12 Kasım 2020 Perşembe

Şəhid Mustafayev Təhmasib və Rüstəmov Vüsal

 


Şəhid Qasımov Şöhrət Şakir oğlu .


Şəhid Qasımov Şöhrət Şakir oğlu . 
N saylı briqadanın  tibb xidməti rəisi baş leytenant. 
29.09.2020 tarixində Suqovuşanda şəhid olub. O yaralı əsgər və zabitlərə yardım göstərib. Yaralı,şəhid fərqi olmadan neçə - neçə insanları döyüş meydanından çıxarıb. Həmin günü 3 defe yaralıları çıxartmaq üçün döyüş meydanına girib, sonucu dəfə yaralı təxliyə etməyə gedərkən erməni tankı ilə üz -üzə gəlib. O qəhrəmancasına döyüşərək şəhid olub. Həmin vaxt zirehli maşında olan 4 nəfəri xilas edib.Üzərində olan xidməti silahla sona kimi  vuruşub. DNT analizi ile müəyyən olunaraq 09.10.2020 tarixində Sumqayıt şəhidlər xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin!!!

 

11 Kasım 2020 Çarşamba

Əliyev Mirağa Musa oğlu

 Əliyev Mirağa Musa oğlu Füzuli uğrunda gedən döyüşlərdə torpaqlarımızı almaq üçün irəlidə gedib. Əsgər yoldaşlarına deyib ki, siz evlisiz, ailəniz, uşaqlarınız var, mən öndə gedəcəm. Raket atılması nəticəsində ürəyindən qəlpə yarası alıb, qəhrəmancasına şəhid olub. Əliyev Mirağa Musa oğlu 30.09.2020-ci ildə, Ağcabədi rayonunun Xocavənd kəndində torpağa tapşırılıb.


Şəhid Tariyel Salmanov

 


Qəhraman Həkim Tariyel Salmanov 1988-ci il fevral ayinin 7-i Agcabedi rayonu Kehrizli kendinde anadan olmusdur. 1994-2005-ci illerde Kehrizli kənd orta məktəbində təhsil almışdır. Daha sonra 2006-ci ildə Azərbaycan Dövlət Tibbi Universitetinin Stomatalogiya ixtisasina qebul olmus, 2011-ci ilde universiteti müvəffəqiyyətlə bitirmişdir. Hemin ilin oktyabr ayindan 2013-cu ilin aprel ayina qeder Silahli Quvvelerin Telim ve Tedris Merkezinde hərbi xidmet kecmis, tibb xidməti leytenanti rütbəsi ile Hərbi xidmeti tamamlamışdır. Hərbi xidməti bitirdikden sonra 2014-cu ilin fevral ayında Həkimlərin Mərkəzləşdirilmiş Işə Qəbul imtahanindan iki merheleni ugurla adlayaraq Agcabedi Rayon Merkezi Xestexanasinda hekim-stomatoloq ixtisasi uzre emek fealiyyetine baslamisdir. Ayri-ayri illerde olkede ve xaricde(Turkiye ve BEE) kecirilen ixtisas artirma kurslarinda , seminarlarda ve konfranslarinda istirak etmisdir. Qisa zaman erzinde Tariyel hekim rayon sakinlerinin oz hekim fealiyyeti ile regbetini qazanmisdir. Hekim hemise pekarligi,yardimseverliyi,insanseverliyi ile xestelerin sevgisini qazanmisdir. Xesteler arasinda xususi ile az yasli usaqlarin sevimlisi olan hekimin qebuluna qorxmadan cekinmeden muayineye gelerdiler. Xestelere daim yardim etmeye hazir olan isinden yorulmayan isini ve xestelerini seven ,hekimlik pesesine vicdanla yanasan hekim idi Tariyel hekim. Hekimliyi dillerde gezerdi Tariyel hekimin. 

2020-ci il sentyabr ayinin 29-u tarixinde qismen seferberlik elan olunarken SHXCDX-nin Agcabedi Rayon idaresi tərəfindən yeniden Hərbi xidmətə celb olunmuşdur. Hekim herbir isinde vicdanli oldugu kimi mubaribe zamanida hekimlik isine sadiq qalaraq dusmenin silahli hucumu zamani yaralanmis esgerlere yerinde ilkin tibb yardim gostererek  yarali esgerleri(60 -dan cox) qucaginda ve ciyninde tibb menteqelerine texliye etmisdir. Hekim nece- nece esgerlerin ve herbi qulluqcularin heyatda qalmasina nail olmusdur. Buna baxmayaraq 2020-ci il oktyabr ayinin 7-den 8-ne kecen gece Azerbaycan Respublikasinin azadligi ugrunda doyuslerde herbi anda sadiq qalaraq,metinlik ve merdlik numayis etdirerek qehramancasina helak olmus ve adini zirvelere qaldirmisdir. Aileli idi, bir qiz ovladi var idi. En boyuk arzusu qizi Lemani hekim kimi gormek idi. Hemise deyerdi "Qizim menim Ləman Həkim - Sen artiq 10-cu sinifde mene asistentlik edeceksen " cox teesuf eziz, dogma Tariyel hekim neqeder agrili ve cetin olsada Sen bu gunu gormeyeceksen amma insallah Senin arzun cin olacaq Biz elimizden geleni edeceyik bunun ucun. Sen hemise bizim yanimizdasan Qehraman hekim ,Seni biz Ailen ve Seni seven insanlar unutmayacaq. Sen tarixi yazanlar sirasinda oldugun ucun seninle qurur duyuruq Qehraman Hekim. Adin daim ucalsin Qehraman! Qehraman hekim -Tariyel Hekim! Sen daim bizim ureyimizde yasayacaqsan! Qaygikes ata ,dost kimi heyat yoldasi sen bizim ureyimizde daim yasayacaqsan!

(c)

9 Kasım 2020 Pazartesi

Qələbə tariximiz 10.11.2020

10.11.2020 - Qələbə bizimdir!

Yaşasın Müzəffər Azərbaycan Ordusu!

Yaşasın Ali Baş Komandan !

Qarabağ bizimdir!