5 Aralık 2020 Cumartesi

Şəhid Qobulu Əli Əliyev.

Vətən müharibəsinin atasız anasız

Şəhidi Qobulu Əli Əliyev.

Şəhid Yusif Təmirov Azər oğlu.


 

Şəhid Əsdiyev Heybullah Məzahir oğlu


Balakən rayon,Qaysa kəndindən Əsdiyev Heybullah Məzahir oğlu.Sentyabrın 21-i könüllü döyüşlərə qoşulub.Getdiyi ilk gündən ön cəbhədə canını sipər edərək qanı-canı bahasına döyüşüb,onlarca yaralı əsgərimizi çiynində daşıyaraq döyüş meydanından çıxarıb.Ancaq,oktyabrın 15-dən 16-na keçən gecə qolaltından və ayağından ağır qəlpə yarası alaraq şəhid olub.Qeyd edək ki,şəkildə ön sırada tabutu çiyinlərinə alan şəhidimizin valideynləridir.Allahdan şəhidimizə rəhmət,valideynlərinə isə səbir diləyirik.
 

Şəhidimiz Keçiliyev Turqut Aydın oğlu


Şəhidimiz Keçiliyev Turqut Aydın oğlu 26.11.1997-ci il tarixində Balakən rayonunun Qazma kəndində anadan olmuşdur. 2015-ci ildə Qazma 1 saylı kənd tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış və həmlə batalyon tuşlayıcısı vəzifəsini yerinə yetirmişdir.

İkinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Allah rəhmət eləsin! Vətən sağ olsun!

 

Şəhid Məmmədov Kamal Şamil oğlu


 Canını vətən yolunda qurban verən şəhidimiz Məmmədov Kamal  Şamil oğlu-30.07.1998-ci ildə  Balakən rayonunun Qullar kəndində anadan olub.  2015 -ci ildə Balakən rayon Humanitar və texniki təmayüllü liseyini bitirərək, Azərbaycan Texniki Universitetinin cihazqayırma  fakultəsinə daxil olmuşdur.16.07.2020-ci il tarixdə həqiqi  hərbi xidmətə yollanmışdır.

27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması uğrunda başlanan II Qarabağ müharibəsində 16.10.2020-ci ildə Tərtər uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

VƏTƏN SİZİNLƏ QÜRUR DUYUR...!

Şəhid Kərimov Elmir Rəhim


VƏTƏN UĞRUNDA


Qəhrəman şəhidimiz Kərimov Elmir Rəhim oğlu

26.05.1998 -ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub.

2015-ci  ildə Balakən rayon  Zərifə Əliyeva adına şəhər 3 saylı tam orta məktəbi  bitirib.

2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb. 

2018-ci ildən etibarən müddətdən artıq hərbi qulluq edib. 

Könüllü şəkildə 27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması uğrunda başlanan II Qarabağ müharibəsində iştirak edib və  Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

VƏTƏN SİZİNLƏ QÜRUR DUYUR...!

#qəhrəmanlarunudulmur #qəhrəmanlarımızıtanıyaq

 

Şəhid Ağakişiyev Nurlan Etibar oğlu