22 Nisan 2020 Çarşamba

Aprel Şəhidimiz Sərvan Mehralıyevin sevdiyi qıza son məktubu.

“Salam əzizim Leyla! Əgər sən bu məktubu oxuyursansa, demək ki, artıq şəhid olmuşam. Mən hər dəfə posta qalxanda sənə məktub yazıram və məktubun üstündə də yazıram ki, şəhid olsam məktubu qardaşıma verin. Qardaşım da məktubu ünvanına çatdıracaq. Hər dəfə də postdan sağ-salamat qayıdanda məktubu cırıb atıram. Bugün nəsə ürəyim rahat deyil. Ona görə də yenə sənə məktub yazıram. Əgər sağ qalsam özüm sənə qayıdacam. Sən bilirsən ki, mən vətən üçün canımı hər zaman verməyə hazıram. Bugünki döyüş çox fərqlidir. Sağ qalsam, məktubu yenə cıracam. Əgər şəhid olsam, qadası, bil ki mən səni çox, lap çox sevirəm. Mən sənin haqqında ciddi düşünürdüm. Əsgərlikdə olduğum müddətdə də hiss elədim ki, sən və mən qovuşmalıyıq. Əsgərlikdən gələndə sənə elçi göndərəcəkdim, səninlə bir ömür boyu xoşbəxt olmaq istəyirdim. Məktubu oxuyursansa, ağlama. Mən göylərdən Sənə baxıram. Şəhid üçün ağlamazlar. Mən şəhid olsam da, hər zaman səni görəcəm, sənin yanında olub, səni qoruyacam. Heç vaxt demə ki, Sərvan yoxdur. Sərvanın ruhu həmişə sənin yanında olacaq”.

🇦🇿 Aprel Şəhidimiz Sərvan Mehralıyevin  sevdiyi qıza son məktubu...


18 Nisan 2020 Cumartesi

Elşad Ağayev


Bu gün şəhid, "Azərbaycan Bayrağı” ordenli Elşad Ağayevin doğum günüdür.


Elşad Ağayev 1967-ci il aprel 18-də Masallı rayonunda ziyalı ailəsində anadan olub. Elşad Ağayev uşaq vaxtlarında idmana böyük həvəsi göstərib.

Elşad Ağayev 1992-ci ilin martında könüllü olaraq ordu sıralarına qoşulub. Müdafiə Nazirliyinin baş qərargahının xüsusi təyinatlı dəstəsində xidmət edib. 1993-cü il dekabrın 10-da rota komandiri kimi 8 saat ermənilərə qarşı qəhrəmancasına döyüşüb. Düşmənin Beyləqan istiqamətində hücumunun qarşısının alınmasında xüsusi şücaət göstərərək şəhid olub.

Elşad Ağayev hərbi xidmətdən qayıtdıqdan sonra ikinci dəfə könüllü olaraq cəbhəyə yollanıb, Binəqədi batalyonunun tərkibində ikinci bölük komandiri kimi Beyləqan bölgəsinin müdafiəsinə qalxıb. Həmin ərazidə qəhrəmanlığına görə fərqlənib. Elşad Ağayev mənfur düşmənin bir çox döyüş nöqtəsini susdurub, onlarca ermənini məhv edib.

Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 14 dekabr tarixli Fərmanı ilə Dövlət bayrağı ordeni ilə təltif olunub. Bir neçə ildən sonra isə Heydər Əliyev bu yüksək dövlət mükafatını qəhrəmanın anası Dilşad xanıma şəxsən təqdim edib.

15 Nisan 2020 Çarşamba

Elvin Həsənov

Şəhidimiz Elvin Həsənov 1994-cı ilin 24 aprel tarixində Sumqayıt şəhərində anadan olub. O, 2014-cı ilin martında Şəhid olub.

Martın 18-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Elvin Həsənovu göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Ruhun şad olsun Şəhidim!


11 Nisan 2020 Cumartesi

Sarvan Mehralıyev və Namiq Mehralıyev

2016-cı ilin aprelində Lələtəpə uğrunda gedən döyüşlərdə iki qardaş Sarvan Mehralıyev və Namiq Mehralıyev düşmənə qarşı birlikdə savaşıblar (şəkildə sağ tərəfdə Namiq sol tərəfdə Sarvandır).
Döyüş zamanı Sarvan Mehralıyev döyüş yoldaşlarına sursat apararkən qardaşının gözü qarşısında ağır yaralanır. Döyüş yoldaşlarından bir nəfər Sarvanı çiyninə alaraq səngərdən uzaqlaşdırmağa çalışsa da mənfur düşmən buna imkan verməyərək onu da yaralayır. Sarvan qardaşımızın taleyinə şəhidlik zirvəsi yazılıbmış. O, qardaşının qollarında son nəfəsini verərək şəhid olub...
 Allah rəhmət eləsin!
Mənbə:Çoxbilmiş

10 Nisan 2020 Cuma

Tapdıq Babaşov

🇦🇿 Bu gün Şəhid Tapdıq Babaşovun doğulduğu o şanlı gündür.
Yerin cənnət, ruhun şad olsun !