1 Şubat 2019 Cuma

Şəhid Rzayev Kərim Rza oğlu

          Rzayev Kərim Rza oğlu - 1974-cü ildə Ağdam rayonunun Çəmənli kəndində doğulmuşdur. 1994-cü il yanvarı ayının  28-də Ağdam rayonunun Qaraqaşlı kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.   
         6 uşaqlı ailənin 2-ci övladı idi. Atası Rzayev  Rza  ,  anası Rzayeva Hafizə xanım. Doğulduqdan sonra nənəsinin himayəsində böyümüşdür. 1992-ci ildə nənəsi vəfat etdikdən sonra , hərbi xidmətə yola düşür . Hərbi xidmətini Yelmar Edilovun  batalyonunda edib. 1993-cu ildə Sarıcalı kəndi uğrunda gedən döyüşlərdə kürəyinin ürək tərəfdən qəlpə yarası alıb. Sabunçuda müalicə olunurdu. Qəlpə ürəyin 5 mm-də dayandığından həkimlər onu cixara bilmədilər. Və beləliklə o ordudan təxris olunmali idi. Amma könüllü yenidən cəbhəyə qayıtdı. Müalicədən sonra bir müddət evdə olmuşdur.  Qonşulara deyirdi ki, mən necə kişiyəm ki, müharibə gedir, amma mən evdə oturmuşam. Həm də həmin vaxtlar evlərinə mərmi düşmüşdü. Evdə müalicəsini davam etdirdikdən sonra yenidən könüllü olaraq cəbhəyə qayıdır. Yelmar Edilov onun təxris olunduğunu bildiyindən döyüşə götürmək istəmirdi. Çünki ,  istənilən düz olmayan hərəkət qəlpənin ürəyə toxunmasına gətirə bilərdi. 28 yanvar 1994 -cu ildə Qaraqaşlı kəndinə ermənilər hucuma keçir. Onu döyüşə götürmürlər. Amma təzə gələn əsgərlərdən birinin silahını alaraq  , gizlincə maşına oturur. Bu onun sonuncu döyüşü olur. Qaraqaşlı kəndini ermənilər artilleriyadan atəşə tutduğunda qəlpə onun gözlərini əbədi yumur. Kərim Çəmənli kənd qəbiristanlığında dəfn olunub. Adına Saricali kəndində məktəb var.  Onun ailəsi indi Çəmənlidə yaşayır.

Allah rəhmət eləsin !!!

İnformasiya şəhidin dayısı oğlu  Cavid Hüseynov tərəfindən göndərilib.

26 Ocak 2019 Cumartesi

Şəhid Həsənov Təbriz Bəxtiyar oğlu 1996-cı il 27 yanvar - 23 aprel 2016-cı il

             Həsənov Təbriz 1996-cı il 27 yanvar tarixində Hacıqabul rayonu Qızılburun kəndində anadan olub.2002-ci ildə Seyfulla Məmmədov adına 110 saylı tam orta məktəbin I sinfinə daxil olub. 2011-ci ildə həmin məktəbin IX sinfini müvəffəqiyyətlə bitirib. Neft və Energetika kollecinə yüksək balla qəbul olunub. 2015-ci ildə isə kolleci bitirərək iyulun 1-i tarixində Gəncə şəhərində hərbi xidmətə yola düşüb. Həmin ilin oktyabr ayında isə Ağdam rayonunun Sarıcanlı kəndinə yollanıb. Lələtəpə uğrunda gedən döyuşlərdə fəallıq göstərib. Təbriz göstərdiyi şücaətlərə görə kiçik çavuş rütbəsi ilə qiymətləndirilib.Həsənov Təbriz 22 aprel Çəmənli kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.23 aprel 2016-cı il tarixində 110 saylı məktəbdə şəhidlə vida mərasimindən sonra Təbrizin cənazəsi Qaradağ rayonunun Şəhidlər xiyabanında dəfn olunub.



Allah bütün şəhidlərə rəhmət eləsin !!!
                                                                                          

Şəhid Yusif Ağayev

          Yusif Ağayev 1959-cu il 12 sentyabrda Şamaxı rayonunun Bağırlı kəndində anadan olub.
1991-ci ildə hərbi xidmətə yollanan və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda bir sıra döyüşlərə qatılan Yusif Ağayev 1992-ci il 26 yanvarda şəhid olub.
         Yusif Ağayev Şamaxı rayonunun Bağırlı kəndində dəfn olunub.

Şəhid Abdullayev Cuma Abdulla oğlu

Şəhid Abdullayev Cuma Abdulla oğlu 1974-cü il 13 oktyabr  tarixində Balakən rayonunun İtitala kəndində anadan olub. Ailəmizdə altı bacı , dörd qardaş olmuşuq. Cuma ailəmizin sonbeşiyi olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Şəki şəhərində Kənd Təsərrüfatı Texnikomunda davam etdirib. 13 oktyabr 1992-ci il tarixində hərbi xidmətə yollanıb. Hərbi xidmətini Əlibayramlı indiki Şirvan şəhərində edib.  3 aydan sonra , 1993-cü ildə hərbi xidmətdə olan zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi üçün Şirvan şəhərindən  Ağdam rayonuna gemişdir.  25 yanvar 1993-cü ildə  Ağdam rayonunun  Fərrux yüksəkliyi uğurunda  gedən döyüşlərdə şəhid olub.


Allah bütün şəhidlərə rəhmt eləsin !
İnformasiya şəhidin bacısı Abdullayeva Cümliyyət Abdulla qızı tərəfindən göndərilib.

19 Ocak 2019 Cumartesi

20 yanvar 1990- 2019

Qanlı yanvar tarixindən 29 il keçir
Müstəqillik qanlar bahasına olur. Tarixən müstəqil olan dövlətlər çoxlu qəhrəmanlar qurban verərək müstəqil olublar. Uğurunda neçə-neçə insanlar ölüb. Bizim müstəqilliyimiz də neçə-neçə şəhidlər hesabına başa gəlib.  Şəhidlər bizim qürurumuzdur. Onlar  bizim urəyimizdədir. Ruhları şad olsun...
                                                                    
Balakən rayonu Nizami adına şəhər 1 saylı tam orta məktəbin müəllimi Elvin Əliyev 






Allah bütün şəhidlərə rəhmət eləsin !

11 Ocak 2019 Cuma

Şəhid Elçin Heybət oğlu Cavadov


İgid Ölər Adı Qalar !!!

Biz Hamımız Vətəni sevməliyik , qorumağı bacarmalıyıq. Şəhid Elçin Heybət oğlu Cavadov kimi ... Elçin 05.06.1957 ci ildə Lənkəran Şəhərində anadan olmuşdur . Lənkəran Şəhər 4 saylı orta məktəbi bitirdikdən sonra aşbazlıq təhsili alır .Bitirdikdən sonra hərbi xidmətə yollanır . 1982 ci-ildən Lənkəranda ictimai - iaşə obyektində aşbaz olaraq çalışır. Torpaqlarımızda müharibə getdiyi vaxtda 1992 ci - ildə Ailəsinə xəbər vermədən iki körpə övladlarını qoyaraq cəbhə xəttinə yollanır . Ailə düz 2 ay axtarır və xəbər tutur ki, Ağdərədə cəbhə xəttində döyüşlərə qatılıb . Cavadov Elçın Lənkəran alayının cəbhə xəttində döyüşən hissəsinin aşbazi kimi köməyini əsirgəmirdi . Ailə və Körpə ovladlarını ataraq torpaq uğrunda , Vətən uğrunda Şəhid olmuşdur . Qələbə ilə dönən əsgərlərimizi təbəssümlə qarşılayırdı . Günlərin bir günü əlinə silah alıb döyüşün ən qızğın nöqtəsinə yollandı . 01.09.1992 ci - ildə Ağdərə rayonu , Mehmana kəndinin azad olunması uğrunda növbəti hücumda namərd düşmən gülləsi Elçini döyüşçü dostlarından ayırır .
Ailəsinin xahişi ilə anasının uyuduğu Lənkəran Şəhər Kiçik Bazar qəbirstanlığında dəfn olunur .
Dərin hüzn və ehtiramla yad edirik !!! Allah rəhmət eləsin !!!

İnformasiya şəhidin övladı Cavad Elçin oğlu Cavadov tərəfindən göndərilib.

29 Kasım 2018 Perşembe

Ağalarov Yaşar Musa oğlu.

Ağalarov Yaşar Musa oğlu.1975-ci ilin noyabrın 29-da Goranboy rayonunun  Xanqərvənd kəndində anadan olub.1993-cü ilin noyabr ayında həqiqi hərbi xidmətə çağırılıb.777-saylı  hərbi hissədə qulluq edirdi.1994- cü ilin aprel ayının 26-da Ağdam rayonunun Seyidsulan və Qapanlı kəndi uğrunda gedən döyüşlərdə itgin düşüb.