Vətən torpağı bizim üçün səcdəgahdır,toxunulmazdır,müqəddəsdir.Əsil vətəndaş odur ki,öz vətəninin azadlıq və istiqlaliyyəti uğrunda hər an canını , qanını verməyə hazırdır.Vətən uğrunda canından keçən qərəmanlar əbədi bir həyata qovuşur,öldükdən sonra şərəflə yad edirlər.
Страницы
- Əsas səhifə
- Azərbaycan Respublikası
- Azərbaycan Silahlı Qüvvələri
- Milli Qəhrəmanlarımız
- Qəhrəman qadınlar
- Foto 1988-1994
- Foto
- Video
- Şerlər
- 2-5 aprel 2016
- 31 Mart soyqırımı
- 20 Yanvar
- Qarabağ
- Ağdam
- Ağdərə
- Cəbrayıl
- Füzuli
- Kəlbəcər
- Laçın
- Qubadlı
- Şuşa
- Xocalı
- Xocavənd
- Zəngilan
- Təqvim
- Tovuz döyüşləri
- 27 Sentyabr 2020 - Qarabağ Azərbaycandır !
- İkinci Qarabağ muharibəsi Qəhrəmanları
- İkinci Qarabağ müharibəsi Şəhidlərimiz
- Foto - II Qarabağ müharibəsi
- Əlaqə
21 Temmuz 2019 Pazar
30 Mayıs 2019 Perşembe
Omarov Aqil Akif oğlu
Omarov Aqil Akif oğlu 2019-cu il mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.1983-cü il təvəllüdlü Aqil Omarov mayor olub. O, Qax rayonunun Lələpaşa kəndinə yaşayıb. Evli olub, iki oğlu yadigar qalıb.
Allah rəhmət eləsin!
2 Nisan 2019 Salı
Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il ötür
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib.
Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.
Ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir.
Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.
#geridön

1 Nisan 2019 Pazartesi
Muxtarov Arif Aqil oğlu
Allah rəhmət eləsin !!!
İnformasiyanı şəhidin bibisi Ramizə Muxtarova
göndərib.
31 Mart 2019 Pazar
31 Mart soyqırımı
Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakışəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Kaydol:
Kayıtlar (Atom)