25 Eylül 2021 Cumartesi

İsmayıl Məhəmməd oğlu Səmədov



Kapitan İsmayıl Məhəmməd oğlu Səmədov Zaqatalada anadan olmuşdu. 30 yaşında idi.


 ("Vətən Müharibəsi Qəhrəmanı")


Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı İsmayıl Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu və Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə iştirak edib. Kapitan Səmədov oktyabrın 11-də Hadrut qəsəbəsində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezidentin Sərəncamı ilə ona, ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı verilib. 

Allah rəhmət eləsin!


Elnur Əzizli Şahin oğlu


Elnur Əzizli Şahin oğlu

25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olub.


Elnur Əzizli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmişdir. Füzuli, Xocavənd və Şuşanın azad olunmasında çox igidliklər göstərmişdir. 9 Noyabr Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.


Şəhid Elnur Əzizli 12 noyabr 2020-ci il tarixində Biləsuvar şəhərində canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı


18.12.2020 — "İgidliyə görə" medalı 


29.12.2020 — "Şuşanın azad olunmasına görə" medal


24.06.2021 — "Füzulinin azad olunmasına görə" 


24.06.2021 — "Xocavəndin azad olunmasına görə" medalı 


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Şəhidlər


 

Rəşad Quliyev


 Rəşad Quliyev 1988-cu il iyulun 5-də Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. 1994-2005-ci illərdə E. Yusubov adına Uzuntəpə кənd tam ortam məкtəbində təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.


Azərbaycan Ordusunun kapitanı olan Rəşad Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Quliyev oktyabrın 4-də Talış döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.


(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı

(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)

Ceyhun İsmayılov



 Ceyhun İsmayılov 1996-cı il sentyabrın 25-də Tovuz rayonunda anadan olub.

2003–2006-cü illərdə Tovuz şəhərində N.Tusi adına məktəbdə təhsil alıb 2006-2014cü ildə Gəncə şəhərində 28saylı orta məktəbi bitirmişdir.2014-2019-ci illərdə Kiyev şəhərində Европейский университет (ЕУ) adina Ali məktəbin Hüqüq fakültəsini bitirmişdi.Subay idi.

Ceyhun İsmayılov 2019–2020-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

İkinci Qarabağ müharibəsində iştirakı Redaktə
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ceyhun İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Ceyhun İsmayılov Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun İsmayılov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!


Muradlı Tacir Hasil oğlu


Muradlı Tacir Hasil oğlu

Tacir Muradlı 2000-ci il sentyabrın 25-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. Subay idi.


Azərbaycan Ordusunun əsgəri olan Tacir Muradlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, həmdə 2-ci Ordu Korpusunun Komandir müavini Şükür Həmidovun şəxsi mühafizə heyətinin üzvü idi. Tacir Muradlı oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.



24 Eylül 2021 Cuma

Murad Məmmədov


Murad Məmmədov 7 dekabr 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. İbtidai təhsilini 23 nömrəli orta məktəbdə alan Murad daha sonra Təbiət Elmləri Təmayüllü Gimnaziyasına qəbul olub və burada 10-cu sinifə qədər təhsil alıb. Orta təhsilini 22 nömrəli orta məktəbdə başa vuran Murad bu müddət ərzində idmanın cüdo növü üzrə yaxından məşğul olmuşdur. 2013-2018-ci illər ərzində Azərbaycan Texniki Universitetinin Elektroenergetika mühəndisliyi fakültəsində təhsil almışdır.


Ali təhsilini başa vurduqdan sonra Murad hərbi xidmətə yollanıb. Xidmətinin ilk 3 ayını Gəncə şəhərində keçirdikdən sonra qalanını Daşkəsən rayonunda davam etdirmişdir. Hərbi xidməti başa vurduqdan sonra Azərişıqda mühəndis vəzifəsində işə başlamışdı. 1 oktyabr 2020-ci ildə qardaşının İkinci Qarabağ müharibəsində olmasına baxmayaraq, Murad da könüllü olaraq adını yazdırıb döyüşlərə qoşulmuşdur. Döyüşlər zamanı Murad torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən bir çox döyüş bölgələrində döyüşmüş və 25 oktyabrda Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Elə həmin gün Qubadlı şəhəri düşmən işğalından azad olmuşdur.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.