Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

 Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azerbaijan Border Guards Standard (Reverse).svgAzərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayır. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.
Müstəqillik əldə ediləndən sonra Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub. Dövlət Sərhəd Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Əsasnaməni və Dövlət Sərhəd Xidmətinin normativ hüquqi aktlarını rəhbər tutur.
Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki hərbi hissələr və digər orqanları vasitəsi ilə həyata keçirir. Dövlət Sərhəd Xidmətinin strukturuna baş idarələr, idarələr, şöbələr və digər qurumlar daxildir. Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatı, sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri, sərhəd nəzarəti dəstələri, hərbi hissələr, habelə digər struktur bölmələr Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir.
Dövlət Sərhəd Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına riayət, qanunçuluq, humanistlik və Silahlı Qüvvələr quruculuğunun təşkilat prinsipləri əsasında qurur.

Dövlət Sərhəd Xidmətinin təyinatı və əsas vəzifələri

8. Dövlət Sərhəd Xidmətinin əsas təyinatı Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının təmin edilməsidir.
9. Dövlət Sərhəd Xidməti öz təyinatına uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı əsas vəzifələri yerinə yetirir:
9.1. Azərbaycan Respublikasının dövlət sərhədində real və potensial təhdidlərin dəf edilməsini, sərhəd boyu zonada əhalinin, mülkiyyətin bu cür əməllərdən qorunmasını, onların qarşısının alınmasını təşkil edir;
9.2. səlahiyyətləri daxilində sərhəd münaqişələrinin nizama salınması üçün tədbirlər görür, zəruri hallarda həmin münaqişələrin həlli məqsədilə aidiyyəti dövlət orqanlarına müraciət edir;
9.3. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hava hücumundan müdafiə qoşunları və hərbi hava qüvvələrinə onlar tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin havadan mühafizə olunması ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsinə kömək göstərir;
9.4. şəxslərin və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməsinin qarşısının alınmasını təmin edir, səmərəli sərhəd nəzarətini həyata keçirmək məqsədilə şəxsiyyəti təsdiq edən və digər sənədlərin saxtalaşdırılması və ya onlardan qanunsuz istifadə edilməsini qabaqlamaq üçün terrorçuların və terrorçu qrupların, habelə qeyri-leqal miqrantların yerdəyişməsinin qarşısının alınması üzrə tədbirlər görür;
9.5. Azərbaycan Respublikasının dövlət sərhədinin qanunsuz dəyişdirilməsi cəhdlərinin qarşısının alınmasını təmin edir, Azərbaycan Respublikasının dövlət sərhədinin müəyyən olunması ilə əlaqədar işlərin (delimitasiya, demarkasiya və sair) yerinə yetirilməsində iştirak edir;
9.6. qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş sənədlər olduqda şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın müəyyən olunmuş məntəqələrdə Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılmasını təmin edir;
9.7. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş digər əşyaların, habelə Azərbaycan Respublikasının Dövlət sərhədlərindən keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada qarşısının alınmasını təmin edir;
9.8. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi ilə əlaqədar səlahiyyətləri daxilində əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirir.
9.9. qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparır, inzibati xətalar haqqında işlər üzrə icraatı həyata keçirir;
9.10. Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair sənədlərinin yoxlanılmasını, həmin sənədlərdə müvafiq qeydlərin edilməsini, qanun pozuntusu aşkar edildiyi hallarda qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini təmin edir;
9.11. səlahiyyətləri daxilində müəyyən edilmiş dövlət sərhəd rejiminə, sərhədboyu rejimə (o cümlədən sərhəd sularında) və Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində rejimə əməl olunmasını təmin edir;
9.12. Azərbaycan Respublikasının sərhədboyu zolağında və sərhəd sularında təbii və bioloji sərvətlərin qorunmasında aidiyyəti dövlət orqanlarına kömək göstərir;
9.13. Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dayanacaq yerlərini və dayanma müddətlərini əlaqədar orqanlar, müəssisələr və idarələrlə birlikdə müəyyən edir;
9.14. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq surətdə aparılan tikintilərdə, ümumdövlət və müdafiə əhəmiyyətli tikintilərdə görülən işlər, təbii fəlakətlər, təhlükəli yoluxucu xəstəliklər ilə əlaqədar tədbirlər istina edilməklə, sərhədboyu zolaqda müxtəlif işlərin görülməsini şəraitin tələb etdiyi hallarda məhdudlaşdırır;
9.15. kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin təminatı ilə bağlı hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu aparır, əməliyyat-qeydiyyat işini başlayır və onu qeydiyyata alır;
9.16. əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin səlahiyyətlərinə aid informasiyalar əldə edildiyi təqdirdə zəruri hallarda təxirəsalınmaz tədbirlər keçirməkdə həmin orqanları dərhal məlumatlandırır və onlara lazımi kömək göstərir;
9.17. Dövlət Sərhəd Xidmətində rabitə sistemi və vasitələrinin inkişaf etdirilməsini və təkmilləşdirilməsini, məlumat təhlükəsizliyini təmin edir;
9.18. Azərbaycan Respublikasının sərhədboyu zonasında tətbiq edilən fövqəladə və ya hərbi vəziyyət rejiminin təminində, fövqəladə halların qarşısının alınması və onların aradan qaldırılması üzrə dövlət tədbirlərinin, həmçinin karantin tədbirlərinin həyata keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak edir;
9.19. qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə qarşılıqlı əlaqədə Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət qulluqçuları ilə komplektləşdirilməsini həyata keçirir;
9.20. Dövlət Sərhəd Xidmətinin kadr təminatını həyata keçirir, hərbi qulluqçuların və işçilərin peşə hazırlığının təkmilləşdirilməsini, əlavə təhsilini və mənəvi-psixoloji hazırlığını təmin edir;
9.20-1. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirir;
9.21. səlahiyyətləri daxilində səfərbərlik tədbirlərinin həyata keçirilməsində iştirak edir;
9.22. daxili təhqiqatların aparılmasını təşkil edir;
9.23. elmi-tədqiqat işlərinin aparılmasını və elmi-texniki nailiyyətlərin Dövlət Sərhəd Xidməti sistemində tətbiqini təmin edir;
9.24. daxil olan müraciətlərin qeydiyyatı və buraxılması, vətəndaşların qəbulu işini təşkil edir;
9.25. maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil edir, onların istifadəsinə nəzarət edir, struktur bölmələrin fəaliyyətini yoxlayır və təftişini həyata keçirir;
9.26. Dövlət Sərhəd Xidmətindən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda onların ailə üzvlərinin pensiya təminatını həyata keçirir;
9.27. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının, işçilərinin, pensiyaçılarının, həmçinin onların ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər tədbirləri həyata keçirir, onların sosial müdafiəsini təmin edir, hərbi qulluqçuların və işçilərin mənzillə təmin edilməsi, onların məişət təminatının yaxşılaşdırılması üçün tədbirlər görür;
9.28. səlahiyyətləri daxilində sərhəd obyektlərinin və qurğularının əsaslı tikintisini, layihə-tədqiqat işlərinin aparılmasını təşkil edir;
9.29. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət sərhədinin mühafizəsi məsələləri üzrə xarici dövlətlərin sərhəd mühafizə və digər orqanları, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, onların fəaliyyətində iştirak edir;
9.30. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin edir;
9.31. hərbi-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq edir.
10. Dövlət Sərhəd Xidməti qanunvericiliyə müvafiq olaraq digər vəzifələri yerinə yetirir.
Dövlət Sərhəd Xidməti öz təyinatını və vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
11.1. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının təmin olunması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək;
11.2. Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin qeydiyyatının aparılmasını, qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə buraxılmasını və ölkə hüdudlarından kənarlaşdırılmasını təmin etmək;
11.3. xidməti vəzifələri icra edərkən qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada plomblanmış vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük və digər aidiyyəti orqanlarla birlikdə (Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük və digər aidiyyəti orqanların iştirakını təmin etmək mümkün olmadığı hallarda isə milli təhlükəsizliyi və yaxud dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədilə - müstəqil surətdə) açdırılmasını təmin etmək;
11.4. hərbi qulluqçularına qanunvericiliklə müəyyən edilmiş qaydada odlu silah və xüsusi vasitələr vermək;
11.5. Azərbaycan Respublikasının dövlət sərhədindən keçən ayrı-ayrı şəxslərə, nəqliyyat vasitələrinə, yüklərə və başqa əmlaka münasibətdə qanunvericiliklə müəyyən edilmiş həcmdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini təmin etmək;
11.6. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi ilə əlaqədar səlahiyyətləri daxilində kəşfiyyat və əks-kəşfiyyat tədbirləri planlaşdırmaq, həyata keçirmək və bununla bağlı məsələləri həll etmək, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri həyata keçirmək;
11.7. əməliyyat-məlumat, əməliyyat-sorğu, axtarış məlumatlarının və digər informasiyaların, hesabatların məlumat banklarını yaratmaq, bu məlumatların təhlilini və onlardan istifadəni təşkil etmək, arayış-məlumat fəaliyyətini həyata keçirmək;
11.8. Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə dair qanunların və digər normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onların təkmilləşdirilməsi barədə təkliflər vermək, öz fəaliyyətinin normativ-hüquqi tənzimlənməsini həyata keçirmək;
11.9. sərhəd münaqişələrinin həlli məqsədilə həmsərhəd dövlətlərin sərhəd mühafizə xidmətləri ilə səlahiyyətləri həddində danışıqlar aparmaq;
11.10. səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Azərbaycan Respublikasının qanunvericilik aktlarının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin sərhəd xidməti orqanları tərəfindən icrasına nəzarət etmək;
11.11. qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncamında olan əmlak barəsində hüquqları həyata keçirmək;
11.12. qanunvericiliklə müəyyən edilmiş qaydada kütləvi informasiya vasitələri ilə əlaqələr yaratmaq, fəaliyyəti haqqında ictimaiyyətə məlumat vermək, qəzet, jurnal, bülletenlər buraxmaq, nəşriyyat işini həyata keçirmək;
11.13. səlahiyyətlərinə aid edilmiş məsələlərə dair məhkəmələrdə iddia ilə çıxış etmək;
11.14. Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin təmin edilməsi üçün hüquqi və fiziki şəxslərlə müqavilələr bağlamaq;
11.15. milli təhlükəsizliyin, mülkiyyətin, insan hüquq və azadlıqlarının təmin edilməsi məsələləri üzrə müvafiq dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;
11.16. Azərbaycan Respublikasının və xarici dövlətlərin təhsil müəssisələrində kadrların hazırlanması üzrə tədbirlər görmək;
11.17. Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilən şəxslərin öyrənilməsi işini təşkil etmək;
11.18. müvəqqəti saxlama yerlərində xidmətin təşkilinə nəzarət etmək;
11.19. qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə digər fəaliyyəti həyata keçirmək.

Mənbə: https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Respublikas%C4%B1_D%C3%B6vl%C9%99t_S%C9%99rh%C9%99d_Xidm%C9%99ti

Hiç yorum yok:

Yorum Gönder