6 Aralık 2016 Salı

Mollayev Abdulla Molla oğlu



2015-ci ilin dekabrın 6-da Tərtərdə düşmənin Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqını zamanı şəhid olan baş leytenant Mollayev Abdulla Molla oğlu medalı ailəsinə təqdim edilib.APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü şəhidin medalı Qaxda 2 yaşlı oğluna verilib.


5 Aralık 2016 Pazartesi

İmanov Samid Gülağa oğlu



Mayor İmanov Samid Gülağa oğlu - həyatı və şəhid olması. Qəhrəman kimi yaşadı, qəhrəman kimi şəhid oldu. 1981-ci ildə Neftcala rayonunun Sovetabad qəsəbəsində dünyaya göz açıb. 1998-ci ildə Neftçala rayonunun 1 saylı orta məktəbini bitirərək həmin il Ali Hərbi Məktəbə daxil olub. 2003-ci ildə Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirib. Türkiyə Cümruhiyyətində "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Komando təlimi və paraşütdən sərbəst atlamaq" kurslarında, habelə "Anadolu-2007", "Anadolu Qartalı -2007" birgə taktiki təlimlərində, Pakistanda "Ləpirçi və antiterrorist" kurslarında, İsveçrə krallığında "Dağ təlimi" kursunda, Rumuniya Respublikasında "Dağa dırmanma üzrə təlimatçı kursunda iştirak edib. 2004-cü ilin iyun ayından xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin muavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində çalışıb. Xidməti müddətində 6 medalla təltif olunan az saylı hərbçilərdən olub. "Genştab"da son kursda oxuyurdu (general olmağa real namizədlərdən idi). Bundan başqa bir müddət Zakir Həsənovun mühafizə xidmətinin rəisi olub, daha sonra öz istəyi ilə yenidən xüsusi təyinatlı hərbi hissəyə qayıdıb, hərbi hissənin qərargah rəisi və xüsusi təyinatlı qoşunun komandanının köməkçisi vəzifəsini icra edib. Mayor Samid İmanovun başçılıq etdiyi dəstələr onun yüksək komandirlik bacarığının sayəsində düşmənə ağır zərbələr vurmuşdular, dəfələrlə düşmənin arxasına kecmiş, komandanlığa çox vacib materiallar çatdırmışdılar. Qeyd etdiyim kimi o, 6 medala layiq görülüb, silahlı qüvvələrimizin ən bacaraqlı zabitlərindən biri olub. 2014-ci il avqust ayında erməni təxribatının qarşısını almaq ücün Samidin dəstəsi əməliyyat kecirmiş, 20-yə yaxın ermənini məhv edərək geriyə qayıtmışdılar. 2016-ci ilin aprelin 3-dən 4-nə keçən gecə ömrünü vətənə, millətinə həsr etmiş dağlar qartalı zabitimizin son döyüşü olub. Samid və komandiri polkovnik-leytenant Murad Mirzəyevin (şəhid olub) başcılıq etdiyi qruplar düşmən təxribatlarının qarşısının almaq üçün komandanlığın əmrinə əsasən Talış yüksəkliklərindəki erməni postlarını darmadağın ediblər, 100-ə yaxın erməni əsgəri sıradan çıxarılıb. Atışmada qəhrəman zabitimiz çiynindən və ayağından yararalanıb. Samid bu gün yaşıya bilərdi bəlkə də, onda yüksək zabit və komandirlik qüruru olmasaydı. Atışmada yaralanan cəsur komandir əsgərlərinin onu döyüş meydanından cıxarmasına etiraz edib, yaralı gizirin çıxarılmasını əmr edib. Əsgərlərinin etirazına baxmayaraq əmrin icra edilməsi ücün qəti göstəriş verib. Ərazidən uzaqlaşan qrup təhlükəli olmasına baxmayaraq tez zamanda yenidən ora qayıdıb, amma komandiri yerində tapa bilməyiblər. Gecədən səhərə qədər axtarışlar nəticə verməyib. Buna baxmayaraq cəsur komandirin cəsur əsgərləri həyatlarını riskə ataraq günün-günorta cağı, döyüş gedə-gedə ərazini yenidən axtarıblar və bir kolluqda komandirin cansız bədəni ilə qarşılaşıblar. Cəsur komandir mayor Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək ücün özü də ordan uzaqlaşıb. Bir kolluqda maskalanıb, aldığı yaralardan qan axması olduğu üçün onu yuxu aparıb. Uzanaraq yatıb, vətəni, milləti üçün gözlərini birdəfəlik yumub. Qarabağın erməni işğalçılarından azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda Milli Ordunun qəhrəmancasına şəhid olmuş mayoru İmanov Samit Gülağa oğlu Neftçaladakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb

Vəlizadə Urfan Üzeyir oğlu


Vəlizadə Urfan Üzeyir oğlu - Mayor, Milli Ordunun zabiti, Dördgünlük müharibədə vurulan Mİ-24 helikopterinin pilotu.

    

O, 1978-ci il noyabrın 1-də Bakıda dünyaya gəlib. Məktəbi bitirən kimi Türk Hava Hərb Məktəbinə daxil olur. 5 il orda təhsil aldıqdan sonra 2001-ci ildə Azərbaycanda xidmətə başlayır.


     Ali təhsilini bir sıra xarici ölkələrdə alan Urfan Vəlizadə 25 il hərbi pilot kimi çalışıb.
Aprelin 2-də Füzuli istiqamətində ikinci dəfə havaya qalxan Mİ-24 vertolyotu vurulur. Vurulan zaman bortda 3 pilot olub: mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və Əbubəkir İsmayılov.
Mayorlar - Təbriz Musazadə və Urfan Vəlizadə yaxın dost və qohum olublar. həmişə birgə olan dostlar birgə də getdilər dünyadan...
Urfan Vəlizadə 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn olunub.

Mahir Mirzəyev



Apreldə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olan,Azərbaycan İqtisad Universitetinin məzunu,Qafqaz Universitetinin magistırı Vətəninə hər sahədə xidmət etməkdən qürur duyan şəhidimiz Mahir Mirzəyev

4 Aralık 2016 Pazar

Şəhid Fərid Gülağa oğlu Əhmədov

Əhmədov Fərid Gülağa oğlu — Azərbaycan zabiti, "İgidliyə görə" medalı ilə təltif edilib        (ölümündən sonra).
Fərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.
2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.
2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Gülağa oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb
2014-cü ilin yanvar ayında şəhid Fərid Əhmədovun ömür yoluna həsr olunmuş "Hay ver mənə, leytenant" filminin təqdimat mərasimi keçirilib

1 Aralık 2016 Perşembe

Səxavət Məhərrəmov - 05/12/1973


Səxavət Məhərrəmov  Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

5 dekabr 1973-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Qaraçanta kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri Azərbaycanlıları buradan deportasiya edərkən onun ailəsi Gürcüstana köçmüş daha sonra isə Lökbatan qəsəbəsində məskunlaşmışlar. Səxavət 1990-cı ildə burada 106 saylı məktəbi bitirir. Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri olur. O, şer yazardı, musiqiyə, şerə həvəsi sonsuz idi.
Döyüşlərdə iştirakı
1992-ci il 27 iyun Ağdərənin Kiçik Qarabəy (keçmiş Möhrətağ) kəndi uğrunda qanlı döyüşlər gedirdi onlarla erməni yarqlısı məhv edildikdən sonra bölmə geri dönərkən meşədə mühasirəyə düşür, Səxavət 19 yaşında canından əziz tutduğu vətən uğrunda qəhrəmancasına həlak oldu.
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Lökbatan qəsəbəsindəki 106 saylı məktəbə qəhrəmanımızın adı verilib, burada büstü qoyulub.


Polkovnik Vəlişov Qadir Saday oğlu

Canlı Efsanə Qəhraman!!!
Polkovnik Vəlişov Qadir Saday oğlu
Polkovnik Vəlişov Əfqanıstan,1-ci Qarabağ müharibəsinin və aprel döyüşlərinin iştirakçısıdır
Hər üç müharibədə ağır yaralanmasına baxmayaraq bu gündə vətənimizə canla-başla xidmət edir
Polkovnikin ilk döyüş yolu sovet ordusunun tərkibində Əfqanıstan müharibəsindən başlamışdır
90-ci illərin əvvəlində Azərbaycan dövlətinin cətin günlərində ilk vətənimizə gələn zabitlərdən olan Vəlişov,vətənin dar günündə Cəbrayılda xidmətə başlamış könüllülərdən yığılmış Cəbrayıl alayının komandiri olaraq alayın təşkilində müstəsna xidmətləri olmuş,Füzuli uğrunda gedən döyüşlərdə ağır yaralanmış 1ilə yaxın müalicə almış yenidən xidmətə qayıtmışdır
Aprel döyüşlərində N saylı hərbi hissənin komandiri olaraq döyüşlərə qatılmış ,komandirlik etdiyi dəstə ilə Spike LR ilə düşmənin 12tankın,xeylim texnikasın sıradan cıxarmış,aprelin 5də səhər saatlarında Talış kəndində düşmənin snayper atəşi və minamyot partlayışı nəticəsində ağır yaralanmışdır.
Dəfələrlə aldığı yaralara baxmayaraq yenidən ayağa qalxan Polkovnik Vəlişov bu gündə vətənimizin keşiyindədir

Mənbə: https://www.facebook.com/Herbi.Xeberler/