7 Aralık 2016 Çarşamba

İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub

Ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanışlıq zamanı İlham Əliyevin nitqi


Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törətmişdir. Qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab vermişdir. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurmuşdur və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilmişdir. 
Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir.
Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlamışdır. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olubdur. Mən Hərbi Hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi - tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq.
Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır.
Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır.
Ordumuzun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi.
1994-cü ilin yanvar ayında Füzuli rayonunda uğurlu əməliyyat keçirilmişdir, 22 kənd işğalçılardan azad edilmişdir. Bu, böyük tarixi qələbə idi. Aprel döyüşləri növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq.
Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik! Sağ olun.
12 noyabr 2016









Mənbə: http://president.az/articles/21707 

Axundov Sənan Tahir oğlu

Aprel hadisələrinin şəhid polkovnik-leytenantı Axundov Sənan Tahir oğlu
           Axundov Sənan Tahir oğlu 29 sentyabr 1979-cu il tarixdə Füzuli rayonunda anadan olub. --Bakı şəhər 144 saylı tam orta məktəbi bitirib.(1997-ci ildə) --Bakı Ali Hərbi Məktəbi (2001), Almaniyada Hərbi Akademiyanı-alman dilində(2005), Bakı Dövlət Universitetinin hüquq fakültəsini (2009) bitirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində əmək fəaliyyətinə başlamış və Müdafiə Nazirliyində sektor müdiri vəzifəsinədək bir həyat yolu keçmişdir. Aprel hadisələrində böyük həvəs və ruh yüksəkliyi ilə doğulub boya-başa çatdığı Füzuli bölgəsinə getmiş və Lələtəpədə vəzifə salahiyyətlərinin icrası zamanı çiyindaşını ölümün pəncəsindən xilas edərək özü qəhrəmancasına həlak olmuşdur.
       Müdafiə Nazirliyi sistemində işlədiyi müddətdə şəhid Sənan Axundovun fədəkar əməyi orden- medallar və fəxri fərmanlara layiq görülmüşdür. Ailənin tək oğul övladı, peşəkar hərbiçi Sənan Axundov 19 aprel 2016-cı il tarixdə Beyləqan rayonu ərazisindəki İbadətgahımız--Həzrəti Cərciz Peyğəmbərdə dəfn olunmuşdur.  Allah rəhmət eləsin!

Rusif Ağayev Allah

Aprel şəhidimiz Rusif Ağayev

Allah rəhmət eləsin!

6 Aralık 2016 Salı

Əliyev Aqil Müzəffər oğlu


Əliyev Aqil Müzəffər oğlu 30 .07.1982 ci ildə Beyləqan rayonunda anadan olub.1988-1999 cu illərdə Beyləqan səhər 2 nömrəli Fərman Haciyev adına məktəbdə orta tehsilini almisdir.
Aqil 2000 ci ildə hərbi xidmətə çağrilib.Xidməti zamanı məzuniyyət verilsə də evə gəlməyib.İsrarla Vətənimə borcumu verim , bir dəfəlik gedərəm deyib. Aqil 17.06 .2001ci ildə Ağdam bölgəsində xidməti döyüş tapşırığını yerinə yetirərkən   şəhid olub.
Allah rəhmət eləsin!


İnformasiya bloga şəhidin qardaşı Əliyev Azər Müzəffər oğlu  tərəfindən verilib.

Mollayev Abdulla Molla oğlu



2015-ci ilin dekabrın 6-da Tərtərdə düşmənin Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqını zamanı şəhid olan baş leytenant Mollayev Abdulla Molla oğlu medalı ailəsinə təqdim edilib.APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü şəhidin medalı Qaxda 2 yaşlı oğluna verilib.


5 Aralık 2016 Pazartesi

İmanov Samid Gülağa oğlu



Mayor İmanov Samid Gülağa oğlu - həyatı və şəhid olması. Qəhrəman kimi yaşadı, qəhrəman kimi şəhid oldu. 1981-ci ildə Neftcala rayonunun Sovetabad qəsəbəsində dünyaya göz açıb. 1998-ci ildə Neftçala rayonunun 1 saylı orta məktəbini bitirərək həmin il Ali Hərbi Məktəbə daxil olub. 2003-ci ildə Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirib. Türkiyə Cümruhiyyətində "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Komando təlimi və paraşütdən sərbəst atlamaq" kurslarında, habelə "Anadolu-2007", "Anadolu Qartalı -2007" birgə taktiki təlimlərində, Pakistanda "Ləpirçi və antiterrorist" kurslarında, İsveçrə krallığında "Dağ təlimi" kursunda, Rumuniya Respublikasında "Dağa dırmanma üzrə təlimatçı kursunda iştirak edib. 2004-cü ilin iyun ayından xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin muavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində çalışıb. Xidməti müddətində 6 medalla təltif olunan az saylı hərbçilərdən olub. "Genştab"da son kursda oxuyurdu (general olmağa real namizədlərdən idi). Bundan başqa bir müddət Zakir Həsənovun mühafizə xidmətinin rəisi olub, daha sonra öz istəyi ilə yenidən xüsusi təyinatlı hərbi hissəyə qayıdıb, hərbi hissənin qərargah rəisi və xüsusi təyinatlı qoşunun komandanının köməkçisi vəzifəsini icra edib. Mayor Samid İmanovun başçılıq etdiyi dəstələr onun yüksək komandirlik bacarığının sayəsində düşmənə ağır zərbələr vurmuşdular, dəfələrlə düşmənin arxasına kecmiş, komandanlığa çox vacib materiallar çatdırmışdılar. Qeyd etdiyim kimi o, 6 medala layiq görülüb, silahlı qüvvələrimizin ən bacaraqlı zabitlərindən biri olub. 2014-ci il avqust ayında erməni təxribatının qarşısını almaq ücün Samidin dəstəsi əməliyyat kecirmiş, 20-yə yaxın ermənini məhv edərək geriyə qayıtmışdılar. 2016-ci ilin aprelin 3-dən 4-nə keçən gecə ömrünü vətənə, millətinə həsr etmiş dağlar qartalı zabitimizin son döyüşü olub. Samid və komandiri polkovnik-leytenant Murad Mirzəyevin (şəhid olub) başcılıq etdiyi qruplar düşmən təxribatlarının qarşısının almaq üçün komandanlığın əmrinə əsasən Talış yüksəkliklərindəki erməni postlarını darmadağın ediblər, 100-ə yaxın erməni əsgəri sıradan çıxarılıb. Atışmada qəhrəman zabitimiz çiynindən və ayağından yararalanıb. Samid bu gün yaşıya bilərdi bəlkə də, onda yüksək zabit və komandirlik qüruru olmasaydı. Atışmada yaralanan cəsur komandir əsgərlərinin onu döyüş meydanından cıxarmasına etiraz edib, yaralı gizirin çıxarılmasını əmr edib. Əsgərlərinin etirazına baxmayaraq əmrin icra edilməsi ücün qəti göstəriş verib. Ərazidən uzaqlaşan qrup təhlükəli olmasına baxmayaraq tez zamanda yenidən ora qayıdıb, amma komandiri yerində tapa bilməyiblər. Gecədən səhərə qədər axtarışlar nəticə verməyib. Buna baxmayaraq cəsur komandirin cəsur əsgərləri həyatlarını riskə ataraq günün-günorta cağı, döyüş gedə-gedə ərazini yenidən axtarıblar və bir kolluqda komandirin cansız bədəni ilə qarşılaşıblar. Cəsur komandir mayor Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək ücün özü də ordan uzaqlaşıb. Bir kolluqda maskalanıb, aldığı yaralardan qan axması olduğu üçün onu yuxu aparıb. Uzanaraq yatıb, vətəni, milləti üçün gözlərini birdəfəlik yumub. Qarabağın erməni işğalçılarından azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda Milli Ordunun qəhrəmancasına şəhid olmuş mayoru İmanov Samit Gülağa oğlu Neftçaladakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb

Vəlizadə Urfan Üzeyir oğlu


Vəlizadə Urfan Üzeyir oğlu - Mayor, Milli Ordunun zabiti, Dördgünlük müharibədə vurulan Mİ-24 helikopterinin pilotu.

    

O, 1978-ci il noyabrın 1-də Bakıda dünyaya gəlib. Məktəbi bitirən kimi Türk Hava Hərb Məktəbinə daxil olur. 5 il orda təhsil aldıqdan sonra 2001-ci ildə Azərbaycanda xidmətə başlayır.


     Ali təhsilini bir sıra xarici ölkələrdə alan Urfan Vəlizadə 25 il hərbi pilot kimi çalışıb.
Aprelin 2-də Füzuli istiqamətində ikinci dəfə havaya qalxan Mİ-24 vertolyotu vurulur. Vurulan zaman bortda 3 pilot olub: mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və Əbubəkir İsmayılov.
Mayorlar - Təbriz Musazadə və Urfan Vəlizadə yaxın dost və qohum olublar. həmişə birgə olan dostlar birgə də getdilər dünyadan...
Urfan Vəlizadə 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn olunub.