16 Ekim 2018 Salı

25 dekabr

RÜSTƏMOV FÜZULİ SALAH oğlu

DOĞUM TARİXİ: 25/12/1965
VƏFAT TARİXİ: 26/02/1992
25 dekabr 1965-cı ildə Tərtər rayonunun Hüsənli kəndində dünyaya göz açmışdır. Ata-anasını erkən itirmişdir. 1978-ci ildən Xocalıda, babası Kərim kişinin himayəsində yaşamışdır. O, burada səkkizillik məktəbi bitirmişdir.  Ailəsinin ağır şəraitdə yaşaması onu erkən vaxtlarından işləməyə vadar etmişdir. O, əvvəlcə 2 saylı Xocalı Üzümçülük Sovxozunda, 1990-cı ildən isə toxuculuq fabrikində işləmişdir.
Dağlıq Qarabağ hadisələri başlayan ilk günlərdən qəlbində ermənilərə qarşı nifrət hissi közərirdi. Elə həmin vaxtlardan da silah götürüb torpaqlarımızın müdafiəsinə qalxdı. Füzuli 1989-cu ilin iyun ayında öz yoldaşları ilə birlikdə kəndlərinə yaxın olan erməni postuna hücum edərək, oranı dağıtdı. Bunun üçün ona 4 ay həbs cəzası verdilər. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı Aeroportunu partlatmaq lazım gəlirdi. Əməliyyatı həyata keçirmək üçün 4 nəfərdən ibarət qrup ayrıldı. Qrupun  tərkibində  F.Rüstəmov  da  var  idi. Əməliyyat uğurla başa çatdırıldı.
Füzuli, Xocalı özünümüdafiə dəstəsi yaradılanda, əvvəlcə həmin dəstədə, sonra isə hərbi batalyonda xidmətini davam etdirmişdir. O, Xocalı faciəsi zamanı əhalinin   təhlükəsizliyinin təmin edilməsində çox fədakarlıqlar göstərmişdir. Azərbaycanın Milli Qəhrəmanı A.Quliyevin yaralı vəziyyətdə döyüş meydanından çıxarılması da, onun hünəri sayəsində mümkün olmuşdur. Faciə zamanı o, üç dəfə Xocalıya girərək qadın, uşaq və yaralıları təhlükəsiz zonaya çıxarmışdır. Ölümün pəncəsindən neçə-neçə insanı xilas edən Füzuli son anda özü düşmən gülləsinə tuş gəldi. Boynundan ağır yara almışdı. Onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
 Tərtər rayonunun Hüsənli kəndində dəfn edilmişdir.

QƏNBƏROV RAMİZ BULUD oğlu



2 iyul 1962-ci ildə Şuşa şəhərində doğulmuşdur. 1979-cu ildə H.Hacıyev adına 4 saylı Şuşa şəhər orta məktəbini bitirdikdən sonra Kolxozlararası Tikinti   İdarəsində əmək fəaliyyətinə başlamışdır, 1980-ci ildə hərbi xidmətə çağırılmışdır.  1982-ci ildə ordudan tərxis olunur və doğma Şuşaya qayıdır. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Ramiz sonradan çalışdığı idarəyə mühəndis təyin edilir. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur, işləyə-işləyə ali təhsilini davam etdirir.
R.Qənbərov 1988-ci ildə Xalq Hərəkatına qoşulur və erməni təcavüzünə qarşı ilk mübarizə aparanlardan biri olur. Ramizin qəlbinə bu müqəddəs fikir hakim kəsilmişdi; Millət! Vətən! Torpaq! Azadlıq! O, Moskvada Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasında fəal iştirak edirdi. Bəzən haqsız təzyiqlərə, təqiblərə məruz qalsa da, yolundan dönmür, ölümün gözünə belə dik baxırdı. O, Azərbaycana qarşı erməni təcavüzünün ilk illərindən torpaqlanmızın müdafiəsinə qalxanların ön sıralarında idi. R.Qənbərov 1992-ci ildə könüllülərdən ibarət batalyon yaradır və özü də həmin batalyona başçılıq edir. Cəsur döyüşçü öz batalyonu ilə Şuşa şəhərinin, eləcə də Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuş, quldur yuvalarının darmadağın edilməsində əsl qəhrəmanlıq nümunələri göstərmişdir.
Erməni yaraqlıları 29 aprel 1992-ci ildə Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücuma keçirlər. R.Qənbərov öz batalyonu ilə köməyə gedir. Düşmən xeyli itki versə də, geri çəkilmək bilmirdi. Bu qeyri-bərabər döyüşdə igid komandir ağır yaralanır. Bir gün sonra, 1992-ci il aprelin 30-da o, gözlərini əbədi yumur.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qənbərov Ramiz Bulud oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Şuşa şəhərində dəfn edilib.
Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.
DOĞUM TARİXİ: 02/07/1962
VƏFAT TARİXİ: 30/04/1992

QURBANOV NOVRUZ ƏLİYULLAH oğlu

1975-ci il iyunun 2-də Ağstafa rayonunun Yuxarı Göycəli kəndində dünyaya göz açmışdır. 1992-ci ildə burada orta məktəbi bitirmişdir. 1993-cü il iyul ayının 3-də Novruz Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmışdır. O, 776 saylı hərbi hissədə xidmətə başlayır. Xeyli müddət hərbi təlimlərdə iştirak edir   və sonra torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlər... O, öz qəhrəmanlığı ilə əsgər və zabit heyətinin dərin hörmətini qazanır. 1994-cü ilin mayında atəşkəs elan olunanda hamı sevinirdi. Hamı  müharibənin qurtarmasını, münaqişənin sülh yolu ilə tənzimlənməsini gözləyirdi. Lakin, sən demə, bu, müharibənin sonu deyilmiş.  Atəşkəsin  üstündən bir il keçməmiş ölkədə qarşıdurma başladı. Bu, vahid düşmənə qarşı müharibə deyil, dövlətçiliyimizə, müstəqilliyimizə qarşı yönələn bir müharibə idi. 1995-ci il mart ayının 13-də mənfur niyyətli bir qrup millət xaininin başçılıq etdiyi silahlı dəstə dövlət çevrilişinə cəhd planı hazırlamışdı. Ancaq Milli Ordumuzun səyi nəticəsində bu dəstə zərərsizləşdirildi. N.Qurbanov da müstəqilliyimizin qorunub saxlanılması üçün əsgəri rəşadət göstərdi. Əfsuslar olsun ki, 17 mart 1995-ci ildə qardaş gülləsinə tuş gəldi. Gənc əsgərin ömrü qırıldı.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qurbanov Novruz Əliyullah oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Yuxarı Göycəli kəndində dəfn edilmişdir.
 Doğulduğu kənddə büstü qoyulmuşdur


DOĞUM TARİXİ: 02/06/1975
VƏFAT TARİXİ: 17/03/1995

.

Qurbanov Çingiz Salman oğlu

Çingiz Qurbanov — Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının əsgəri
Çingiz Qurbanov 1994-cü ildə Qusarın Həzrə kəndində anadan olub. O, məktəbi bitirəndən sonra Azərbaycan Texniki Universitetindən 2016-cı ildə məzun olub. 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdır.
Çingiz Qurbanov 2016-cı ilin 29 dekabr tarixində Erməni Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuşdur. Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşmüşdür. Düşmən tərəfi döyüş toqquşması zamanı canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edildi. Çingiz Qurbanov erməni təxribatının qarşısını alarkən qəhrəmanlıq göstərmiş və şəhid olmuşdur. Düşmən 3 həftədən çox müddətdir ki, bütün beynəlxalq normaları pozaraq Azərbaycan ordusunun şəhid olmuş əsgəri Çingiz Qurbanovun cəsədini qaytarmaqdan imtina edirdi.
Nəhayət Ç. Qurbanovun nəşi fevralın 5-də geri qaytarılmışdır.
Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutdu. Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə gətirilmişdir.
Şəhidlə vida mərasimi fevralın 6-da səhər saat 09:30-da Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilmişdir. Şəhid Çingiz Qurbanov fevralın 6-da böyük izdihamla Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb
.DOĞUM TARİXİ: 16/02/1994

VƏFAT TARİXİ: 29/12/2016

14 Ekim 2018 Pazar

Qasım Rzayev — Azərbaycanın Milli Qəhrəmanı;

Qasım Rzayev — Azərbaycanın Milli Qəhrəmanı
                                  Qarabağ müharibəsi şəhidi.
Fotoqrafiya5 may 1970-ci il Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. 1987-ci ildə burada məktəbi bitirən Qasım sürücülük peşəsinə yiyələnir. 1988-ci il hərbi xidmətə çağırılır. Ukrayna Respublikasında artilleriya hissəsində xidmət edən Qasım dəfələrlə mükafatlandırılmışdı. 1990-cı ildə xidmətini başa vuran Qasım Vətənə dönür. Könüllü özünümüdafiə batalyonlarından birinə yazılır,

Döyüşlərdə iştirakı

Beləliklə, həmin gündən Qasım Rzayevin döyüş yolu başlayır. Sonra Milli Ordunun ilk əsgəri kimi Muncuqlu, Ağdam, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdu. Qasım idarə etdiyi avtomobilə mərmiatan qurğu qoşaraq düşmənin başına od ələyirdi. Qasımın bu qəhramanlığı hamını heyrətləndirmişdi. 1992-ci il 11 fevral "Qan çanağı" deyilən ərazidən hücuma keçən erməni yaraqlıları bir dəstə döyüşçü ilə rastlaşdılar. Bu Qasımın başçılıq etdiyi dəstə idi, onlar işğalçıları məhv etməklə yanaşı, ermənilərə məxsus bir PDM-ni də, alova bürüdülər. 14 may 1992-ci il erməni işğalçı dəstələri ağır texnikalarla Tovuz rayonunun sərhədyanı bölgələrinə hücum etmişdilər. Qasım qurğunu işə salaraq bir-birinin ardınca 20 raket atdı.
Bir müddət sonra ətrafa sakitlik çökdü. Erməni quldurları qəfil top atəşinə başladılar, mərmilərdən biri onun maşınının düz üstünə düşdü. Qasım ömrünün 22-ci baharında Vətənimiz uğrunda, torpaq uğrunda qəhrəmancasına həlak oldu.

Ailəsi

Evli idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rzayev Qasım Qara oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Tovuz rayonunun Əlibəyli kənd qəbristanlğında dəfn edilib.

Xatirəsi

Hacallı kənd orta məktəbi qəhrəmanımızın adını daşıyır.
Rejissor Etibar Məmmədov Qasım Rzayev haqqında Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun təqdimatı ilə "Qasımın andı" adlı sənədli film çəkmişdir.

5 yanvar -Şirin Vəli oğlu Mirzəyevin doğum günüdür


Şirin Vəli oğlu Mirzəyev (5 yanvar 1947XankəndiAzərbaycan SSR - 18 iyun 1992Ağdam) — Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi.
FotoqrafiyaƏslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açmışdır. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşmüşdür. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır. 1988-ci ildə Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirdi. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaratdı. Bu, o dövr üçün çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradıldı və ürəyi Vətən sevgisilə çırpınan podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi. O 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib. Və 1993-cü il fevral ayının 5-də Şirin Mirzəyevin şəxsi təşəbbüsü ilə yaradılmış tədris taboru ləğv edildi.

Döyüş yolu

Ş.Mirzəyevin döyüş yolu respublikada örnək ola biləcək bir yoldur. Onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edildi. Ağdam rayonunun 120 km-lik ərazisi müdafiə edilirdi.
Ağdərə 1992.jpg
Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi. Əzabkeş sərkərdə Ş.Mirzəyev həmişə ön xəttə olurdu. Onun bu keyfiyyəti alayın bütün üzvlərini cəsarətləndirirdi. İlk anlar könüllülük prinsipi ilə gələn döyüşçülər bir qədər ərköyünlük edirdilər. Ş.Mirzəyevin özünün şəxsi nümunəsi, hərbi qanunlara ciddi riayət etməsi, hər bir əsgərə fərdi qayğısı və tələbkarlığı sayəsində bütün nöqsanlar aradan qaldırıldı.
Şirin Mirzəyevin həyatından bəhs edən "Sərkərdə" kitabının müəllifi, hərbi jurnalist İbrahim İbadoğludur.

Ailəsi

Deputat Flora Qasımova Şirin Mirzəyevin həyat yoldaşıdır. Onlar orta məktəbdə eyni sinifdə oxuyublar. 1976-cı ildə ailə qurublar
Oğlu polis əməkdaşıdır, daxili işlər orqanlarında çalışır. Qızı isə ingilis dili müəlliməsidir

Mükafatları

Azərbaycanın Milli Qəhrəmanıdır. Adına Bakı şəhərində küçə var. Xidmət etdiyi 836-cı hərbi hissənin həyətində abidəsi qoyulmuşdur.

14 oktyabr 1981-ci il bu günSamid Gülağa oğlu İmanovun doğum günüdür


FotoqrafiyaSamid Gülağa oğlu İmanov - Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub və ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb

1981-ci ilin 14 oktyabr günündə Neftçala rayonunun  şimalında, Kür çayının sahilində yerləşən Həsənabad qəsəbəsində (dövrün Sovetabad qəsəbəsi) Gülağa və Xuraman İmanovların ailəsində anadan olub. Samid İmanov ailənin birinci oğul övladı idi. Onun özündən böyük Aybəniz və Gülbəniz (d. 1978) adında iki bacısı, Sadiq adında isə bir qardaşı var idi.
Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getdi, 1998-ci ildə isə həmin məktəbi bitirdi. Elə həmin ildəcə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olan İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirdi və Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevtərəfindən mükafata layiq görüldü.
Samid İmanov 2013-cü ilin 16 iyun günündə dayısı qızı Badam xanım ilə ailə həyatı qurdu. Bu nigahdan onların bir qızı və bir oğlu var idi; Fidan (2014) və Turan (2016).
"İnsan bu həyata bir dəfə gəlir və bir dəfə də həyatdan gedir.
Gedəndə də gərək şərəflə gedəsən.

Samid İmanov
"