8 Aralık 2019 Pazar

Rusif Ağayev

Rusif İbrahim oğlu Ağayev  (d. 16 aprel 1987LənkəranAzərbaycan - ö. 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Rusif Ağayev 1987-ci ilin 16 aprel günündə Lənkəran şəhərinin Hirkan kəndində anadan olub.
Rusif Ağayev məktəbi bitirdikdən sonra, sənədlərin Ali Hərbi Akademiyaya verdi. Lakin lazım olan balı yığa bilmədi və 2005-ci ildə hərbi xidmətə yola düşdü. Azərbaycan Hərbi Dəniz Donanmasında xidmətə başladı. 6 ay hərbi xidmət keçdikdən sonra özünü nümunəvi əsgər kimi tanıtdı. Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev Rusif Ağayevin xidmət etdiyi hərbi hissəyə gəlir və əsgərlərin təlim tərbiyəsi, gün güzəranı ilə maraqlanır. Bu zaman Rusif Ağayev hərbi təzim edərək , nazirə xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət etmək istədiyini bildirdi. Nazirin adyutantı onun adını öz dəftərçəsinə qeyd etdi. Sınaqlarda uğurla keçən 12 hərbçi arasında Rusif Ağayevdə olur və öz muradına çatır.
Rusif Ağayev 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibədə böyük qəhrəmanlıq göstərmiş, Talış yüksəklikləri uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirmişdir. Öz əsgər yoldaşlarını qurtaran zaman başından aldığı snayper gülləsindən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur

4 Aralık 2019 Çarşamba

Dopov Mahama

Balakən rayonu üzrə 161 şəhid,1 milli qəhrəman var. Şəhidlərdən biri Mahamalar kənd sakini Dopov Mahamadır. 4 dekabr 2019-cu il tarixdə N. Nərimanov adına Mahamalar kənd tam orta məktəbinin 10-11-ci sinif şagirdləri kənd qəbiristanlığında dəfn edilmiş Qarabağ şəhidi Dopov Mahamanın qəbrini ziyarət ediblər.            

20 Kasım 2019 Çarşamba

Qarakənd faciəsi

Qarakənd faciəsi və ya 20 noyabr faciəsi — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdamrayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar arasında Azərbaycan RespublikasınınDövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman MirzəyevQazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau SerikovAzərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi.[2] Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.


11 Kasım 2019 Pazartesi

Məmmədov Elyarbəy Beqəli oğlu

1984 cü il mart ayinin 5 i Qirqizistan Respublikasinin Oş vilayəti Aravan rayonunda dünyaya göz acan Məmmədov Elyarbəy Beqəli oğlu 1990 ci ildə Azərbaycan Respublikasi Samux rayonunda məskunlaşmişdir. Həmin kəndin kənd orta məktəbini bitirdikdən sonra , həqiqi hərbi xidmətə yollandi və hərbi xidməti bitirdikdən sonra, bir cox mühafizə şirkətlərində mühafizəci kimi calişmişdir. Və nəhayət 2016 ci ilin dekabr ayindan Müdafiyə Nazirliyinin Göygöl rayonundaki 172 sayli hissənin düşmənlə birbaşa təmasda olan döyüş postunda  MAHXHQ kimi calişmaqa başlamişdir. Xidmət etdiyi dövrdə oz xidmət yoldaşlari arasinda vətənə sevgisi , əsgər yoldaşlari ilə mehriban rəftari ilə taninmişdir.
2019 cu ilin sentyabr ayinin 20 dən 21 nə kecən gecə xidməti döyüş mövqeyində xidməti vəzifəsini yerinə yetirən zaman həlak olmuşdur və hal hazirda Səfərbərlik və Hərbi Xidmətə Cağiriş Xidmətinin Samux rayon bölməsində ŞƏHİD kimi qeydiyyata alinmişdir.

      Allah rəhmət eləsin !!!

İnformasiyanı şəhidin  dayisi oğlu   Xəlilov Vüqar Fərid oğlu  göndərib.

10 Kasım 2019 Pazar

Bu gün Şəhid Pilot Kapitan Yaşar Əhmədovun doğum günüdür

Əhmədov Yaşar Mail oğlu — 1970-ci il noyabrın 11-də Qazax rayon Aslanbəyli kəndində ziyalı ailəsində anadan olmuşdur.Azərbaycan Respublikasının DİN tərəfindən 1992-ci ilin avqust ayında giriş imtahanlarını müvəffəqiyyətlə verərək Ukrayna Respublikası Kremençuq Uçuş məktəbinə daxil olub. Milli Aviasiya Akademiyası yarandıqdan sonra 1994-cü ilin may ayında təhsilini Milli Aviasiya Akademiyasında davam etdirmişdir .Mİ-2 və Mi-8 tipli helikopter pilotu kimi sertifkat almışdır.1996-cı ilin dekabr ayında Milli Aviasiya Akademiyasını müvəffiqiyyətlə bitirmişdir. Əhmədov Yaşar bu Akademiyanın ilk məzunlarındandır.11 fevral 2013-cü il döyüş tapşırığını yerinə yetirərkən Şıxov çimərliyi ətrafında Mi-17 helikopteri qəzaya uğramış və 3 ekipaj üzvi ilə birlikdə Şəhid olmuşdur. #herbihavaquvveleri #hərbihavaqüvvələri

23 Ağustos 2019 Cuma

23 avqust Füzuli və Cəbrayılın işğalı günüdür

   Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.

  Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.
Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından da 24 il ötür. Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
  Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın erməni-rus hərbi birləşmələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var. Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb.