17 Eylül 2021 Cuma

Şəhid Zöhrab Natiq oğlu Abbasov


Şəhid Zöhrab Natiq oğlu Abbasov

2001-ci il sentyabrın 17-də Ağstafa rayonu Eynallı kəndində anadan olmuşdur 2007–2018-ci illərdə    X.İsmayılov adına Eynallı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.


Zöhrab Abbasov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zöhrab Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zöhrab Abbasov oktyabrın 13-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Dekabrın 16-da Ağstafa rayonunun Eynallı kəndində dəfn olunub.


  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zöhrab Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

16 Eylül 2021 Perşembe

Şəhid Qədirli İsmayıl Elçin oğlu



Şəhid Qədirli İsmayıl Elçin oğlu

1998-ci ilin sentyabrın 16-da Biləsuvar rayonunda anadan olub. Məktəb vaxtlarından idmana marağı olan İsmayıl taekvando idman növü ilə məşğul olmağa başlasa da, ayağında yaranan problemə görə davam etdirə bilmir. 2015-ci ildə orta məktəbi bitirib işə başlayır.


O, 2017-ci ildə hərbi xidmətə çağırılır. Xidmət etdiyi hərbi hissə komandiri tərəfindən ailəsinə təşşəkkürnamə göndərilir. 2018-ci ildə hərbi xidmətini bitirib, yenidən iş həyatına qayıdır. 27 sentyabr Vətən Müharibəsi başlayanda İsmayıl rayonuna qayıdır və adını könüllülər siyahısına yazdırır. Oktyabrın 9-da cəbhəyə yola düşür. İlkin olaraq Ağcabədiyə, oktyabrın 14-u isə Cəbrayıl uğrunda gedən döyüşlərə qoşulur. İsmayıl Qədirli daha sonra Qubadlı, Füzuli, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Xocavəndin Qırmızı Bazar qəsəbəsi yaxınlığında gedən döyüşdə şəhid olur. O, 28 oktyabr tarixində Biləsuvar şəhərində dəfn olunur.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qədirli İsmayıl ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Teymurzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi

Allah rəhmət eləsin!

15 Eylül 2021 Çarşamba

Şəhid Fərhad Əlihüseyn oğlu Süleymanov


15 sentyabar Şəhid Fərhad Əlihüseyn oğlu Süleymanovun doğum günüdür.Cənnət qoxulu mövludun mübarək!!!


Fərhad Süleymanov  15 sentyabr 1973-ci ildə Azərbaycanın Hacıqabul rayonunun anadan olmuşdur. Fərhad Süleymanov Qarabağ müharibəsinin iştirakçısıdır. 1993-cü ildə Erməni işğalçı əsgərləri tərəfindən əsir götürüldü. Daha sonra Fərhad Süleymanov İrəvana gətirilərək dəhşətli işgəncələrə məruz qaldı. 29 yanvar 1995-cü ildə isə Fərhad Süleymanov insanlığa sığmayan işgəncə ilə şəhid oldu.


Fərhad Süleymanov 15 sentyabr 1973-cü ildə Azərbaycanın Hacıqabul rayonunda anadan olmuşdur. Hacıqabul şəhər 3 saylı orta məktəbin 8-ci sinifini bitirib. Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olan Fərhad atasını ərkən yaşlarda itirmişdi. Sonra Fərhad Omsk şəhəri Ali Məktəbinə qəbul olundu. Amma Fərhad vətəninin ağır günlərində təhsilini yarımçıq qoyub könüllü sürətdə cəbhəyə yollandı.


Fərhad Süleymanov 1992-ci ildə könüllü sürətdə cəbhəyə yollandı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Fərhad ilk olaraq Murovdağda ən çətin və ən təhlükəli döyüş əməliyyatlarında iştirak etdi. Qorxu bilmədən dəfələrlə mühasirədən çıxdı. Nəticədə Fərhadı taqım komandiri qoydular. Fərhadın tabeliyində olan 30 nəfər döyüşçü ilə birlikdə cəsarətlə vuruşurdu. 1993-cü ilin may ayında ağır döyüş zamanı ermənilər Fərhadı və ondan başqa 7 nəfər döyüşçünü əsir götürmüşdür. 1993-cü ilin may ayının əvvəllərində çox işgəncədən sonra onları Ermənistanın paytaxtı İrəvan şəhərinə gətirdilər. Ermənilər mayın 16-dan 30-na kimi onlara dəhşətli işgəncələr verdilər. 1995-ci ilin yanvar ayının 29-da Fərhadı insanlığa sığmayan işgəncələrlə şəhadətə yetirdilər.


Subay idi.

Hazırda Hacıqabul şəhər 3 saylı məktəb şəhidimizin adını daşıyır

Allah rəhmət eləsin !

 

Şəhid əsgər İsabala Ceyhun oğlu Hüseynov



Şəhid əsgər İsabala Ceyhun oğlu Hüseynov


İsabala Hüseynov 2001-ci il sentyabrın 15-də Bakı şəhərində anadan olub.

2007-2018-ci illərdə 318 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu illərdə isə Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə 16 nömrəli Bakı Peşə Liseyində "Gəmi maşın mexanizmlərinin təmiri üzrə çilingər" ixtisası üzrə təhsil alıb. Subay idi.


İsabala Hüseynov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.


Azərbaycan Ordusunun əsgəri olan İsabala Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsabala Hüseynov noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Suraxanı rayonunun Əmircan qəsəbəsində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsabala Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin !

Şəhid çavuş Orxan Mehman oğlu Mirzəyev



Şəhid çavuş Orxan Mehman oğlu Mirzəyev

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu Orxan Mirzəyev 1993-cü il sentyabrın 15-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub.


Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Orxan Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Mirzəyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. 10 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin

Əşrəf Elman oğlu Məmmədli



Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik gizir Əşrəf Elman oğlu Məmmədli


Əşrəf Məmmədli 1999-cu il sentyabrın 15-də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub.

2005-2009-cu illərdə Maçaxı kənd tam orta məktəbində, 2009-2014-cü illərdə Tircan kənd tam orta məktəbində təhsil alıb. 2014-2017-ci illərdə isə Abşeron Ceyranbatan Peşə Liseyində "təmirçi-çilingər" ixtisası üzrə təhsil alıb. Subay idi.


Əşrəf Məmmədli 2018-2019-cu illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin noyabr ayından isə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.


Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əşrəf Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əşrəf Məmmədli oktyabrın 17-də Cəbrayıl döyüşləri zamanı Səyyad Şıxıyev və Aşur Cəmiyev ilə birgə şəhid olub. İsmayıllı rayonunun Maçaxı kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əşrəf Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əşrəf Məmmədli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əşrəf Məmmədli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Şəhid Sahib oğlu Əliyev


Şəhid Sahib oğlu Əliyev

Hüseyn Əliyev 2000-ci il sentyabrın 15-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub.

2006–2017-ci illərdə M. Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Subay idi.


Hüseyn Əliyev 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Hüseyn Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseyn Əliyev oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. 2021-ci il yanvarın 14-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dəfn olunub.

Allah rəhmət eləsin !