5 Aralık 2020 Cumartesi

Şəhidimiz Keçiliyev Turqut Aydın oğlu


Şəhidimiz Keçiliyev Turqut Aydın oğlu 26.11.1997-ci il tarixində Balakən rayonunun Qazma kəndində anadan olmuşdur. 2015-ci ildə Qazma 1 saylı kənd tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış və həmlə batalyon tuşlayıcısı vəzifəsini yerinə yetirmişdir.

İkinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Allah rəhmət eləsin! Vətən sağ olsun!

 

Şəhid Məmmədov Kamal Şamil oğlu


 Canını vətən yolunda qurban verən şəhidimiz Məmmədov Kamal  Şamil oğlu-30.07.1998-ci ildə  Balakən rayonunun Qullar kəndində anadan olub.  2015 -ci ildə Balakən rayon Humanitar və texniki təmayüllü liseyini bitirərək, Azərbaycan Texniki Universitetinin cihazqayırma  fakultəsinə daxil olmuşdur.16.07.2020-ci il tarixdə həqiqi  hərbi xidmətə yollanmışdır.

27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması uğrunda başlanan II Qarabağ müharibəsində 16.10.2020-ci ildə Tərtər uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

VƏTƏN SİZİNLƏ QÜRUR DUYUR...!

Şəhid Kərimov Elmir Rəhim


VƏTƏN UĞRUNDA


Qəhrəman şəhidimiz Kərimov Elmir Rəhim oğlu

26.05.1998 -ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub.

2015-ci  ildə Balakən rayon  Zərifə Əliyeva adına şəhər 3 saylı tam orta məktəbi  bitirib.

2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb. 

2018-ci ildən etibarən müddətdən artıq hərbi qulluq edib. 

Könüllü şəkildə 27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması uğrunda başlanan II Qarabağ müharibəsində iştirak edib və  Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

VƏTƏN SİZİNLƏ QÜRUR DUYUR...!

#qəhrəmanlarunudulmur #qəhrəmanlarımızıtanıyaq

 

Şəhid Ağakişiyev Nurlan Etibar oğlu


 

Şəhid Əsgərov Musa Əlifağa


 

ƏSGƏROV MUSA ƏLİFAĞA OĞLU

Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əsgərov Musa Əlifağa oğlu 2018-ci ildə Azərbaycan Ali Hərbi Məktəbini fərqlənmə ilə bitirib. Vətən müharibəsində böyük şücaət göstərib. Bir gündə iki dəfə yaralansa da, ağrıkəsici vuraraq döyüşə davam edib. 27 sentyabrda 27 sentyabrda Murov uğrunda gedən şiddətli döyüşlərdə, müharibənin ilk günündə şəhadətə yüksəlib.🇦🇿 Allah rəhmət eləsin.

Üç Şəhid kəşviyyatçı

 


Üç Şəhid kəşviyyatçı!                                 Üçü də dost idi,üçüdə qardaş idi.            Üçü də bir yerdə Şəhid oldu.                                Astanlı İqbal 🇦🇿                  
    Hüseyinov Əkbər 🇦🇿  
Cəfərzadə İsrail 🇦🇿

Şəhid Arəstə Baxışova



 
Arəstə Baxışova, hərbi tibb işçisi, 2020-ci il sentyabrın 27-dən başlayaraq ən qaynar döyüş nöqtələrində yaralı hərbçilərə ilkin tibbi yardım edib. Oktyabrın 24-də Qubadlı döyüşləri zamanı yaralı əsgərlərə döyüş xəttində yardım edərkən şəhid olub. 
31 yaşlı Arəstə anası Məktubə xanım və 2 balaca övladı ilə bax bu kiçik evdə yaşayırdılar. Çox kasıb və çətin şəraitdə böyüyüb. 4 yaşından atasız böyüyən şəhid bacımız müharibə başlayan kimi öz xahişiylə ön cəbhə xəttinə yollanır. Evdən çıxanda anasına tapşırıb ki, Zəhra qızım və oğlum Mərdan sənə əmanətdi. Müharibə bitsin, qayıdacam yanınıza. Qayıtdı. Şəhid kimi qayıtdı.
Allah şəhidlərimizə rəhmət eləsin.

Mənbə: Azərbaycan həkimləri