20 Kasım 2019 Çarşamba

Qarakənd faciəsi

Qarakənd faciəsi və ya 20 noyabr faciəsi — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdamrayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar arasında Azərbaycan RespublikasınınDövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman MirzəyevQazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau SerikovAzərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi.[2] Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.


11 Kasım 2019 Pazartesi

Məmmədov Elyarbəy Beqəli oğlu

1984 cü il mart ayinin 5 i Qirqizistan Respublikasinin Oş vilayəti Aravan rayonunda dünyaya göz acan Məmmədov Elyarbəy Beqəli oğlu 1990 ci ildə Azərbaycan Respublikasi Samux rayonunda məskunlaşmişdir. Həmin kəndin kənd orta məktəbini bitirdikdən sonra , həqiqi hərbi xidmətə yollandi və hərbi xidməti bitirdikdən sonra, bir cox mühafizə şirkətlərində mühafizəci kimi calişmişdir. Və nəhayət 2016 ci ilin dekabr ayindan Müdafiyə Nazirliyinin Göygöl rayonundaki 172 sayli hissənin düşmənlə birbaşa təmasda olan döyüş postunda  MAHXHQ kimi calişmaqa başlamişdir. Xidmət etdiyi dövrdə oz xidmət yoldaşlari arasinda vətənə sevgisi , əsgər yoldaşlari ilə mehriban rəftari ilə taninmişdir.
2019 cu ilin sentyabr ayinin 20 dən 21 nə kecən gecə xidməti döyüş mövqeyində xidməti vəzifəsini yerinə yetirən zaman həlak olmuşdur və hal hazirda Səfərbərlik və Hərbi Xidmətə Cağiriş Xidmətinin Samux rayon bölməsində ŞƏHİD kimi qeydiyyata alinmişdir.

      Allah rəhmət eləsin !!!

İnformasiyanı şəhidin  dayisi oğlu   Xəlilov Vüqar Fərid oğlu  göndərib.

10 Kasım 2019 Pazar

Bu gün Şəhid Pilot Kapitan Yaşar Əhmədovun doğum günüdür

Əhmədov Yaşar Mail oğlu — 1970-ci il noyabrın 11-də Qazax rayon Aslanbəyli kəndində ziyalı ailəsində anadan olmuşdur.Azərbaycan Respublikasının DİN tərəfindən 1992-ci ilin avqust ayında giriş imtahanlarını müvəffəqiyyətlə verərək Ukrayna Respublikası Kremençuq Uçuş məktəbinə daxil olub. Milli Aviasiya Akademiyası yarandıqdan sonra 1994-cü ilin may ayında təhsilini Milli Aviasiya Akademiyasında davam etdirmişdir .Mİ-2 və Mi-8 tipli helikopter pilotu kimi sertifkat almışdır.1996-cı ilin dekabr ayında Milli Aviasiya Akademiyasını müvəffiqiyyətlə bitirmişdir. Əhmədov Yaşar bu Akademiyanın ilk məzunlarındandır.11 fevral 2013-cü il döyüş tapşırığını yerinə yetirərkən Şıxov çimərliyi ətrafında Mi-17 helikopteri qəzaya uğramış və 3 ekipaj üzvi ilə birlikdə Şəhid olmuşdur. #herbihavaquvveleri #hərbihavaqüvvələri

23 Ağustos 2019 Cuma

23 avqust Füzuli və Cəbrayılın işğalı günüdür

   Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.

  Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.
Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından da 24 il ötür. Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
  Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın erməni-rus hərbi birləşmələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var. Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb.

22 Ağustos 2019 Perşembe

Şəhid Mayor Fəqan Xudaverdiyev

Bu gün Şəhid Mayor Fəqan Xudaverdiyevin Şəhadət günüdür.Şəhidimizi tanıyaq.

1975-ci ilin avqust ayında Ağcabədinin Qaravəlli kəndində Baxış müəllimin ailəsində gözəl bir oğlan uşağı dünyaya gəldi. Bütün oğlu olan analar kimi Səhər xanım həmin gün qürurlanıb taleyə yazılası bır gün yaşadı... Hələ orta məktəbdə ikən Fəqanın bəzi xüsusiyyətləri müəllimlərinin, kollektivin diqqətindən yayınmırdı. O, yoldaşlarına nisbətən fəal, çevik və məsuliyyətli idi. Quş qanadlı illər ötdükcə Fəqan da böyüyüb sağlam bir oğlan oldu. Orta məktəbi namərd qonşularmız torpaq iddası ilə soydaşlarımızı Ermənistandan və Dağlıq Qarabağdan kütləvi şəkildə qovanda — müharibənin başlandığı ilk dövrdə bitirdi. O zaman Fəqan bütün qeyrətli vətən oğulları kimi Vətənin müdafiəsinə hazır olduğunu qət etdi. Öz fikrini ailədə ata-anasına bildirdi. Onlar Fəqana uğurlu yol arzuladılar.

Vətən eşqim, qalx ayağa,
Göyü yandır, yeri yandir.
Sənə oğul olammasam,
Məni diri-diri yandır.

1993-cü ildə Fəqan hərbi komissarlığa gələrək döyüşə könüllü getmək arzusunda olduğunu bildirdi... O illərdə vətənin ixtisaslı hərbi kadrlara çox böyük ehtiyacı olduğu üçün hərbi komissarlıq Fəqana Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbində (indiki H.Əliyev adına Hərbi Akademiya)oxumağı məsləhət bildi. 1993-cü ildə Fəqan həmin ali məktəbə daxil oldu. 1997-ci ildə o, məktəbi bir zabit kimi əla qiymətlərlə bitirib Azərbaycan Müdafiə Nazirliynin göndərişi ilə Tərtər rayonuna, yağı düşmənlə üzbəüz N-saylı hərbi hissəyə vzvod komandiri təyin olundu. İlk gündən əsgərlərin, hissə komandirlərinin dərin hörmətini qazandı, döyüş tapşırıqlarını layiqincə yerinə yetirib intizamlı zabit olduğunu öz hərbi işində sübut edərək, dəfələrlə təltiflər aldı.

O, bu illərdə Azərbaycan Mudafiə Nazirliyinin Tərtər, Mingəçevir, Bərdə, Şəki, Gəncədəki hərbi hissələrində tabor komandiri xidməti vəzifəsini yerinə yetirdi. Fəqan bu müddətdə mənfur düşmənimizin ayağının Vətən torpağına dəyməməsi üçün vuruşur, sərhədi qoruyurdu. Onun hərbi paltarı sevimli libası oldu. Ayaqları qabar olsa da, əsgər çəkmələrini çıxarmadı, rahat yataqda yatmadı, ləzzətli ev yeməklərinə, ailəsinə, körpə balalarına həsrət qaldı. Ömrünün ən gözəl çağını, qaynar gəncliyinin qışını, yazını cəbhədə keçirdi. Yastığı Vətən daşı, döşəyi Vətən torpağı, yorğanı Vətən göyləri oldu. Ancaq içdiyi əsgər andına sadiq qalıb müharibənin çətinliklərinə sinə gərdi. Mayor rütbəsinə çatdı və tabor komandiri oldu. Fəxri fərmanlar, təşəkkürlər aldı, şəkli şərəf lövhəsini bəzədi. Atası Baxış müəllim, anası Səhər onunla fəxr edirdi. Fəqan həm fiziki, həm mənəvi cəhətdən tam yetkin şəxsiyyət, ağıllı və təcrübəli hərbçi olmuşdu. Ancaq müəllim atası, nigaran anası döyüş zonasında olan oğlundan həmişə narahat idilər. Onlar səksəkəli yaşayır, gördükləri yuxuları xeyirə yozur və gözləri daim cəbhə yollarına dikilirdi.

Müstəqil Azərbaycanın zabiti, mayor Xudaverdiyev Fəqan Baxış oğlunun 4 körpə balası da (böyüyünün 9, sonbeşiyi 2 yaşında) atalarını doyunca gorməmişdilər. Onun qısamüddətli gəlişini həsrətlə, intizarla gözləyirdilər. Fəqanın işi imkan vermədi ki, ilk ovladı Adəmin, yeganə qızı Gültəkinin məktəbə getməsini, Eltonun dil, Elcanın ayaq açmasını görsün. O, Azərbaycan Müdafiə Nazirliyinin əmri ilə 2007-ci ildə təkrarən Tərtər rayonundakı N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun komandiri oldu. Tərtər rayonunda onun komandir olduğu bu tabor yağı düşmənlə üzbəüz 18 km bir məsafəni ermənilərdən qoruyurdu. Neçə dəfə mənfur qonşularımız atəşkəsi pozan zaman onun taboru ermənilərə çox layiqli cavablar vermişdi. Tabeliyində olan əsgər və zabitlərə çox qaygı və hörmətlə yanaşır, “bu dünya heç kimə qalmayacaq, bizdən bircə elədiyimiz xeyirxahlıqlar qalacaq”- deyirdi Fəqan.

Bir neçə dəfə anası Səhər xanım oğluna ehtiyatlı olmağı tapşıranda “öz torpağını qorumaq, onu düşmən tapdağından azad etmək şərəfdir, ana. Mən təlim görmüş zabitəm. Vətən dar gündədir, düşmən qəddar və amansızdır. Onunla üzbəüz dayanmışıq. Geriyə yol yoxdur” - demişdi.

Nə tükənməz gənclik ehtirası, nə şirin canı, nə körpə balaları, nə hey gözü yolda qalan gənc həyat yoldaşı onun düşməndən intiqam almaq, torpaqları azad etmək istəyini azalda bilmədi. Qısa ömrünün 17 ilini Vətənə qulluğa sərf etdi. Ona görə də N saylı hərbi hissənin göndərişi ilə Bakı şəhərinə təhsilini davam etdirmək üçün ezam olundu. O, 2008-ci ilin avqust ayında Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Akademiyasına daxil oldu.

Qaranlıq, müdhiş bir gecədə yeni döyüş tapşırığı bu igidin– mayor Xudaverdiyev Fəqan Baxış oğlunun həyatına elə 2008-ci il avqustun 22-də son qoydu. Bu pəhləvan cüssəli zabit özünün komandir olduğu N saylı hərbi hissənin həyətində 32 yaşında faciəli şəkidə həlak oldu.

Fəqanın şəhid olması xəbəri doğulub boya başa çatdığı Ağcabədi rayonunun Qaravəlli kəndində ildırım kimi çaxdı. Adamlar dəstə-dəstə Baxış müəllimə, beli bükülmüş Səhər anaya həyan olmağa gəlir, dərdlərinə şərik çıxırdılar. İnanın , o gün Fəqangilin həyətində o qədər adam vardı ki, iynə atsan, yerə düşməzdi. Kənd hələ indiyə kimi bu qədər qonaq qəbul etməmişdi. Gəlmişdilər ki, onların azadlığı, xöşbəxtliyi və gələcəyi üçün canını qurban verən, əbədiyyətə qovuşan igid Vətən oğlu ilə vidalaşsınlar.

Vaxtı ilə Fəqanla öyünən, az qala onunla nəfəs alan atası Baxış müəllimin indi yaşının ixtiyar vaxtı bu faciədən beli bükülüb. Anası Səhər bu vaxtsız ölümlə, əvəzsiz itki ilə barışa bilmir.

Esmiranın donmuş baxışlarında atasız balalarını Fəqanın adına layiq böyütmək məsuliyyətinin ağırlığı ilə bərabər, çiliklənmiş, parça-parça olmuş bir nakam məhəbətin ağır itkisi həkk olunub.

Bu dərd Fəqanın nə xaricdə yaşayan bacısı Saranı, nə də ailəsindən xəbərsiz qalaraq ata-ananı ovundurmağa çalışan qardaşı Hacı Nicatı, nə də əmisini hələ uzun illər tərk etməyəcək. Amma onlar bilməlidirlər ki, şəhidlər ölmür, gülə-çiçəyə dönüb yenidən yer üzünə qayıdırlar.

https://www.facebook.com/mubarizler1/

21 Ağustos 2019 Çarşamba

“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev

 

Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan vida mərasimindən sonra ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.