15 Ekim 2020 Perşembe

Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərin tam siyahısı

27.09.2020 saat 07:36-dan başlayaraq aşağıdakı kəndlərimiz, Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri işğaldan azad edilib


1. Qaraxanbəyli kəndi (Füzuli, 27.09.2020),


2. Qərvənd kəndi (Füzuli, 27.09.2020),


3. Kənd Horadiz (Füzuli, 27.09.2020),


4. Yuxarı Əbdürrəhmanlı kəndi (Füzuli, 27.09.2020),


5. Böyük Mərcanlı kəndi (Cəbrayıl, 27.09.2020),


6. Nüzgar kəndi (Cəbrayıl, 27.09.2020),


7. Şərvəj kəndi (Füzuli, 28.09.2020),


8. Suqovuşan kəndi (Tərtər, 03.10.2020),


9. Talış kəndi (Tərtər, 03.10.2020),


10. Mehdili kəndi (Cəbrayıl, 03.10.2020),


11. Çaxırlı kəndi (Cəbrayıl, 03.10.2020),


12. Aşağı Maralyan kəndi (Cəbrayıl, 03.10.2020),


13. Şəybəy kəndi (Cəbrayıl, 03.10.2020),


14. Quycaq kəndi (Cəbrayıl, 03.10.2020),


15. Aşağı Əbdürrəhmanlı kəndi (Füzuli, 03.10.2020),


16. Cəbrayıl şəhəri (04.10.2020),


17. Karxulu kəndi (Cəbrayıl, 04.10.2020),


18. Şükürbəyli kəndi (Cəbrayıl, 04.10.2020),


19. Çərəkən kəndi (Cəbrayıl, 04.10.2020),


20. Daşkəsən kəndi (Cəbrayıl, 04.10.2020),


21. Horovlu kəndi (Cəbrayıl, 04.10.2020),


22. Mahmudlu kəndi (Cəbrayıl, 04.10.2020),


23. Cəfərabad kəndi (Cəbrayıl, 04.10.2020),


24. Yuxarı Maralyan kəndi (Cəbrayıl, 04.10.2020),


25. Decal kəndi (Cəbrayıl, 04.10.2020),


26. Şıxəli Ağalı kəndi (Cəbrayıl, 05.10.2020),


27. Sarıcalı kəndi (Cəbrayıl, 05.10.2020),


28. Məzrə kəndi (Cəbrayıl, 05.10.2020),


29. Hadrut qəsəbəsi (Xocavənd, 09.10.2020),


30. Çaylı kəndi (Tərtər, 09.10.2020),


31. Yuxarı Güzlək kəndi (Füzuli, 09.10.2020),


32. Görəzilli kəndi (Füzuli, 09.10.2020),


33. Qaracallı kəndi (Cəbrayıl, 09.10.2020),


34. Süleymanlı kəndi (Cəbrayıl, 09.10.2020),


35. Əfəndilər kəndi (Cəbrayıl, 09.10.2020),


36. Sur kəndi (Xocavənd, 09.10.2020),


37. Qaradağlı kəndi (Füzuli rayonu, 14.10.2020)


38. Xatunbulaq kəndi (Füzuli rayonu 14.10.2020)


39. Qarakollu kəndi (Füzuli rayonu 14.10.2020)


40. Bulutan kəndi (Xocavənd rayonu 14.10.2020)


41. Məlkicanlı kəndi (Xocavənd rayonu 14.10.2020)


42. Kəmərtük kəndi (Xocavənd rayonu 14.10.2020)


43. Təkə kəndi (Xocavənd rayonu 14.10.2020)


44. Tağasər kəndi (Xocavənd rayonu 14.10.2020 )

Ermənistanın Gəncədə törətdiyi terror nəticəsində valideynsiz qalan iki uşaq

 


#StopKillingCivilians 

Ermənistanın Gəncədə törətdiyi terror nəticəsində Sevil və qardaşı Hüseyn valideynsiz qaldı...

Sevil Əliyeva:  "Divarlar, iri daş parçaları  üzərimə aşdı. Atamın səsini eşitdim. Bir neçə dəfə məni və anamı çağırdı. Sonra səs kəsildi. Mən o an anamın öldüyünü bildim. Amma düşündüm ki, atam sağdır. Atamın ölə biləcəyinə inana bilmirəm. Onu həmişə güclü görmüşdüm". 


As a result of the terror committed by Armenia in Ganja, Sevil and his brother Huseyn were left without parents ...

Sevil Aliyeva: "The walls, large pieces of stone fell on me. I heard my father's voice. He called me and my mother several times. Then the voice stopped. I knew at that moment that my mother was dead. But I thought my father was alive. I can't believe my father could die. I always saw him strong. "

Erməni terrorunun qurbanı olan ailə...

 


Ələsgərovlar ailəsinin üç üzvü- Ceyhun, Təranə və oğulları Ülvi Ermənistanın Gəncəyə atdığı raket hücumu zamanı həlak olublar.


#PrayforGanja #StopArmenianAggression #StopAttackingCivilians

#CrimesAgainstHumanity #ArmenianWarCrimes

Düşmən təcavüzü nəticəsində 37 #məktəb dağılıb, 3 məktəbli həlak olub.

 

Düşmən təcavüzü nəticəsində 37 #məktəb dağılıb, 3 #məktəbli həlak olub.

#Dağıntılara məruz qalan #məktəblər:
#Tərtər – 12 məktəb
#Ağdam – 11 məktəb
#Gəncə  - 5 məktəb
#Füzuli – 4 məktəb
#Goranboy – 3 məktəb
#Bərdə - 1 məktəb
#Ağcabədi – 1 məktəb

Ali Baş Komandan:

 #Dövlətimizin #Başçısı, Ali Baş #Komandan:


“Verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan verəcəksən verməyəcəksən. Gəldik götürdük. Vəssalam və götürəcəyik, nə qədər lazımdır, istəsək artıqlaması ilə. Necə ki, iyul ayında götürə bilərdik. Mən bunu demişdim. İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı tuta bilməzdi. Bu döyüşlər onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna. Qoymadım. Çünki siyasi iradə var. Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verməyəcəyik”.


#SizinləQürurluyuq, #CənabPrezident!🇦🇿🇦🇿

#EşqOlsunOrdumuza!❤️🙏

Prezident İlham Əliyev

 Ali Baş #Komandanımız,  #Prezident İlham Əliyev:


“Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə istəyirsən yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, heç kim bizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq. Ərazi bütövlüyümüzü bərpa edəcəyik”.


#SizinləQürurluyuq, #CənabPrezident!🇦🇿🇦🇿🇦🇿

#KarabakhisAzerbaijan

#ZəfərSənindirİgidƏsgərim!

14 Ekim 2020 Çarşamba

Müdafiə Nazirliyindən - Düşmən cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib

Oktyabrın 14-dən 15-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi vəziyyət gərgin olaraq qalıb.                 
Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Düşmənin canlı qüvvəsi, döyüş texnikası, silah-sursatı, yanacağı tükənmək üzrədir.
Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır