəsi
5. Vəliyev İlkin Səfayıl oğlu - Qızılhacılı qəsəbəsi
6. Kərimov Elşən Rövşən oğlu - Qızılhacılı qəsəbəsi
7. Əliyev Şaməddin Qafqaz oğlu - Balakürd kəndi
8. Cəfərov Mübariz Qulu oğlu - Balakürd kəndi
9. Yusifov Kənan Fehruz oğlu - Səfikürd kəndi
10. Rəsulov Sahil Sərvan oğlu - Səfikürd kəndi
11. Qasımov Kamil Nüsrət oğlu - Səfikürd kəndi
12. Behbudov Nofəl Həmid oğlu - Səfikürd kəndi
13. Aslanov Taleh Elman oğlu - Səfikürd kəndi
14. Həsənov Emil Eldəniz oğlu - Tatarlı kəndi
15. Rzayev Səməd Füzuli oğlu - Tatarlı kəndi
16. Sadıqov Elvin Namiq oğlu - Qaradağlı kəndi
17. Əliyev Yadigar Səfxan oğlu - Qaradağlı kəndi
18. Tağıyev Şahin Rəhim oğlu - Qaradağlı kəndi
19. Yusifov Kərim Həsrət oğlu - Fəxralı kəndi
20. Quliyev İlqar Akif oğlu - Fəxralı kəndi
21. Tağıyev Elxan Fəxrəddin oğlu - Fəxralı kəndi
22. Yusifov Yusif Oktay oğlu - Fəxralı kəndi
23. Vəliyev Hidi Bəxtiyar oğlu - Tap Qaraqoyunlu kəndi
24. Cümşüdov Orxan Sabutay oğlu - Tap Qaraqoyunlu kəndi
25. Baxşıyev Eldar Sultan oğlu - Düzqışlaq kəndi
26. Zeynalov Elşən Zaman oğlu - Düzqışlaq kəndi
27. Qasımov Tural Yelmar oğlu - Düzqışlaq kəndi
28. Xıdırov Elgün Fuad oğlu - Xoylu kəndi
29. Məmmədov Nemət Fəxrəddin oğlu - Xoylu kəndi
30 Namazov Orxan Ceyhun oğlu - Xoylu kəndi
31. Məhərrəmov Fuad İmaməddin oğlu - Zeyvə kəndi
32. Rəsulov Elxan Ayaz oğlu - Zeyvə kəndi
33. Qurbanov Cahangir Məhəmməd oğlu - Borsunlu kəndi
34. Nəsibov Nicat Nəriman oğlu - Borsunlu kəndi
35. Əliyev Mehrab Şikar oğlu - Baxçakürd kəndi
36. Quliyev Akşin Mehdi oğlu - Baxçakürd kəndi
37. Əşrəfov Məhəmməd Yusif oğlu - Veyisli kəndi
38. Süleymanov Arif Ramiz oğlu - Veyisli kəndi
39. Məmmədov Ehtiram Mehman oğlu - Muzdurlar kəndi
40. Məmmədov Əlövsət Əli oğlu - Muzdurlar kəndi
41. Əliyev Sənan Ceyhun oğlu - Dəliməmmədli kəndi
42. Rüstəmov Ələs Vidadi oğlu - Dəliməmmədli şəhəri
43. Cəfərov Tacir Fariz oğlu - Qaraçinar kəndi
44. Orucov Nemət Əkbər oğlu - Qaraçinar kəndi
45. Ağalarov Nahid Musa oğlu - Xan Qərvənd kəndi
46. Şahmalıyev Əzim Namiq oğlu - Alırzalı kəndi
47. Muxtarov Taleh Həşim oğlu - Yeniyol kəndi
48. Əliyev Laçın Rasim oğlu - Yəhərçi Qazaxlar kəndi
49. Nağıyev Vüsal Əmrastan oğlu - Buzluq kəndi
50. Məmmədov İbrahim Nadir oğlu - Rəhimli kəndi
51. Məmmədov Lətif Faiq oğlu - Qarasuçu kəndi
52. Miriyev Sənan Arif oğlu - Aşağı Ağcakənd qəsəbəsi
53. Nəsirov Xəqani Kamran oğlu - Aşağı Ağcakənd qəsəbəsi
54. Məmmədov Qəhrəman Qürbət oğlu - Yolqulular kəndi
55. Heydərov Qismət İsmayıl oğlu - Erkəc kəndi
Allah şəhidlərimizə rəhmət eləsin!
8 Aralık 2020 Salı
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
7 Aralık 2020 Pazartesi
Şəhid Cahid Tağızadə
XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə!
Tağızadə Cahid Vahid oğlu 1988-ci il 12 fevralda Bərdə şəhərinin Mirzalıbəylı kəndində anadan olub. 2008-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə olub.
Cahid hələ uşaq yaşlarından hərbiyə maraq göstərib. Elə bu maraq da onu 2009-2010 illərdə “Gizir hazırlığı kursu”na aparıb. Kursu uğurla başa vuraraq gizir hərbi rütbəsi alıb. Bundan sonra Bərdə şəhərində Daxili Qoşunlarda hərbi xidmətə başlayıb.
2012-ci ildən Zaqatala şəhərində xidmətinə davam edib. Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmət edib. Dəzgahlı qumbaraatan komandiri olub. Rəhbərlik Cahiddəki potensialı dəyərləndirərək onun 2013-cü ildə Türkiyənin Eğirdir Isparta Dağ Komanda okulunda DAĞCI komanda kursunda iştirakını təmin edib. O, həmin kursları da müvəffəqiyyətlə bitirərək Vətənə dönüb.
Qüsursuz xidmətinə görə dəfələrlə medal və mükafatlarla təltif olunub. Sonralar xidmətinə məşhur 052 saylı hərbi hissədə davam edən Tağızadə Cahid xüsusi dağ təlimlərində iştirak edib. Xidmət ərzində sərgilədiyi misilsiz dözüm, iradə, bacarıq, güc Cahidin Vətən Müharibəsində də ayrılmaz yol yoldaşı olub. Qızğın döyüşlər başlayan ilk günlərdən ön cəbhədə olub. Murovdağ uğrunda döyüşlərdə, Füzuli uğrunda gedən kəskin müharibədə iştirak edib. Həmin ərazilərin düşmən işğalından azad olunmasında xüsusi şücaət göstərən igid hərbçimiz döyüşdüyü müddətdə bir çox erməni postunu, erməni texnikasını və əsgərlərini məhv edib.
3 oktyabrda döyüş yoldaşları ilə birlikdə Cəbrayılda xüsusi tapşırığı yerinə yetirərkən yaralanıb. Yaralı olmasına baxmayaraq geri dönməyib. İrəli gedərək yaralı halda döyüşüb və qəhrəmancasına şəhid olub. 3 oktyabr tarixində doğulduğu Mirzalıbəyli kəndində dəfn edilib. Şəhadətə qovuşmasından cəmi 1 gün sonra - 4 oktyabrda uğrunda şəhid olduğu Cəbrayıl rayonu düşmən işğalından azad olunub.
Cahid Tağızadənin özündən sonra Nərmin adlı qızı və Nihad adlı oğlu bizlərə əmanətdir.
6 Aralık 2020 Pazar
Şəhid İsmayılov İntiqam
ƏLİYEV ŞAMİL XANCOBAN oğlu.
Şəhidlərimiz Solda Salahov Nicat, sağda Rəcəbov Əmrah
Şəhidlərimiz Solda Salahov Nicat, sağda Rəcəbov Əmrah.
Hər ikisi internat məktəbinin məzunu olub.
Bir gediblər.. bir xidmət ediblər... ŞƏHİDLİK zirvəsinə ucalmalarında 1 ay fərq olub..
Nicat dünən dəfn olunub. Dayısı nəşini tanıyıb. Əmrahın isə heç kimi yox idi. Nəşinin tibbi təsdiqini edəcək qədər.. Sizin haqqinız ödənməz. Baş əyirik qarşınızda.
Məmmədov Kamal Şamil oğlu
Şəhidimiz Məmmədov Kamal Şamil oğlu 30.07.1998-ci il tarixində Balakən rayonunun Qullar kəndində anadan olub. 2004-cü ildə Səməd Vurğun adına Qullar 1 saylı məktəbində orta təhsilinə başlamış, 2015-ci ildə Humanitar və Texniki Təmayüllü liseyi bitirərək Azərbaycan Texniki Universitetinin cihazqayırma fakültəsinə qəbul olunmuş, 2019-cu ildə ali təhsilini başa vurmuşdur. Daha sonra hərbi xidmət sıralarına yollanan Kamal qardaşı Amal ilə birlikdə ön cəbhənin nümunəvi topçularından idilər. Yaxınlarının dediklərinə görə İkinci Qarabağ müharibəsində ilk humanitar atəşkəs elan olunan vaxtı evlə əlaqə saxlamış, "Kaş dayanmazdıq, düşmənin hamısını qırmaq lazımdır!" deyərək yüksək döyüş əzmi və ruh yüksəkliyi nümayiş etdirmişdir. Kamal Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Vətən igidlərimizi unutmayacaq!
Allah rəhmət eləsin! Vətən sağ olsun!
5 Aralık 2020 Cumartesi
Şəhid Bayramov Ruslan Azər oğlu
XTQ-in Baş Leytenantı Bayramov Ruslan Azər oğlu 5.10.1995-ci ildə Quba şəhərində anadan olub. Saysız düşmənin canlı qüvvəsini və texnikasını məhv etmişdir. Noyabrın 4-ü Şuşanın alınmasında düşmənlə əlbəyaxa çıxdığı döyüşdə aldığı bıçaq zərbələrindən qəhrəmancasına şəhid olmuşdur.
Təəssüf ki, yenicə dünyaya gəlmiş övladının üzünü görmək şəhidimizə nəsib olmadı.
Məkanın cənnət olsun, Şəhidim!
Şəhid Əsdiyev Heybullah Məzahir oğlu
Şəhidimiz Keçiliyev Turqut Aydın oğlu
Şəhidimiz Keçiliyev Turqut Aydın oğlu 26.11.1997-ci il tarixində Balakən rayonunun Qazma kəndində anadan olmuşdur. 2015-ci ildə Qazma 1 saylı kənd tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış və həmlə batalyon tuşlayıcısı vəzifəsini yerinə yetirmişdir.
İkinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Allah rəhmət eləsin! Vətən sağ olsun!
Şəhid Məmmədov Kamal Şamil oğlu
Canını vətən yolunda qurban verən şəhidimiz Məmmədov Kamal Şamil oğlu-30.07.1998-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olub. 2015 -ci ildə Balakən rayon Humanitar və texniki təmayüllü liseyini bitirərək, Azərbaycan Texniki Universitetinin cihazqayırma fakultəsinə daxil olmuşdur.16.07.2020-ci il tarixdə həqiqi hərbi xidmətə yollanmışdır.
27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması uğrunda başlanan II Qarabağ müharibəsində 16.10.2020-ci ildə Tərtər uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
VƏTƏN SİZİNLƏ QÜRUR DUYUR...!
Şəhid Kərimov Elmir Rəhim
VƏTƏN UĞRUNDA
Qəhrəman şəhidimiz Kərimov Elmir Rəhim oğlu
26.05.1998 -ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub.
2015-ci ildə Balakən rayon Zərifə Əliyeva adına şəhər 3 saylı tam orta məktəbi bitirib.
2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb.
2018-ci ildən etibarən müddətdən artıq hərbi qulluq edib.
Könüllü şəkildə 27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması uğrunda başlanan II Qarabağ müharibəsində iştirak edib və Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
VƏTƏN SİZİNLƏ QÜRUR DUYUR...!
#qəhrəmanlarunudulmur #qəhrəmanlarımızıtanıyaq