Azərbaycan Milli Qvardiyası

Milli Qvardiya
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyası
170216-D-PB383-026 (32933343725).jpg
Mövcud olduğu illər25 dekabr 1991-günümüzə
ÖlkəFlag of Azerbaijan.svg Azərbaycan
TabeçilikXüsusi Dövlət Mühafizə Xidməti
NövüHərb
HissəAlay
DislokasiyasıBakı,Binəqədi,M.Ə.Rəsulzadə,Qəzənfər Musabəyov,20
HimayədarıAzərbaycan Respublikası Prezidenti
Komandirləri
İndiki komandiriAkif Yusifov
Milli Qvardiya - Azərbaycanda Milli Qvardiya Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1991-ci il tarixli 524 saylı Fərmanı ilə yaradılmışdır.
Uzaq keçmişlərdə mühafizə işini əsasən o zamanlar mövcud olmuş xüsusi keşikçi dəstələri və yaxud seçmə qoşun hissəsi olan qvardiyalar təşkil edirdi. "Qvardiya" - italyan mənşəli sözdür. Mənası "imtiyazlı seçmə qoşun hissəsi" deməkdir. Ancaq qvardiya mənşəli mühafizə dəstələri hələ quldarlıq dövründə meydana çıxmışdılar və monarxların, yaxud sərkərdələrin keşikçiləri şəklində fəaliyyət göstərirdilər."Qvardiyaçı" termini ilk dəfə XII əsrdə İtaliyada dövlət bayrağını mühafizə edən dəstənin adını ifadə etmək üçün işlədilmişdir. XV əsrdə Fransada, İngiltərədə, İsveçdə, Prussiyada, XVII əsrdə Yaponiyada, XIX əsrdə isə bir çox digər dövlətlərdə qvardiyalar yaradılmışdı. Rusiyada ilk qvardiyanı 1687-ci ildə I Pyotr yaratmışdır. Orta əsrlərdə Şərqdə də muzdlulardan və qullardan ibarət keşikçi dəstələrinin seçmə hissəsi olan qvardiyalar təşkil edilirdi.
Milli Qvardiya isə ilk dəfə Fransa İnqilabı dövründə Parisdə yaradılmışdır. Azərbaycanda dövlət səviyyəsində mühafizə xidmətinin qurulması işinə isə ilk dəfə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanmışdır. SSRİ dağıldıqdan sonra öz müstəqilliyini əldə etmiş Azərbaycanda siyasi, iqtisadi, qanunvericilik sistemlərində olduğu kimi, inzibati orqanlarda da yenidənqurma işləri aparılaraq yeni şəraitə uyğun optimal idarəçilik formaları axtarılmağa başladı. Mühafizə sisteminin əhəmiyyəti getdikcə daha da artdı, onun strukturu təkmillləşdi, tərkibi genişləndi. 25 dekabr 1991-ci ildə Milli Qvardiya yaradıldı. Qvardiyanın Əsasnaməsi, strukturu və vəzifə maaşları təsdiq edildi. İlk vaxtlar Milli Qvardiyada hərbi xidmət könüllülük qaydasında iki illik müqavilə əsasında idi. Şəxsi heyətin seçimi MTN, DİN və MN-in kadr orqanlarının köməkliyi ilə həyata keçirilirdi. 31 iyul 1992-ci il tarixli Fərmanın tələblərinə əsasən Milli Qvardiyanın ştat vahidi artırıldı. Bununla əlaqədar Milli Qvardiyada Alay yaradıldı.
Mənbə: https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Milli_Qvardiyas%C4%B1

Hiç yorum yok:

Yorum Gönder