24 Şubat 2020 Pazartesi

Abbasov Akif Elşən oğlu

 Tovuz rayonunun Ağdam kəndi istiqamətində itkin düşən hərbçimiz Abbasov Akif Elşən oğlu doğulduğu Ağcabədi rayonundakı Şəhidlər xiyabanında dəfn edilib. 






24.02.2020 sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətmişdir.
2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində ER silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınmış, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanmış, digər hərbi qulluqçusu öldürülmüşdür.
Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olmuşdur.

Allah rəhmət eləsin!!!

16 Şubat 2020 Pazar

Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

2020-ci il fevralın 15-də Ermənistan silahlı qüvvələri cəbhə xəttində atəşkəs rejimini  pozması nəticəsində,Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.
1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlu Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 
Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin qardaşı Samir Ələsgərova təqdim edilib.
Yaylım atəşindən sonra şəhidin nəşi torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid Seymur Ələsgərov ailəli idi, onun 9 aylıq oğlu var.

Allah rəhmət eləsin!!!

26 Ocak 2020 Pazar

Daşaltı əməliyyatı



1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.

25 Ocak 2020 Cumartesi

Şahmurad Əlizadə


Şahmurad Əlizadə 1991-ci il yanvarın 24-də Biləsuvar rayonunda anadan olub.
2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzini bitirib.
2015-ci il aprelin 14-də Ağdam istiqamətində erməni silahlı bölmələrinin atəşkəsi rejimini pozması nəticəsində xidməti borcunu yerinə yetirərkən Şəhid olub!

19 Ocak 2020 Pazar

28 fevral - Hüseynov Elman Süleyman oğlu

Tarix Yazanlar adlı şəxsin şəkli.Hüseynov Elman Süleyman oğlu 28 fevral1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulmuşdur. 1958-1968-ci illərdə Azad Qaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun hidro-meliorasiya fakültəsinə qəbul olmuş, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurmuşdur. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət etmişdir.
1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdir. 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988-1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. Dəfələrlə rayon sovetinə deputat seçilmişdir.
Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirmişdir.
1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunmuşdur. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak etmişdir. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir.

Döyüşlərdə iki dəfə yaralanmışdır. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Evli idi. Üç övladı qalıb.
1995-ci il yanvarın 15-də respublika Prezidentinin fərmanı ilə ölümündən sonra Elman Süleyman oğlu Hüseynova "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına küçə var.
Tərtər rayonunda qəhrəmanın büstü qoyulub. Qehramanin adina muzey vardir.

Mənbə:https://www.facebook.com/photo.php?fbid=203998453484975&set=g.1840339396200403&type=1&theater&ifg=1