15 Ağustos 2019 Perşembe

Baş Leytenant Cavid Dədəkişiyev

Cavid Gülbaba oğlu Dədəkişiyev (d. 5 iyul 1989İmişliAzərbaycan - ö. 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrininzabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Cavid Dədəkişiyev 1989-cu ilin 5 iyul günündə İmişli rayonunun Qaralar kəndində anadan olub. Ailənin birinci övladı olan Cavid Dədəkişiyevin özündən başqa iki qardaşı və bir bacısı var idi. 2006-cı ildə İmişli rayonunda yerləşən Namiq Abışov adına tam orta məktəbi bitirən Cavid Dədəkişiyev elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2008-ci ildə motoatıcı ixtisası üzrə təhsilini davam etdirən Cavid Dədəkişiyev 2010-cu ilin 26 iyun tarixində leytenant rütbəsi aldı. Daha sonra o, 2011-ci ildə Goranboy rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə xidmətə başladı.
Baş leytenant Cavid Dədəkişiyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 11-i isə Cavid Dədəkişiyev doğulduğu İmişli rayonunun Qaralar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Dədəkişiyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Cavid Dədəkişiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
 Allah rəhmət eləsin!






21 Temmuz 2019 Pazar

21 iyul əsgər Alışov Səməd Anar oğlunun anım günüdür.

Əsgər Səməd Alışov 21 iyul 2018-ci ildə Füzuli istiqamətində düşmənin atəşkəs rejimini pozması nəticəsində həyatını itirib.
O, Qəbələ rayonunun Zirik kəndində doğulub. 
Allah şəhidimizə rəhmət eləsin!



30 Mayıs 2019 Perşembe

Omarov Aqil Akif oğlu


Omarov Aqil Akif oğlu  2019-cu il mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.1983-cü il təvəllüdlü Aqil Omarov mayor olub. O, Qax rayonunun Lələpaşa kəndinə yaşayıb. Evli olub, iki oğlu yadigar qalıb.



                   Allah rəhmət eləsin!





2 Nisan 2019 Salı

Aprel döyüşləri

Aprel döyüşlərinin canlı qəhrəmanları
Gizir Eynullayev Əli və Mayor Bağıyev Mirdamət

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il ötür

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib.
Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.
Ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir.
Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.

#geridön

1 Nisan 2019 Pazartesi

Muxtarov Arif Aqil oğlu



Muxtarov Arif Aqil oğlu1973-cü il 20  iyul tarixində  Tərtər rayonunda anadan olub.1992-ci ildə həqiqi hərbi xidmətə çağrılmışdır.Torpaqlarımızı erməni işğalçılarından təmizləmək üçün Ağdərə bölgəsində vuruşmuşdur 1992- ci il 29 sentyabrda Cıldıran kəndi uğrunda gedən qanlı döyşlərdə şəhid olmuşdur. Subay idi. Tərtər şəhər qəbiristanlığında torpağa tapşırılıb.


      Allah rəhmət eləsin !!!

İnformasiyanı şəhidin bibisi Ramizə Muxtarova göndərib.

31 Mart 2019 Pazar

31 Mart soyqırımı

Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakışəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də ŞamaxıQubaXaçmazLənkəranHacıqabulSəlyanZəngəzurQarabağNaxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.