7 Ekim 2020 Çarşamba

07.10.2020

 🇦🇿Ordumuz Füzuli istiqamətində Ermənistana məxsus daha 27 tank ələ keçirib.

QARABAĞ AZƏRBAYCANDIR!


Çox şükür,şad olur şəhid ruhları,

Yerdə qalmayır anaların ahları.

Unutmaq olarmı,mərd oğulları,

Allahverdi,Mübariz,Mehmandır,

QARABAĞ,AZƏRBAYCANDIR!!

#######################

Bir türk bəs edər,düşmənin yüzünə,

Az qalıb ,çıxarıq  Cıdır düzünə .

Baş əydirək ,Paşinyanın özünə,

Şuşa,Laçın,Xankəndi,Zəngilandır,

QARABAĞ,AZƏRBAYCANDIR!

######################11

Ruha qidadır "Qarabağ şikəstəsi",

Dünyada məşhur,Üzeyir bəstəsi.

Ucalsın Bülbülün ,Cabbarın səsi .

Arif,Seyid,Qədir,Canəli,Xandır,

QARABAĞ , AZƏRBAYCANDIR!

#####################

Silinir torpaqdan ,tapdaq  izləri ,

Bükülməz əsgərin,bilək,dizləri.

Qələbələ sevindirər bizləri.

Mərd oğulların ağartdığı dandır,

QARABAĞ,AZƏRBAYCANDIR!

####################

Torpaq islanır ,şəhid qanı ilə ,

Əsgər vuruşur,hərbi  andı ilə.

Hey irəli,üçrəngli bayraq ilə,

Canımızda can,damarımızda qandır ,

QARABAĞ , AZƏRBAYCANDIR!

######################

Qarabağ üzükdürsə,Şuşa qaşı,

İnşallah alarıq ,qiymətli daşı,

Kədəri əvəzlər ,sevinc göz yaşı .

Düşmən tapdağından qurtaran andır,

QARABAĞ,AZƏRBAYCANDIR !

####################

Vətəni bölən Araz çayı  ,göz dağım

Öz hissəsi ilə sərhəd ,torpağım,

Can üstündədir,düşmənlərim , yağım 

Göyçədir,Zəngəzurdur,İrəvandır,

QARABAĞ ,QARABAĞ AZƏRBAYCANDIR!

#############################

Gəngəyə atışı son çırpıntısı,

Atdığı mərmilər ,ürək bulantısı,

Qulağa gəlir ,Nətavan pıçılrısı,

Şeirdir,muğamdır ,dildə azandır,

QARABAĞ,QARABAĞ AZƏRBAYCANDIR!

###########################

Nə gözəl xəbər,alınıbdır Cəbrayıl!

Artıq uduzmusan,ayıl düşmən,ayıl!

Mərd oğullarla sayıl ,Vətən sayıl!

Sevin xalqım,nə  gözəl gün,nə xoş andır !

QARABAĞ,QARABAĞ AZƏRBAYCANDIR!

###########################

Qovuşduq, Cəbrayıl,Suqovuşana,

Qurban olaram ,hər qarış torpağına  .

Qarabağ bir  bəzəkdir ,dağa ,arana ,

Hərbi paltarda ,mübariz qəhrəmandır,

QARABAĞ,QARABAĞ AZƏRBAYCANDIR!

##########################

Cəzalanır,torpaq,sənət oğruları ,

Allahım qorusun ,igid oğulları 

Paylaram şirinlik ,nabat,noğulları !

Tanrıdan əvəzsiz nemətdir,paydır,

QARABAĞ,QARABAĞ AZIRBAYCANDIR!

##########################

Şanlı ordu,hər bir gün tarix yazır,

Düşmənlər,hiddətlə qudurur  azır.

Quyusunu , öz əli ilə qazır .

Torpağıma göz qoyana ,məzardır,

QARABAĞ,QARABAĞ AZƏRBAYCANDIR! Süleymanova Ü..Şəki ..

6 Ekim 2020 Salı

06.10.2020

 Bu gün Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir. Qarabağ Azərbaycandır! 

 

06.10.2020

 

Anar Eyvazov: Cəbhə boyu sıxışdırılan düşmən Ermənistan ərazisində yerləşərək Azərbaycanın mülki əhali yaşayan ərazilərini raket atəşinə tutur

Bu haqda Trend-ə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, düşmən tərəf Azərbaycanın Gəncə, Mingəçevir, Beyləqan, Horadiz, Goranboy, Göygöl Yevlax, Bərdə və digər rayonlarda dinc sakinləri hədəf alıb:

"Mülki vətəndaşlara və yaşayış məntəqələrinə atəş əsasən Ermənistanın Çermuk, Qafan və Need rayonlarından açılır. Ermənistan tərəfi bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq müharibə cinayətləri törətməkdə davam edir. Ordumuz qarşısında tab gətirə bilməyən düşmən bu cinayətlərə əl atmaqdadır. Ermənistanın bu cinayətləri Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar edir".

5 Ekim 2020 Pazartesi

05.10.2020 Cəbrayılın kəndləri azad edildi

 Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!

4 Ekim 2020 Pazar

04.10.2020

 

Prezident İlham Əliyev Cəbrayılın işğaldan azad edildiyini elan etdi.

"Bu  gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!"



04.10.2020

 Ermənistanın Gəncə şəhərinə raket zərbələri nəticəsində 1 nəfər həlak olub, 32 nəfər yaralanıb. Yaşıy evlərinə, mülki əhaliyə ciddi ziyan dəyib.