3 Aralık 2020 Perşembe

Şəhid Əiheydər Hüseyinli

Əiheydər Hüseyinli 26 yaşı var idi. Ağstafanın Qırılı kəndindən olan igid əsgərimiz Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Atası yoxdur, üç bacının bir qardaşı və nişanlı idi. 

                   Allah rəhmət eləsin!

 

1 Aralık 2020 Salı

Şəhid Həsənov Cavid Mikayıl oğlu.


Qəhrəman şəhidimiz Həsənov Cavid Mikayıl oğlu.
Allah rəhmət eləsin!



 

Şəhid gizir Əlisoltanov Vahid Tahir


Şəhidimiz gizir Əlisoltanov Vahid Tahir oğlu 10.11.1994-cü il tarixində Balakən rayonunun Gərəkli kəndində anadan olmuşdur. 2012-ci ildə həmin kəndin Mikayıl Müşfiq adına tam orta məktəbini bitirib 2013-cü ilin yanvar ayında hərbi xidmətə çağırılmışdır. 2014-cü ildə hərbi xidməti başa vurub. 2016-cı ildə ZTR-82A komandir kursunu bitirib. Müddətdən artıq hərbi xidmətdə olan Vahidin hərbi vəzifəsi tankçı idi. İkinci Qarabağ müharibəsində Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Allah rəhmət eləsin! Vətən sağ olsun!

 

27 Kasım 2020 Cuma

Şəhid Cəmilli Şakir Arif oğlu,



Cəmilli Şakir Arif oğlu tank komandiri olub. Şuşa şəhərində erməni tankını döyüş bölgəsindən çıxardarkən şəhidlik məqamına ucalıb. 

                Allah rəhmət etsin !!!

 

26 Kasım 2020 Perşembe

Şəhid Harun Alqayev


Şəhidimiz baş leytenant Alqayev Harun Məhəmməd oğlu 14.07.1992-ci il tarixində Balakən Şəhərində anadan olub. Harun Alqayev orta təhsilini Balakən rayon Nəsimi adına şəhər 2 saylı tam orta məktəbində aldıqdan sonra hərbi akademiyada təhsilini davam etdirmisdir. Hərbi akademiyadakı təhsilini bitirdikdən sonra ordu sıralarında öz cəsarəti, fəallağı ilə seçilən baş leytenant Harun Alqayev ikinci Qarabağ müharibəsində Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Allah rəhmət eləsin!  Vətən sağolsun!

 

25 Kasım 2020 Çarşamba

Şəhid Əliyev İmam Səfər oğlu

 


Balakən rayonunun İtitala kəndindən olan şəhidimiz Əliyev İmam Səfər oğlu 16.07.1998-ci il tarixində anadan olmuş, həmin kəndin şəhid Aslan Balayev adına tam orta məktəbində təhsil almışdır. Milliyətcə ingiloy olan İmam Tərtər rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Allah rəhmət eləsin! Vətən sağ olsun!