Silah və avadanlıqlar

1990-cı illərdə Azərbaycan tam olaraq SSRİ və onun varisi olan Rusiya silahından, hərbi texnikasından asılı vəziyyətdə idi. XXI əsrdə vəziyyət xeyli dərəcədə dəyişdi və Rusiyadan asılılıq xeyli azaldı. 2014-cü ildə Azərbaycan Avropada ikinci ən böyük silah idxalçısı idi. Azərbaycan silahları əsasən İsrail, Türkiyə, Ukrayna, Belarus, Rusiya və Pakistandan idxal edir. Azərbaycan İsraildən IMI Uzi və IMI Tavor TAR-21 avtomatını, IWI Negev yüngül avtomatını, B-300 və Spayk tank əleyhinə raketlərini, LAR-160 reaktiv yaylım atəş sistemini, ATMOS 2000 özüyeriyən artilleriya qurğularını, AIL Storm, Plasan Sand Cat və AIL Abir yüngül zirehli maşınlarını, Cardom minaatanını, Hermes 450, IAI Heron, IAI Searcher, Orbiter və Aerostar PUA-larını, Rusiyadan Kamov Ka-27, Mil Mi-17 və Mi-24helikopterlərini, MiQ-21, MiQ-29 və Su-25 döyüş təyyarələrini, BTR-80 zirehli transportyoru, BMP-3M piyada döyüş maşınlarını, T-90S tanklarını, 9M133 Kornet tank əleyhinə raketlərini, TOS-1, BM-30 Smerç reaktiv yaylım atəş sistemlərini, Belarusdan 2S7 Pionözüyeriyən artilleriya qurğularını, Polonez reaktiv yaylım atəşi sistemlərini, Türkiyədən T-155 Fırtına özüyeriyən artilleriya qurğularını, T-122 Sakarya və T-300 Qasırğa reaktiv yaylım atəş sistemlərini, Otokar Kobra döyüş kəşfiyyat maşınlarını, Çexiyadan RM-70 Vampirreaktiv yaylım atəş sistemlərini, ABŞ-dan Remington Model 700 snayper tüfənglərini, M16 və M4 avtomatlarını, Almaniyadan Heckler & Koch MP5 avtomatlarını və s. idxal edir.
2005-ci il dekabrın 16-da yaranan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi hərbi məhsullardan İstiqlal və Yalquzaq snayper tüfənglərini, Matadorvə Marauder zirehli transportyorları, Gürzə patrul maşınını, EM-14 və Xəzri avtomatını, Şimşək hücum tüfəngini, İnam, Zəfər-K və Zəfər tapançalarını, Zərbə pilotsuz uçuş aparatını, müxtəlif mm-lik minaatanları, əl qumbaraatanı, tüstü qumbarasını, qəlpəli minalı atəş yığımını və s. qeyd etmək olar. 2018-ci ildə Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edib.
Mənbə: https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Silahl%C4%B1_Q%C3%BCvv%C9%99l%C9%99ri#Az%C9%99rbaycan_Respublikas%C4%B1_X%C3%BCsusi_D%C3%B6vl%C9%99t_M%C3%BChafiz%C9%99_Xidm%C9%99ti

Hiç yorum yok:

Yorum Gönder