Azərbaycan Respublikası

Azərbaycan Demokratik  Respublikası —28 may 1918 — 28 aprel1920
Müsəlman şərqində ilk parlamentli respublika. Türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmuşdur.ADR 27 may 1918-ci   ildə Tiflis şəhərindəAzərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.


AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT RƏMZLƏRİ 
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
(Konstitusiya maddəsi)

I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən     

      Azərbaycan Respublikasının Dövlət Gerbi



Azərbaycan Respublikasının Dövlət Gerbi 1993 cü ildə qəbul olunmuşdur. 
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi 
rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün 
üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə 
Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli 
ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

      Azərbaycan Respublikasının Dövlət Bayrağı


 Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Dövlətinin suverenliyinin 
rəmzidir. Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 
9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 
1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti 
qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. 1991-ci ildə 
Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı 
kimi qəbul edilməsi haqqında qərar vermişdir. Azərbaycan Respublikasının dövlət 
bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq 
qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk 
mənşəli olmasını, qırmızı rəng – müasirlik və demokratiyanın,müətsqillik naminə 
savaşmaq hazırlığı, yaşıl rəng - Islam dünyasına mənsubluğunu ifadə edir. 
Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə
səkkizguşəli ulduz təsvir edilmişdir.Aypara və səkkiz guşəli ulduz isə 
xöşbəxtlik və səadət rəmzidir.


Azərbaycan Respublikasının Dövlət Himni

1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş himn

1992 –ci ildə Azərbaycanın milli himni kimi təsdiq edilmişdi.
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!



Hiç yorum yok:

Yorum Gönder