Azərbaycan Quru Qoşunları

Army Flag of Azerbaijan.pngAzərbaycan Silahlı Qüvvələri Quru Qoşunları — Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi.
Mövcud olduğu illər1918-ci ildən - günümüzə
Hazırda Azərbaycanda Quru Qoşunları mövcud olsa da bu qoşunların vahid komandanlığı yoxdur. Quru Qoşunları beş ordu korpusundan və bilavasitə Müdafiə Nazirliyinə tabe olan briqadalardan ibarətdir . Quru Qoşunlarının Arsenalıda 1032 ədəd Tank, 2456 ədəd Zirehli Döyüş Nəqliyyat Vasitəsi, 420 ədəd Özüyeriyən Artilleriya, 384 ədəd Daşınan Artilleriya və 567 ədəd Reaktiv Yayılım Atəşi Sistemi vardır
2011-ci il Bakıdakı hərbi paradda Xüsusi Qüvvələrin üzvləri
Azərbaycan Quru Qoşunları Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsidir. Quru Qoşunları müxtəlif hərbi birləşmələrdən və bilavasitə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə tabe olan briqadalardan ibarətdir. Quru Qoşunlarının peşəkar kadr təminatını Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər hərbi təhsil müəssisələri təmin edir.
2015-ci ildə Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatına görə, Azərbaycan Quru Qoşunlarının sayı 85.000 nəfərdir.
Azərbaycan Quru Qoşunları beş korpusdan ibarətdir:
  • Yevlax Ordu Korpusu (Gəncə yaxınlığında yerləşdirilib)
  • Pirəkəşkül Ordu Korpusu (Erməni nəzarətindən alınmış ərazilərə və Azərbaycan-İran sərhədində yerləşdirilib)
  • Şəmkir Ordu Korpusu (Erməni nəzarəti olan ərazilərə nəzarət edir)
  • Bakı Ordu Korpusu (Abşeron yarımadası və onun sahillərinə nəzarət edir)
  • Naxçıvan Ordu Korpusu (Naxçıvanda yerləşdirilib)


Məbə:https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Silahl%C4%B1_Q%C3%BCvv%C9%99l%C9%99ri#Az%C9%99rbaycan_Quru_Qo%C5%9Funlar%C4%B1

Hiç yorum yok:

Yorum Gönder