22 Nisan 2020 Çarşamba

Aprel Şəhidimiz Sərvan Mehralıyevin sevdiyi qıza son məktubu.

“Salam əzizim Leyla! Əgər sən bu məktubu oxuyursansa, demək ki, artıq şəhid olmuşam. Mən hər dəfə posta qalxanda sənə məktub yazıram və məktubun üstündə də yazıram ki, şəhid olsam məktubu qardaşıma verin. Qardaşım da məktubu ünvanına çatdıracaq. Hər dəfə də postdan sağ-salamat qayıdanda məktubu cırıb atıram. Bugün nəsə ürəyim rahat deyil. Ona görə də yenə sənə məktub yazıram. Əgər sağ qalsam özüm sənə qayıdacam. Sən bilirsən ki, mən vətən üçün canımı hər zaman verməyə hazıram. Bugünki döyüş çox fərqlidir. Sağ qalsam, məktubu yenə cıracam. Əgər şəhid olsam, qadası, bil ki mən səni çox, lap çox sevirəm. Mən sənin haqqında ciddi düşünürdüm. Əsgərlikdə olduğum müddətdə də hiss elədim ki, sən və mən qovuşmalıyıq. Əsgərlikdən gələndə sənə elçi göndərəcəkdim, səninlə bir ömür boyu xoşbəxt olmaq istəyirdim. Məktubu oxuyursansa, ağlama. Mən göylərdən Sənə baxıram. Şəhid üçün ağlamazlar. Mən şəhid olsam da, hər zaman səni görəcəm, sənin yanında olub, səni qoruyacam. Heç vaxt demə ki, Sərvan yoxdur. Sərvanın ruhu həmişə sənin yanında olacaq”.

🇦🇿 Aprel Şəhidimiz Sərvan Mehralıyevin  sevdiyi qıza son məktubu...


18 Nisan 2020 Cumartesi

Elşad Ağayev


Bu gün şəhid, "Azərbaycan Bayrağı” ordenli Elşad Ağayevin doğum günüdür.


Elşad Ağayev 1967-ci il aprel 18-də Masallı rayonunda ziyalı ailəsində anadan olub. Elşad Ağayev uşaq vaxtlarında idmana böyük həvəsi göstərib.

Elşad Ağayev 1992-ci ilin martında könüllü olaraq ordu sıralarına qoşulub. Müdafiə Nazirliyinin baş qərargahının xüsusi təyinatlı dəstəsində xidmət edib. 1993-cü il dekabrın 10-da rota komandiri kimi 8 saat ermənilərə qarşı qəhrəmancasına döyüşüb. Düşmənin Beyləqan istiqamətində hücumunun qarşısının alınmasında xüsusi şücaət göstərərək şəhid olub.

Elşad Ağayev hərbi xidmətdən qayıtdıqdan sonra ikinci dəfə könüllü olaraq cəbhəyə yollanıb, Binəqədi batalyonunun tərkibində ikinci bölük komandiri kimi Beyləqan bölgəsinin müdafiəsinə qalxıb. Həmin ərazidə qəhrəmanlığına görə fərqlənib. Elşad Ağayev mənfur düşmənin bir çox döyüş nöqtəsini susdurub, onlarca ermənini məhv edib.

Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 14 dekabr tarixli Fərmanı ilə Dövlət bayrağı ordeni ilə təltif olunub. Bir neçə ildən sonra isə Heydər Əliyev bu yüksək dövlət mükafatını qəhrəmanın anası Dilşad xanıma şəxsən təqdim edib.

15 Nisan 2020 Çarşamba

Elvin Həsənov

Şəhidimiz Elvin Həsənov 1994-cı ilin 24 aprel tarixində Sumqayıt şəhərində anadan olub. O, 2014-cı ilin martında Şəhid olub.

Martın 18-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Elvin Həsənovu göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Ruhun şad olsun Şəhidim!


11 Nisan 2020 Cumartesi

Sarvan Mehralıyev və Namiq Mehralıyev

2016-cı ilin aprelində Lələtəpə uğrunda gedən döyüşlərdə iki qardaş Sarvan Mehralıyev və Namiq Mehralıyev düşmənə qarşı birlikdə savaşıblar (şəkildə sağ tərəfdə Namiq sol tərəfdə Sarvandır).
Döyüş zamanı Sarvan Mehralıyev döyüş yoldaşlarına sursat apararkən qardaşının gözü qarşısında ağır yaralanır. Döyüş yoldaşlarından bir nəfər Sarvanı çiyninə alaraq səngərdən uzaqlaşdırmağa çalışsa da mənfur düşmən buna imkan verməyərək onu da yaralayır. Sarvan qardaşımızın taleyinə şəhidlik zirvəsi yazılıbmış. O, qardaşının qollarında son nəfəsini verərək şəhid olub...
 Allah rəhmət eləsin!
Mənbə:Çoxbilmiş

10 Nisan 2020 Cuma

Tapdıq Babaşov

🇦🇿 Bu gün Şəhid Tapdıq Babaşovun doğulduğu o şanlı gündür.
Yerin cənnət, ruhun şad olsun ! 



4 Nisan 2020 Cumartesi

Şəhid İnqilab Quliyev


Tarix yazan APREL ŞƏHİDLƏRİMİZ et


1. Vüqar Nurəddin oğlu Yusifov 1976
2. Raquf Cahangir oğlu Orucov 1972
3. Murad Telman oğlu Mirzəyev 1976
4. Təbriz Tariyel oğlu Musazadə 1981
5. Urfan Üzeyir oğlu Vəlizadə 1978
6. Rasim Əbdül oğlu Məmmədov 1977
7. Elnur Adil oğlu Əliyev 1976
8. Samit Gülağa oğlu İmanov 1981
9. İnqilab Çingiz oğlu Quliyev 1983
10. Mühid Qurban oğlu Orucov 1984
11. Vaqif Dilqəm oğlu Bayramov 1979
12. Nəcməddin Akif oğlu Savalanov 1985
13. Əbu Bəkir Vüqar oğlu İsmayılov 1990
14. Mirzə Sərvər oğlu Novruzov 1984
15. Rəşid Rövşən oğlu Mehdiyev 1990
16. Ziya Niyazi oğlu Həsənov 1989
17. Elvin Məmməd oğlu Namazov 1990
18. Cavid Gülbala oğlu Dədəkişiyev 1989
19. Elnur İsgəndər oğlu İsgəndərov 1989
20. Sahil Həsrət oğlu Şirinov 1992
21. Dilsuz Məmmədağa oğlu Qarayev 1990
22. Orxan Kazım oğlu Hümbətov 1992
23. Orxan Ələsgər oğlu Müstəcəbov 1993
24. Nurlan Rasim oğlu Abdullayev 1994
25. Rusif İbrahim oğlu Ağayev 1987
26. Teymur Sabir oğlu Qasımov 1992
27. Bəxtiyar Rəfael oğlu Hüseynov 1995
28. Toğrul Habil oğlu Fərəczadə 1993
29. Şahin Yaşar oğlu Cavadov 1994
30. Pəncəli Nurməmməd oğlu Teymurov 1981
31. Tural Gülşad oğlu Qurbanov 1992
32. Mirsalam Təvəkkül oğlu Cəfərov 1994
33. Babək Vəfadar oğlu Abidov 1992
34. Təbriz Hamlet oğlu Əsgərov 1993
35. Ruhin Əşrəf oğlu Qəhrəmanov 1997
36. Nurlan Bayram oğlu Əsgərov 1995
37. Rahim Qara oğlu Tağıyev 1979
38. Nicat Bəhruz oğlu İsgəndərov 1989
39. Adil Kamran oğlu Adilzadə 1993
40. Rüstəm Oruc oğlu Əhmədov 1983
41. Rəvan İsmayıl oğlu Nurayev 1997
42. Orxan Məhəmməd oğlu Əliyev 1996
43. Sarvan Natiq oğlu Mehrəliyev 1997
44. Samir Ziyəddin oğlu Qaçayev 1994
45. Fərahim Adışirin oğlu Novruzov 1996
46. Ravil Elman oğlu Novruzov 1986
47. Nürəddin Etimad oğlu Mirzəyev 1996
48. Sərxan Azər oğlu Bağırov 1997
49. Elmidar Səlimxan oğlu Səfərov 1992
50. Murad Vaqif oğlu Məmmədov 1989
51. Hüseyn Zeynal oğlu Dəmirli 1993
52. Elvin Sədrəddin oğlu Qaibov 1989
53. Ömər Məzahir oğlu Cəbrayılov 1997
54. Vüqar Natiq oğlu Süleymanov 1993
55. Teymur Mikayıl oğlu Qasımov 1996
56. Rizvan Telman oğlu Muradov 1996
57. Müşviq Arif oğlu Orucov 1996
58. Cabbarxan İlham oğlu Hacıağayev 1996
59. Nurlan Cəmil oğlu Qasımov 1997
60. Xaliq Həsən oğlu Əzizzadə 1996
61. Emin İmran oğlu Bağırov 1996
62. Kamran Faiq oğlu Şirəliyev 1994
63. Əlizaman Fərrux oğlu İslamov 1997
64. Ülvin Cəmaləddin oğlu Məmmədov 1996
65. Səbuhi Rəfayıl oğlu Musayev 1988
66. Şulan Bayram oğlu Bayramov 1996
67. Fəxrəddin Seyfəddin oğlu Qurbanlı 1994
68. Firdovsi Əliş oğlu Bağırzadə 1996
69. Mahir Sabir oğlu Mirzəyev 1994
70. Röyal İmran oğlu Nəsirov 1997
71. Altun Fərman oğlu Dəmirli 1997
72. Elşən Səlim oğlu Səmədov 1997
73. Vüsal İlham oğlu Alıyev 1996
74. Mikayıl Yaqub oğlu Vahabzadə 1993
75. Mahir Qədir oğlu Quliyev 1993
76. Nazim Nadir oğlu Zəkarayev 1997
77. Yalçın Namiq oğlu Osmanov 1997
78. İlkin Azadxan oğlu Mirzəyev 1994
79. Əmiraslan Xəlil oğlu Xeyirbəyov 1996
80. Elvin Azadxan oğlu Mirzəyev 1994
81. Əbdülməcid Nadirşah oğlu Axundov 1993
82. Mahmud Azər oğlu İbrahimov 1997
83. Sərxan Oqtay oğlu Bayramov 1993
84. Məhəbbət Zaman oğlu Mirzəyev 1994
85. Sərxan Oqtay oğlu Bayramov 1993
86. Baxışov Seymur Qulamhüseyn oğlu 1987
87. Əmrah Aydın oğlu Yüzbəyov 1997
88. Əli İntiqam oğlu Heydərov 1997
89. Natiq Namiq oğlu Tahirli 1997

Sahil Şirinov



Sahil Şirinov 1992-ci ilin 24 iyun günündə Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub.2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2014-cü ildə Motoatıcı taqım komandiri ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsi almışdır.

Hərbi xidmətiRedaktə

Leytenant Sahil Şirinov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 6-sı isə Sahil Şirinov doğulduğu Qəbələ rayonunun Bum qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Şirinov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Sahil Şirinov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.