Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir. 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmişdir. .2018-ci ildə səslərin 86.03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. Ailəlidir. Üç övladı, dörd nəvəsi vardır.

Partiya mənsubiyyəti

1999-cu ildə İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, 2001-ci ildə YAP-ın ikinci konqresində isə YAP sədrinin birinci müavini seçildi. 26 Mart 2005-ci ildə keçirilən YAP-ın üçüncü konqresində Prezident İlham Əliyev yekdilliklə YAP-ın sədri seçildi. 2008 və 2013-cü illərdə keçirilən YAP-ın dördüncü və beşinci konqresində İlham Əliyevin prezidentliyə namizədliyi yekdilliklə dəstəkləndi. Onun sədrliyi dövründə partiya üzvlərinin sayı 700 min nəfəri keçdi.

Mükafatları

  • Flag of Azerbaijan.svg "Heydər Əliyev" ordeni
  • Flag of Saudi Arabia.svg "Kral Əbdüləziz" ordeni;
  • Flag of Georgia.svg "Şərəf" ordeni;
  • Flag of Kuwait.svg "Mübarək əl-Kəbir" ordeni;
  • Flag of France.svg "Üç ulduz" ordeninin "Böyük xaç kavaleri" dərəcəsi.
  • Flag of Bulgaria.svg Bolqarıstan Respublikasının ali mükafatı - "Stara Planina" ordeni
  • Flag of Belarus.svg Belarus Respublikasının Dostluq ordeni
  • Flag of Turkey.svg Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı;
  • Flag of Romania.svg "İlin adamı" - 2010-cu ilin noyabr ayında Buxarest şəhərində Rumıniyanın "Balcanii şi Europa" ("Balkanlar və Avropa") jurnalı tərəfindən təqdim edilib.
  • Flag of Greece.svg Yunanıstan parlamentinin Qızıl medalı;
  • Flag of Azerbaijan.svg "Şeyxülislam" ordeni;
  • Flag of Russia.svg Rusiya Pravoslav Kilsəsinin "Prepodobnıy Serqiy Radonejskiy" birinci dərəcəli Ordeni;
  • "Böyük Kordon" Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası);
  • FİLA-nın Şərəf Zalının ən yüksək "İdman Əfsanəsi" ordeni;
  • Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı;
  • Flag of the CIS.svg MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının "Şərəf Ordeni";
  • Flag of the CIS.svg "Birlik" ordeni;
  • Flag of Tajikistan.svg "İsmoili Somoni" ordeni.
  • Flag of Belarus.svg "Xalqlar dostluğu" ordeni
  • Flag of Turkey.svg Birinci Dərəcəli Türkiyə Respublikası Dövlət Ordeni (2013) 
  • Flag of Ukraine.svg Azadlıq Ordeni (2013) 
  • Flag of the United Nations.svg Cənub-Cənub mükafatı (2015)
  • Flag of Italy.svg “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni

Fəxri doktoru olduğu universitetlər

  • Flag of Azerbaijan.svg Bakı Dövlət Universitetinin Fəxri doktoru;
  • Flag of the United States.svg Linkoln Universitetinin Fəxri Doktoru;
  • Flag of Russia.svg Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri Doktoru;
  • Flag of Kazakhstan.svg L.N.Qumilyov – Avrasiya Milli Universitetin Professoru;
  • Flag of Turkey.svg Bilkənt Universitetinin Fəxri Doktoru;
  • Flag of Ukraine.svg Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru;
  • Flag of Romania.svg Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru;
  • Flag of Bulgaria.svg Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru;
  • Flag of South Korea.svg Kyung Hee Universitetinin Fəxri Doktoru;
  • Flag of Jordan.svg İordaniya Universitetinin Fəxri Doktoru;
  • Flag of Hungary.svg Korvinus Universitetinin ictimai elmlər üzrə Fəxri doktoru;
  • Flag of Russia.svg M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru;
  • Flag of Ukraine.svg Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru;
  • Flag of Turkmenistan.svg Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru;
  • Flag of Belarus.svg Belarus Dövlət Universitetinin Fəxri professoru
  • Flag of Turkey.svg Türk Hava Qurumu Universitetinin Fəxri Doktoru.

Fəxri vətəndaşlığı

Hiç yorum yok:

Yorum Gönder