Elşad Əhədov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
4 mart 1968-ci ildə Masallı rayonunun Təzə
Alvadı kəndində dünyaya gəlmişdir. Orta məktəbi burada oxumuş,
Naxçıvanski adına Hərbi litseyə daxil olmuşdur. Sonra Ukraynanın
Kamenets-Podolsk Ali komandirlər məktəbinin tələbəsi olmuşdur. 1989-cu ildə Volqoqrad hərbi hissələrindən birinə
rota komandiri təyin edilir.
Döyüşlərdə iştirakı
Vətənə dönən Elşad əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra Lənkəran
rayonunda rota komandiri kimi fəaliyyət göstərir. Erməni işğalçılarının
hücumu zamanı Füzulidə, Aşağı
Veysəllidə, Şişqayada və digər döyüş bölgələrində vuruşmuşdur. Son
döyüşü Ağdaş yüksəkliyi uğrunda olur, 11 dekabr 1993-cü il Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə
o, mərdliklə həlak olur.
Ailəsi
Ailəli idi.İki uşağı yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday
oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə
"Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Təzə Alvadı kəndində dəfn edilmişdir.