27 Kasım 2020 Cuma

Şəhid Cəmilli Şakir Arif oğlu,



Cəmilli Şakir Arif oğlu tank komandiri olub. Şuşa şəhərində erməni tankını döyüş bölgəsindən çıxardarkən şəhidlik məqamına ucalıb. 

                Allah rəhmət etsin !!!

 

26 Kasım 2020 Perşembe

Şəhid Harun Alqayev


Şəhidimiz baş leytenant Alqayev Harun Məhəmməd oğlu 14.07.1992-ci il tarixində Balakən Şəhərində anadan olub. Harun Alqayev orta təhsilini Balakən rayon Nəsimi adına şəhər 2 saylı tam orta məktəbində aldıqdan sonra hərbi akademiyada təhsilini davam etdirmisdir. Hərbi akademiyadakı təhsilini bitirdikdən sonra ordu sıralarında öz cəsarəti, fəallağı ilə seçilən baş leytenant Harun Alqayev ikinci Qarabağ müharibəsində Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Allah rəhmət eləsin!  Vətən sağolsun!

 

25 Kasım 2020 Çarşamba

Şəhid Əliyev İmam Səfər oğlu

 


Balakən rayonunun İtitala kəndindən olan şəhidimiz Əliyev İmam Səfər oğlu 16.07.1998-ci il tarixində anadan olmuş, həmin kəndin şəhid Aslan Balayev adına tam orta məktəbində təhsil almışdır. Milliyətcə ingiloy olan İmam Tərtər rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Allah rəhmət eləsin! Vətən sağ olsun!

Şəhid Muradov Kənan Cavid oğlu

 Muradov Kənan Cavid oğlu 16.07.2002-ci il tarixində Balakən rayonunun Gərəkli kəndində anadan olmuşdur. Mikayıl Müşfiq adına Gərəkli kənd tam orta məktəbində təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Ön sıralarda xüsusi şücaət göstərən Kənan Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 

            Allah rəhmət eləsin!!! 



Allah rəhmət eləsin! Vətən sağ olsun!

23 Kasım 2020 Pazartesi

Qurbanov Vahid Elşad

 Qurbanov Vahid Elşad oğlu 30.10.2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub.

27 yanvar 2001-ci il tarixində Tovuz rayonu Əyyublu kəndində doğulub. 

2018-ci ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin məzunu olub.

2019 -cu ildə Həqiqi hərbi xidmətdə çağırılıb.

              Allah rəhmət eləsin !!!














21 Kasım 2020 Cumartesi

Şərifov Nadir Tahir oğlu

 Xüsusi təyinatlı qazi , Hardrutun (Ağoğlan) alınmasında iştirak edən kapitan hərbçimiz Şərifov Nadir Tahir oğlu