3 Kasım 2021 Çarşamba

Tağıyev Ramiq Teymur oğlu


Tağıyev Ramiq Teymur oğlu


Ramiq Tağıyev 1998-ci il oktyabrın 30-da Lerik rayonunun Kəlvəz kəndində anadan olub. 2004-2015-ci illərdə F. Şahbazov adına Kəlvəz kənd tam orta məktəbində təhsil alıb. Subay idi.


Ramiq Tağıyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.


Azərbaycan Ordusunun kiçik giziri olan Ramiq Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramiq Tağıyev noyabrın 10-da Şuşa döyüşləri zamanı şəhid olub. Lerik rayonunun Kəlvəz kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiq Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiq Tağıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiq Tağıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramiq Tağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramiq Tağıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramiq Tağıyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Sadıqov Elvin Namiq oğlu



Sadıqov Elvin Namiq oğlu

Elvin Sadıqov 3 noyabr 1998-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olub.

2017-ci ildə hərbi xidmətə çağrılıb. Naxçıvanda Vətəninə xidmət etməyə başlayıb. Müddətdən artıq xidmət göstərərək Naxçıvan Xüsusi Təyinatlılarında fəaliyyətini davam etdirib. Sonuncu məzuniyyətində dayısının yanına gələrək ondan bir xahiş edib, anasının məzarını sonuncu dəfə görmək istədiyini bildirib. Sanki bu igid qəhrəmanın ürəyinə damıb şəhid olacağı...


İkinci Qarabağ Müharibəsindən bir həftə əvvəl Elvin əməliyyat olunub. Müharibə başlanan zaman Elvin də müharibədə iştirak etmək istəyib, lakin səhətindəki vəziyyətə görə həkimlər ona fikrindən çəkinməyi məsləhət görüb. Elvin isə "mən neçə ildir bu vaxtı gözləyirdim, Vətənimizin bizlərə ehtiyacı var",- deyərək Füzulidə döyüş bölgəsinə yollanıb.


Müharibə zamanı XT qrup kəşfiyyatçı-pulemyotçu kimi hərbi xidmətini yerinə yetirib. Elvin Sadıqov doğulduğu gün- noyabrın 3-də Şuşa şəhəri istiqamətində istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elvin Sadıqov ölümündən sonra "Vətən uğrunda" ,“Hərbi xidmətlərə görə” və “ Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Kərimov İsmayıl Abbas oğlu


Kərimov İsmayıl Abbas oğlu

3 noyabr 1990-cı ildə Qəbələ rayonunun Tüntül kəndində doğulub.

 1996-cı il Nohurqışlaq kənd 1 saylı tam orta məktəbində ilk təhsilə başlayıb. 2007-ci ildə orta təhsilini başa vurub. 1 fevral 2009-cu ildə hərbi xidmətə yola düşüb. Hərbi xidmətini “N” saylı hərbi hissənin Murovdağ yüksəkliyində minaatan batareyasında keçirib. 03.07.2010-cu ildə hərbi xidmətini başa vurub.İsmayıl Vətənə bağlı bir igid idi. O, könüllü olaraq hərbi xidmətə yazılıb. 21.09.2020-ci il tarixdə hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası qanunun 45-ci maddəsinə əsasən hərbi təlim toplantılarına könüllü qatılaraq, “N” saylı hərbi hissəyə yollanıb. 5 oktyabr 2020-ci ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı Tərtər rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. 6 oktyabr 2020-ci il tarixdə Qəbələ rayon Tüntül kənd qəbristanlığında dəfn edilib.

Ailəli idi, iki oğlan övladı yadigar qalıb.


TƏLTİFLƏRİ

15.12.2020-"Vətən uğrunda"


29.12. 2020-"Suqovuşanın azad olunmasına görə"


24.06.2020. "Cəsur döyüşçü",


 "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

2 Kasım 2021 Salı

Murtuz Abbasov Çingiz oğlu



Murtuz Abbasov Çingiz oğlu 

2 Noyabr 1998-ci ildə Lerik rayonunun Soru kəndində doğulub.

Azərbaycan Ordusunun leytenantı olan Murtuz Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murtuz Abbasov oktyabrın 28-də Zəngilan döyüşləri zamanı Mincivan istiqamətində şəhid olub. Lerik rayonunda canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.


TƏLTİFLƏRİ

15.12.2020 — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni 


15.12.2020 — "Vətən uğrunda" medalı 


25.12.2020 — "Zəngilanın azad olunmasına görə" medalı.

Eyyubov Sərvan Yusif oğlu


 

Eyyubov Sərvan Yusif oğlu 2 noyabr 1998-ci ildə Qəbələ rayonunun Böyük Pirəli kəndində anadan olub. 


Orta təhsilini Böyük Pirəli kənd orta məktəbində aldıqdan sonra təhsilini Qəbələ Peşə Məktəbində davam etdirib. 


2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmətini çavuş olaraq başa vurub. 29 sentyabr 2020-ci ildə Vətən müharibəsinə kəşfiyyatçı olaraq qatılıb. 12 oktyabr 2020-ci ildə Tərtər istiqamətində şəhid olub. Qəbələ rayonu Böyük Pirəli kənd məzarlığında dəfn edilib.


Təltifləri: 

"Vətən uğrunda" medalı 

Rauf Əsgərov


Rauf Əsgərov 1978-ci il noyabrın 2-də Gəncə şəhərində anadan olub. 

1985-1996-cı illərdə Gəncə şəhərində İ. Nəsimi adına 44 nömrəli tam orta məktəbdə təhsil alıb. 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alıb. 

 Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Əsgərov oktyabrın 26-da Füzuli döyüşləri zamanı əsgərini neytral zonadan təxliyə edən zaman şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.


Təltifləri: 

"Vətən uğrunda" medalı 



Mollaçiyev Əhməd Rəcəb oğlu


Mollaçiyev Əhməd Rəcəb oğlu

Əhməd Mollaçiyev 1997-ci il noyabrın 2-də Balakən rayonunun Mollaçıbinə kəndində anadan olub.

2004-2013-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb.

Subay idi.

Əhməd Mollaçiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Əhməd Mollaçiyev 2016-ci ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əhməd Mollaçiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.

Əhməd Mollaçiyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Mollaçıbinə kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.